Axtarış

The search found 105768 results in 0.022 seconds.

Search results

  1. Bakda qız üstündə kütləvi dava - VİDEO

    Bakının Bakıxanov qəsəbəsində kütləvi dava olub. 
    Muxalifet.az minval.info-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə gəncin yumruq davasına çıxdığı görünür. Onlar bir-birilərinə zərbələr endirib, təhqir edirlər.
    İddialara görə, dava qız üstündə düşüb.  Y.Əliyev və S.Mehmandarov küçələrinin kəsişməsində toqquşan gənclər dava etməyə başlayıblar.
    Yaşları 15-18 arasında dəyişən onlarla gənci ətrafdakılar seyr etməklə kifayətlənib.
    Qeyd edək ki, təhqir dolu sözlər olduğu üçün videonu səs olmadan təqdim edirik:
     

    Muxalifet3 - 4-04-2019

  2. NATO-dan Rusiyanı əsəbləşdirən AÇIQLAMA

    NATO ölkələri alyansın Qara dənizdəki vəziyyətinin müəyyən edilməsi və Gürcüstan ilə Ukraynaya dəstəyin artırılması ilə bağlı razılığa gəlib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ittifaqın baş katibi Yens Stoltenberq məlumat verib.
    O bildirib ki, söhbət sərhəd mühafizəsinin, hərbi-dəniz qüvvələrinin gücləndirilməsindən, təlim-tədris prosesinin aparılmasından və informasiya mübadiləsindən gedir.
     

    Muxalifet3 - 4-04-2019

  3. Kiyevdə Nəsiminin heykəli ucaldılacaq

    Kiyev Şəhər Dövlət Administrasiyası xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair rəsmi qərar verib.
    Muxalifet.az-ın azərtac -a istinadən məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair qərar səfirliyə təqdim olunub.

    Muxalifet3 - 4-04-2019

  4. Səudiyyədə qadınlar ilk dəfə bu vəzifəyə gətirildi

    Səudiyyə Ərəbistanında bir qrup qadın ilk dəfə uçuşların idarə edilməsi mərkəzində aviadispetçer vəzifəsinə təyin olunub.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanı qadınlarının ilk dəfə uçuşların idarə edilməsi sahəsində fəaliyyət göstərmələri çox sevindirici haldır. “Biz əminik ki, onlar bu vəzifənin öhdəsindən gələcəklər”, - deyə məlumatda bildirilir.
     

    Muxalifet3 - 4-04-2019

  5. Nazirlikdə prezidentin fərmanı ilə bağlı komissiya yaradıldı

    Ədliyyə Nazirliyində Prezident fərmanı ilə bağlı komissiya yaradılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərmanından irəli gələn vəzifələrin təxirəsalınmadan icrasının təşkili ilə bağlı Ədliyyə Nazirliyinin aprelin 4-də keçirilən kollegiya iclasında qərar qəbul olunub.

    Muxalifet3 - 4-04-2019

  6. ​Liviyada vətəndaş müharibəsi başlayır

    Liviya Milli Ordusunun baş komandanı, feldmarşal Xalif Xaftar ölkə paytaxtı Tripoliyə hücum əmri verib. 
    Muxalifet.az-ın reuters-ə istinadən məlumatına görə, qoşunlar ölkə paytaxtını silahlı qruplaşmalardan azad etmək üçün yeridilib.
    Həmçinin, Liviyanın baş naziri Abdulla Əbdürrəhman ət-Tani də orduya  bütün hökumət qurumları üzərində nəzarət yaratmağı əmr edib.
    Baş nazirin bu əmri onun rəsmi Facebook səhifəsində yerləşdirilib.
     

    Muxalifet3 - 4-04-2019

  7. Bu oğru maqnitafonu sökdükdən sonra maşında yatıb qalıb - VİDEO

    Muxalifet.az bax.tv-yə istinadən həmin kadrlarıtəqdim edir

    Muxalifet3 - 4-04-2019

  8. Rusiyadan Liviya xəbərdarlığı: Qanlı ssenari təkrarlanır?

    Moskva ümid edirik ki, Liviyada güc ssenarisi tətbiq olunmayacaq və mövcud böhran siyasi-diplomatik yolla həllini tapacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
    “Biz bir neçə ildir ki, bunun üçün səy göstəririk”, - deyə XİN sözçüsü bildirib.
    Qeyd edək ki, cümə axşamı Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifət Xaftar bütün qeyri-qanuni silahlı qruplaşmaların təmizlənməsi məqsədilə tabeliyindəki qüvvələrin paytaxt Tripoliya daxil olmasını əmr edib.
     

    Muxalifet3 - 4-04-2019

  9. Türk kommunist sədrdən Rusiyaya mesaj

    Türkiyənin Tunceli bələdiyyəsinin yeni sədri, kommunist Fateh Məhməd Maçoğlu Rusiya Federasiyası Kommunist Partiyasından gələn təbrik mesajını dəyərləndirib.
    Muxalifet.az xəbər verir ki, Maçoğlu rusiyalı tərəfdaşlarının ünvanladığı təbriki olduqca önəmli sayıb.
    “Rusiyadan gələn təbrik bizi çox şad etdi. Bu, bizim üçün önəmli idi. Dünyanın bir çox nöqtəsindən, kommunist, sosialist partiyalardan, Almaniya Yaşıllar Partiyasından olan dostlarımıza təşəkkürümü bildirirəm. Bu partiyalarla əlaqələr yaratmaqdan məmnun olarıq”, - deyə yeni sədr bildirib.

    Muxalifet3 - 4-04-2019

  10. ​CHP etiraz etdi: ASQ-də təcili toplantı - YENİLƏNDİ

    Seçki dairəsinin bu qərarına müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) etiraz edib.
    Bu səbəbdən Ali Seçki Qurumu (ASQ) fövqəladə toplantı keçirilməsi barədə qərar verib.

    Muxalifet3 - 4-04-2019

  11. Putin azərbaycanlı biznesmenlərlə bağlı tapşırıq verdi

    Rusiya prezidenti Vladimir Putin hökumətə və Federal Təhlükəsizlik Xidmətinə kölgə pul və mal dövriyyəsinin tənzimlənməsi üzrə tədbirlər planını hazırlamağı tapşırıb. 
    İnterfaks-ın verdiyi məlumata görə, tapşırıq ilk növbədə azərbaycanlı milyarderlər Qod Nisanov və Zərah İliyevə məxsus “Sadovod”, “Food City” bazarlarına və “Moskva” yarmarka-ticarət kompleksinə aiddir. 

    Muxalifet3 - 4-04-2019

  12. Famil Sadıqov "Qazprom"un vitse-prezidenti oldu - TƏYİNAT

    “Qazprom” şirkəti İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olub. Virtualaz.org bildirir ki, bu posta azərbaycanlı Famil Sadıqov gətirilib. O, şirkətin maliyyə-iqtisadi blokuna rəhbərlik edəcək. Ona qədər bu vəzifəni Andrey Kruqlov icra edib. F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. O, S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümumrusiya Vergi Akademiyasının məzunudur, iqtisad elmlər namizədidir. 1905-1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləyib.

    Muxalifet4 - 4-04-2019

  13. Rusiyaya keçmək üçün soyadını dəyişdi, amma...

    Rusiyaya girişinə qadağa qoyulmuş Zeynalov soyadlı Azərbaycan vətəndaşı qadağadan yan keçmək üçün yeni pasport alaraq, soyadını Zeynalzadəyə dəyişib.

    Bu barədə “Sm-news.ru” məlumat verir.

    Belqorod vilayət məhkəməsi həmin şəxsin tez-tez Ukrayna ərazisindən (Belqorod sərhəd buraxılış məntəqəsindən) Rusiyaya keçdiyini müəyyən edib.

    2015-ci ildə yol hərəkəti qaydalarını dəfələrlə pozduğuna görə Federal Miqrasiya Xidmətinin Moskva idarəsi onun Rusiyaya girişinə qadağa tətbiq edib. Azərbaycanlı vəziyyətdən çıxış yolu kimi soyadını və pasportunu dəyişib.

    Muxalifet4 - 5-04-2019

  14. Vəkil Bayram Məmmədovla görüşüb

    "Bakının Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası almış və hüquqlarını müdafiə etdiyim Bayram Məmmədovla aprelin 3-də görüşə bildim."

    Bu barədə vəkil Elçin Sadıqov bildirib.

    Vəkilin sözlərinə görə, Bayram Məmmədovla görüş ala bilməməsi ilə bağlı Ombudsman Aparatını məlumatlandırıb.

    "Bu barədə Ombudsman Aparatını məlumatlandırdım və yalnız bundan sonra görüşə icazə verdilər, görüş bir saatdan çox çəkdi," o qeyd edib.

    Muxalifet4 - 5-04-2019

  15. ABŞ terrorçuları silahlandırır: Vaşinqtonun hədəfi nədir?

    ABŞ-ın terror təşkilatına verdiyi Kalaşnikof, BKS, Doçka 23 millimetr və snayper tüfənglərinin sayı 115 minə çatıb. ABŞ və müttəfiqləri bir tərəfdən işğal altında olan terror xəttinə silah daşıyarkən, digər tərəfdən isə müxalif bölgələrə göndərilən casuslar vasitəsi ilə silah toplayır. Milyonlarla dollar dəstək verilən tacir görünüşlü casuslar İdlib, Əl Bab, Cerablus, Mare, Azez kimi mərkəzlərdə fəaliyyət göstərir.
     

    Muxalifet3 - 5-04-2019

  16. Pentaqondan Türkiyəyə veriləcək F-35 açıqlaması

     Pentaqondan Türkiyəyə veriləcək F-35 təyyarəsi ilə bağlı açıqlama verib. Edilən açıqlamada, Türk təyyarəçilərinə F-35-lər üçün təhsil verilməyə davam ediləcəyi bildirilib.
    Pentaqon həmçinin, Türkiyəyə təhvil verilməsi planlaşdırılan F-35-lərdən daha birinin Arizonadakı bazaya göndərildiyini, digər təyyarənin isə sabah göndəriləcəyini açıqlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 5-04-2019

  17. AK Partiyadan İstanbuldakı səs sayımı ilə bağlı açıqlama: Son rəqəm açıqlandı

     AK Partiya İstanbul Vilayət təşkilatının sədri Bayram Şenocak, "Bu gün də səslərin sayılması davam edir. Səhər edilən mətbuat açıqlamasında, 11 min səsin edilən etirazlar nəticəsində xeyrimizə çevrildiyini gördük. Bu an etibarilə 11 min olan səsimiz 12300-ə çatıb. Yəni bu səslər bizim xeyrimizə protokola qeyd olunmuş oldu. Bu səslər artaraq davam edir. İnşallah son ana qədər millətimizin verdiyi səsləri də qoruyacağımızı bəyan edirik" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 5-04-2019

  18. Yeni Zelandiyada məscidlərə hücum edən terrorçu hakim qarşısında

     Yeni Zelandiyanın Christchurch şəhərindəki Nur və Linwood Məscidlərində 50 nəfəri qətlə yetirən, 50 nəfəri də yaralayan terrorçu Brenton Tarrantın Christchurch Ali Məhkəməsində ilk məhkəmə iclası keçirilib.
     
    Yeni Zelandiya Radiosunun xəbərinə görə, ölkənin ən yüksək səviyyədə qorunan Auckland Həbsxanasındakı bir nəfərlik kamerada saxlanılan 28 yaşlı terrorçu Tarrant, məhkmə prosesinə görüntülü bağlanıb.

    Muxalifet3 - 5-04-2019

  19. 80 min səs necə oğurlandı: Melih Gökçək anlatdı - Video

    Bələdiyyə seçkilərindən sonra seçki protokollarında təsbit edilən sürüşmə və qanunuzluqlar müzakirə edilərkən, Ankaranın sabiq bələdiyyə sədri Melih Gökçək olduqca əhəmiyyətli bir xatirəsini dilə gətirib.
     
    Şəxsi Twitter hesabından bir video yayımlayan Gökçək 1999-ci ildəki bələdiyyə seçkisində 80 min səsinin necə məhv edildiyini belə söyləyib:

    Muxalifet3 - 5-04-2019

  20. Rusiya və NATO arasında gərginlik

     NATO-nun baş katibi Jens Stoltenberqin Adolf Hitler, İosif Stalin və İŞİD-ı eyni kimi qiymətləndirmsi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı qəzəbləndirib.
     
    Mariya Zaxarova, Adolf Hitler, İosif Stalin və İŞİD-ı bir sıraya qoyan NATO baş katibi Jens Stoltenbergin axmaqcasına bir açıqlama verdiyini bildirib.

    Muxalifet3 - 5-04-2019

Pages