Axtarış

The search found 105771 results in 0.026 seconds.

Search results

  1. Ukraynada seçkinin nəticələri rəsmi elan olundu

     Ukraynada 63 faiz iştirakla keçirilən seçkilərdə səs sayma prosesi yekunlaşıb.
     
    Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin səs sayma prosesini başa çatdırıb. Prezident seçkilərində məzhəkəçi Vladimir Zelenski və mövcud dövlət başçısı Pyotr Poroşenko 21 apreldə keçiriləcək ikinci turda yarışacaq.
    Xaricdəki səslərlə cəmi 63,53 faiz nisbətində iştirakın təmin olunduğu seçkilərdən sonra bütün seçki qutuları açılıb.

    Muxalifet3 - 4-04-2019

  2. Meteoroloqlardan QORXUNC PROQNOZ: yaxın günlərdə daşqınlar olacaq

    İranda iki həftədir tüğyan edən sel fəlakəti can almaqda davam edir.
    Şiddətli yağışlardan sonra meydana gələn sel və daşqınlar zamanı həlak olanların sayı 62-yə çatıb, 478 yaralı var.
    Bu barədə İran Fövqəladə Hallar Qurumunun mətbuat xidməti informasiya yayıb.
    İran Meteorologiya Agentliyi növbəti günlərdə ölkənin Qum, Simnan, Gülüstün, Huzustan və Kirmanşah əyalətlərində yenidən daşqınların baş verəcəyini proqnoz edib./Publika.az 

    Muxalifet - 4-04-2019

  3. “Musa Yaqub mənə müraciət etməyib, nə istəyir, bilmirəm?!” - Anar Rzayev danışdı

    "Musa Yaquba həmişə yüksək münasibət göstərmişik, hörmətini gözləmişik”.
    Bunu BakuPost-a açıqlamasında AYB sədri, yazıçı Anar deyib. O, şair Musa Yaqubun "AYB xəstə vaxtı mənə kömək etmədi” iddiasına münasibət bildirib. 
    A.Rzayev bildirib ki, AYB-də Musa Yaquba münasibət həmişə yüksək olub: "Onun yubileyini də qeyd eləmişik. İndi nə istəyir, xəbərim yoxdur”.
    AYB sədri deyib ki, Musa Yaqub xəstə vaxtı ona kömək edilməsi ilə bağlı ona heç vaxt müraciət etməyib. 

    Muxalifet - 4-04-2019

  4. ​Elza Seyidcahan yenə təəccübləndirdi - Fotosessiya

    Əməkdar artist Elza Seyidcahan obyektiv qarşısına keçib. 
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, ənənəsinə sadiq qalan müğənni yenə də qeyri-adi obraz yaradıb. Aprelin 28-də Heydər Əliyev Sarayında keçiriləcək solo konserti üçün fotosessiya etdirən Seyidcahan bej rəngli tül libas geyinib, başına isə eyni rəngdə aksesuar taxıb. 
    Müğənni bildirib ki, konsertində də tamaşaçıları qeyri-adi şou, maraqlı çıxışlar gözləyir. Elza gecədə səhnədə həm mahnı oxuyacaq, həm meyxana deyəcək, həm də şeir söyləyəcək. 

    Muxalifet - 4-04-2019

  5. "Azərbaycanın hələlik əmtəə qiymətlərindən asılılığı var" - "Fitch" rəsmisi

    “Azərbaycan manatının 2015-ci ildə baş vermiş devalvasiyasından sonra ölkə iqtisadiyyatında qeyri-neft sektorunun özünü bərpa etməsi müsbət haldır. Bu baxımdan turizm sektoru çox yaxşı inkişaf tempinə malikdir”.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu “Fitch” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun Avropadakı suveren fondlar üzrə direktoru Marina Stefani deyib.

    Muxalifet - 4-04-2019

  6. Aprel döyüşlərində zabiti ermənilərə satıb intim videosunu çəkdirən polkovnik kim olub? - SENSASİON MƏLUMAT - VİDEO

    Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əsgərlərinin ermənilərə satılmasında adı hallanan hərbçilərlə bağlı Real TV-də sensasion fikirlər səsləndirilib. 

    Muxalifet - 4-04-2019

  7. ​Ermənistan parlamenti yandı

    Ermənistan parlamentində yanğın olub.
    Trend-in məlumatına görə, ölkə Fövqəladə Hallar Nazirliyi yanğının gecə saat 2 radələrində baş verməsi barədə məlumat yayıb.
    Məlumata görə, yanğın parlament binasının birinci korpusunda başlayıb. Yanğın baş vermiş otağa ziyan dəydiyi bildirilir.

    Muxalifet - 4-04-2019

  8. ABŞ-ın dərin xaos planının "A" variantı

    31 Mart bələdiyyə seçkilərində saxtakarlığın sənədlərlə sübut edilməsindən sonra ədalətin yerini tapması üçün hüquqi çərçivədə müraciətlər edilib. Proses davam edərkən, CHP namizədi Əkrəm İmamoğlunun hüquqi proseduru heçə sayaraq tez-tələsik özünü bələdiyyə sədri elan etmə səyləri imperialist qüvvələrdən də dəstək görür.
     

    Muxalifet3 - 4-04-2019

  9. “Rusların hücumunu ancaq nüvə zərbəsi ilə dayandırmaq olar, belə plan var...” - POLŞA ORDUSUNUN GENERALI

    Əgər Rusiya Qərb ölkələrinə hücum etsə NATO ona qarşı nüvə silahlı istifadə etməli olacaq.

    Virtualaz.org xəbər verir ki, bu barədə Polşa ordusunun generalı Valdemar Skşipçak bildirib.

    Muxalifet - 4-04-2019

  10. "Qarabağ mövzusunun Azərbaycan üçün nə qədər ağrılı olduğunu yaxşı anlayırıq" - Mariya Zaxarova

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ONA-nın Moskva müxbirinə müsahibə verib.

    Muxalifet.az müsahibəni oxucularına təqdim edir.

    - Mariya Vladimirovna, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaranmasının 27-ci ildönümüdür. Bu illər ərzində iki ölkə arasında münasibətlərdə fərqli dövrlər müşahidə etmişik. Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necə şərh edərdiniz?

    Muxalifet - 4-04-2019

  11. Saatlıda yaşayış evində partlayış olub, xəsarət alan var

    Saatlıda yaşayış evində partlayış olub.
    Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Saatlı rayonunun Xanlarkənd kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən ani partlama baş verib.
    Yanğın zamanı otaqların birində qamışdan ibarət tavan 1 m² sahədə və yataq dəsti qismən yanıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    İlkin ehtimala görə, ani partlama məişət qazının sızması nəticəsində baş verib.

    Muxalifet - 4-04-2019

  12. “Millət acından qırılırsa, yasa gedib görək, kim acından ölüb?” - Siyavuş Novruzov - VİDEO

    Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov “Qafqazinfo”ya müsahibə verib.

    Muxalifet.az həmin müsahibəni təqdim edir.

    - YAP-ın qurucularından olan, “91”lərin nümayəndəsi Əli Nağıyevin partiyadaşları haqqında söylədiyi fikirlərə diqqət çəkmək istəyirəm. Hansı ki, YAP-çı deputatlar da bunu təhqir hesab edirlər. Sizcə, Əli Nağıyev niyə incikdir?

    Muxalifet - 4-04-2019

  13. "Azərbaycan gözəli" DANIŞDI: "Dövlət qurumunda işləyirəm, modellik isə hobbimdir"

    Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyeva "Azərbaycan gözəli 2019" yarışmasının qalibi olub. "Azərbaycan gözəli 2019" müsabiqəsi son zamanlar sosial şəbəkələrdə geniş müzakirə olunur.
    Unikal.org adıçəkilən müsabiqənin qalibi Melisa Nuriyeva ilə müsahibəni oxuculara təqdim edir:
    - Modelliklə çoxdan məşğulsunuz, yoxsa bu sahədə yenisiniz?
    - Mən dövlət qurumunda işləyirəm, modellik sadəcə olaraq mənim hobbimdir. Bu yarışmaya da maraq üçün qatılmışam.

    Muxalifet - 4-04-2019

  14. İranda SEL FƏLAKƏTİ: altı mərtəbəli bina çökdü - VİDEO

    İranda iki həftədir davam edən sel fəlakəti nəticəsində ölənlərin sayı 62-yə çatıb. 
    “Fars” agentliyinin məlumatına görə, bununla bağlı İranın Təcili Yardım Təşkilatının sədri Əhməd Şucai açıqlama verib. 
    Onun sözlərinə görə, ümumilikdə fövqəladə vəziyyət səbəbindən 96 kənd tamamilə boşaldılıb. 
    Hadisələr zamanı 500-ə yaxın insan xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 
    Bundan başqa, İranın Loristan əyalətinin Poldohter şəhərində sel səbəbindən altı mərtəbəli bina çöküb. 

    Muxalifet - 4-04-2019

  15. Rusiyanın Qarabağla bağlı SENSASİON MƏQSƏDİ - Qevorqyan bütün DETALLARI AÇDI

    “Rusiya siyasi, ekspert dairələri Dağlıq Qarabağ münaqişəsinin Moskvanın nəzarətindən çıxmasından narahatdır. Rusiya “Lavrov planı”nı irəli çəkməyə çalışır və son məqsədi rus ordusunun Qarabağa girişini təmin etməkdir. ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland da bildirdi ki, danışıqlar masasında mövcud olan “Lavrov planı”nı nə Ermənistan, nə də Azərbaycan qəbul edir. Görünür, Rusiya münaqişənin nizama salınmasında heç bir variantını təmin edə bilmir”.

    Muxalifet - 4-04-2019

  16. "Azərbaycan ordusu Aprel döyüşlərində müdafiə xəttini 18 dəqiqəyə yardı" - Zakir Həsənov gizlinləri açdı

    "Ermənistan aprel döyüşlərində səfərbərlik elan etdi. İrəvandan toy-bayramla Qarabağ yollandılar. Onlar gəlib heç Qarabağa çıxa bilmədilər".

    Muxalifet4 - 4-04-2019

  17. Baş nazirin 1-ci müavinin qardaşının Avropada biznesi ortaya çıxdı - FİTNES MƏRKƏZİ, BAR, MASAJ SALONU... - FOTOLAR

    Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubov 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir.

    Muxalifet.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli üzə çıxarıb. O, bildirib ki, Yusif Eyyubov Azərbaycan Sahibkarlar konfederasiyasının Balkanlardakı nümayəndəsidir.

    Muxalifet - 4-04-2019

  18. Rusiyadan ABŞ-ın Türkiyə təhdidinə sərt cavab!

    Rusiya xarici işlər nazirinin müavini Aleksandr Gruşko ABŞ-ın Türkiyənin S-400-lə NATO üzvlüyü arasında bir seçim etməsi lazım olduğu təhdidinə cavab verib. Qruşko “Vaşinqton müttəfiqlərinə təzyiq göstərmək üçün heç bir vasitədən istifadə etməkdən çəkinmir” deyib.
     
    PENS NƏ DEMİŞDİ?
     

    Muxalifet3 - 4-04-2019

  19. Bu məhsuldan istifadə etməyin - RƏSMİ XƏBƏRDARLIQ

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq zərərli uşaq qidası ilə bağlı birgə məlumat yayıb. 
    Muxalifet.az AQTA-ya istinadən xəbər verir ki, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib. 

    Muxalifet - 4-04-2019

  20. Gözlər İstanbulda: 4 rayonda səslərin sayılması başa çatdı

    31 mart tarixində keçirilmiş yerli seçkilər başa çatdıqdan sonra partiyaların Rayon Seçki Komissiyasına, sonra isə Məntəqə Seçki Komissiyalarına etiraz müraciətlərinə baxılmışdır. AK Partiyanın İstanbulda etirazı ilə bağlı 19 rayonda başlayan səslərin yenidən sayılması 4 rayonda tamamlanıb. Bütün diqqətlər İstanbula yönəlib, hər kəs Küçükçekmece, Beyoğlu, Başakşehir, Maltepe, Büyükçekmece, Çekmeköy, Eyüp, Fatih, Tuzla, Sarıyer, Ataşehir, Beykoz, Şile, Bayrampaşa, Ümraniye, Çatalca, Silivri və Kartaldan gələn nəticələri gözləyir.
    Müxalifət.az

    Muxalifet3 - 4-04-2019

Pages