Axtarış

The search found 105771 results in 0.041 seconds.

Search results

  1. Çılpaq videosu yayılan qızlardan biri öldürülməkdən qorxur - hüquq müdafiəçilərindən reaksiyalar

    Novella Cəfəroğlu və Mehriban Zeynalova çağırış elədi, polis lüt kadrları səs-küy doğuran qızların təhlükəsizliyini təmin edib; Aybəniz Haşımova isə qardaşı oğlu videonu yayan Mələkxanım Əyyubovaya dəstək çıxdı

    Sosial şəbəkələrdə üç qızın yeyib-içmək məclisində çılpaq videosunun yayılması ilə bağlı yeni xəbərlər var. Qızlardan birinin gizləndiyi, qardaşının onu öldürmək üçün axtardığı, bacısının ərinin isə arvadını boşadığı iddia edilir.

    Muxalifet - 4-04-2019

  2. Türkiyədən çox sərt “ABŞ” açıqlaması

    Türkiyə prezidentinin müavini Fuad Oqtay, "ABŞ artıq qərar verməlidir. Türkiyənin müttəfiqi olaraq qalacaq, yoxsa dostluğumuzu riskə atacaq" deyə açıqlama verib.
    Qeyd edək ki, ABŞ və Türkiyə arasında son günlər qarşılıqlı söz atışmaları intensivləşib. ABŞ Türkiyəyə təzyiq etməklə Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almaqdan vaz keçirmək istəyir. Bununla da Türkiyə-Rusiya arasına nifaq soxaraq Türkiyənin mövqelərini zəiflətmək, yenidən öz təsiri altına salmaq istəyir.
    Müxalifət.az

    Muxalifet3 - 4-04-2019

  3. Metroda HƏYƏCANLI ANLAR - Halı pisləşənlər oldu

    Bu gün metroda yenə sıxlıq müşahidə edilib.

    "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar 9 dəq 40 saniyə gecikdiyinə görə həm platformada, həm də qatarlarda sıxlıq yaranıb.

    Nəticədə, qatardakı sərnişinlərdən bir neçəsinin halı pisləşib. (milli.az)

    Muxalifet - 4-04-2019

  4. ​Azərbaycanda 500 min dollara təyyarə satılır - VİDEO

    Azərbaycanda elan saytlarında və sosial şəbəkələrdə təyyarə satılır.
    Bununla bağlı satış quruplarında elanlar yerləşdirilib.
    Satışa iki ədəd "Boeing-747" təyyarələri çıxarılıb.
    Məlum oldu ki, təyyarəni satan şəxs paytaxt sakini Əminağa Hacıyevdir. Müsahibimiz bildirir ki, elanda olan təyyarə hazırda İndoneziyadadı və o, burada sadəcə vasitəçi rolunu oynayır.
    Onun sözlərinə görə, həmin təyyarələrin istifadə müddətləri başa çatıb. Belə təyyarələr əsasən hostel və restoran edilməsi məqsədi ilə alınır.

    Muxalifet - 4-04-2019

  5. SON DƏQİQƏ: Bakıda restoranda ATIŞMA - Yaralılar var

    Binəqədi rayonu Çeşməli restoranında yeyib-içən qohumlar arasında mübahisə düşüb, mübahisə güllələnmə ilə nəticələnib. Hadisə zamanı 2 nəfər xəsarət alıb. 37 yaşlı Elçin Nəbiyev əlinin deşilmiş kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş 44 yaşlı Vəli Nəbiyev kəllə beyin travması alıb. O da KTM-ə yerləşdirilib. Səhiyyə Nazirliyindən bildiriblər ki, yaralıların həyatı üçün təhlükə yoxdur./ONA

    Muxalifet - 4-04-2019

  6. ​“Diqlas”ın sahibkarlarına veriləcək pulun - MƏBLƏĞİ VƏ ŞƏRTLƏR

    İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərlməsi Qaydası”nı təsdiqləyib.
    Qaydalar aprelin 4-dən, yəni bu gündən qüvvəyə minir.
    Qaydaya əsasən, zərər çəkmiş sahibkarların müəyyən edilməsi məqsədilə ticarət mərkəzində fəaliyyət göstərən və yanğından zərər çəkmiş digər sahibkarların siyahısı və onlarla bağlanmış müqavilələr və ya digər təsdiqedici sənədlər icarəyə verən tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilir.

    Muxalifet - 4-04-2019

  7. Tramp atasının Alman olduğunu dedi: ABŞ mətbuatı təkzib etdi

     ABŞ prezidenti Donald Tramp bir daha atasının Almaniyada doğulduğunu iddia edərkən, Amerikan mətbuatı bunun əksini yazdı.
     
    ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Jens Stoltenberglə görüşündən əvvəl jurnalistlərə açıqlama verib.
    Almaniyanın NATO daxilindəki maliyyə öhdəliklərindən bəhs edərkən, baş nazir Angela Merkel və Almaniyaya qarşı bəslədiyi hörməti dilə gətirib.
    Tramp bu əsnada atasının Almaniyada anadan olduğunu bildirib.
    Donald Tramp “Atam Almandır. Almaniyada çox gözəl bir yerdə anadan olub" deyə bildirib.

    Muxalifet3 - 4-04-2019

  8. Şəmkirdə böyük ƏMƏLİYYAT: İcra başçısının yaxın adamı HƏBS EDİLDİ - Hər ay 70 nəfərin...

    Aprelin 2-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Şəmkirdə böyük əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat zamanı 1 ildən artıq müddətdə 70 fəhlənin əmək haqqını hər ay alıb cibinə qoyan Rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev yaxalanıb. İş yerində və evidnə aparılan yoxlamalar zamanı Teymur Hacıyevdən 70 ədəd maaş kartı götürülüb.

    Muxalifet - 4-04-2019

  9. Türkiyədə yeni partiya yarana bilər

    Abdulla Gülün və Əhməd Davudoğlunun yeni təşkilat quracağı iddia olunur

    Martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinin Türkiyə siyasi səhnəsinə bundan sonrakı dövrdə necə təsir edəcəyi son günlərin əsas müzakirə mövzularından birinə çevrilib.

    Artıq qardaş ölkənin siyasi ekspertləri, həmçinin Azərbaycanda tanınmış siyasilər bu barədə ehtimallar səsləndirməyə başlayıblar.

    Muxalifet - 4-04-2019

  10. ​Azərbaycanda keçmiş icra başçısı VƏFAT ETDİ - FOTO

    Şabran rayon İcra Hakimiyyətinin keçmiş başçısı, rayonun tanınmış ziyalılarından olan Arif Allahverdiyev vəfat edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, A.Allahverdiyev Şabran şəhərində dünyasını dəyişib.

    Muxalifet - 4-04-2019

  11. Ukrayna Rusiyaya bütün təyyarə reyslərini qadağan etdi

     Ukrayna Nazirlər Kabinetinin dünənki toplantısında Ukraynadan Rusiyaya bütün təyyarə reyslərinin qadağan edilməsi qərara alınıb.
     
    Qeyd edək ki, Kiyev iki ölkə arasında 2014-ci ildə başlayan siyasi gərginlikdən sonra ölkə ərazilərindən Rusiyaya birbaşa tarifli təyyarə reyslərini qadağan etmişdi.

    Muxalifet3 - 4-04-2019

  12. Polisdən ƏMƏLİYYAT: 23 nəfər saxlanıldı

    Aprelin 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
    Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 4-04-2019

  13. ​Azərbaycanlı müğənninin çılpaq qızlarla adı hallanan qardaşının YENİ FOTOSU

    Məşhur müğənni Ramal İsrafilovun kiçik qardaşı, çılpaq videosu yayılan 3 qızla əlaqədar Nəsimi Rayon Polis İdarəsinə çağırılan Valeh İsrafilovun yeni fotosu yayılıb.
    Ramal dünən axşam qardaşı ilə birgə paytaxtın məşhur restoranında idarə etdikləri toy məclisindən selfi çəkib paylaşıb.
    Müğənni fotoya "Allah bütün subayları xoşbəxt eləsin, Amin" şərhini yazıb.
    Bu da son xoşagəlməz olaydan sonra müğənninin qardaşı ilə çəkdiyi fotosu:/milli.az

    Muxalifet - 4-04-2019

  14. ​Çılpaq videosu YAYILAN QIZ: "Namusu ətək altında qoruyan..."

    Bir neçə gün bundan əvvəl çılpaq videosu ilə müzakirə olunan 3 xanımdan biri sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. Şəxsi Instagram hesabında status yazan qız qadın olmağın çətinliklərini bildirib. Muxalifet.az milli.az-a istinadən onun statusunu olduğu kimi təqdim edir: ''Günahdır Qadın olmaq" Çünki hər kəsin sahib olmaq istədiyi bədənin var. Qorumağa məcbur olduğun namusun, sevməyə məcbur olduğun adətlərin var... Adam kimi adam deyər hamı, amma qadın kimi qadın deyən olmaz, məsələn... əladı, "bomba"dı deyərlər tanımadan, bilmədən.

    Muxalifet - 4-04-2019

  15. ​Ağcabədidən Bakıya gələn 28 yaşlı qız itkin düşdü

    Ağcabədidən Bakıya gələn 28 yaşlı qız itkin düşüb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Sadıqova Bəsti Allahverdi qızı bir neçə gün əvvəl rayonda yaşadığı evdən çıxaraq itkin düşüb.
    B.Sadıqova evdən çıxarkən Bakıya qohumunun evinə getdiyini deyib.
    Ailə üzvlərinin dediyinə görə, B.Sadıqovanın psixi pozuntuları var.
    B.Sadıqovanı sonuncu dəfə Bakı şəhəri, Səbail rayonu ərazisində görüblər.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-04-2019

  16. ​Uşaqlarını maşında yandıran Kərimovaya ağır cəza - VİDEO

    Quldurluq və soyğunçuluğa görə əvvəllər məhkum edilmiş və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxsin həyat yoldaşı, iki övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Yelena Kərimovaya hökm oxunub. 
    Kriminalnn.ru portalının verdiyi məlumata görə, məhkəmənin qərarı ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. 
    Məhkəmə prosesində son söz deyən qadın özünü cinayətdə təqsirli bilməyib. 

    Muxalifet - 4-04-2019

  17. İrandan kartof idxalının dayanmasından kim qazanacaq

    Bu prosesdən fermerlər uduşlu çıxa bilər, monopolistlər imkan versə...

    Muxalifet - 4-04-2019

  18. Səs fərqi azalınca İmamoğlu təbrik proqramını ləğv etdi

     İstanbulda səs sayları dəqiqləşdirilmədən özünü bələdiyyə sədri elan edən Əkrəm İmamoğlu, İzmirdəki təbrik proqramını ləğv edib. İstanbulda etiraz edilən rayonlarda səslərin yenidən sayılması ilə birlikdə Binalı Yıldırım ilə Əkrəm İmamoğlu arasındakı səs fərqi azalmaqda davam edir.
     

    Muxalifet3 - 4-04-2019

  19. Məşhur iş adamı müflis olub, kirayə evdə yaşayır: “Uşaqlarımı da məktəbdən çıxarıblar”

    "Mən bu gün kirayədə yaşayıram. Banklar evlərimi əlimdən alıblar. Bir neçə gün öncə uşaqlarımı da məktəbdən çıxarıblar. Onlar da mənim kimi ev dustağına çevriliblər. Anlamadığım bir şey var, sizin təzminat ödənişi göstərişinizi 11 ildir yerinə yetirmirlər. 11 ildə 4 övladım, 2 nəvəm dünyaya gəlib. Bütün ailə tam bir fəlakətdə yaşayır”- hazırda ev dustağı olan iş adamı Sahib İbrahimov özünün facebook profili üzərindən ölkə rəhbərliyinə videomüraciətdə belə deyib. İş adamı S.İbrahimov dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

    Muxalifet - 4-04-2019

  20. ​Vəkillər Kollegiyasının sədrinə yeni vəzifə verildi - Məhkəmə-Hüquq Şurasında dəyişiklik

    Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.
    Bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub.
    Belə ki, Rəyasət Heyəti, Kollegiyanın sədri A.Bağırovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib. Həmin qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib.
    A.Bağırov bu vəzifədə Mərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü Ramiz İbrahimovu əvəz edəcək. R.İbrahimov Məhkəmə-Hüquq Şurasından öz ərizəsi ilə ayrılıb.

    Muxalifet - 4-04-2019

Pages