Axtarış

The search found 105771 results in 0.022 seconds.

Search results

  1. Əvvəl fəhlə, sonra nazir, indi isə rektor - Heydər Əsədovun dosyesi

    Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektoru təyin edib.
    Dövlət başçısının imzaladığı sərəncama əsasən, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyinat alıb.
    H.Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

    Muxalifet - 3-04-2019

  2. "Mən müharibə olacağını deməyə məcburam" – Erməni komandir

    "Bu məsələnin həlli gec və ya tez baş verəcək hərbi əməliyyatlardan keçir".
     
    Erməni KİV-ləri xəbər verir ki, bu sözləri Ermənistanın işğal altında olan Qarabağda qanunsuz formalaşdırdığı hərbi birləşmənin sabiq komandiri Levon Mnatsakanyan deyib.
    Onun sözlərinə görə, vəziyyətin kənardan baxarkən sakit olduğunu demək olar, lakin Azərbaycanın davamlı olaraq silah aldığı nəzərə alınmalıdır.

    Muxalifet3 - 3-04-2019

  3. Bakıda saxta məhsulların hazırlanması ilə məşğul olan sexlər aşkar edilib

    Vergilər Nazirliyi (VN)alkoqollu içkilərin istehsalı sahəsində vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, istehlak bazarında məhsulların qanunsuz dövriyyəsi və haqsız rəqabətə yol verilməsi halları ilə mübarizə çərçivəsində nəzarət tədbirlərini davam etdirir.ğ

    "Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

    Muxalifet - 3-04-2019

  4. ​İlham Əliyevdən Ermənistanı təşvişə salan MÜHARİBƏ XƏBƏRDARLIĞI: Putinin Bakıya zəngi və...

    Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşündən sonra baş verənlər İrəvanda narahatlıq yaradıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyana zəng edərək, Qarabağ müzakirələri haqda danışdı.
    Aprelin 1-də Putin Prezident İlham Əliyevə telefonla zəng edib və ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi haqda da müzakirələr aparıb.

    Muxalifet - 3-04-2019

  5. ​Ötən il turistlər Azərbaycanda 2 milyard dollardan çox pul xərcləyiblər

    Ötən il Azərbaycana gələn turistlər 2 milyard dollardan çox pul xərcləyiblər. Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, ötən il Azərbaycana gələn qonaqların sayı 2 milyon 800 mindən çox olub.

    Muxalifet - 3-04-2019

  6. “FHN ŞOU GÖSTƏRDİ, YANĞIN SÖNDÜRMƏDİ…” – “Diqlas”ın idarəedicisindən Heydərova ŞOK cavab

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən geniş Kollegiya iclasında martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi müzakirə edilib.

    İclasda “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyinə qanun pozuntusu ilə bağlı dəfələrlə xəbərdarlıq olunduğu diqqətə çatdırılıb.

    Muxalifet - 3-04-2019

  7. Prezidentdən 2,8 milyonluq SƏRƏNCAM

    Prezident İlham Əliyev aprelin 3-də “Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, sərəncamla Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Muxalifet - 3-04-2019

  8. İcra başçısının milyonluq əmlaklarının SİYAHISI AÇIQLANDI - Şadlıq sarayları, yaşayış kompleksləri, şirkətlər...

    Son günlərdə yayılan 3 çılpaq qızın videosu ilə bağlı bir çox məmur övladlarının da adı hallanır.
    Bu qalmaqalda adı hallandırılanlardan biri də Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur. Düzdür, icra başçısı bu qəbildən olan məlumatları təkzib edib, bununla belə sosial şəbəkələrdə Adil Vəliyevlə bağlı şok informasiyalar ara vermir. Bu dəfə isə icra başçısının sahib olduğu mülklər və biznes obyektləri ilə bağlı siyahı yayılıb.

    Muxalifet4 - 3-04-2019

  9. Qaz və işıq limitinə yenidən baxılır? – Tarif Şurasından AÇIQLAMA

    Son zamanlar ölkədə aparılan islahatlar fonunda elektrik enerjisi və təbii qaza tətbiq edilən limitin götürülməsi, eləcə də qiymətin ucuzlaşması ilə bağlı müzakirələr gedir.
    Məsələ artıq deputatlar səviyyəsində qaldırılıb. Ekspertlərin də fikrincə, əhalinin sosial vəziyyəti nəzərə alınaraq elektrik enerjisi və qaza tətbiq edilən limitin götürülməsi məsələsinə baxıla bilər.
    Maraqlıdır, limitin ləğvi məsələsi Tarif Şurasında müzakirə olunurmu?

    Muxalifet - 3-04-2019

  10. Sarkisyan adamlarını Qarabağa göndərdi – Saakyanla görüş

    Ermənistanın Respublikaçılar Partiyasının nümayəndə heyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
    Aprelin 2-də Qarabağa gələn respublikaçılar Xankəndidə separatçı rejimin “rəhbəri” Bako Saakyanla görüşüb.
    Qarabağa gələn nümayəndə heyətinə partiyanın mətbuat katibi, keçmiş vitse-spiker Edurd Şarmazanov rəhbərlik edir. Ehtimallara görə, nümayəndə heyətini Saakyana görüşə partiyanın lideri Serj Sarkisyan göndərib./Publika

    Muxalifet - 3-04-2019

  11. Azərbaycana Rusiyadan 1 milyard dollar gəlib

    Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, yalnız 2018-ci ildə xarici ölkə vətəndaşları Rusiyadan öz vətənlərinə 11,898 milyard dollar pul köçürüblər.

    Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, ən çox pul Rusiyadan Özbəkistana “axıb” – 4 milyard 82 milyon dollar. Daxili İşlər Nazirliyinin məlumatlarına görə, Özbəkistan həm də Rusiyada işləyən vətəndaşlarının sayına görə liderliyini qoruyur – RF-də 4,5 milyon Özbəkistan vətəndaşı miqrasiya qeydiyyatından keçib.

    Muxalifet - 3-04-2019

  12. Həbibin meneceri: "1,5 milyon müsəlmanı təhqir etdin"

    Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovun həyat yoldaşını təhqir edən irlandiyalı döyüşçü Konor Makqreqora cavab gecikməyib. 
    Xarici mətbuat xəbər verir ki, Həbibin meneceri Əli Əbdülaziz Makqreqora od püskürüb.
    "Bu adam birinin həyat yoldaşını, dinini və inancını təhqir edir. 1,5 milyon müsəlmanı təhqir etdiyinin fərqində deyil. Konor, indi bütün mətbuat sənin iyrənc hərəkətindən yazacaq. Sən təvavüzçüsən", - deyə Əbdüləziz bildirib.

    Muxalifet - 3-04-2019

  13. ABŞ-dan Türkiyə açıqlaması: “Olduqca əndişəliyik”

    NATO-da ABŞ-ın daimi nümayəndəsi Kay Bailey Hutchison Vaşinqtonda NATO xarici işlər nazirləri yığıncağında çıxış edib. Türkiyənin Rusiyanın S-400 raketdən müdafi sistemlərindən vaz keçmədiyi təqdirdə NATO-dan çıxarılıb çıkarılmayacağı mövzusunda verilən suala cavab verən Hutchison, ABŞ-ın və NATO-nun mövzu haqqında narahatlıqları olduğunu ifadə edərək Türkiyənin Rusiyadan silah almasının uyğun olmayacağını bildirib.
     

    Muxalifet3 - 3-04-2019

  14. Bağçada uşağa qarşı ZORAKILIQ: Müəllim 5 yaşlı uşağı bu hala saldı? - FOTO/VİDEO

    Sumqayıtda yerləşən uşaq bağçasında azyaşlının müəlliməsi tərəfindən zorakılığa məruz qaldığı iddia olunur. Rəhbərlik isə bunu inkar edir və şər-böhtan adlandırır. O, “əgər belə bir hal baş veribsə, polisə şikayət etsinlər, araşdırılsın” söyləyir. Hadisənin şəhərin 14-cü məhəllədə yerləşən 2o saylı uşaq bağçasında yaşandığı bildirilir. Belə ki, 2014-cü il təvəllüdlü Ramal İbrahimovun sözlərinə görə, Zahidə adlı müəlliməsi tərəfindən fiziki zorakılığın qurbanı olub. Bu səbəbdən azyaşlının üzündə qançır izləri əmələ gəlib.

    Muxalifet - 3-04-2019

  15. Fatimədən SƏRT SÖZLƏR: "Heç kimin ailəsini dağıtmamışam"

    Rəqqasənin əri olmur? Kiminsə ailəsini dağıtmalıdır ki, ailəsi olsun?
    Muxalifet.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Sənətçi rəqqasələrin ünvanına deyilən tənqidlərə sərt cavab verib:
    "41 yaşım var, heç kim deyə bilməz ki, indiyənə kimi mənə bir çöp verib. Hər şeyi öz gücümə etmişəm. 11 ildir ailəliyəm, heç kimin ailəsini dağıtmamışam. Eşitmişəm belə söz deyilib. 
    Rəqqasələri qınayıblar. Rəqqasə özünü çöldə qoyub? Elə rəqqasələr tanıyıram ki, onların qarşısında baş əyirəm. 

    Muxalifet - 3-04-2019

  16. Paşinyan məhkəmədə ifadə verir - CANLI YAYIM

    Ermənistanin baş naziri Nikol Paşinyan 2017-ci ilin parlament seçkiləri öncəsi yol verilən vandalizm və “Çıxış” blokunun tərəfdarlarına qarşı zorakılıq faktları ilə əlaqədar açılan cinayət işi çərçivəsində İrəvanın ümumi yurisdiksiya məhkəməsində ifadə verir.
    Erməni KİV-nin verdiyi məlumata görə, canlı yayımlanan məhkəmə iclasında dindirilən Paşinyan bildirib ki, o zaman baş verən insidentin təfərrüatlarını açıqlayaraq bütün sualları cavablandırmağa hazırdır. /Azvision

    Muxalifet - 3-04-2019

  17. Tikinti şirkətinin direktoru HƏBS EDİLDİ

    Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətin direktoru həbs edilib. "Meqa-Siti Holdinq” MMC-nin direktoru Elnur Adil oğlu Məmmədov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, həmin şirkətin təsisçisi Aqil Qədirov da bir müddət əvvəl həbs edilib.

    Muxalifet - 3-04-2019

  18. "Gəmi ilə paravozu ayıra bilmir, necə rektorluq edəcək?" - Hafiz Hacıyevdən Heydər Əsədovun təyinatına REAKSİYA

    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovu Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi münasibətilə təbrik edib.

    Hər zaman Heydər Əsədovu sərt tənqid etməsi ilə yadda qalan Hafiz Hacıyev sabiq nazirə məsləhətlərini də verib:

    Muxalifet - 3-04-2019

  19. Saakaşvili: “Ukraynada inqilab baş verib”

    Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynaya qayıması üçün şərtini açıqlayıb.
    O, Gürcüstanın “Rustavi-2” televiziyasına müsahibəsində deyib ki, Ukraynada inqilab baş verib.
    M.Saakaşvili bildirib ki, prezident seçkisinin ikinci turunda Vladimir Zelenski qalib gəlsə, Ukraynaya qayıdacaq. Keçmiş dövlət başçısı vurğulayıb ki, heç bir yüksək siyasi post tutmağı planlaşdırmır.

    Muxalifet - 3-04-2019

  20. İstanbulda böyük saxtakarlıq: Bir məntəqədə Binalı Yıldırıma verilən 6351 səs etibarsız sayılıb

    AK Partiyanın şkayət müraciətini qiymətləndirən Rayon Seçki Komissiyası İstanbulun Sarıyerdəki məntəqədə etibarsız səslərin təkrar sayılmasına verib.
     
    AK Partiyanın müraciətində 31 mart 2019 tarixində keçirilən bələdiyyə seçkisində səsvermə zamanı Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olan Binali Yıldırıma verilən 6351 səs etibarlı olsa da, etibarsız olaraq qeyd edilib. Hesabatda da bu səslər etibatsız olaraq göstərilib. İndi bu səslər yenidən sayılacaq və yoxlanılacaq.

    Muxalifet3 - 3-04-2019

Pages