Axtarış

The search found 105771 results in 0.075 seconds.

Search results

  1. Qərar verildi: Homoseksualları edam edəcəklər

     Bruney Sultanlığı homoseksual azğınların daşlanaraq edam ediləcəyini açıqlayıb.
     
    Bruney Sultanlığı homoseksual azğınları və zina edənləri yeni cəza qanununun qüvvəyə minəcəyi 3 apreldən (bu gün) etibarən daşlanaraq edam ediləcəyini açıqlayıb.
    Bruney Sultanlığının internet saytında edamlala bağlı edilən açıqlamada, "Hökumətimiz başqalarının bunu qəbul etməsini və ya qəbul etməməsini gözləmir. Tək gözlədiyimiz şey bizim onlara hörmət etdiyimiz kimi, onların da bizə hörmət bəsləməsidir" deyilib.

    Muxalifet3 - 3-04-2019

  2. S-400-ün ilk hissələri Türkiyəyə gətirildi

     Türkiyənin Rusiyadan sifariş etdiyi S-400 hava müdafiə sisteminin çox önəmli bəzi kiçik hissələrini təhvil aldığı bildirilib.
     
    “Yeni Şəfəq” qəzetinin xəbərinə görə, Türkiyənin öz milli maraqları və təhlükəsizlik tədbirləri çərçivəsində satın almaq istədiyi S-400 hava müdafiə sistemi ABŞ ilə münasibətlərə birbaşa təsir etməyə davam edir.
    ABŞ-ın hədələyici bəyanatlarına rəğmən Türkiyənin də S-400 mövzusunda əhəmiyyətli addımlar atdığı öyrənilib.

    Muxalifet3 - 3-04-2019

  3. Ramil Usubov Göyçaya gedir - Qəbul

    Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 2019-cu il aprelin 27-də Göyçay Rayon Polis Şöbəsində Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
    Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
     

    Muxalifet3 - 3-04-2019

  4. Avtobusda görüntülənən Damla görün nə dedi? - VİDEO

    Müğənni Damla avtobusların birində görüntülənib.
    Muxalifet.az xəbər verir ki, Damlanın avtobuda olan görüntüsünü prodüseri Şamil şəxsi “İnstagram” hesabında paylaşıb.

    Muxalifet3 - 3-04-2019

  5. “Nar TV” ilə ən maraqlı filmlər və TV serialallar Azərbaycan dilində

    Azərbaycan telekommunikasiya bazarında ilk onlayn TV tətbiqi olan “Nar TV”-də yeniliklər edilib. Artıq “Nar TV” ilə TV kanalları və verilişlərlə yanaşı, film həvəskarları üçün sevdikləri filmlər, seriallar daha əlçatan olacaq. Belə ki, “Nar TV” tətbiqinə əlavə edilən geniş film bazası ilə seçilmiş filmləri Azərbaycan dilində də izləmək mümkün olacaq. “Nar TV” tətbiqində hər kəsin zövqünə uyğun filmlər mövcuddur və tətbiqdə filmlər kateqoriyalarına görə bölünüb.

    Muxalifet4 - 3-04-2019

  6. ​NATO-nun Qara dənizdə ən böyük "savaş oyunu" başlayır

    Rumıniya hərbi-dəniz qüvvələri aprelin 5-dən 13-nə kimi ölkənin ərazi sularında və Qara dənizin beynəlxalq sularında keçiriləcək ən böyük “Sea Shield-19” beynəlxalq təlimlərinə start verəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Muxalifet3 - 3-04-2019

  7. Bu ölkədə hərbi təyyarə qəzaya uğradı: yaralılar var

    İspaniyada hərbi təyyarə qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Nəticədə 11 nəfər yaralanıb.
    Qəzanın təlim zamanı baş verdiyi bildirilib.
     

    Muxalifet3 - 3-04-2019

  8. Tokayev Rusiyada: Putinə söz verdi... - Foto

    Tokayev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
    Tokayev Putinə Nazarbayevin salamlarını çatdırıb və iki ölkə arasındakı münasibətlərin örnək təşkil etdiyini, münasibətlərin bundan sonra da davam etdiriləcəyi barədə söz verib.
     

    Muxalifet3 - 3-04-2019

  9. SON DƏQİQƏ: Azərbaycanda sabahdan kartof bahalaşcaq - SƏBƏB

    İran sabahdan kartof-soğan ixracına qadağa qoyacaq. Azərbaycan xüsusən yaz aylarında kənd təsərrüfatı məhsullarına tələbatını bu ölkə vasitəsilə ödədiyindən bazarlarda nə baş verəcək? Soğanın kilosu 1.50-ni keçəndən sonra növbəti bahalaşma kartofda gözlənilirmi? Artıq kartofun qıt dövrü olduğundan bahalaşmağa başlayıb. Qış mövsümündə Bakıda kartof 70 qəpik-1 manat arasında dəyişirdi. Hazırda qiymət 1-1.30 manat civarındadır. İl ərzində İrandan Azərbaycana 50 min ton kartof idxal olunur.

    Muxalifet3 - 3-04-2019

  10. İLHAM ƏLİYEVDƏN DAHA BİR MÜHÜM FƏRMAN - Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir...

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Muxalifet.az xəbər verir ki, prezidentin fərmanında qeyd olunur:

    “Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

    Muxalifet4 - 3-04-2019

  11. ​Son ana qədər Britaniyanın birliyi tərk etməsi... - Yunker

    Avropa İttifaqı son ana qədər Böyük Britaniyanın Aİ-dən anlaşma olmadan ayrılmasının qarşısını almağa çalışacaq. Böyük Britaniya parlamentinin aprelin 12-dən əvvəl bir qərar qəbul etməyəcəyi halda "Breksit" tarixinin qısa müddətə təxirə salınması mümkün olmayacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa Parlamentinin Brüsseldə Brexit məsələsi ilə bağlı keçirilən iclasında deyib.
    Yunker aprelin 12-də Britaniyanın Aİ-dən anlaşmasız olaraq ayrılacağı ehtimalının böyük olduğunu bildirib.
     

    Muxalifet3 - 3-04-2019

  12. İranda sel fəlakəti: Zərər 1 milyarda yaxınlaşır - YENİLƏNDİ

    Ölkəyə 917 milyon dollar həcmində ziyan dəyib. Seldən ziyan görən 45 min ailəyə yardım göstərilib, 293 şəhər və kəndin əhalisi müvəqqəti olaraq köçürülüb.
    Bu sözləri İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Murtaza Səlininin bildirib.
    Hazırda xilasetmə işləri və su basmış şəhərlərdə infrastrukturun bərpası işləri davam edir.
     

    Muxalifet3 - 3-04-2019

  13. ​Qarabağ münaqişəsi NATO üçün təhlükədir – Çavuşoğludan MÜHÜM AÇIQLAMA

    Dörd tərəfimizdə müharibələr gedir və biz NATO-nun ən öndəki cəbhə xətindəyik.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
    "NATO-nun üzləşdiyi təhlükələr sırasında qeyri-qanuni miqrasiya, terror, daxili müharibələr, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan, Krım, Kipr məsələsi var", - Çavuşoğlu qeyd edib.
     

    Muxalifet3 - 3-04-2019

  14. ​Ankarada da səslər təkrar sayılır: Nəticələr dəyişəcəkmi?

    Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermə ilə bağlı edilmiş şikayətlə əlaqədar Ankara vilayətinin 11 rayonunda bülletenlər təkrar sayılacaq.
    Muxalifet.az xəbər verir ki, səslərin təkrar sayılması ilə bağlı şikayət hakim Ədalət və İnkişaf Partiyası tərəfindən edilib.
    Qeyd edək ki, ilkin nəticələrə görə, səsvermədə Ədalət və İnkişaf Partiyasının namizədi Cümhuriyyət Xalq Partiyasının namizədindən təxminən 2 faiz az səs toplayıb.
     

    Muxalifet3 - 3-04-2019

  15. NATO-da birlik yoxdur, qeyri-funksional olaraq... - Tomann

    NATO ölkələri arasında təhlükəsizlik üçün təhdid yaradan faktorlara qarşı birlik yoxdur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Avrokontinent Geosiyasi Araşdırmalar Mərkəzinin rəhbəri Pyer-Emmanuel Tomann deyib.
    Tomann NATO üzvü olan ölkələr arasında fikir fərqliliklərinin olduğunu, alyansın qeyri-funksional olaraq varlığını davam etdirdiyini bildirib.
     

    Muxalifet3 - 3-04-2019

  16. Təhsil müəssisələrindəki ixtisaslarla bağlı sərəncam

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 3-də ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, sərəncama əsasən, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası” yeni redaksiyada təsdiq edilib.

    Muxalifet3 - 3-04-2019

  17. Ərdoğandan İmamoğluna: Topal ördək...

    Səslərin əksəriyyəti bizdədir. Hazırda hələ də hər şey davam edir. Elə də olsa, bunlar nəyə dönüb bilirsinizmi? - Bunlar topal ördəkdilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əkrəm İmamoğlunun ona müraciətinə cavab verərkən bildirib.
    Ərdoğan daha sonra bildirib ki, ABŞ-da fərqli partiyadan olanların bir yerdə olmasına topal ördək deyillər.
    Qeyd edək ki, Ə.İmamoğlu qalib olaraq Ərdoğandan əlinin qaldırılmasını istəyib və bərabər çalışmağa hazır olduğunu bildirib.

    Muxalifet3 - 3-04-2019

  18. “Ermənistanın 200 ilə gördüyü işlərə Azərbaycan 10 ildə layiqli cavab verib...” - GENERAL

    Son illərdə hərbi sahəyə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılıb, ölkənin müdafiə potensialı əsaslı gücləndirilib. 
    Muxalifet.az xəbər verir ki, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bu gün Konqres Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı deyib.
    O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin ən parlaq qələbəsi kimi tarixə yazılıb:

    Muxalifet3 - 3-04-2019

  19. Yunanıstanda meşə qoruğu yanır

    Yunanıstanın Peloponnes bölgəsində Strofiliya meşə qoruğunda yanğın baş verib.
    Muxalifet.az xəbər verir ki, hazırda yanğın Falari bölgəsi istiqamətində genişlənir. Güclü külək yanğının söndürülməsinə mane olur.
    Bölgənin qubernatoru Apostolos Katsifaras bildirib ki, bu, son illərdə gördüyü yanğınların ən güclüsüdür. Qeyd edib ki, hadisə yerinə yanğınsöndürən təyyarələr və maşınlar cəlb olunub.

    Muxalifet3 - 3-04-2019

  20. II Avropa Oyunlarında yeni ənənin əsası qoyulacaq

    Minskdə keçiriləcək II Avropa Oyunlarında yeni ənənənin əsası qoyulacaq. Məşəl estafeti ilk dəfə bir neçə Avropa ölkəsinin ərazisindən keçəcək.
    Muxalifet.az TASS agentliyinə istinadən xəbərinə görə,  2019-cu il II Avropa Oyunlarının direktorluğunun bəyanatında bildirilib:
    “Məşəl estafeti Olimpiya Oyunları çərçivəsində təşkil edilən ənənəvi tədbirdir. Bakıda keçirilən I Avropa Oyunlarında da məşəl estafeti olub. Həmin estafet yalnız təşkilatçı ölkənin ərazisindən keçib. Qarşıdakı estafet isə daha irimiqyaslı və əhəmiyyətli olması ilə fərqlənəcək.

    Muxalifet3 - 3-04-2019

Pages