Axtarış

The search found 105779 results in 0.038 seconds.

Search results

  1. ​SON DƏQİQƏ: İki rayonun icra başçısı işdən ÇIXARILDI

    Azərbaycan Prezidenti İlham Əliyev iki rayonun icra başçısının yerini dəyişib.
    Bu barədə Sərəncamları AZƏRTAC dərc edib.
    Müvafiq sərəncamlara əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
    Digər sərəncamlarla isə, S.Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin, N.İsmayılov isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

    Muxalifet - 17-05-2019

  2. ​Bakı metrosu 2 gün gücləndirilmiş rejimdə işləyəcək

    Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçiriləcəyini nəzərə alaraq, "Bakı Metropoliteni" QSC oyunun keçiriləcəyi tarixlərdə - mayın 29-30-da gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə Muxalifet.az-a qurumdan bildirilib. Məlumata görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarlarının ayrılması nəzərdə tutulub.

    Muxalifet - 17-05-2019

  3. Həbs olunan polkovnikin evindən 12 milyard pul çıxdı, FTX qarışdı - ÇEKİSTLƏR VƏ BANKİRLƏR, LAP MAHMUDOVLA HACIYEV KİMİ

    Rusiya xüsusi xidmət orqanları ciddi rüşvət qalmaqalı və həbslərlə çalxalanır. Bu ölkə KİV-lərnin xəbərlərinə görə Federal Təhlükəsizlik Xidmətinin bankları kurasiya edən polkovnikinin həbsi bankirlərlə çekistlər arasında dərin korrupsiya əlaqələrini üzə çıxarıb. Nəticədə FTX rəhbərliyində yerdəyişmələr aparılıb, bir çoxları vəzifələrini itirib.

    Muxalifet - 17-05-2019

  4. Paşinyanı gözləyən BÖYÜK TƏHLÜKƏ - Eks-prezidentlər hərəkətə keçir

    “Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birlərini kəskin tənqid edirlər. Bu proses dayanmır”. Muxlifet.az publika.az-a istinadən xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Paşinyan separatçıların liderini Bako Saakyanı xəbərdar etsə də, Bako Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar.

    Muxalifet - 17-05-2019

  5. Dövlət qurumlarının maşınlarını idarə edən şəxslər üçün yeni tələb

    Dövlət qurumlarının avtomobillərini idarə etməyi həvalə etdikləri şəxslərə dair tələb müəyyənləşib.
    Bu, parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Notariat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Muxalifet - 17-05-2019

  6. “Lazım olmayan yerlərdə də radar quraşdırılır” - Millət vəkili

    "Təhlükəsizliyimizi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq".
    Bunu millət vəkili Hikmət Babaoğlu “Yol hərəkəti qaydaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
    Onun sözlərinə görə, bu qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə yeni yanaşma olmalıdır: 

    Muxalifet - 17-05-2019

  7. ​Azərbaycanda ŞOK HADİSƏ - 10 yaşlı uşaq özünü asdı

    Bu gün günorta saatlarında Neftçala rayonunun 2-ci Mayak kəndində 10 yaşlı uşaq özünü asıb. Mualifet.az virtualaz.org-a istinadən xəbər verir ki, 2009-cu ildə anadan olmuş uşağı atası heyvanları suvarmaq üçün mal tövləsinə göndəridiyi zaman gec qayıtdığını görüb, arxasınca yollanarkən uşağın özünü tövlədən asdığının şahidi olub. Uşağı dərhal asıldığı ipdən açan ata onu Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırdığından, həyatını xilas etmək mümükün olub. Hazırda oğlanın vəziyyəti orta-ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

    Muxalifet - 17-05-2019

  8. ​Miqrasiya Məcəlləsinə dəyişikliklər edilir

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. 
    Komitənin sədri Əli Hüseynli bildirib ki, gündəlikdəki birinci məsələ "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Bu Saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək.

    Muxalifet - 17-05-2019

  9. ​Ukraynanın xarici işlər naziri İSTEFA VERDİ

    Ukraynanın xarici işlər naziri Pavel Klimkin istefa verib.
    Muxalifet.az xəbər verir ki, o, "Feysbuk" sosial şəbəkəsində paylaşdığı videomüraciətində bu barədə bildirib. Diqqətə çatdırıb ki, Ali Radaya seçilmək üçün müraciət edəcək. 
    “Mən ukraynalıların nə istədiyini və həmçinin dünyanın bizdən nə gözlədiyini bilirəm. Mənim çoxlu ideyalarım var və ümid edirəm ki, onları reallaşdıra bilərəm. Ona görə də mən irəli, siyasətə gedirəm. Bu yola prinsiplərimi və görüşlərimi bölüşdüyüm, həmfikir olduğum komanda ilə çıxıram”. 

    Muxalifet - 17-05-2019

  10. ​İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

    Dünən İsraildə baş tutan “Eurovision”un ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması tənqidlərə səbəb olub.
    Sosial şəbəkə istifadəçiləri bu səhvə görə, Azərbaycan nümayəndə heyətini qınayıb. 
    İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov və nümayəndə heyətinin üzvü Murad Arif məsələyə münasibət bildirib:

    Muxalifet - 17-05-2019

  11. ​ŞOK: Azərbaycanda yol polisi içkili vəziyyətdə QƏZA TÖRƏTDİ - VİDEO

    Dövlət Yol Polisinin Gəncə-Qazax avtomagistralının 9-cu tağımının komandiri Aqil Məmmədov qəzaya düşüb. Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, o, 99-YP-910 dövlət nömrə nişanlı xidməti avtomobilini içkili vəziyyətdə idarə edib. Qəza nəticəsində maşına ciddi ziyan dəyib. Aqil Məmmədov isə ağır bədən xəsarətləri ilə Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib.

    Muxalifet - 17-05-2019

  12. ​Paşinyan Putinlə görüşə gedir

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək Muxalifet.az xəbər verir ki, bu barədə Paşinyan rusiyalı jurnalistlərlə görüş zamanı deyib. Paşinyan bildirib ki, iyulda Sankt-Peterburqda Beynəlxalq İqtisadiyyat Forumu keçiriləcək və o, həmin forumda iştirak edəcək. Səfər zamanı o, Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

    Muxalifet - 17-05-2019

  13. Tramp ABŞ-İran müharibəsi ilə bağlı İLK DƏFƏ danışdı

    ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla yaşadığı gərginliyə dair açıqlama verib. Ağ Ev rəhbəri bir jurnalistin “cənab prezident, müharibəyəmi gedirik” sualını “ümid edirəm, olmaz” sözləri ilə cavablandırıb. İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunun Parlamentlə Münasibətlər Komitəsinin sədr müavini Məhəmməd Saleh Yokar Trampın açıqlamasına sərt reaksiya verib: “Qısamənzilli raketlərimiz belə ABŞ-ın bölgədəki döyüş gəmilərini vurmağa kifayət edər. ABŞ insan qüvvəsi və sosial şərtlər baxımından çətin vəziyyətdədir”.

    Muxalifet - 17-05-2019

  14. ​"Tellinin hər yerini kəsərəm, başdan-ayağa..." - Tacirdən ŞOK VİDEO

    Müğənni Tacir Şahmalıoğlu Aşıq Telli Borçalı ilə birlikdə Xəzər TV-də yayımlanan "5/5" verilişinin qonağı olub.
    Muxalifet.az xəbər verir ki, Tacir aparıcı Zaur Kamalın "Estetik cərrah olsaydınız, Telli Borçalının harasını kəsərdiniz?" sualına belə cavab verib:
    "Tellinin hər yerini kəsərəm, başdan-ayağa yeyərəm".
    Verilişdən əyləncəli görüntüləri təqdim edirik:

    Muxalifet - 17-05-2019

  15. ​"Rusiya, Türkiyə, İran sammitinin keçirilməsi planlaşdırılmır" - PESKOV

    Rusiya, Türkiyə, İran sammitinin keçirilməsi planlaşdırılmır.
    Muxalifet.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
    O bildirib ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya məsələsi ilə əlaqədar növbəti görüşü hələlik planlaşdırılmır.
    Xatırladaq ki, sonuncu dəfə prezidentlər Suriya münaqişəsinin müzakirəsi üçün bu formatda 2019-cu ilin fevralında Soçidə görüşmüşdülər.

    Muxalifet - 17-05-2019

  16. Bakıda həkimi çalışdığı xəstəxanada SOYDULAR

    Mərkəzi Klinik Xəstəxanada həkimdən oğurluq edilib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, iş zamanı USM həkimi olan M.Ə.-nin (qadındır) çantasından 450 manat və 120 dollar oğurlanıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 17-05-2019

  17. ​Bu da Almaz Ələsgərlinin nəvəsi - VİDEO

    Əməkdar artist Almaz Ələsgərlinin nəvəsi ilə görüntüsü yayılıb.
    Görüntünü ifaçı İnstaqram səhifəsində paylaşıb.
    O, videoya bu sözləri əlavə edib:
    "Sənə qurban olaram Melissam. Gəlmişəm səni yeməyə", - deyə əməkdar artist qeyd edib.
    Qeyd edək ki, Almaz Ələsgərlinin qızı İsveçdə yaşayır.

    Muxalifet - 17-05-2019

  18. Trampdan “Müharibəyə gedirik” sualına İki kəlməlik cavab: İrandan cavab gecikmədi

    ABŞ prezidenti Donald Tramp İran və ABŞ arasındakı gərginliyə qısa münasibət bildirib. Jurnalist "Hörmətli prezident, biz müharibəyə gedirik" sualına, Tramp "Ümid edirəm ki, olmaz" deyə cavab verib. İran İnqilab Mühafizəsi Ordusunun komandan müavini gərginliklə bağlı sərt bir açıqlama verib.
     
    İranın İnqilabçı Mühafizəçilərinin parlament işləri üzrə vitse-prezidenti Məhəmməd Saleh Jokar isə bildirib ki, "Qısa mənzilli raketlərimiz belə regionda ABŞ hərbi gəmilərini vurmaq üçün kifayətdir. ABŞ insan gücü və Sosial şərtlər baxımından da zəifdir" deyib.

    Muxalifet3 - 17-05-2019

  19. Azərbaycanda nazir müavininə yüksək vəzifə verildi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Elçin Əliyevin Naxçıvan Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
    E.Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini vəzifəsində çalışıb.(Unikal.org)

    Muxalifet - 17-05-2019

  20. Başına 300 min mükafat qoyulan terrorçu öldürüldü

    Türkiyənin Daxili İşlər Nazirliyindən edilən açıqlamada, Siirtin Eruh mahalında İl Jandarma Komandanlığının keçirdiyi əməliyyatda 3 terrorçu öldürülüb. Öldürülən terrorçulardan biri axtarılanlar siyahısında olan, başına 300 min TL mükafat qoyulan Rojbin Gever Mizgin kod adlı Raife Kutlak olduğu müəyyənləşdirilib. Müxalifət.az

    Muxalifet3 - 17-05-2019

Pages