Axtarış
The search found 105779 results in 0.038 seconds.
Search results
Bu, İran və ABŞ üçün intihardır - Zərif
Vaşinqtonla nüvə müzakirəsi ehtimalı yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Müzakirədən əvvəl ABŞ beynəlxalq qaydalara riayət etməlidir. Nüvə razılaşmasın özü pozdu. Gərginliyin artması hər iki tərəf üçün intihardır”, - deyə XİN rəhbəri bildirib.
Muxalifet3 - 16-05-2019
Putinin bu etirafı hər kəsi HEYRƏTLƏNDİRDİ
Mən təxminən 30 il liftsiz binada yaşamışam və bəzən yaşlı qonşumu öz qollarımda 5-ci mərtəbəyə qaldırmışam. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalistin veteranlardan birinin yaşadığı lift problemi ilə bağlı müraciətinə cavabında deyib. “Mən anlayıram ki, bəzi yaşlı insanlar enə bilmir. Təxminən 30 il liftsiz yaşamışam. Qonşumu 5-ci mərtəbəyə qollarımda qaldırırdım. Çünki lift yox idi, qalxa bilmirdi. Əlbəttə ki, həmişə yox... Lakin belə hallar olurdu. Bu vəziyyətdə olan insanları yaxşı başa düşürəm.
Muxalifet3 - 16-05-2019
Bank hesabını onlayn açmaq mümkün olacaq
Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq. Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib. O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır: “Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”. T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər: “Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır.
Muxalifet3 - 16-05-2019
Miri Yusif Dünya Çempionatının ulduz səfiri seçildi
Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının ulduz səfiri seçilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi Dünya Çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.
Muxalifet3 - 16-05-2019
Tramp İrana görə Pompeo və Boltona əsəbiləşdi
ABŞ prezidenti Donald Tramp dövlət katibi Maykl Pompeo və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun onu İranla müharibəyə çəkmələrindən qəzəblənib. Muxalifet.az-ın report -a istinadən məlumatına görə, Donald Tramp hesab edir ki, İranla münaqişə onun seçkiqabağı öhdəliklərinin pozulmasıdır. O, problemi diplomatik və İran liderləri ilə birbaşa danışaraq həll etməyə hazır olduğunu bildirib. ABŞ-ın yüksək vəzifəli məmuru bildirib ki, Donald Tramp Bolton və Pompeonun hərbi kampaniya ilə bağlı fəaliyyətlərindən qəzəblənib.
Muxalifet3 - 16-05-2019
Rusiyanın kosmik aparatlarına dair məxfi materiallar internetə sızdırılıb
İnternetdə Rusiyanın kosmik aparatları, onların yaradılması və buraxılışı ilə bağlı daha əvvəl məlum olmayan informasiyalar paylaşılıb. Muxalifet.az xəbər verir ki, peyklərin bir sıra elementlərini hazırlayan “Roskosmos”un tərkibindəki “Saturn” şirkəti informasiyanı təsdiqləyib və paylaşımı qeyri-qanuni adlandırıb. “Məlumat qanunsuz olaraq yerləşdirilib. Biz məlumatı kimin paylaşmasını müəyyən etmək üçün müvafiq addımlar atacağıq”, - “Saturn”un baş konstruktoru Sergey Lixonosov bildirib.
Muxalifet3 - 16-05-2019
Ramazanın 12-ci günü: İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 12-ci günüdür. Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də Bakıda imsak saat 03:41, iftar isə saat 20:07-dədir. Ramazan ayının 12-ci gününün duası: "Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin". Tərcüməsi: "İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir.
Muxalifet3 - 16-05-2019
“Zirə” 9 futbolçu ilə yollarını ayırdı
Paytaxtın “Zirə” komandası 9 futbolçu ilə bağlanmış müqavilələrin vaxtını uzatmayıb. Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Budaq Nəsirov, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə klub arasında imzalanmış müqavilə başa çatıb. Paytaxt klubu futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Muxalifet3 - 16-05-2019
ABŞ təyyarəsi Dubayda qəzaya uğradı: ölənlər var
Amerikanın "Honivil" şirkətinə məxsus "Diamond DA40" tipli birmühərrikli təyyarə Dubay beynəlxalq hava limanında qəzaya uğrayıb. Muxalifet.az xəbər verir ki, bu barədə "Əş-Şark əl-Ausat" qəzeti məlumat yayıb. Hadisə nəticəsində göyərtədə olan 4 nəfərdən ikisi – pilot və köməkçisi həlak olub. Qəzaya ilkin səbəb kimi texniki nasazlıq göstərilib.
Muxalifet3 - 16-05-2019
Salvadorda güclü zəlzələ
Şimali Amerika ölkəsi Salvadorda 6,2 bal gücündə zəlzələ baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə Salvadorun Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyinin Tvitter səhifəsində məlumat yayılıb. Dağıntı və tələfatla bağlı məlumat verilmir.
Muxalifet3 - 16-05-2019
“Arsenal” Bakıya Mxitaryansız gəlməyə hazırlaşır - ŞOK AÇIQLAMA
İngiltərənin “Arsenal” futbol klubu erməni yarımmüdafiəçisi Genrix Mxitaryanı evdə qoyaraq Avropa Liqasının Bakıda keçiriləcək final oyununa onsuz gəlməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, Britaniyanın “The Guardian” nəşri bununla bağlı yazıb: “London klubunun düşərgəsində oyunçulardan birinin təhlükəsizlik problemlərinə görə bu cür ciddi oyunu faktiki olaraq buraxmağa məcbur qaldığı üçün qəzəb hiss olunur. Ötən həftə “Arsenal” UEFA-dan Azərbaycanla Ermənistan arasında davam edən siyasi gərginlik səbəbindən Mxitaryan üçün əlavə təhlükəsizlik zəmanəti tələb etmişdi.
Muxalifet4 - 17-05-2019
“Keşikçidağda ilk kilsəni Azərbaycan türkləri inşa edib” - TARİX İNSTİTUTUNDAN GÜRCÜLƏRƏ CAVAB
Tarix İnstitutunun Elmi Şurası: “Azərbaycana qarşı ərazi iddialarının heç bir elmi əsası yoxdur”
“Bu gün iddia qaldırdığınız ərazi Tiflis türk-müsəlman dövlətinin – Tiflis əmirliyinin torpaqlarının bir parçası olmuşdur”
Muxalifet4 - 17-05-2019
Gəncə olaylarında həbs olunan məhbusun səhhəti ağırlaşıb - "Yoldaşımın mədəsində şiş metastaz verib"
2018-ci il Gəncə olaylarına görə həbs olunmuş Aydın Qurbanovun səhhətində olan problemin daha da ciddiləşdiyi bildirilir.
Bu barədə məlumatı “Azadlıq” radiosuna onun yoldaşı Məhbubə Qurbanova verib. Onun sözlərinə görə, A.Qurbanov mədə xərçəngindən əziyyət çəkir. Xanımının vurğulamasına görə, ərinin mədəsində olan şiş qaraciyərinə keçib.
Muxalifet4 - 17-05-2019
Rusiyanın məxfi materialları internetə ötürüldü
İnternetdə Rusiyanın kosmik aparatları, onların yaradılması və buraxılışı ilə bağlı daha əvvəl məlum olmayan informasiyalar paylaşılıb. Vesti.ru xəbər verir ki, peyklərin bir sıra elementlərini hazırlayan “Roskosmos”un tərkibindəki “Saturn” şirkəti informasiyanı təsdiqləyib və paylaşımı qeyri-qanuni adlandırıb. “Məlumat qanunsuz olaraq yerləşdirilib. Biz məlumatı kimin paylaşmasını müəyyən etmək üçün müvafiq addımlar atacağıq”, – “Saturn”un baş konstruktoru Sergey Lixonosov bildirib.
Muxalifet4 - 17-05-2019
Brüsseldə Paşinyanın ağzına... - Bu foto səs-küyə səbəb oldu
Ermənistanda cinsi cinayət qurbanları arasında uşaqların nisbəti olduqca yüksəkdir. Muxalifet.az xəbər verir ki, Ermənistanın “Epress” saytı 2016 və 2017-ci illərə aid sensasion nəticələri yayıb. Məlumata görə, ölkədə 2016-cı ildə qeydə alınmış 160 belə cinayət əməlinin qurbanlarının 115-i uşaqlar olub. Cinayət anında 115 zərərçəkən 5-17 yaş aralarında olublar. 2017-ci ildə Ermənistanda baş vermiş 164 belə cinayətin isə 113-də qurbanlar uşaqlar olub Ancaq məsələ burasında deyil, pedofil və manyaklar istənilən cəmiyyətdə var.
Muxalifet4 - 17-05-2019
"Eurovision"da ikinci yarımfinal mərhələsi: Çingiz Mustafayev yarışır - CANLI
İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi start götürüb.
Publika.az xəbər verir ki, bu mərhələdə Azərbaycan təmsilçisi Çingiz Mustafayev 18 nömrə altında çıxış edəcək.
Onunla yanaşı bu gün İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Şimali Makedoniya və Ermənistan təmsilçiləri səhnəyə çıxacaq.
Muxalifet4 - 17-05-2019
“10 gündür ciddi bir təhlükə ilə əlləşirik” - Türk nazir açıqladı
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu xüsusilə son 10 gündür ciddi bir təhdidlə məşğul olduqlarını, ancaq bunu bu an açıqlamayacağını ifadə edərək, "Türkiyə ilə əlaqədar ciddi bir təhdidlə məşğul oluruq. Xeyli məsafə qət etmişik. Ciddi bir təhlükədən söhbət gedir. Bu təhlükə son zamanlar ətrafımızdakı coğrafiyadan gəlir. Buna görə hər kəs hazırlıq vəziyyətindədir”, - deyib.
Müxalifət.az
Muxalifet3 - 17-05-2019
Avstriya Məclisində hicab qalmaqalı
Avstriyalı millət vəkili Martha Bissmann ölkədə qanunlaşdırılan hicab qadağasını etiraz etmək üçün Milli Məclisin kürsüsünə hicab taxaraq çıxıb.
Avropada İslam baxış getdikcə qəddar və sərt hal alır. Bir çox ölkələr, xüsusilə İslamı mübarizə aparmaq üçün bir fikir olaraq görənlər hicabı qadağan etməyə çalışırlar.
Məhz bu baxımdan gedət bu təhlükəli prosesə etiraz etmək üçün Avstriyalı millət vəkili Martha Bissmanni Müsəlmanlara yönəlik hicaba qadağanı etiraz edərək Məclis kürsüsünə hicab taxaraq çıxıb.Muxalifet3 - 17-05-2019
Trampdan “Türkiyə” qərarı
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Türkiyədən etdiyi polad idxalatına tətbiq etdiyi 50 faizlik nisbətindəki gömrük vergisinin 25 faizə endirildiyini açıqlayıb.
Ağ Ev ABŞ prezidenti Tramp tərəfindən vergi vergisi ilə bağlı yazılı bir açıqlama verib.
Daha əvvəl Türkiyədən idxal edilən polad məhsullarına tətbiq olunan 25 faizlik gömrük vergisinin 50 faizə qaldırılmasının səbəblərini izah edən Tramp, əvvəlki ilə müqayisədə Türkiyədən idxal edilən polad məhsullarında 48 faiz azalmanın olduğunu ifadə edib.Muxalifet3 - 17-05-2019
ABŞ-ın Türkiyəyə təzyiqinin arxasında nə dayanır? – Öncə Keşiş məsələsi, sonra da S-400...
Rusiyadan alınacaq S-400 tipli hava müdafiə sisteminin təslim edilməsi üçün geri sayım başlarkən, Vaşinqtondan Ankaraya edilən 'S-400-ü almayın” təzyiqi davam edir. Ankaranın geri çəkilməyəcəyini vurğulayan ekspertlər, ABŞ-ın S-400 alışının qarşısını almaq üçün etdiyi təzyiqlərin arxasında hansı səbəblərin durduğunu açıqlayıb.
Öncə Keşiş, sonra da S-400
Muxalifet3 - 17-05-2019