Axtarış
The search found 105779 results in 0.022 seconds.
Search results
Putin bu supertəyyarədən 76 vahid sifariş verir... - 170 MİLYARD RUBL ARTIQ TAPILIB
Rusiya prezidenti Vladimir Putin ötən gün Həştərxan yaxınlığındakı Axtubinsk şəhərində yerləşən sınaq poliqonunda bir sıra yeni silah nümunələrinə baxıb. Putinin təyyarəsini Axtubinskə uçuşda Rusiyanın 5-ci nəsil Su-57 qırıcıları müşaiyət edib.
Virtualaz.org xəbər verir ki, Rusiya prezidenti bu təyyarələri idarə edən pilotlarla söhbətləşib. Ona məlumat verilib ki, Su-57 hazırda dünyada bənzəri olmayan aviasiya döyüş kompleksidir.
Muxalifet - 16-05-2019
İnstitut direktoru ilə şöbə müdiri arasında QALMAQAL: "Uydurmalarınızı sabun köpüyü sayacağam"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu filologiya elmlər doktoru İdris Abbasovun ittihamlarına cavab verib.
“Report”un xəbərinə görə, akademikin cavab açıqlamasında deyilir:
“Vaxt qızıldır, İdris Abbasov!
İctimaiyyəti çaşdırmaq, sosial şəbəkədə mənfi rəy yaratmaq niyyətinizin puçluğunun və əsassızlığının sübutu olaraq iki ittihamınıza qısaca cavab vermək məcburiyyətindəyəm:
Muxalifet - 16-05-2019
İnternet xidmətinə görə ödənişlərin vaxt məhdudiyyətində dəyişiklik edildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib. 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq. Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.
Muxalifet - 16-05-2019
"Tələb etsə, lüt soyunaram" – Aktrisadan ŞOK SÖZLƏR
"Əgər ssenari çılpaq soyunmağımı tələb edirsə, soyunaram".
Bunu türk aktrisa İpek Çeken deyib.
Bir dönəmə möhürünü vuran və illərlə davam edən "Ferhunde hanımlar" serialının baş qəhrəmanını canlandıran İpek Çeken yenidən ekranlara qayıdacağını istisna etməyib.
Aktrisa 1993-1999-cu illərdə yayımlanan və 1780 seriyadan ibarət olan "Ferhunde hanımlar"dan çoxlu pul qazandığını və bununla özünə biznes qurduğunu deyib.Muxalifet - 16-05-2019
İstanbulda avtoxuliqan 7 şagirdi vurdu
İstanbulun Büyükçekmece rayonunda dar küçədə sürücü 7 şagirdi yaralayıb.
Muxalifet.az-ın ONA-ya istinadən məlumatına görə, dar küçədə avtomobilinin təkərlərinin sürüşdüyünü iddia edən avtoxuliqan 5-i qız, ikisi oğlan olmaqla 7 şagirdi vurub. O, şagirdləri bağça divarına sıxışdıraraq əzib.
Hadisədən sonra şagirdlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar, hazırda həyati təhlükələri yoxdur.
Sürücü həbs edilib.Muxalifet - 16-05-2019
İlham Əliyev Norveç Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı V Haralda təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".Muxalifet - 16-05-2019
Sabah 90 yaşı olacaq - Prezident ona “Şöhrət” ordeni verdi
Prezident İlham Əliyev görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olması münasibətilə “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə Roza İsmayıl qızı Cəlilova “Şöhrət” ordeni ilə təltif edilsin".Muxalifet - 16-05-2019
Pakistan Hindistan təyyarələri üçün hava məkanını mayın 30-dək bağlı saxlayacaq
Pakistan Hindistanın kommersiya uçuşları üçün hava məkanını mayın 30-na qədər bağlı saxlayacaq. AZƏRTAC xəbər verir ki, “The Asian Age” qəzetinin yaydığı məlumata görə, İslamabad bu ayın sonunadək öz hava məkanını Hindistana və əks-istiqamətə uçan təyyarələr üçün açmamaq qərarına gəlib. Pakistan tərəfi Hindistanda ümumi parlament seçkilərinin qurtarmasını (səslərin hesablanması mayın 23-nə qədər başa çatmalıdır) gözləyir, bundan sonra ölkələr arasında münasibətlər yaxşılaşa bilər.
Muxalifet - 16-05-2019
Türkiyədən növbəti “S-400” açıqlaması
“ABŞ-ın “S-400” raket sisteminin “F-35” və ya NATO-nun digər sistemlərinə təsir edəcəyi haqqında bir iddiaları var. Dəfələrlə açıq şəkildə bildirmişik ki, bu sistem tamamilə bizim nəzarətimizdə olacaq və NATO sistemlərinə inteqrasiya edilməyəcək”.
Muxalifet - 16-05-2019
“Atamı öldürəndə anam gördü” - Gədəbəydəki dəhşətli qətlin TƏFƏRRÜATI
Gədəbəy rayonunda anasını və atasını öldürməkdə təqsirli bilinən Şöhrət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 23-nə təyin olunub.
İttihama görə, 2017-ci il sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk edib.Muxalifet - 16-05-2019
Türkiyədə “Canfəda” ləqəbli təhlükəli terrorçu məhv edildi
Türkiyənin cənub-şərqindəki Şirnak vilayətində PKK terror təşkilatının silahlılarına qarşı növbəti əməliyyat keçirilib.
Əməliyyat zamanı PKK-nın xüsusi təhlükəli terrorçusu məhv edilib.
Qeyd olunur ki, “Canfəda” ləqəbli Mehdi Danıy terrorçuların ideoloji hazırlığı ilə məşğul olurmuş.
Trend bildirir ki, bundan başqa, o, Türkiyə Ordusuna qarşı dağlıq ərazilərdə hücumların təşkil olunmasında iştirak edib.Muxalifet - 16-05-2019
Nazir direktoru işdən çıxardı
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev daha bir direktoru işdən çıxarıb.
Nazirin əmri ilə Nəsimi Rayon Məşğulluq Mərkəzinin direktoru Emin Mahmudov vəzifəsindən azad edilib. Onun yerinə isə təyinat hələlik olmayıb.
Hazırda Nəsimi Rayon Məşğulluq Mərkəzinin direktor vəzifəsini müvəqqəti olaraq Vəli Əliyev icra edib./MİA.azMuxalifet - 16-05-2019
Trampın daha bir rəqibi BƏLLİ OLDU: "Onu daha əvvəl məğlub etdim" - VİDEO
Nyu-York şəhərinin bələdiyyə sədri Bill de Bleyzo 2020-ci keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
Bu barədə sədrin özü namizədliyini açıqladığı 3 dəqiqəlik video vasitəsilə infromasiya yayıb.Muxalifet - 16-05-2019
Gürcüstanda hərbçi intihar edib
Gürcüstan Milli Qvardiyasının hərbçisi, 1985-ci il təvəllüdlü Paata Çxaidzenin mayın 15-də yaşadığı evdə meyiti aşkar olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə yerində ov tüfəngi tapılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.Muxalifet - 16-05-2019
MILYONLARLA DOLLARLIQ MAXİNASİYA... - Cavid Qurbanov 10 milyona, hökumət isə 1.2 milyona məsləhət alır
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəyəri milyonlarla ölçülən razılaşmaya imza atıb.
Belə ki, Cavid Qurbanovun rəhbəri olduğu qurum Bakı–Böyük Kəsik dəmiryolu xətti boyunca yeni enerji təchizatı və işarəvermə sistemlərinə keçid, elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender keçirib və 10 milyon dollar məbləğində razılaşma əldə edib. Tenderin qalibi İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi olub.
Muxalifet4 - 16-05-2019
Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər
Hazırda Azərbaycanda fəaliyyət göstərən rayon Təhsil şöbələri ikili tabeçilik şəraitində fəaliyyət göstərirlər. Yəni bu qurumların fəaliyyətinə həm İcra hakimiyyətləri, həm də Təhsil Nazirliyi nəzarət və müdaxilə edə bilir. Bir sıra hallarda icra başçıları Təhsil şöbələrinə nəzarətdə hətta öndə gedirlər, nəinki nazirlik. Əslində necə olmalıdır?
Muxalifet - 16-05-2019
Bakıda zibil maşını avtobusa çırpıldı - XƏSARƏT ALANLAR VAR- VİDEO
Bakıda baş verən ağır yol nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb.
Muxalifet - 16-05-2019
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı pislədi, AZƏRBAYCANI TƏRİFLƏDİ
Ermənistanda nasizmin və neonasist əhval-ruhiyyələrin bərpasına açıq cəhdlər qeydə alınmasa da, Ermənistanın keçmiş hakim Respublika Partiyası “ifrat millətçi” kimi tanınan və barəsində Üçüncü reyxlə əməkdaşlıq haqda informasiya olan Qaregin Njde kimi ziddiyyətli siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addımlar atıb.
Muxalifet - 16-05-2019
Hansı ölkələr vətəndaşlığı pulla satır – Qiymətlər
Bir çox ölkələrdə vətəndaşlıq almaq üçün orada daşınmaz əmlaka sahib olmaq kifayətdir. Sadəcə, məbləğlərdə fərq var.
Orta hesabla 300 min dollarla dünyanın bir çox ölkəsində vətəndaşlıq almaq mümkündür.
Ən ucuz variantı Vanuatu təklif edir. Maraqlıdır ki, söhbət birbaşa ödənişdən gedir. 80 min dollar verirsiniz və pasport sizindir. Daşınmaz əmlaka da ehtiyac yoxdur.
Antiqua və Barbudada da şərtlər təxminən eynidir. Ya 100 min dollar ödəyirsiniz, ya da 400 min dollar investisiya qoyulmalıdır.Muxalifet - 16-05-2019
SON DƏQİQƏ: Türkiyədən Öcalanla bağlı GÖZLƏNİLMƏZ QƏRAR
PKK terror təşkilatının lideri Abdullah Öcalanın vəkilləri ilə görüşmə qadağası götürülüb.
Bu barədə Türkiyənin Ədliyə naziri Əbdülhəmid Gül danışıb.
Nazir bildirib ki, Öcalanın vəkilləri ilə görüşmək imkanı yaradılıb: “Məhbusların vəkillər ilə görüşməsi qanuni haqlarıdır. Lakin qanunda həm də təhlükəsizlik riskinin nəzərə alınması ilə bu haqq məhdudlaşdırıla bilər”.Muxalifet - 16-05-2019