Axtarış

The search found 105779 results in 0.043 seconds.

Search results

  1. Trampdan “İran” açıqlaması: Özündən çox arxayındır

    ABŞ-İran gərginliyi artarkən, ABŞ prezidenti Tramp Amerikan mətbuatında İranla bağlı dərc olunan yazılara Twitter hesabından təpki göstərib. “Washington Post” (WP) və “New York Times” (NYT) qəzetlərində dərc olunan İranla bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edən Tramp, “"Washington Post" və “New York Times” qəzetləri Yaxın Şərqdəki güclü siyasətim haqqında yalan xəbərlər yazaraq guya hakimiyyət daxilindəc bir mübarizə olduğunu iddia edirlər.

    Muxalifet3 - 16-05-2019

  2. Bakıda professor vəfat etdi - FOTO

    Azərbaycan elminə ağır itki üz verib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan haqları İnstitutunun Mülki Hüquq, Mülki Proses və Sosial İqtisadi Hüquqlar Şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Eldar Emilyeviç Qorin vəfat edib.
    Eyni zamanda Azərbaycan Tibb Universitetinin kafedra müdiri olan 72 yaşlı Eldar Qorin xəstəlik səbəbindən dünyasını dəyişib.
    Allah rəhmət eləsin!

    Muxalifet - 16-05-2019

  3. ​SON DƏQİQƏ: Mərkəzi Bankdan manatla bağlı VACİB AÇIQLAMA

    Azərbaycanda manatın məzənnəsinin dəyişməsi üçün heç bir əsas yoxdur. Bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib. Bank rəsmisi bildirib: “Manatın məzənnəsinin sabitliyi üçün bu gün bütün əsaslar var. Bizim valyuta rezervlərimiz və beynəlxalq bazarlarda vəziyyət makroiqtisadiyi sabitliyi təmin etməyə imkan verir. Bu baxımdan manatın məzənnəsini sabit saxlamaq üçün bütün şərtlərimiz var”. (trend)

    Muxalifet - 16-05-2019

  4. İŞİD Kərkükə hücum etdi! Ölülər var

    Terror təşkilatı İŞİD Kərkükdə Federal Polis Təşkilatına hücum edib. Altı polis məmuru öldürülüb.
     
    Kərkük Əməliyyat komandiri general-leytenant Saad Harbiyə etdiyi açıqlamada, İŞİD-ın təhlükəsizlik güclərinə təşkil etdiyi hücumda 6 polisin həyatını itirdiyini söyləyib.
    İlk hücumda, Kərkükün cənubundakı Riyad şəhərinin Alevi kəndi yaxınlığında bir polis patrulunu pusquya salaraq 4 polisi öldürdüklərini söyləyib.

    Muxalifet3 - 16-05-2019

  5. Həyətində narkotik tərkibli bitki yetişdirənlər saxlanıldı - FOTO

    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini 26 yaşlı Manaf Həbişov saxlanılıb.

    Muxalifet - 16-05-2019

  6. WhatsApp-dakı kiber hücum təhlükəsindən necə qorunaq - ilginc ip ucları

    “Ən etibarlı” mesajlaşma sisteminin etibarına nə oldu?..

    Hakerlərin WhatsApp üzərindən telefonlara casus proqramları yerləşdirdiyi ortaya çıxıb. “Yeni Müsavat”  BBC-yə istinadla xəbər verir ki, WhatsApp məsələ ilə bağlı açıqlama verib və kiber hücumun seçilmiş bir qrup istifadəçini hədəf aldığını bildirib. Şirkət bu hücumun arxasında inkişaf etmiş bir kiber oyunçunun olduğunu açıqlayıb.

    Muxalifet - 16-05-2019

  7. Sahil Babayevlə Vüsal Nəsirlinin adı 10 milyonluq maxinasiyada - “Aqro Kon” və “Biss Ko” MMC yeyintisi…

    Özünüməşğulluq proqramı 2018-ci ildə “İşsizlik Sığortası Haqqında” Qanuna əsasən ölkədə işləyən əhalinin əmək haqqından yığılan 1%-i yəni 89 000 000 (səksən doqquz milyon) vəsaitin 35 700 000 (otuz beş milyon yeddi yüz min) manatı 7000 (yeddi min) ailə üçün nəzərdə tutulub.

    Muxalifet - 16-05-2019

  8. ​Bakıda oruc tutan gəncin başına iş gəldi - VİDEO

    Bakıda oruc tutan gənc ətrafdakıları qorxuya salıb. Muxalifet.az buta.media-ya istinadən xəbər verir ki, hadisə Həzi Aslanov metrosuna yaxın ərazidə baş verib. Belə ki, halı pisləşən gənc huşunu itirib. Nəticədə o yerə yıxılıb. Ətrafdakılar bunu görüb qorxuya düşüblər. Onlar gəncə köməklik göstərərək təəcili yardım çağırıblar.

    Muxalifet - 16-05-2019

  9. ​Bu ölkədə şort geyinmək qadağan edildi

    İraqın Kərkük şəhərində Ramazan ayı boyunca kişilərin şort geyinməsi qadağan edildi.
    Kərkük polisinin qəbul etdiyi bu qərarı pozan 20 nəfər artıq saxlanılıb.
    Polis həmçinin saat 19:00-dan 05:00-dək şəhərdə motosiklet istifadəsini də qadağan edib.
    Şəhər Polis İdarəsinin müdiri Əli Kamal Abdürrazik ailələrin etirazından sonra ictimai yerlərdə belə qadağaların tətbiqinin gündəmə gəldiyini deyib.

    Muxalifet - 16-05-2019

  10. ​ŞOK: “Emin 444”ün qətlini sifariş edən məmur çıxdı - VİDEO

    Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub. Muxalifet.az Buta.media Zaur Yusifovun kimliyi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, dünya kəmərinin sahibi Zaur Yusifov Azərbaycan Dövlət Miqrasiya Xidmətində yüksək vəzifə tutur. Onu da bildirək ki, Z.

    Muxalifet - 16-05-2019

  11. Türkiyə S-400 məsələsində nöqtəni qoydu, ABŞ təlaşa düşdü

    ABŞ Konqresinin Nümayəndələr Palatasının Nyu Yorkdan olan millət vəkili demokrat Eliot Engel ilə Texasdan olan millət vəkili respublikaçı Michael McCaul Türkiyənin Rusiyadan S-400 alışı ilə bağlı Xarici Əlaqələr Komitəsinə bir qərar layihəsi təqdim edib. 

    Qanun layihəsində, Türkiyənin S-400 aldığı təqdirdə F-35 proqramından çıxarılması və Türkiyəyə F-35 satışının dayandırılması çağırışı edilir. S-400-lərin Türkiyə tərəfindən təhvil alındığı təqdirdə CAATSA qanunu daxilində Türkiyəyə yönəlik sanksiyaların tam tətbiq olunması istənilir.

    Muxalifet3 - 16-05-2019

  12. Azərbaycanlı məşhur övladlığa uşaq götürməyə QƏRAR VERDİ

    “Uzun müddətdir uşaq evində qalan kimsəsiz bir qıza könüllü analıq etmək istəyirdim. Bütün şərtlərə uyğun olmağım barədə xəbər aldım”.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan Əməkdar artist, İstanbul Bələdiyyəsi Şəhər Teatrının bədii rəhbər müavini Məlahət Abbasova instaqramda yazıb.
    O, övladlığa uşaq götürməyə hazırlaşdığını qeyd edib:

    Muxalifet - 16-05-2019

  13. Kriminal avtoriteti öldürtdürən şəxs yüksək vəzifəli məmurdur? - Açıqlama

    Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, kriminal aləmin üzvü, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub. Qeyd edək ki, buta.medianın yaydığı məlumata görə, Zaur Yusifov Azərbaycan Dövlət Miqrasiya Xidmətində yüksək vəzifə tutur.

    Muxalifet - 16-05-2019

  14. Vüqar Rəhimzadə haqqında cinayət işi açıla bilər - BAŞ PROKURORA MÜRACİƏT OLUNDU / Yenilənib

     
    “Vüqar Gəncəli oğlu Rəhimzadə Mətbuat Şurasında gizli iclas keçirərək bizə qarşı anti-təbliğat fəaliyyəti aparmış, qəzetə cəza tətbiq edilməsi kimi absurd iddialar irəli sürmüşdür”
     
    “Təzadlar”ın baş redaktoru Asif Mərzili YAP Siyasi Şurasının üzvü, Bakı Slavyan Universitetinin müəllimi, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin qanunsuz əməllərindən Baş Prokurorluğa şikayət göndərib.
     
    Aşağıda təqdim edirik:
     

    Muxalifet4 - 16-05-2019

  15. “CHP qalib gələrsə, İmralıda Abdullah Öcalanın yolu açılacaq” – HDP həmsədri

    CHP-nin PKK-nın siyasi qolu olan HDP ilə gizli ittifaqını CHP sədri Kılıçdaroğlu rədd edir. Buna baxmayaraq 23 iyunda CHP namizədi İmamoğlu üçün səs verməyə çağıran HDP həmsədri Sezai Temelli, CHP-yə verilən səslərin terrorçubaşı Öcalanın azadlıq yolunu açacağını söyləyib.
     
    Temelli CHP-yə verdikləri dəstəklə bağlı bu sözləri deyib:

    Muxalifet3 - 16-05-2019

  16. ​Kanadada yaşayan azərbaycanlı psixoterapevt

    Vətən həsrəti qəribə bir hissdir. Onu yaşamasan heç vaxt anlaya bilməzsən. Bu hiss sadəcə doğulub boya-başa çatdığın məmləkətdən perik düşdüyündən deyil, həm də milli kimliyinə sevgidən, damarlarında axan qandan qaynaqlanır. Bəli, qürbətdə nə qədər uğur qazansan da, həyatın nə qədər rahat keçsə də vətən həsrəti səni bir an rahat buraxmır. Özündən asılı olmayaraq vətənin tərənnümçüsünə çevrilir, vətən naminə daha çox işlər görməyə çalışırsan. Onun da bu qərib ölkədə Azərbaycan naminə gördüyü işlər çoxdur. O qədər tədbirlər həyata keçirib ki, artıq say-hesabı da unudulub.

    Muxalifet - 16-05-2019

  17. 400 min əsgər ƏMR GÖZLƏYİR: ABŞ-İran savaşı buradan başlayacaq, bütün HAZIRLIQLAR TAMAMLANDI

    Son 30 ildə müharibə, işğal və terrorla darmadağın olan İraq indi də ABŞ-İran qarşıdurmasında cəbhə olur. İran dəstək verdiyi Haşdi-Şabi terrorçularına ABŞ-ın mövqelərinə hücum etmək üçün hazırlıq görmələrini əmr edib. Vaşinqton isə İraqdakı diplomatik nümayəndələrini təcili geri çağırıb. ABŞ vətəndaşlarına ölkəni tərk etmələrini tövsiyə edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın Bəsrə körfəzinə döyüş gəmisi, nüvə potensialına sahib B-52 bombardman təyyarələri ilə birlikdə 120 min əsgəri göndərmək qərarı verməsindən sonra təşvişli günlər yaşanır.

    Muxalifet - 16-05-2019

  18. Neftçilər Xəstəxanasına qarşı 1,5 milyonluq İDDİA - QALMAQAL

    Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) müqavilə əsasında əməkdaşlıq etdiyi “AGNA Service” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, MNX 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək həmin şirkətlə 2017-ci ildə imzaladığı müqaviləyə xitam verilməsi və şirkətin xəstəxana daxilində yerləşən və balansında olan sahədən istifadəsinə son qoyularaq onlara məxsus avadanlıqların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

    Muxalifet - 16-05-2019

  19. ​Arvadını güllələyib öldürdükdən sonra intihar etdi - Ailə faciəsi - FOTOLAR

    Samsunda kişi boşanma ərəfəsində olduğu həyat yoldaşını güllələyib öldürdükdən sonra intihar edib. 
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanma ərəfəsində olan və yeni ailə quran 31 yaşlı Gökhan Erçin və 30 yaşlı Ayşənur Erçin arasında hələ ki bilinməyən səbəbdən mübahisə düşüb. Mübahisə ərəfəsində Gökhan Erçin ilk öncə həyat yoldaşını, daha sonra isə özünü güllələyib. 
    Silah səsini eşidən qonşular cütlüyün yaxınlarına, polisə və təcilli tibbi yardıma xəbər veriblər. 

    Muxalifet - 16-05-2019

  20. ​Saxta eynəklərdən necə qorunaq - həkim rəyi

    Xüsusən uşaqlar üçün eynək alanda diqqətli olmaq lazımdır

    Muxalifet - 16-05-2019

Pages