Axtarış
The search found 105779 results in 0.11 seconds.
Search results
Tarkanı Moskvada belə qarşıladılar - VİDEO
Türkiyənin məşhur müğənnisi, meqastar Tarkan konsert turu çərçivəsində Moskvaya səfər edib. Moskvada onu heyranları böyük coşğu ilə qarşılayıblar. Hava limanına yıgışan pərəstişkarları meqastraı gül-çiçək dəstələri ilə qarşılayıblar. Qeyd edək ki, Tarkan mayın 11-ri Kazanda, mayın 15-də isə Moskva şəhərində konsert verəcək. Sonuncu dəfə o, Moskvada 2009-cu ildə konsert proqramı ilə çıxış edib.
Muxalifet - 15-05-2019
Ucarda minik avtomobili su kanalına aşdı - Xəsarət alan var
Ucar rayonunda yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən traktorun yedəyinə çırpılıb. Nəticədə minik maşını yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır./reportMuxalifet - 15-05-2019
Məhəmməd peyğəmbərin – 10 möcüzəsi
Bütün dinlərdə peyğəmbərlərin göstərdiyi möcüzələr bu gün də insanları maraqlandıran əsas mövzulardan biridir. İslam peyğəmbəri Məhəmmədin möcüzələri də bu qəbildəndir. İslam alimlərinin bəziləri Hz. Məhəmmədin peyğəmbərliyinə dəlalət edən möcüzələrin sayını çox olduğunu dedikləri halda, bəziləri bu möcüzələrin minə qədər olduğunu iddia edir. Teleqraf.com Məhəmməd peyğəmbərin 10 möcüzəsini təqdim edir. “Qurani-Kərim” “Quran” bütün zamanlara xitab edən yeganə müqəddəs kitab hesab edilir.
Muxalifet - 15-05-2019
Zülmə son verin - DSQ-ya etirazlar səngimir
Suriyanın Deyr əz-Zor şəhərində Demokratik Suriya Qüvvələrinə (DSQ) qarşı etirazlar davam edir.
Muxalifet.az xəbər verir ki, artıq 3 həftədir ərəblər terrorçu təşkilatına qarşı ayağa qalxıb.
Sakinlər DSQ-nin bölgə əhalisinə təzyiq etdiyini, neft problemi və gəlirlərlə bağlı narazılıqlarının olduğunu bildiriblər. Onlar zülmə son verilməsini istəyirlər.
DSQ isə İŞİD-in yenidən canlana biləcəyini, bu səbəbdən etirazlara müdaxilə edəcəklərini bəyan edib.
Muxalifet3 - 15-05-2019
"Elə bilirəm ki, Allahım da arvadımdır" - Nadir - VIDEO
Müğənni Nadir Qafarzadə ARB TV-nin "Hüseynova bacıları” verilişində həyat yoldaşı Sevincdən bəhs edib. Muxalifet.az-ın azxeber.com-a istinadən məlumatına görə, sənətçi 26 ildir evli olduqlarını deyib. Proqramda diz çökən Nadir xanımı üçün mahnı səsləndirib. "Hər gün olmasa da, həftədə bir dəfə xanımıma hədiyyə alıram. Xaricə gedəndə ona nəsə almamış Bakıya qayıtmıram. Hərdən elə bilirəm ki, atam da, anam da, bacım-qardaşım, məcazi mənada Allahım da odur. 26 ildir ki, bir addımlayırıq. Heç kim bizə dəstək olmadan" deyərək, Qafarzadə bildirib.
Muxalifet3 - 15-05-2019
Azərbaycanla NATO arasında görüş oldu - MN
Brüsseldə Azərbaycan Respublikası ilə NATO arasında “Planlaşdırma və analiz prosesi” sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.
Muxalifet3 - 15-05-2019
Ölkə şokda: 17 əsgər öldü, 11-i itkin düşdü
Nigerdə ölkə ordusu pusquya düşüb.
Muxalifet.az Röyters-ə istinadən xəbər verir ki, 17 əsgər öldürülüb, 11 əsgər isə itkin düşüb.
Pusqunun kim tərəfindən və necə hazırlandığı barədə məlumat verilməyib. Hadisə Mali ilə sərhədə yaxın bir bölgədə baş verib.
Muxalifet3 - 15-05-2019
ABŞ-dan Əliyev-Paşinyan görüşü ilə bağlı - Açıqlama
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanı baş naziri Nikol Paşinyan arasında yüksək səviyyədə görüş nəticəsində təmas xəttində zorakılığın azaldığını və başqa müsbət impulsları görürük.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın İrəvandakı səfiri Linn Treysi mayın 15-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəsmiləri arasında təmaslar ruhlandırıcıdır.Muxalifet3 - 15-05-2019
Bakıdakı finalın bilet satışının növbəti raundu nə vaxt başlayır?
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi həyata keçiriləcək.
Muxalifet.az xəbər verir ki, üçüncü mərhələyə yaxın günlərdə start veriləcək.
İlkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılıb, sonra isə Bakı şəhərindəki müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunub.
Satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq. Biletlərin satışı ilə bağlı əlavə məlumat veriləcək.Muxalifet3 - 15-05-2019
SON DƏQİQƏ: Türkiyədən vacib Qarabağ AÇIQLAMASI
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal şəkildə çalışır.
Muxalifet.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazirin sözlərinə görə, ümumilikdə Türkiyə Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.
M.Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə üçün vacibdir.Muxalifet3 - 15-05-2019
Əbdülmehdi Türkiyədə: Ankaranın tələbi nə olacaq?
İraqın Baş naziri Adil Əbdülmehdi Türkiyəyə səfərə gəlib.
Muxalifet.az xəbər verir ki, Ankarada qonağın rəsmi qarşılanma mərasimi olub. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Adil Əbdülmehdi birgə mətbuat konfransı keçirəcəklər.Muxalifet3 - 15-05-2019
İran müqavilədən çıxarsa, hər kəs unudacaq ki... - Putin
İran nüvə müqaviləsindən çıxdığını bəyan edərsə, hər kəs ABŞ-ın müqaviləni ilk tərk etdiyini unudacaq. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib. "İndi deyəcəyim sözlər bəlkə də avropalı dostlarımızın xoşuna gəlməyəcək, ancaq diplomatiyadan kənar bir şey söyləyəcəyəm. Amerikalılar geri çəkilir, razılaşma pozulur və Avropa ölkələri iqtisadiyyatdakı itkiləri aradan qaldırmaq üçün İranla bağlı heç bir şey edə bilmir.
Muxalifet3 - 15-05-2019
Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcmini açıqladı
Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 270 milyon dollara yaxın olub.
Muxalifet.az xəbər verir ki, dörd ayda Azərbaycandan Ukraynaya 127,6 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 142,1 milyon dollar təşkil edib.Muxalifet3 - 15-05-2019
ABŞ İraqı tərk etdikdən sonra sabitlik oldu - İraqdan etiraf
ABŞ İraqdan geri çəkilmək barədə qərar verdikdən sonra ölkədə sabitlik oldu.
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Şahhaf bildirib.
İraqın qonşularına hörmət edən və qarşılıqlı əlaqələr çərçivəsində maraqlarını qoruyan suveren bir ölkə olduğunu deyən Şahhaf bölgənin ehtiyac duyduğu tarazlığı təmin etmək üçün dialoqa bağlı olduqlarını bildirib.
Muxalifet3 - 15-05-2019
Azərbaycan meşələrində kameralar quraşdırılır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamenti regional meşə təsərrüfatı mərkəzlərinin nəzarətində olan meşə sahələrində kamera mühafizə sisteminin yaradılması işlərinin satın alınması ilə bağlı tender elan edib.
Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün 20 iyun 2019-cu il saat 17:00 tarixə qədər müvafiq sənədləri Nazirliyə təqdim etməlidirlər.
Tender təklifləri bal sistemi üsulu ilə qiymətləndiriləcək.
Muxalifet3 - 15-05-2019
İstanbulda həyəcan: Bomba partladıldı
Türkiyənin İstanbul şəhərinin Ümraniyə rayonunda bomba həyəcanı yaşanıb.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, meşəlik bir sahədə bomba tapılıb. Bombanı ərazidə çalışan təmizlik işçiləri tapıb.
Polis ərazidə təhlükəsizlik tədbirləri görüb. Nəqliyyatın hərəkəti də dayandırılıb. Əraziyə sapyorlar cəlb edilib, daha sonra təhlükəsiz bir şəkildə bomba partladılıb.
Muxalifet3 - 15-05-2019
Ayaqları yoxdur, "Jiquli"ni əli ilə sürür... - VİDEO
Bədbəxt hadisə nəticəsində hər iki ayağını itirən Goranboy sakini Elşad Məmmədov öz əzmi və iradəsi ilə görənləri heyrətə salır. Rayonun Nərimanlı kəndində yaşayan E. Məmmədov I qrup əlil olsa da, ruhdan düşməyərək gəncliyindən məşğul olduğu sürücülük peşəsini davam etdirir.
Muxalifet3 - 15-05-2019
Banklara yeni göstəriş verildi
Bundan sonra Azərbaycan bankları internet səhifələrində yerləşdirdikləri maliyyə hesabatlarının açıqlanma tarixini də qeyd etməli olacaqlar. Muxalifet.az Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı banklara göstəriş verilib. Artıq banklar bu göstərişə əməl etməyə başlayıblar.
Muxalifet3 - 15-05-2019
İmamoğlu seçkidə qalib gəlmək üçün görün nə edir
Məktəb şagirdəri üçün nəqliyyatda endirimlər ediləcək, eləcə də festivallarda nəqliyyatdan istifadə pulsuz olacaq. Muxalifet.az xəbər verir ki, bu sözləri CHP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Əkrəm İmamoğlu bildirib. İmamoğlu vətəndaşların səsini almaq üçün daha yaxşı addımların atılacağını qeyd edib.
Muxalifet3 - 15-05-2019
Əsəd ordusu iftar vaxtı bazarı vurdu
Suriyanın İdlib şəhərinin qərbində yerləşən Cisr rayonu rejim ordusu tərəfindən hücuma məruz qalıb.
Muxalifet.az xəbər verir ki, Əsəd qüvvələri iftar vaxtı bazar yerini hədəf alıb.
Hücum nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb.
Hücumun hərbi təyyarələrlə edildiyi bildirilib.
Muxalifet3 - 15-05-2019