Axtarış

The search found 105779 results in 0.081 seconds.

Search results

  1. UEFA-nın Avropa Liqasının final oyunu ilə bağlı yeni sayt yaradıldı

    UEFA-nın Avropa Liqasının final oyununa gələcək turistlər üçün yeni sayt istifadəyə verilib.
    Dövlət Turizm Agentliyindən verilən məlumata görə, veb-sayt Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanıb.
    Məqsəd mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək xarici qonaqların qabaqcadan məlumatlandırılmasıdır.

    Muxalifet - 15-05-2019

  2. Ölkənin ən böyük sement zavodunda səhmdarlar ayağa qalxıb – 800 nəfərlik aksiya olacaq

    "Holcim Azərbaycan” ASC-nin (Qaradağ Sement Zavodu) fiziki şəxs səhmdarları etiraz aksiyası keçirməyə hazırlaşırlar.
    "Marja”nın əldə etdiyi məlumata görə, səhmdarlar neçə ildir səhmlərə dividend ödənilməməsinə etiraz edirlər.
    Aksiyanın 17 Mayda zavodun qarşısında keçirilməsi planlaşdırılır. Məlumata görə, İsveçrədən "Lafarge Holcim” şirkətinin Həmkərlar İttifaqlarının əməkdaşlarının Azərbaycana gələcək.
    Aksiyada 600 nəfərin iştirak edəcəyi gözlənilir. Əksər səhmdarın, tələb etdikləri məbləğ qarşılığında səhmini satmağa hazır olduğu da bildirilir.

    Muxalifet - 15-05-2019

  3. ​Ərdoğan Azərbaycan Prezidentinə zəng edib

    Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısına telefonla zəng edib.
    ONA-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.
    Məlumatda bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövləti başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.

    Muxalifet - 15-05-2019

  4. Brilliant Dadaşova Aygün və Faiqlə bağlı GÖRÜN NƏLƏR DEDİ - ŞOK İFADƏLƏR

    Xalq artisti Brilliant Dadaşova "MTV Azərbaycan"da müğənni Rəhim Rəhimlinin verilişində uzun illərdir ki, küsülü olduğu həmkarları haqqında şok açıqlamalar verib.
    Publika.az xəbər verir ki, tanınmış sənətçi adlarını çəkməsə də, Faiq Ağayev və Aygün Kazımovanın ünvanına sərt sözlər deyib. İstisna deyil ki, Brilliant Dadaşovanın bu açıqlamalarından sonra Xalq artsitləri arasında soyuq müharibə yenidən alovlanacaq.
    Brilliant Dadaşova Faiq Ağayevlə küsülülüklərinin əsl səbəbini etiraf edib:

    Muxalifet - 15-05-2019

  5. ​Zahid Sabirabadlının məzar daşına 10 min manatı kim ödədi?

    Mərhum klarnet ifaçısı Zahid Sabirabadlının məzar daşı hazırlanıb.
    Muxalifet.az yenicag.az-a istinadla xəbər verir ki, sənətçinin məzar daşı üçün 10 min manat xərclənib. Qaynı Niyazın dediyinə görə, bu məbləğ Zahidin bacı və qardaşları tərəfindən ödənilib. Bir müddət öncə Sabirabadlının məzar daşını düzəltdirəcəkləri ilə gündəmə gələn müğənnilər sənətçinin ailəsinə bir qəpik də verməyiblər:

    Muxalifet - 15-05-2019

  6. 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi? - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI"

    "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin keçirdiyi tenderdə şübhəli məqamlar var. Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Belə ki, adıçəkilən dövlət qurumu Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender elan edib, tender keçirilib və İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” şirkəti tenderin qalibi olub.

    Muxalifet - 15-05-2019

  7. Azərbaycan Ordusu təlimlər keçirəcək: 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ...

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

    Muxalifet - 15-05-2019

  8. “Ermənistanda Elçibəy dövrü başlayıb, düşmənlərimizi təbrik etmək olar...”

    Erməni cəmiyyəti sonuncu atoma qədər parçalanarsa bu zaman onu “sülhə hazırlamaq” üçün xüsusi səy göstərməyə ehtiyac qalmayacaq. Parçalanmış və biokütləyə çevrilmiş cəmiyyət qonşu və düşmən dövlətin “sülhpərvər” missiyası çərçivəsində “sülhə” hazır olacaq.

    Virtualaz.org xəbər verir ki, bu fikirləri Ermənistanda “7or.am” saytının təsisçisi və politoloq Andranik Tevanyan irəli sürüb.

    Muxalifet - 15-05-2019

  9. Azərbaycanda elektrik enerjisi istehsalı artdı

    Bu ilin yanvar-aprel aylarında Azərbaycan ümumi dəyəri 45 097,69 min ABŞ dolları təşkil edən 1 048 890,47 min kVt/saat elektrik enerjisi ixrac edib.
    Muxalifet.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının dəyəri 4,7% azalıb, həcmi isə 6,2% artıb.

    Muxalifet - 15-05-2019

  10. Hicran Hüseynova: "Boşanma zamanı ağsaqqallar üzə çıxmır"

    "Boşanma zamanı ağsaqqallar üzə çıxmır".

    ONA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda deyib.

    Muxalifet - 15-05-2019

  11. Çavuşoğlundan S-400 açıqlaması

    Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu mətbuat konfransında S-400 ilə əlaqədar əhəmiyyətli açıqlama verib.
     
    Çavuşoğlunun açıqlaması belədir:
    “Bir işçi qrupu olarsa, ön şərtlər olmadan həyata keçirmək istəyirik. Ekspertlər qərar versin.
    ABŞ konstruktiv bir təklif verdik, özünə güvənirsə, bunu qəbul etməsi lazımdır. Yoxsa ki, S-400-ün ertələnməsini niyə onlarla danışmalıyıq?
    Bu tamamlanmış bir müqavilədir. Bu barədə danışmaq vaxtı deyil. Təklifimiz yaxşı niyyətli və konstruktivdir”.
    Müxalifət.az

    Muxalifet3 - 15-05-2019

  12. Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" yenidən xəstəxanada - VİDEO

    Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanalıq olub.
    Xərçəngdən əziyyət çəkən aktrisa müayinə üçün Milli Onkologiya Mərkəzinə yollanıb. Bu barədə T.ƏLiyeva özü sosial şəbəkədə məlumat verib.

    Muxalifet - 15-05-2019

  13. ABŞ-dan sonra Almaniya da İraqı tərk edir: Müharibə təhlükəsi

    Vaşinqton-Tehran gərginliyi yüksəldikcə, İranın qonşusu İraqdan ABŞ əməkdaşlarının çıxarılması xəbərindən sonra bir xəbər də Almaniyadan gəldi.
     
    Alman rəsmi xəbər agentliyi “DPA”-nın hərbi qaynaqlarına görə, Alman ordusu bölgədəki gərginliyin artması səbəbiylə İraqda təlim əməliyyatlarını dayandırıb.
    Qeyd edək ki, daha öncə ABŞ Dövlət Departamenti fövqəladə vəziyyətlər istisna olmaqla, bütün ABŞ əməkdaşclarının İraqdan çıxarılmasını əmr etmişdi.
    Müxalifət.az

    Muxalifet3 - 15-05-2019

  14. ​ABŞ-dan təşviş doğuran QƏFİL QƏRAR! - Bəzi xüsusi işçilər istisna olmaqla, bütün əməkdaşlarını İraqdan çıxarır

    ABŞ Xarici İşlər Nazirliyi fövqəladə vəziyyətlərdə çalışan şəxslər istisna olmaqla, bütün əməkdaşlarının İraqı tərk eləməsini əmr edib. Qərarın ölkədəki münasibətlərin gərginləşməsi nəticəsində yaranan “hücum şübhəsi” ilə əlaqədar verildiyi bəlli olub. Bağdad və Ərbildə ABŞ diplomatik nümayəndəliklərinə işləyənlərin ölkəni tərk eləməsi əmr edilib. Hər iki nümayəndəlik viza verilməsi proseslərini təxirə salıb.

    Muxalifet - 15-05-2019

  15. II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

    Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
    DİM-dən verilən məlumata görə, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunacaq.

    Muxalifet - 15-05-2019

  16. ​"Neftçi" baş məşqçisi ilə yollarını ayırır

    "Neftçi"nin baş məşqçisi Roberto Bordin mövsümün sonunda klubdan ayrılacaq. Publika.az xəbər verir ki, bu iddia İtaliya mətbuatında yer alıb. Xəbərə görə, 54 yaşlı mütəxəssis son mövsümlərdə çalışdırdığı komandalarda uğur qazandığına görə İtaliya klublarından da təklif ala bilər. Qeyd edək ki, "Neftçi" bu mövsüm R.Bordinin rəhbərliyi altında ölkə çempionatını ikinci pillədə başa vurub və Avroliqaya vəsiqə qazanıb.

    Muxalifet - 15-05-2019

  17. ​Şuşaya yürüş olacaq: "... Evə qayıdırıq!"

    Siyasi fəal,  Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı yeni kampaniya təşkil edib. 
    BakuPost xəbər verir ki, o, öz "facebook" səhifəsində Azərbaycan xalqını Şuşaya yürüşə dəvət edib. 
    Hacılı Qarabağ Günü elan etdiyi 8 iyun 2019-cu il tarixində saat 16:00-da hamının iştirakı ilə Horadiz şəhərində toplanıb Şuşaya yürüş hərəkatının əsasını qoymağa çağırır.

    Muxalifet - 15-05-2019

  18. ​ŞOK: Bakının mərkəzində tələbə oğlan belə öldürüldü - ANBAAN VİDEO

    Bakıda tələbələr arasında baş vermiş ölümlə nəticələnən davanın videosu yayılıb.
    Dünən Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirib və yıxılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
    İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb. İnsidentlə əlaqədar bir şəxs saxlanılıb.

    Muxalifet - 15-05-2019

  19. “Ay Veyis, dayan, vurma...” – Bacı qardaşına yalvardı – Musiqi məktəbində qətl

    Yevlax rayonunda qısqanclıq zəminində bacısını öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Veyis Hüseynovun məhkəməsi başa çatıb. Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, bacısı Ahu Hüseynovanın 10 dekabr 2010-cu ildə əri Natiqdən boşandıqdan sonra Yevlax sakini, əvvəllər qonşuları olmuş Elmirlə yaxın münasibət saxladığını öyrənib. Bacısının əxlaqsız olduğunu düşündü Veyis bacısının hərəkətini əxlaqsızlıq kimi qəbul edib, ailələrinin nüfuzuna xələl gətirdiyini düşünüb. Bu səbəbdən bacısını öldürmək qərarına gəlib.

    Muxalifet - 15-05-2019

  20. Eldar Əzizov Rəfail Mehralıyevin səlahiyyətlərini əlindən alıb

    Bakı şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov paytaxtın Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin səlahiyyətlərini əlindən alıb.

    Unikal.org-un əldə etdiyi məlumata görə, E.Əzizov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin səlahiyyətlərini meriyanın tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevə həvalə edib.

    Muxalifet - 15-05-2019

Pages