Axtarış

The search found 105779 results in 0.126 seconds.

Search results

  1. ​Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq

    Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişikliklər edilir.
    Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.
    Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.

    Muxalifet - 15-05-2019

  2. Başına 1,5 milyon mükafat qoyulmuşdu: Öldürüldü!

    30 aprel tarixində Türkiyənin Siirt bölgəsində təsirsiz hala gətirilmiş olan 6 terrorçudan biri terror siyahısında "mavi" kateqoriyada yer alan Akidə Öztekinin olduğu müəuuənləşdirilib. Daxili İşlər Nazirliyindən edilən açıqlamada, 30 aprel 2019 tarixində Siirt-in Baykan mahalında daxili təhlükəsizlik əməliyyatları daxilində 6 terrorçunun təsirsiz hala gətirildiyi bildirilib. Keçirilən əməliyyatda terror siyahısında 1 milyon 500 min lirəlik başına mükafat qoyulan "garzaneyaleti" şərq cəbhəsi üzrə məsul “Helin Gabar” kod adlı Akinə Öztekinin də öldürüldüyü bildirilib. Müxalifət.az

    Muxalifet3 - 15-05-2019

  3. Ombudsman Elmira Süleymanova yola salınır

    Neft-kimya mütəxəssisliyindən ombudsmanlığa...

    Azərbaycanın “əvəzolunmaz” ombudsmanı Elmira Süleymanova səlahiyyət müddəti bitsə də, postunu təhvil verməyə tələsmir. Süleymanova ombudsman postuna 2002-ci ildə, 65 yaşında təyinat alıb.

    Muxalifet - 15-05-2019

  4. Qvardiola İngiltərədə ilin məşqçisi seçildi

    “Mançester Siti” klubunun çalışdırıcısı Xosep Qvardiola yenə “ilin məşqçisi” adına layiq görülüb. Bu haqda Gazeta.ru xəbər verir.
    Son turda “Mançester Siti” “Brayton” üzərində inamlı qələbə qazanıb və ard-arda ikinci dəfə çempionluq zirvəsinə yüksəlib. 
    Komandasının ardınca Qvardiolada ikinci dəfə “ilin məşqçisi” seçilib. Öncə İngiltərə Premyer-Liqasında belə göstəriciyə Aleks Fergüson və Joze Mourinyo nail olublar.  

    Muxalifet - 15-05-2019

  5. ​“Müharibə üçün bir əsas yoxdur” – XAMENEİ

    Xameneİranın ali dini lideri ayətullah Əli Xamenei Birləşmiş Ştatlarla mümkün müharibə ehtimallarını şərh edib.
    RİA “Novosti” xəbər verir ki, onun sözlərinə görə, İran tərəfi ABŞ-a qarşı müqavimət göstərməkdə davam edir, lakin müharibə olmayacaq.
    “Müharibə üçün bir əsas yoxdur”, – deyə Xamenei bildirib.
    O əlavə edib ki, hərbi qarşıdurma ABŞ-ın maraqları daxilində deyil. Xamenei qeyd edib ki, belə olacağı təqdirdə İran Amerikadan daha güclü çıxacaq.

    Muxalifet - 15-05-2019

  6. ​Azərbaycanda onlar üçün icbari tibbi sığorta pulsuz olacaq

    Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub.
    Bunu "Xalq qəzeti"nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
    O, hazırda İTS-in baza zərfinə 1829 adda tibbi xidmətin daxil olduğunu bildirib:

    Muxalifet - 15-05-2019

  7. ​Bakıda gənc İTKİN DÜŞDÜ: Arvadı axtarır...

    Bakı sakini naməlum şəraitdə itkin düşüb. Muxalifet.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb. Gəncə prospekti 69, mənzil 129-da yaşayan Manafova Vüsalə Nizami qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Manafov Gündüz Elxan oğlu aprelin 28-də evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalar aparılır.

    Muxalifet - 15-05-2019

  8. İran lideri nöqtəni qoydu: ABŞ-la müharibə olmayacaq

    İran lideri Əli Xamneyi bugünkü mövqeyindən imtina etmədiyi müddətcə ABŞ-la müzakirə olmayacağını və İranın qəti mövqeyinin müqavimət olduğunu söyləyib. Ofisindən edilən açıqlamaya görə, Xamneyi, İran prezidenti Ruhani, Məclis başçısı Əli Laricani, məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisi başda olmaqla, ölkənin qabaqda gələn siyasətçi və hərbi nümayəndələri iftarda bir araya gəlib. "ABŞ geri addım atmalıdır" Xamneyi burada etdiyi çıxışında, İranın da, ABŞ kimi müharibə istəmədiyini və bu mübarizənin "iradələrin toqquşması" olduğunu ifadə edərək, "Bizim iradəmiz daha güclüdür.

    Muxalifet3 - 15-05-2019

  9. İki sabiq məmurun Atlantik okeanda “batan” sövdələşməsi - 86 milyonluq korrupsiya

    Hüquqşünas Cavid Əfəndizadə: “Ziya Məmmədov da, Arif Əsgərov da dindirilməli, yeri gəlsə, istintaqa cəlb olunmalıdırlar”

    Muxalifet - 15-05-2019

  10. ​Lerikin icra başçısına AĞIR İTKİ

    Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova ağır itki üz verib.
    Publika.az xəbər verir ki, icra başçısının əmisi Aslan Bağırov vəfat edib.
    Lerik RİH aparatının kollektivi icra başçısına başsağlığı verib.
    Allah rəhmət eləsin.

    Muxalifet - 15-05-2019

  11. Pompeonun üzünə söylədilər: Türkiyə və S-400 açıqlaması

    Rusiyanın prezidenti Vladimir Putin ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.
     
    Putin Pompeonu Soçidə qəbul edib. Kremlin Xarici Siyasət müşaviri Yuriy Uşakov jurnalistlərə bu yöndə açıqlama verib.
     
    TÜRKİYƏ VƏ S-400 AÇIQLAMASI
     

    Muxalifet3 - 15-05-2019

  12. Trampa xəbərdarlıq: “Bığlını dinlərsən müharibə olacaq”

    İran Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri olan Hüsameddin Aşina, Twitter hesabında paylaşılan mesajında, Vaşinqton rəhbərliyinin Tehrana yönəlik atdığı addımların müharibəyə səbəb ola biləcəyini vurğulayıb.
     
    Ağ Ev Milli Təhlükəsizlik müşaviri Con Boltonun planları haqda, Trampa  xəbərdarlıq edən Aşina, bunları söyləyib:
    "Donald Tramp, İranla (nüvə razılaşmasında) daha yaxşı bir razılaşma axtarırsan, amma bunun əvəzində müharibəyə doğru gedirsən".
     
    "BIĞLINI (BOLTON) DİNLƏRSƏN MÜHARİBƏ OLACAQ"
     

    Muxalifet3 - 15-05-2019

  13. Körfəzdə ABŞ-a ŞOK YAŞATDILAR - 125 nəfərlik heyəti olan döyüş gəmisi İranın...

    İspaniya ABŞ-ın “USS Abraham Lincoln” təyyarə gəmisi ilə İran körfəzinə göndərilən 125 nəfərlik heyəti olan “Méndez Nunez” döyüş gəmisini geri çəkib.
    Bu barədə İspaniyanın Müdafiə naziri Marqarita Robles deyib.
    Nazir bildirib ki, İspaniya İran ilə bağlı hər hansı qarşıdurmaya getmək istəmir. Robles qeyd edib ki, İspaniya ciddi və etibarlı tərəfdaşdır, ancaq bu, yalnız Avropa İttifaqı və NATO ilə əldə olunan razılaşmalara aiddir. İspaniya ortaq mövqeyini bu razılaşmalar əsasında müəyyən edir.

    Muxalifet - 15-05-2019

  14. İran nüvə razılaşmasını qismən dayandırdı

    İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə nüvə razılaşmasının bəzi öhdəliklərini qismən dayandırıb.
     
    İranın Xəbər Agentliyi ISNA Milli Təhlükəsizlik Şurasının qərarı ilə nüvə razılaşmasının bəzi öhdəliklərini rəsmi olaraq təxirə saldığını bəyan edib.

    Muxalifet3 - 15-05-2019

  15. ​Bakıda "Toyota" yandı

    Bakıda yanğın qeydə alınıb.
    FHN-dən verilən məlumata görə, şəhərin Sabunçu rayonunda "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb.
    Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 15-05-2019

  16. ​Yol polisi bir arayış üçün 100 manat tələb etdi – Qalmaqal yarandı

    “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bir neçə gün bundan əvvəl Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində qarşılaşdığı hadisələrdən bəhs edən status paylaşıb. 
    “Yeni Sabah” xəbər verir ki, jurnalist bildirib ki, Baş Dövlət Yol Polisinin 24-cü otağında Nicat Cəlilov adlı kapitan oturdublar. Ə. Zeynallı avtomobilinin vurulduğunu və forma 4 deyilən arayışı həmin kapitandan almalı olduğunu qeyd edib. “Binəqədi DYP-də bir neçə ay əvvəl 1 günə vermişdilər bu sənədi – həm də hörmət-izzətlə. Yaxşının da adını deyim – Fuad Məmmədov idi.

    Muxalifet - 15-05-2019

  17. Amerikalı komandirdən QALMAQALLI SÖZLƏR: 30- 40 min "təhlükəsizlik qüvvəsi"nin...

    ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın komandir müavini general-leytenant Chris Ghika koalisiya güclərinin Suriyanın şimal-şərqindəki YPG / PKK çətiri altında 30- 40 min "təhlükəsizlik qüvvəsi"nin hazırlanmasının planlaşdırıldığını və bu günə qədər 10-20 min yerli döyüşçünün tam təlim aldığını söyləyib.
    Müxalifət.az

    Muxalifet3 - 15-05-2019

  18. ​Faciəvi şəkildə ölən tibb bacısının FOTOSU - TƏFƏRRÜAT

    Dünən Bakı şəhər Nəsimi rayonu ərazisində tibb bacısının facivə şəkildə ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Muxalifet - 15-05-2019

  19. Şəkiyə dolu düşdü - FOTO

    Şəkiyə güclü dolu yağıb.
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, dolu, əsasən, rayonun dağlıq kəndlərindən olan Orta-Zəyziddə müşahidə olunub.
    Gecə saatlarından yağmağa başlayan dolu bir neçə dəqiqə müddətində davam edib. Kənd sakinlərinin sözlərinə görə, dolu meyvə ağaclarına ziyan vurub.
    Qeyd edək ki, dünən axşam saatlarından etibarən Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Gecə saatlarında bölgənin əksər rayonlarına güclü yağış yağıb.

    Muxalifet - 15-05-2019

  20. Bəhram Bağırzadə azarkeşlərə çağırış etdi: “Bayraqla gəlin...”

    Bakı Olimpiya Stadionundan açıqlama: “100-dən çox ölkənin azarkeşi bilet alıb”; Avropanın ən ağır kuboku Bakıya gətirilir - 15 kilo, 8,5 milyon avro....

    Muxalifet - 15-05-2019

Pages