Axtarış
The search found 105779 results in 0.101 seconds.
Search results
Məleykə Əsədova ailə qurmamasının SƏBƏBİNİ AÇIQLADI
Heç mətbəxlə aram yoxdur. Ev işlərini köməkçidən də təmiz edirəm. Mətbəxi isə sevmirəm. Yemək iyinə allergiyam var. İyi gələrsə, yeyə bilmərəm. Ürəyim bulanır, götürə bilmirəm.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsində deyib. Geyimləri haqda sualları cavabsız qoyan aktrisa heç vaxt məbləğ açıqlamayacağını söyləyib.
Əsədova "Ölü dənizdən evinə su çəkdirib" söhbətlərinə münasibət bildirib:Muxalifet - 14-05-2019
«YAXŞISI BUDUR Kİ, MÜQAVİMƏT GÖSTƏRMƏYİN…» – Tramp Çini hədələdi
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezideni Donald Tramp mayın 13-də Çinə xəbərdarlıq edib ki, ötən həftə Amerika tərəfindən tariflərin qaldırılmasına görə, «qisas almasın», yoxsa Pekin «razılığa gəlməsə, ciddi zərər çəkəcək».
Bu barədə «Röyter» agentliyi xəbər verib.
Bu arada xəbər verildiyi kimi, Çin bundan əvvəl bildirib ki, iyunun 1-dən başlayaraq, ABŞ-dan idxal olunan mallara 5-25 faiz arasında (60 milyard dollarlıq) rüsum tətbiq etməyi planlayır.Muxalifet - 14-05-2019
"Dəmirçi Plaza"da tüstülənmə: binadakılar təxliyyə edildi - FOTOLAR
"Dəmirçi Plaza”da yanğın təhlükəsi yaranıb. Muxalifet.az-ın ONA-ya məlumatına görə, iş mərkəzinin zirzəmisində qısaqapanma olub. Nəticədə tüstülənmə meydana gəlib. Binadakı şəxslər təxliyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.
Muxalifet - 14-05-2019
İrəvan Tiflisə zərbə hazırlayır: 465 məbəd... – SENSASİYA
Son günlər Gürcüstanda sərhədləri Keşikçidağ məbəd-kompleksinin (David Qareci monastırı) tamamilə Gürcüstan ərazisində qalacaq şəkildə “düzəltmək” çağırışları səsləndirilir. Əfsus ki, bu cür “tərəfdarlar” bir qayda olaraq tarixi pis bilirlər. Pravoslavlıqda “milli” anlayışı yoxdur. Pravoslav kilsəsinin nöqteyi-nəzərindən erməni kilsəsi kimi bidətçi dini təşkilatlar “milli” hesab edilir.
Muxalifet - 14-05-2019
Nazir: "Dağlıq Qarabağ məsələsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlaya bilərik"
"Şərq Tərəfdaşlığı" ölkələri də Avropa İttifaqı ilə əməkdaşlığı artırmaqda maraqlıdırsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərməlidir". Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığı"nın 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı" üçüncü ölkələrin maraqlarını müdafiə etmir: "Hamımız öz maraqlarımızı gözləyirik.
Muxalifet - 14-05-2019
Bu yollardan keçənlərin DİQQƏTİNƏ
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Muxalifet - 14-05-2019
General Romanenko: “Kiyevə yaylım atəşi ilə 360 “İsgəndər”i birdən atacaqlar...”
Ukraynanın Donbassdakı Birləşmiş qüvvələrinin keçmiş komandanı, general-leytenant Sergey Nayev bu günlərdə bəyan edib ki, onların ordusu Donetsk və Luqanskı bir sutkadan da az vaxtda geri ala bilərdi. Onun sözlərinə görə, həmin zaman ərzində Ukrayna ordusu Rusiya ilə sərhədə çıxmalı və orada möhkəmlənməlidir.
Bəs bu bəyanatlar nə dərəcədə realistdir? Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş qəragah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko həmkarının dediklərini dəyərləndirib.
Muxalifet - 14-05-2019
Özünü asan Mahirənin ərinin birinci arvadından ŞOK SÖZLƏR: Ərim donlarımı geyinib... - VİDEO
"Mən canımı qurtara bildim, o isə yox"
İsmayıllıda arvadı intihar edən Seyhunun keçmiş həyat yoldaşı ilk dəfə onun haqqında şok ifadələr səsləndirib.
Bu barədə Space TV-də yayımlanan "Gəl, dərdini danış" veriliində məlumat verilib.
40 günün gəlini olan Vüsalənin sözlərinə görə, Seyhunun psixoloji problemləri olub və ona müxtəlif işgəncələr verib:Muxalifet - 14-05-2019
Lujnikidə kütləvi ölüm, Brejnevin tələbi, susdurulan mətbuat, gizlədilən ölü sayı – son dəqiqə faciəsi
Həmin ərəfədə Mərkəzi Komitənin katibi olan Yuri Andropov baş vermiş hadisə ilə bağlı Leonid İliç Brejnevi məlumatlandıranda, artıq özünü güclə idarə edən baş katib öz işini bir cümləlik göstəriş verməklə bitmiş hesab edib:
“Ölənlər dəfn edilsin, mətbuat sussun...”
Bəli, SSRİ-də minlərlə insanın gözü qarşısında baş verən hadisəni gizlətmək mümkün olub, mətbuat susdurulub, hadisə şahidlərinə xabərdarlıq olunub. 1982-ci ilin 20 oktyabrında olduğu kimi.
Muxalifet - 14-05-2019
Gürcüstanda seçkilər üçün bülletenlər Azərbaycan dilində çap olunacaq
Gürcüstanda mayın 19-a keçiriləcək növbədənkənar və aralıq seçkilər üçün bülletenlərin çapına başlanılıb.
Bu barədə Gürcüstanın Mərkəzi Komissiyası (MSK) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə, 370 300 bülleten çap olunacaq. Bunlardan 39 500-ü Gürcüstan parlamentinə, 19 750-si yerli məşvərət orqanlarına, 311 050-si isə icra başçısı vəzifələrinə keçiriləcək seçkilər üçün nəzərdə tutulub.
Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı seçkiləri üçün bülletenlər Azərbaycan və erməni dillərində də çap olunacaq.Muxalifet - 14-05-2019
“Türk dövlətləri Avropa İttifaqına bənzər birlik yaratmalıdır” - Sabiq millət vəkili Nail Çələbi
“Türk atalarımızın yüzillər öncəki miraslarını iqtisadi ittifaqımızla ən layiqli şəkildə, ən yüksək səviyyədə gerçəkləşdirə bilərik. Dünya güclərinin hədəfi olan “türk qardaşlığı”nı sarsıtmağa imkan verməməliyik. Türkiyə soydaşlarıyla birgə Avropa İttifaqı bənzəri iqtisadi, mədəni və hərbi birlikdəlik yarada bilsə, bu model bütün türk millətlərinin hərtərəfli xeyrinə olacaq”.
Türk Dünyası Parlamentlər Birliyinin rəhbəri, keçmiş millət vəkili Nail Çələbi bu sözləri “Hürriyyət”in Türkiyə bürosuna açıqlamasında bildirib.
Muxalifet - 14-05-2019
Bakıda avtobusda ŞOK HADİSƏ: Sərnişin... - VİDEO
Bakıda 91 saylı marşrut avtobusunda insident baş verib.
Muxalifet.az Aznews-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Avtovağzal-Binəqədi istiqamətində hərəkət edən 91 saylı avtobusda münaqişə yaşanıb.
Təxminən 20-25 yaşlı sərnişin sürücüdən avtobusu dayanacaqdan kənar yerdə saxlamağı tələb edib.
Adil adlı sürücü onun istəyini yerinə yetirməyəndə sərnişin birbaşa sürücünün üstünə yeriyərək təpikləməyə başlayıb.
Avtobusda olan digər sərnişinlər onları ayırmağa çalışsalar da buna nail ola bilməyiblər.
Muxalifet - 14-05-2019
Səudiyyə Ərəbistanında neft boru xəttlərinə hücum - Vəziyyət gərginləşir
Səudiyyə Ərəbistanı Enerji və Sənaye naziri Xəlif ibn Əl-Falih insansız hava vasitələri ilə neft boru xəttlərinə hücum edildiyini açıqlayıb. Hücumlardan sonra əsas boru kəmərində nasos dayandırılıb.
Partlayışdan sonra bölgədə baş verən yanğın söndürülüb. Səudiyyə rəsmiləri əsas boruya gedən neft axınını kəsib.
Hücumu İranın dəstəklədiyi Husilər öz üzərinə götürüb. Hüsilər Səudiyyəyə təcavüzünü dayandırmaq üçün bir mesaj verildiyini deyib.Muxalifet3 - 14-05-2019
Prezidentdən Vladimir Volobuyevlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyi tamam olur.Muxalifet - 14-05-2019
Qaradağ rayon Polis idarəsinin sabiq rəis müavininə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə verməkdə təqsirləndirilən sabiq polis əməkdaşı, polkovnik Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Muxalifet - 14-05-2019
“ZAKİR FƏRƏCOV SUMQAYITDA BOŞ YER QOYMADI…” – “Kristal Abşeron”la birlikdə…
26-cı məhəllədə zeytun bağlarını kim məhv edib?
Əhalisinin sayına görə respublikanın ikinci böyük şəhəri olan Sumqayıt həmişə Bakıdan fərqli olaraq, daha böyük yaşıllıq ərazilərilə və geniş parkları ilə tanınıb. Lakin son illər bu şəhərimizin də yaşıllıqlarının yavaş-yavaş tikinti və biznes maraqlarının qurbanına çevrildiyinə dair məlumatlar çoxalmaqdadır.
Muxalifet - 14-05-2019
Tramp yenə İranı hədələdi
ABŞ prezident Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əmirliklərindən olan Fujairah yaxınlığında dörd ticarət tankerinə qarşı təxribatın elan edilməsindən sonra Tehrana qarşı yeni bir təhdid xəbərdarlığı edib.
Donald Tramp "İranla nə baş verəcəyini görəcəyik. Onlar bir şey edərlərsə, bu, böyük bir səhv olardı. Əgər onlar ABŞ-a qarşı bir şey etsələr, bunun bədəlini ağır şəkildə ödəyəcəklər" deyə bildirib.
Tramp Tehranın hücum üçün bir şey etdiyi təqdirdə qarşılığının çox ağır olacağını söyləyib.
Müxalifət.azMuxalifet3 - 14-05-2019
Bu küçədə sıxlıq yarandı - Sürücülərin DİQQƏTİNƏ
Paytaxtın Rəşid Behbudov küçəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, küçədən keçən su xəttində baş verən qəza ilə əlaqədar olaraq yolun hərəkət hissəsində müəyyən çətinliklər yaranıb.
“Bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Hazırda hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib”.Muxalifet - 14-05-2019
“Erməni xalqı 30 illik müharibədən nə əldə edib?” - Məmmədyarovdan erməni jurnalistə... - VİDEO
Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda erməni jurnalistin təxribat xarakterli sualını cavablandırıb.
Jurnalist nazirə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Qondarma Dağlıq Qarabağ xalqı tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilməməsi haqda absurd sual ünvanlayıb.Muxalifet - 14-05-2019
Oruc tutanların DİQQƏTİNƏ: Mütəxəssislər XƏBƏRDARLIQ EDİR
Ramazan ayında infarkt və iflic olma riski digər zamanlara nisbətən daha yüksəkdir. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər bunu ağır yeməklər və yuxu rejimin pozulması ilə əlaqələndirir. Ramazan ayında ağır yeməklər ürək infarktı və iflic riskini artırır. Yuxusuzluq da bu riski dəstəkləyən faktorlardan ən əhəmiyyətlisidir. Yuxusuzluqdan əziyyət çəklənlərdə anidən damaların tıxanması və insult keçirmək ehtimalı 4 qat daha çoxdur. Nevropatoloqlar bildirir ki, bu problemlərdən əziyyət çəkən xəstəyə ilk 6 saat ərzində anju əməliyyatı olunmalıdır.
Muxalifet - 14-05-2019