Axtarış

The search found 105779 results in 0.037 seconds.

Search results

  1. Merkelin təyyarəsinə avtomobil çırpıldı - FOTO

    Dortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb.

    Bu barədə “Bild” nəşri məlumat yayıb.

    Bildirilir ki, sürücüsü olmayan avtomobil təyyarəyə çırpılarkən kansler təyyarədə olmayıb. 3 ekipaj üzvü xəsarət almasa da, təyyarəyə ziyan dəyib.

    Merkelin Dortmunddan Berlinə helikopterlə qayıtdığı bildirilir.

    Muxalifet4 - 14-05-2019

  2. TEHRAN YENƏ QARIŞDI - Tələbələr hicaba etiraz etdilər

    Tehran Universitetinin tələbələri İran universitetlərində məcburi hicab geyinilməsinə qarşı etiraz aksiyası keçiriblər.

    Bu barədə “Anadolu” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

    Bildirilir ki, yüzlərlə tələbə universitetin həyətində toplaşaraq etiraz edib.

    Tələbələr əllərində “Bizim seçim hüququmuz var!” və “Ölüm alçalmaqdan yaxşıdır!” kimi şüarlar yazılan plakatlar tutublar.

    Etiraz aksiyasına hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər.

    Muxalifet4 - 14-05-2019

  3. İki dəniz təyyarəsi toqquşdu: Çox sayda ölü və yaralı var

     ABŞ-ın Alyaska ştatında gəzinti gəmisinin sərnişinlərini daşıyan iki dəniz təyyarəsinin toqquşması nəticəsində 5 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
     
    Amerika mətbuatında yer alan xəbərlərə görə, Alyaskanın cənub-şərqində gəzinti gəmisi sərnişinlərini daşıyan iki dəniz təyyarəsi havada toqquşub.
    1-i pilot, 4-ü sərnişin olmaqla, 5 nəfərin həlak olduğu və 10 nəfərin yaralandığı qəzada, 1 nəfərdən isə hələ də xəbər alınmır.
    Səhiyyə səlahiyyətliləri yaralılardan bir nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib.

    Muxalifet3 - 14-05-2019

  4. İranla sərhəddə 9 cəsəd tapıldı

    Türkiyədə Van vilayətinin Başqala rayonunun İranla sərhədində 9 kişi cəsədi tapılıb.
     
    İranla sərhəddəki cəsədləri görənlər vəziyyəti jandarmaya xəbər verib.
    Hərəkətə keçən jandarma komandoları Liz Dərəsi yaxınlığında 9 kişi cəsədini aşkar edib. Qar əriməyə başlaması ilə ortaya çıxan cəsədlərin qış aylarında sərhəddən keçərkən donaraq ölən nizamsız miqrantlara aid olduğu müəyyən edilib.

    Muxalifet3 - 14-05-2019

  5. ABŞ-dan dünyanı narahat edən həmlə!

     ABŞ Mərkəz Qüvvələr Komandanlığının (CENTCOM) sözçüsü polkovnik Bill Urban ABŞ Hava Qüvvələrinə bağlı F-15 və F-35 təyyarələrinin Fars Körfəzində İrana yönəlik çəkindirmə keşik əməliyyatları keçirdiklərini açıqlayıb.
     
    Anadolu Agentliyinin suallarını cavablandıran polkovnik Bill, "Onlar (F-15 və F-35-lər) ABŞ qüvvələrini və mənafelərini ən yaxşı şəkildə müdafiə etmək üçün yerləşdirildilər. Ərəb (Fars) Körfəzində müdafiə məqsədli çəkindirmə keşik-patrul əməliyyatları keçirirlər" deyib.
     
    Varlıq aksiyasıdır
     

    Muxalifet3 - 14-05-2019

  6. Türkiyəyə qarşı TƏXRİBAT: Məscid yandırıldı

    ABŞ-ın Florida ştatının ikinci böyük şəhəri olan Nyu Haven-də yerləşən və tikintisi davam edən Türk Diyanət Məscidi kimliyi müəyyənləşməyən şəxs və ya şəxslər tərəfindən yandırılıb.
     
     Alçaq hücumdan sonra Türkiyə Xİ naziri Çavuşoğlu və Floridanın valisi bəyanatlar verib.
     
    ÇAVUŞOĞLUNDAN SƏRT TƏPKİ
     

    Muxalifet3 - 14-05-2019

  7. BƏƏ-dən Ərəb Tayfalarına PKK təzyiqi

     Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyada Rakka, Deyrizor və Hasekədəki Ərəb tayfalarına "PKK ilə əməkdaşlıq edin” deyə təzyiqi edir. Suriya Tayfalar Məclisinin sədri Rami əl Dos "BƏƏ və Səudiyyə mərkəzli kəşfiyyat işçiləri təhdid və təcavüzlərlə tayfa liderlərini PKK ilə əməkdaşlığa məcbur edir. Yaradılan saxta məclislərdə Qəndil heyəti də iştirak edir" deyib.
     
    AYN İSA-da SAXTA MƏCLİS
     

    Muxalifet3 - 14-05-2019

  8. Yunanıstan tikan üstündədir: Türkiyə qorxusu sardı

    Türkiyənin üç dənizdə gerçəkləşdirdiyi ən iri planlı dəniz təlimi Yunan mətbuatında da geniş əks-səda doğurub.
     
    “Mavi Vətən” təliminin qorxusunu yeni unutmağa çalışan Yunanıstanın dərhal ardınca “Denizqurdu 2019” təlimi ilə qarşılaşması Afinanı yenidən narahatlıqlara sövq edərkən, təlimin böyüklüyü də qeyd edilib.
    Türkiyə Baş Qərargahının açıqladığı "Türkiyə tarixinin planlı ən böyük təlimi" deyə qeyd edən Yunan mediası, təlimdə 131 hərbi gəmi, 57 təyyarə və 33 vertolyotun iştirakına toxunub.
     

    Muxalifet3 - 14-05-2019

  9. Ərdoğanla Putin arasında telefon danışığı – Nələr danışıldı..

    Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.
     
    Prezident Sarayının Rabitə müdiri Fəxrəddin Altunun sosial media hesabından verdiyi açıqlamada bu məlumatlara yer verilib:
    “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə bu axşam bir telefon danışığı həyata keçirib. Görüşdə, ikitərəfli əlaqələrlə yanaşı, İdlibdə baş verən son proseslər müzakirə olunub.
     
    ATEŞKƏS POZUNTULARI NARAHATLIQ VERİCİDİR
     

    Muxalifet3 - 14-05-2019

  10. Pentaqondan İrana qarşı MÜHARİBƏ PLANI: 120 min hərbçi... - ŞOK İDDİA

    Pentaqon İranın öz nüvə fəaliyyətini sürətləndirəcəyi və ya Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə Yaxın Şərqə 120 min əsgər göndərməklə bağlı plan hazırlayıb.
    Bu haqda yeni planla tanış olan Amerika məmurlara istinadən “New York Times” qəzeti yazıb.

    Muxalifet - 14-05-2019

  11. Avropa Birliyində qılınclar çəkildi: ABŞ üçün “qara siyahı” hazırdır

    Avropa Birliyi ABŞ prezidenti Donald Trampın Avropadan avadanlıq və avtomobil hissələri idxalına gömrük tarifləri tətbiq edilməsi yönündə bir qərar verdiyi təqdirdə buna cavab verməyə hazırdır. Prezident Trampın Avropadan avadanlıq və avtomobil hissələri idxalına gömrük tarifləri barədə qərarını 18 maya qədər verməsi gözlənilir. Aİ-nin ticarət şefi Cecilia Malmstrom etdiyi açıqlamada, "ABŞ-ın tarif tətbiq etməklə bağlı qərar verdiyi təqdirdə cavab tədbirləri görmək üçün istifadə ediləcək məhsullarla bağlı bir siyahı hazırlayırıq.

    Muxalifet3 - 14-05-2019

  12. İrəvanın “Su 30” yalanı, çevriliş blefi: inqilabı ABŞ, yoxsa Rusiya edib?

    Paşinyan Amerikaya da, öz xalqına da “atıb”; Moskvanın işğalçıya müasir qırıcılar verəcəyi xəbəri isə təsdiqini tapmır; rusiyalı hərbi mütəxəssis: “İrəvanda arzunu gerçək kimi təqdim edirlər...”

    Ermənistanın baş naziri Nikol Paşinyan inqilabdan keçən 1 ili özünəməxsus tərzdə qeyd elədi. İşğal altındakı Şuşada yallı getdi, İrəvanda velosiped sürdü... Bu bir ildə yaşayışı əsla yaxşıya dəyişməyən, məhrumiyyətlər içində çabalaqmada davam edən ermənilərə hesabat vermək əvəzinə, populist çıxışlarından da qalmadı.

    Muxalifet - 14-05-2019

  13. ​İlham Əliyev Paşinyanla görüşdü

    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşüblər.
    Muxalifet.az TASS-a istinadən xəbər verir ki, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub. 
    Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. 

    Muxalifet - 14-05-2019

  14. ​“Emin Milli Vətənə gəlmək istəyirsə..." - Deputatdan AÇIQLAMA

    Deputat Bəxtiyar Sadıqov Emin Millinin sosial şəbəkələrdə Azərbaycanla bağlı müsbət paylaşımlarına münasibət bildirib.
    Muxalifet.az xəbər verir ki, o, “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, Azərbaycandan xaricə gedənlər olub, bu onların hüququdur: "Amma bəziləri gedən kimi Azərbaycana müharibə elan edirlər, yalnız mənfiləri qabardırlar, qərəzli danışırlar. Sanki azərbaycanlı deyillər.
    Gedənlərdən biri də Emin Milli idi və bu gün o, dərk edirsə hara getsə belə Azərbaycan onun vətənidir, bunun özü gözəl hadisədir".

    Muxalifet - 14-05-2019

  15. ​“WhatsApp”la sizi izləyə bilərlər - XƏBƏRDARLIQ

    WhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib. Bu haqda mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama verib. Kiberhücumun kütləvi hal almadığı, yalnız “seçilmiş istifadəçilərin” ona məruz qaldığı bildiirlir. “Facebook”un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib. “Financial Times”ın yazdığına görə, virtual hücum İsrailin “NSO Group” təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.

    Muxalifet - 14-05-2019

  16. ​“Hacı Mazan”ın qardaşı oğlu HƏBS EDİLDİ: Oğurluq etdiyinə görə

    Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı oğlu həbs edilib.
    BakuPost-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunda baş verib. İş adamının qardaşı oğlu Zeynalov Sadiq Əşrəf oğlu oğurluq etdiyinə görə tutulub. 

    Muxalifet - 14-05-2019

  17. İngilislərdən ortalığı qarışdıracaq iddia: “Türkiyə S-400 alışını təxirə salacaq”

     İngilis xəbər agentliyi “Reuters” Türkiyənin ABŞ-ın təzyiqləri üzündən S-400 qəbulunun təxirə salınması üçün Rusiya ilə görüşlər keçirdiyini bildirib.
     
    ABŞ-ın Türkiyədən Rusiyanın S-400 hava müdafiə sistemlərinin alınmasının gecikdirilməsini tələb etdiyi və Ankaranın da məsələni dəyərləndirdiyi bildirilib.
     
     Reuters iddiası: Təxirə salınma qiymətləndirilir
     

    Muxalifet3 - 14-05-2019

  18. Dünya TƏŞVİŞ İÇİNDƏ: döyüş təyyarələri havaya qalxdı

    ABŞ Hərbi Hava Qüvvələrinin F-15 və F-35 təyyarələri Bəsrə körfəzinin hava məkanında İrana qarşı kəşfiyyat əməliyyatları aparır.
    Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi Bill Urban danışıb.
    Mətbuat katibi bildirib ki, döyüş təyyarələri ABŞ qüvvələrini və mənfəətini ən yaxşı formada müdafiə etmək üçün körfəzə göndərilib: “Bu, bir güc göstərişi deyil, hücum niyyətindən qorunmaq məqsədi daşıyır”.

    Muxalifet - 14-05-2019

  19. SABİQ VERGİLƏR NAZİRİNİN BİZNESİ BATIR – “Ən çox zərbə...”

    Sabiq vergilər naziri Fazil Məmmədova məxsus bisnes strukturlarında, o cümlədən “AtaBank”da son illər gedən proseslər, baş verən qeyri-adi hadisələrlə bağlı məlumat vermişdik.​“AzPolitika.info”ya daxil olan məlumatlarda sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının – bacısı oğlu Dəyanət Quliyev və yeznəsi  Namiq Quliyevin“AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri iddia olunub.

    Muxalifet - 14-05-2019

  20. Avtomobillərin qiyməti FANTASTİK DƏRƏCƏDƏ QALXACAQ - Əgər mayın 18-də...

    ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına daxil olan ölkələrdə istehsal edilən avtomobil və ehtiyat hissələrinin idxalına 25% gömrük vergisi tətbiq etməsi cavabsız qalmayacaq.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının ticarət şefi Sisiliya Malmstorm ABŞ-ın bu addımına cavab vermək üçün siyahı hazırladıqlarını deyib.

    Muxalifet - 14-05-2019

Pages