Axtarış
The search found 105779 results in 0.027 seconds.
Search results
ABŞ-ın təzyiqi işə yaradı: Hindistan S-400 alışından geri addım atdı
ABŞ-ın sanksiya təhdidi ilə üz-üzə qalan Hindistan S-400 yerinə “Patriot” almaq üçün danışıqlara başlayıb.
Qeyd edək ki, keçən il Rusiya və Hindistan ABŞ-ın Yeni Delhiyə qarşı sanksiya hədələrinə baxmayaraq S-400 müqaviləsi imzalayıb.
5 MİLYARD DOLLARDAN ARTIQ PUL VERƏCƏKDİ
5.4 milyard dollar dəyərində olduğu söylənən müqavilə Hindistana 5 ədəd S-400 batareyasının göndərilməsini nəzərdə tuturdu.Muxalifet3 - 14-05-2019
Məktəblilərə ŞAD XƏBƏR: Mayın 18-dək pulsuz olacaq
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Məktəblilər üçün muzey həftəsi"nə start verilib.
Təhsil Nazirliyindən publika.az-a bildirilib ki, "Məktəblilər üçün muzey həftəsi"nin təşkilində məqsəd 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdır.Muxalifet - 14-05-2019
Bakı-Şamaxı yolunda QƏZA: Betondaşıyan maşın "VAZ"la toqquşdu - FOTO
Ötən gecə Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
10-JZ-247 dövlət nömrəli "Ford" markalı betondaşıyan maşın, 19-BJ-083 dövlət nömrəli "VAZ-2106" markalı avtomobili ilə toqquşub. Qəzada xəsarət alan olmasa da, "VAZ"a ciddi ziyan dəyib.
Hadisə şahidlərinin bildirdiyinə görə, "VAZ" nasaz olduğundan, sahibi onu yolun şəhər istiqamətində saxlayaraq tərk edib. Betondaşıyan yük maşınının sürücüsü həmin yol ilə hərəkət edərkən "VAZ"ı görməyib və nəticədə qəza baş verib./trendMuxalifet - 14-05-2019
Şəhid əsgərin paylaşması ürək sızlatdı
Hakkarinin Yüksekova rayonunda PKK-lı terrorçularla çıxan qarşıdurmada şəhid olan çavuş Vulkan Dəmirçinin sosial mediada paylaşdığı status ürəkləri sızladıb.
Şəhid Dəmirçi sosial media hesabından etdiyi paylaşmada, “(Sevdiyim qadının sevdiyi adamam) Vətən uzaqdan baxıb, mənimdir, deyənlərin deyil, yar qoynuna baş qoymadan şəhid olanlarındır” deyə yazmaqla, vətən sevgisini nümayiş etdirib.
Müxalifət.azMuxalifet3 - 14-05-2019
“Azərbaycan dili” fənni üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat başa çatır.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23.59-dək qeydiyyatdan mayın 26-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.Muxalifet - 14-05-2019
ŞOK: Azərbaycanlı qızların hind kişilərlə BİABIRÇI görüntüləri yayıldı - VİDEO
Hər kəs videonu kəskin şəkildə tənqid edib. Bakıda gecə klublarından birində hindistanlı tursitlər üçün əyləncə məclisi təşkil edilib.
Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, məclisdə bir qrup azərbaycanlı qız rəqs şousu nümayiş etdirib. Partidən görüntülər sosial mediada yayılıb. Kadrlar izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Hər kəs videonu kəskin şəkildə tənqid edib.
Sözügedən görüntüləri sizə təqdim edirik:Muxalifet - 14-05-2019
Azərbaycanda DƏHŞƏT: Ər evdən qaçan xanımını iş yerində öldürdü
Sumqayıt şəhərində əri tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində yerləşən mərkəzi bazarda 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Kişi daha sonra bıçaqla özünə də xəsarətlər yetirib. Onların ikisi də xəstəxanaya yerləşdiriliblər.
Lakin G.Əmənova ötən gecə vəfat edib.Muxalifet - 14-05-2019
Matçda hakim öldü, oyun dayandırıldı - VİDEO
Futzal üzrə Braziliyada çempionatında hakim ölüb.
“The Sun” xəbər verir ki, “Sao-Karlos” və “Taubate” komandaları arasındakı oyunu idarə edən 44 yaşlı İsildo Fabiano Byançi da Silva meydançada infarkt keçirib.
O, qəflətən yıxılıb. Hər iki komandanın oyunçuları kömək üçün onun yanına qaçıblar. Tibbi heyət gəlib və onu meydançadan xərəkdə çıxarıblar. Yardımlara rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı 0-0 olan hesab hakimin ölümünə görə açılmamış qalıb.Muxalifet - 14-05-2019
Ölkədə quduzluq və ilan dişləmələri əleyhinə kifayət qədər tibbi vasitə varmı? - SƏHİYYƏ NAZİRLİYİ CAVAB VERİR
Son zamanlar paytaxt da daxil olmaqla bölgələrdə heyvan, xüsusilə də it dişləmələrinin sayı artıb. Bəs ölkədə quduzluq əleyhinə kifayət qədər vaksin varmı?
Muxalifet - 14-05-2019
Rəqsanə boşandığı deyilən ərindən GÖRÜN NƏLƏR YAZDI
Bir müddətdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovdan ayrılması haqqında söz-söhbət gəzir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, buna səbəb ifaçının sosial şəbəkədə yazdığı şərh olub.
O, yataq otağında çəkdirdiyi fotonu paylaşaraq bu sözləri qeyd edib: “Qüsursuz sevən qadınlar, vəfasız kişilər”.
Bundan sonra instaqram istifadəçiləri cütlük arasında gərginlik olduğunu və Rəqsanənin həyat yoldaşından ayrıldığını qeyd edib.
Xatırladaq ki, bir neçə ay əvvəl Rəqsanənin ərindən əkiz övladı dünyaya gəlmişdi.Muxalifet - 14-05-2019
SON DƏQİQƏ: Brüsseldə “Şərq Tərəfdaşlığı” TOPLANTISI - ərazi bütövlüyü dəstəklənmədi, Azərbaycan veto qoydu
Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb. Muxalifet.az “Azadlıq” radiosunun Avropa xidmətinə istinadən xəbər verir ki, toplantıda Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib.
Muxalifet - 14-05-2019
Kartof insanı belə ZƏHƏRLƏYİR - Mütəxəssislərdən VACİB XƏBƏRDARLIQ
Doğru şəraitdə saxlanılmayan kartof cücərmiş formada yeyilərsə, insanı zəhərləyə bilər.
Mütəxəssislər kartof yedikdən sonra ürəkbulanma, boğazda yanğı və baş ağrısı kimi problemlər yaranan zaman həkimə müraciət etməyi qətiyyətlə tövsiyə edir.Muxalifet - 14-05-2019
Şimali Kipr Türk Respublikasına “Monako” modeli
Şərq Aralıq dənizində hərbi toqquşma riski olduqca yüksək olduğu üçün Monakoda bir sıra görüş və araşdırma aparan Enerji İqtisadiyyatı Dərnəyinin sədri professor Gürkan Kumbaroğlu bu dövrdə atılması lazım olan addımları dəyərləndirib, Fransa-Monako modelinin Türkiyə-Şimali Kipr Türk Respurlikası üçün tətbiq olunmasını təklif edib.
Bütün problemlərin art arda gəlməsi təsadüf deyil
Muxalifet3 - 14-05-2019
“Katyuşa” oxuyan aşıqlar QƏZƏBƏ TUŞ GƏLDİ - Video
Aşıq Namiq Fərhadoğlu: “Onlara ar olsun...”
Bu günlərdə sosial şəbəkələrdə aşıqlarla bağlı maraqlı video yayılıb. Belə ki, 9 May Qələbə Günü münasibətilə keçirilən kiçik məclisdə iki aşıq, balaban və qaval ifaçısı məşhur rus mahnısı olan “Katyuşa”nı ifa edib. Videogörüntü yayılan andan söz-söhbətə, müzakirələrə səbəb olub. İzləyicilərin böyük əksəriyyəti aşıqların bu hərəkətini pisləyib, rus mahnısının aşıq sənəti ilə sintezinin uğursuz olduğunu bildiriblər.
Muxalifet - 14-05-2019
“Moyka”lar niyə içməli sudan istifadə edir? – EKSPERT “AZƏRSU”NU İTTİHAM ETDİ
"Azərbaycanda texniki sudan istifadə üzrə infrastruktur dağıdılıb”
Sfera.az-a açıqlamasında bu sözləri Bakıda fəaliyyət göstərən avtoyuma məntəqələrinin ("moyka”ların) texniki su əvəzinə, içməli sudan istifadə edərək ciddi su problemi yaratmalarına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
Muxalifet - 14-05-2019
Paytaxt yaxınlığında dəhşətli partlayışda ölənlərin sayı atır - 76 ölü - FOTOLAR
Nigeriyanın paytaxtı Niameyin şərqindəki Diori hava limanı yaxınlığında yanacaq tankerinin partlaması nəticəsində qeydə alınan insan tələfatı artıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, mayın 5-də baş verən hadisə nəticəsində ölənlərin 76-ya çatıb.
Partlayış səbəbilə hökumət ölkədə 8-10 may tarixlərində 3 günlük milli matəm elan etmişdi.Muxalifet - 14-05-2019
Minimum pensiyalar və əməkhaqqı 40 faiz, təqaüdlər orta hesabla 100 faiz artırılıb - Nazir
Bu ilin ötən dövründə Azəbaycanda minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zaman deyib.
Nazir qeyd edib ki, təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi dəstək olub.Muxalifet - 14-05-2019
"Azərbaycan vətəndaşlarının ehtiyacları həll olunmalıdır" - Nazir müavini
Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu başlayıb. Üç gün davam edəcək tədbirdə BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir. Forumun açılışında çıxış edən Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb.
Muxalifet - 14-05-2019
Nizami Qocayevin oğlu yüksək vəzifəyə təyin edildi - Foto
Bakı şəhər Nizami rayon Prokurorluğunda kadr dəyişikliyi olub.
Nizami rayon prokurorunun müavini Ramin Qocayev Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə vəzifədən azad edilib. O, Baş Prokurorluqda məsul vəzifəyə təyin edilib.
Nizami rayon prokurorunun müavini vəzifəsinə isə Zakir Qaralovun imzaladığı əmrlə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı abil Səfərov təyin edilib.Muxalifet - 14-05-2019
Biləsuvarda yol qəzası olub, ölən var
Biləsuvarda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mitsubishi” minik avtomobilinin anidən idarəetməni itirməsi nəticəsində maşın aşıb. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü, Sumqayıt şəhər sakini,1972-cü il təvəllüdlü Cəfərov Elman Fəxrəddin oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 14-05-2019