Axtarış
The search found 105779 results in 0.033 seconds.
Search results
“1 qəpiklik toy apara bilmirsən” - Əməkdar artisti toyda BİABIR ETDİLƏR - VİDEO
ARB TV-nin “Söhbət var” verilişinin növbəti buraxılışında qonaq əməkdar artist Sahib İbrahimov olub.
Muxalifet.az Ölkə.az-a istinadən xəbər verir ki, o, iştirak etdiyi toyların birində başına gələn maraqlı hadisəni danışıb:Muxalifet - 13-05-2019
Gömrük xidmətinin elektron təhsil bazası yaradıldı
Dövlət Gömrük Komitəsində (DGK) gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədi ilə elektron təhsil - «CLiKC! e-Learning» bazası yaradılıb və ümumi tədris prosesinə inteqrasiya olunub.
Komitədən verilən məlumata görə, yaradılan lokal və uzaq məsafədən elektron təhsil sistemi gömrük əməkdaşları və və Dövlət Gömrük Akademiyasının tələbələri üçün nəzərdə tutulub.Muxalifet - 13-05-2019
Şəfəq Hüseynliyə Avropa Şurasında vəzifə verildi
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının İşçi qrupunun sədr müavini seçilib.
AMADA-dan verilən məlumata görə, o, bundan sonra Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi İşçi qrupunun sədr müavini vəzifəsində də işləyəcək.
Bu qərar Rumıniyanın paytaxtı Buxarestdə 7-8 may tarixlərində keçirilən Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq qrupunun 50-ci iclasında qəbul edilib.Muxalifet - 13-05-2019
SON DƏQİQƏ: Ziya Məmmədovun qardaşına VƏZİFƏ VERİLDİ - Foto
Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib.Muxalifet - 13-05-2019
Cahangir Hacıyevin məhkəməsində tanınmış iş adamı ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifet - 13-05-2019
Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verildi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib.
Ə.Seyidov yaş həddi ilə əlaqədar (martda 70 yaşı tamam olub-red.) təqaüdə göndərilib.
Ə.Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Bundan öncə o, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi olub. Ardınca Cəlilabad Rayon Məhkəməsinə sədrlik edib.
1994-1999-cu illərdə həm də Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun rəhbəri olub./big.azMuxalifet - 13-05-2019
Məktəblilərə muzeylərə giriş pulsuz olacaq - DƏQİQ VAXT
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Məktəblilər üçün muzey həftəsi” nə start verilib.
"Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir.Muxalifet - 13-05-2019
“Röyters”dən QALMAQALLI İDDİA - “Mərkəzi Bankın 40 milyard lirəsi hökumətin hesabına keçiriləcək”
“Röyters” informasiya agentliyi Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin büdcənin daha çox boşalmaması üçün Mərkəz Bankından 40 milyard lirəlik ehtiyat fond pulunu mərkəzi idarə büdcəsinə keçirməyi planlaşdırdığını və bunun üçün zəruri olan qanunlar üzərində çalışdığını iddia edib.
Muxalifet - 13-05-2019
Elinanın vəkilləri Xalidə Bayramova HAQQINDA: "Cinayət məsuliyyətinə cəlb edilməsi üçün..."
162 saylı məktəbin intihar etmiş şagirdi Elina Hacıyevanın hüquqi varisi Sevil Hacıyevanın vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayev birgə bəyanat veriblər.
Muxalifet.az-ın Lent.az-a istinadən məlumatına görə, bəyanatda deyilir:
“Məqalələrdə mərhum Elinanın nənəsi Solmaz Ələsgərovanın zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hacıyevanın hüquqlarını müdafiə edən vəkillərdən də narazı qaldığı barədə məlumat verilməsini nəzərə alaraq, məsələyə aydınlıq gətirməyi özümüzə borc bildik.Muxalifet - 13-05-2019
“Qalatasaray”ın futbolçusu 1 il yaşıl meydanlardan kənar qalacaq
Türkiyə Super Liqasının XXXII turunun “Rizəspor”la matçında zədələnən “Qalatasaray” klubunun futbolçusu Emre Akbabanın yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.
ONA-nın məlumatına görə, ikinci hissənin gedişində ayağı qırıldığı üçün meydanı tərk edən və dərhal xəstəxanaya aparılan futbolçunun durumu kifayət qədər ağır olub.
Ayağında üç qırıq aşkarlanan Emre əməliyyata məruz qalıb. Bundan sonra ən yaxşı halda bir ildən sonra yaşıl meydanlara qayıdacağı bəlli olub.
Muxalifet - 13-05-2019
ABŞ-a rəsmi çağırış etdi: Hakimiyyət çevrilişi edin
Venesuelada dövlət çevrilişinə cəhd göstərən müxalif lider Xuan Guiado ABŞ ordusundan rəsmi olaraq yardım tələb edib. Guiadonun ABŞ-dakı nümayəndəsi Karlos Vecchio sosial media üzərindən Guiadonun ABŞ ordusundan rəsmi yardım istədiyinə dair məktubu dərc edib.
Muxalifet3 - 13-05-2019
Azərbaycanın şimal rayonlarına dolu yağıb
Mayın 13-da Azərbaycanın şimal rayonlarına dolu yağıb.
Günorta saatlarında yağan dolu 5 dəqiqə davam edib. Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağan dolunun ölçüsü 5 millimetrdən 20 millimetrə qədər olub.
Buz parçaları taxıl zəmilərinə və tərəvəz əkinlərinə ziyan vurub./AzərTAcMuxalifet - 13-05-2019
"Park Bulvar"ın ayaqyolunda qəribə hadisə: Krantlar səhv quraşdırıldı - VİDEO
"Park Bulvar" Ticarət Mərkəzinin ayaqyolunda qəribə hadisə baş verib. Kişilərin istifadəsi üçün nəzərdə tutulan tualetdə olan krantlara əli yumaq üçün yaxınlaşdıranda suyun verilməsi dayanır. Əli kənara çəkəndə isə su krandan axmağa başlayır. Bu da ticarət mərkəzinə gələn müştərilərin haqlı narazılığına səbəb olub./unikal
Muxalifet - 13-05-2019
Terrorçubaşı şərt qoydu: Türkiyə Afrindən çəkilərsə...
Terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD-nin həmsədri Saleh Müslim Türk əsgərinin Afrindən çəkildiyi təqdirdə Ankara ilə görüşəcəyini deyib. Müslim "PKK lideri Öcalanın tələbinə hörmət göstərilsə, daha asan anlaşa bilərik" - deyib.
Saleh Müslim Türkiyənin Afrindən çəkilməsi lazım olduğunu söyləyib.
Türkiyə ilə bir araya gələcəklərini, ancaq bəzi halların aydınlığa qovuşması lazım olduğuna diqqət çəkən Müslim, bunun Afrinin vəziyyəti və özlərinə yönəlmiş təhdidlər olduğuna işarə edib:Muxalifet3 - 13-05-2019
Tovuzda avtomobil ağaca çırpıldı — Ölən var
Tovuzda avtomobil ağaca çırpıldı — Ölən var
Tovuz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, mayın 13-də saat 2 radələrində Tovuz şəhərinin ərazisində F.Quliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomaşın yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı F.Quliyevin sərnişini, Tovuz şəhər sakini Samir Musayev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayın.Muxalifet3 - 13-05-2019
Qarşıdan yeni-yeni təhlükələr gəlir - Aİ-dən bəyanat
Avropa İttifaqı ilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasındakı Brüsseldə 10 illiyi qeyd olunan "Şərq Tərəfdaşlığı" proqramı səmərəli və effektlidir.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa İttifaqı ölkələrinin və "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan altı 6 ölkənin xarici işlər nazirlərinin iclasının yekunlarına dair Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunur.Muxalifet3 - 13-05-2019
İranda təyyarə qəzaya uğradı
İranın Hərbi Hava Qüvvələrinə məxsus F-14 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, təlim uçuşundan qayıdan təyyarənin İsfahanın Şəhid Babayi hava limanına enişi zamanı təkərləri açılmayıb. Pilot təyyarəni yenidən havaya qaldırmağa çalışsa da, buna nail ola bilməyib. Pilotlar katapult vasitəsilə təyyarəni tərk etməyə müvəffəq olublar.
Hadisə yerinə gələn mütəxəssislər araşdırma aparırlar.
Muxalifet3 - 13-05-2019
Fransız siyasətçidən AB-yə Rusiya çağırışı
Avropa Birliyi Rusiyaya yönəlik təzyiqləri artırmağa son verməli və NATO-ya qarşı siyasətini dəyişdirməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri fransalı siyasətçi Jan Lük Mlenkhon bildirib.
Mlenkhon deyib ki, Rusiya əleyhinə isterikaya son qoyulmalıdır. Ukraynanın NATO-ya qəbulu ilə bağlı xəbərdarlıq edən Mlenkhon Rusiya ilə gərgiliyi artırmaq istəmədiklərini deyib.
Muxalifet3 - 13-05-2019
Orbanın ABŞ-a səfəri: Eks-səfirin proqnozu reallaşacaqmı?
Macarıstanın Baş naziri Viktor Orbanın ABŞ Prezidenti Donald Trampla qarşıdakı danışıqları Macarıstanın diplomatik baxımdan təcrid olunmasının 10 illik dövrünün başa çatması ilə əlamətdardır.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Macarıstandakı səfiri Eypril Foli “Vaşinqton Tayms” qəzetinə müsahibəsində bu cür cəsarətli proqnozla çıxış edib.Muxalifet3 - 13-05-2019
SON DƏQİQƏ: Azərbaycanda bu nazir vəzifədən UZAQLAŞDIRILDI
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov vəzifəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də bununla bağlı fərman imzalayıb.
Fərmanla Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilib.
Muxalifet3 - 13-05-2019