Axtarış
The search found 105779 results in 0.077 seconds.
Search results
S-400 Türkiyəyə hansı üstünlüyü qazandıracaq?
S-400 hava müdafiə sistemlərinin Türkiyənin cənubuna yerləşdirildiyini düşünsək, 400 kilometr uzaqdan təyyarə və raketlərə kilidlənib, 250 kilometrdən vuracaqlar. Bu, cənubdan gələn böyük təhlükələrə çəkindirmə anlamına gələcək. Hətta Türkiyə beləliklə, Suriyanın şimalını uçuşa yasaq bölgə elan edə bilər. Terrordan təmizlədiyi bölgənin təhlükəsizliyini təmin edə bilər. Həmçinin Şərq Aralıq dənizinin və Kiprin hava məkanında da böyük üstünlük əldə edə bilər.
Muxalifet3 - 13-05-2019
Ərdoğan üçün 3 AYRI PLAN: müvəffəqiyyətli olsaydılar... - SENSASİON DETALLAR ORTAYA ÇIXDI
Bu səbəblə, qiyamçılar Ərdoğan üçün üç fərqli plan hazırlayıblar və bu planlar iyulun 13-də A-3 sənədləri üzərindən verilən brifinq ilə son hala gətirilib. İlk plan Türkiyə prezidentinin İstanbuldakı Huber iqamətgahı ilə bağlı idi.
Muxalifet - 13-05-2019
“Emil 444”ü 6 nəfər öldürüb - qəddar qətlin ilginc təfərrüatları
Bakının Binəqədi rayonunda baş vermiş son illərin ən qəddar qətlinin təfərrüatları bəlli olub. “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində 1 nəfər deyil, 6 nəfər iştirak edib, qətldə bir neçə bıçaqdan istifadə olunması da bunu təsdiqləyən məqamlardandır.
Muxalifet - 13-05-2019
Trampdan açıqlama: “Olmaq istədiyimiz yerdəyik”
ABŞ prezidenti Donald Tramp sosial mediada Çin ilə bağlı açıqlama verib.
ABŞ prezidenti Tramp Çin ilə olmasını istədikləri yerdə olduqlarını deyib. Tramp həmçinin, Pekinin ABŞ ilə əldə olunmuş razılığı pozduğunu və üzərində razılığa gəlinmiş müqaviləni yenidən müzakirə etməyə çalışdığını da bildirib.Muxalifet3 - 13-05-2019
Oruc tutanların NƏZƏRİNƏ! Ödənişinizi tələb edə bilərsiz!
Azərbaycanda iş yerlərində işçiyə ödəniş müqavilində (əmək haqqından çıxılmaqla) nahar verən şirkətlər və yaxud dövlət qurumları oruc tutanlara ödəniş etməlidirlər.
ölkə qanunvericiliyinə əsasən oruc tutan işçi nahar yemədiyinə görə, işəgötürəndən ödənişini tələb edə bilər.
Azərbaycanda böyük işyerlərinin əksəriyətində əmək haqqıdan ödəniş çıxmaq şərti ilə, işçilərə yemək verilir.
Bununla belə, iş yerlərində yemək yemələri üçün işçilərə bilet və ya kupon verilir.Muxalifet - 13-05-2019
Rusiya İranı “balığın ağzına” ata bilər - gizli sövdələşmə ehtimalı
Əhəd Məmmədli: “Moskva hər an Vaşinqtonla anlaşa bilər”
Hazırda ABŞ və İran arasında yaşanan qarşıdurma gündəmin əsas müzakirə mövzularından biridir. Burada əsas diqqətlərin cəmləndiyi ölkə Rusiyadır. Şimal qonşumuzu hər kəs İranın yaxın müttəfiqi olan ölkələrdən biri kimi sayır. Amma buna baxmayaraq, Kreml bu qarşıdurma ilə bağlı seyrçi mövqe sərgiləməkdədir ki, bu da çoxsaylı suallar yaradır.Muxalifet - 13-05-2019
Şok: Azərbaycanda saxlanılan şəxs polis şöbəsində öldü
Şəkidə Polis Şöbəsində ölüm faktı qeydə alınıb
Muxalifet.az ona-a istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə, şübhəli şəxs qismində Şəki Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılan rayon sakini 1987-ci il təvəllüdlü QalibTelman oğlu Məmmədov mayın 11-i saat 16 radələrində özünü asaraq intihar edib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 13-05-2019
Bakıda dəhşətli hadisə – ŞİRKƏT RƏHBƏRİ ÖLDÜ
Bakıda şirkət rəhbərinin ölümü ilə nəticələnən yol qəzası baş verib. Xətai rayonu ərazisində, Nobel və Babək prospektlərini bir-biri ilə birləşdirən Fəzail Bayramov küçəsində Azərbaycan Dəmir Yolları Qapalı Tipli Səhmdar Cəmiyyətinin Keşlə stansiyasının əməkdaşı Muxtarov Hüseyn Çingiz oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyadanı vurub. Ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlu hadisə yerində vəfat edib. Qeyd edək ki, vəfat edən şəxs biznesmendir və “VÜQAR-2” MMC-nin sahibidir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./ Publika
Muxalifet - 13-05-2019
“Səudiyyə şahzadəsi Türk qəhvəsini içməyi rədd etdi” iddiasını təkzib etdilər
Türk-Ərəb Araşdırma Mərkəzindən “Səudiyyə şahzadəsi Türk qəhvəsini içməyi etdi” yönündəki iddiaları təkzib edib. Türk-Ərəb Araşdırma Mərkəzi Riyad valisi və Səudiyyə Məclisinin üzvü şahzadə Faysal bin Bandar Əl Səudun ona verilən qəhvənin Türk qəhvəsi olduğunu öyrənincə içməyi rədd etdiyi yönündəki xəbərlərin həqiqəti əks etdirmədiyinə diqqət çəkərək ortada tərcümə xətası olduğunu açıqlayıb.
Muxalifet3 - 13-05-2019
"İlham Əliyevdən də, Əli Kərimlidən də üzr istəyirəm" - EMİN MİLLİ
"İlham Əliyevdən də, Əli Kərimlidən də, hökümətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm". Muxalifet.az xəbər verir ki, bunu Meydan TV-nin keçmiş rəhbəri Emin Milli sosial şəbəkədəki statusunda yazıb. O bildirib ki, illər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər: "Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram.
Muxalifet4 - 13-05-2019
SON DƏQIQƏ: Azərbaycanda növbəti mikroavtobus QƏZASı - xəsarət alanlar var
Zaqatalada mikroavtobus qəzaya düşüb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Əliabad marşrutu üzrə sərnişin daşıyan mikroavtobus rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə xəsarət alan bir-neçə sərnişin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.Muxalifet - 13-05-2019
Bakıda DƏHŞƏT: Qadın uşaqları qayınanasına verib özünü binadan atdı - VİDEO
Ötən gün günorta saatlarında Bakıda intihar hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, 32 yaşlı xanım özünü yaşadığı binanın 8 ci mərtəbəsindən özünü atıb.
Qadın yerindəcə dünyasını dəyişib. İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Qeyd olunur ki, qadın həyat yoldaşından ayrılıbmış. Xanımın iki azyaşlı uşağı qalıb. O, intihardan öncə uşaqlarını qayınanasına saxlamaq üçün verib. Daha sonra özünü atıb.
Faktla bağlı araşdırma aparılır.(Buta.media)Muxalifet - 13-05-2019
Türkiyə tarixinin ən böyük hərbi təlimi – Düşmənlərə gözdağı
Türkiyə tarixinin ən böyük planlı hərbi təlimi “Denizkurdu-2019” Anadolunu əhatə edən üç dənizdə 131 gəmi, 57 təyyarə və 33 vertolyotun iştirakı ilə başlayıb.
Baş Qərargah rəhbərliyi İllik Təlim Proqramı çərçivəsində Dəniz Qüvvələri Komandanlığı tərəfindən planlaşdırılan və Dəniz Hərb Mərkəzi Komandanlığı tərəfindən sövq və idarə edilən təlim, Qara dəniz, Egey dənizi, Şərqi Aralıq dənizi olmaqla, 3 dənizdə eyni anda ilk dəfə icra ediləcək əməli bir təlim olaraq həyata keçirilir.Muxalifet3 - 13-05-2019
TÜRKİYƏNİN 23 İYUN İMTAHANI – Ərdoğanı Putindən ayırmaq üçün xaos ssenarisi işə salınır
Həm dünyada, həm də Türkiyədə önəmli hadisələr baş verməkdədir. Lakin 31 martda İstanbulda keçirilən seçkilərin nəticələri ləğv edildiyi üçün içindən çıxa bilmirik. Hadisələrə İstanbuldan baxaraq irəliləməyə məcburuq. 23 iyun bizim üçün nə qədər önəmlidirsə, artıq Türkiyə ilə birlikdə irəliləmək istəyən böyük oyunçular üçün də o qədər önəmlidir.
23 iyuna gəlmədən öncə, ssenariyə bütöv baxmaqda fayda vardır.
Muxalifet4 - 13-05-2019
Rusiyada 2 məşhur azərbaycanlı arasında gərginlik: Frenk – Fuad davası
Rusiyada yaşayan iki məşhur azərbaycanlı arasında gərginlik yaşanır.
BakuPost xəbər verir ki, milyonçu Fizuli Məmmədov (Frenk Elkepone) jurnalist Fuad Abbasova qarşı sərt ittihamlar səsələndirib, onu təxribat törətməkdə, azərbaycanılıların diaspor işində maneələr yaratmaqda ittiham edib. Bununla bağlı Fizuli Məmmədov özünün feysbuk hesabında yazıb:
Muxalifet4 - 13-05-2019
Türkiyənin Müdafiə nazirindən “Dəniz Canavarı” mesajı
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Dəniz Canavarı” hərbi təliminin bu gün başlayacağını bildirərək “Bu fəaliyyətlərimizi yalnız ölkəmizdəki daxili ictimaiyyəti deyil, xaricdəki tərəfdaşlarımız da yaxından təqib edir. Dostlarımız sevindiklərini, məmnunluqlarını bizlərə ifadə edirlər. Bu təlimlərdə məqsədimiz Türk Silahlı Qüvvələrinin ölkəsi və millətinin təhlükəsizliyini təmin etmək, suverenlik, müstəqillik, dəniz haqq və mənfəətlərini qorumaq və saxlamaq məsələsində son dərəcə əzmli, qərarlı və buna qadir olduğunu göstərməkdir.
Muxalifet3 - 13-05-2019
XİN-dən Zöhrab Mnatsakanyana CAVAB
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin təcavüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibəsini şərh edərkən deyib.Muxalifet - 13-05-2019
“Baku Bus”un sürücüsü döyüldü - TƏFƏRRÜAT
Bakıda avtobus sürücüsünü döyməkdə təqsirləndrilən Elşad Rüstəmzadə yenidən məhkəməyə müraciət edib.
Muxalifet - 13-05-2019
Bütün universitetlərin tələbələri üçün PULSUZ MÜAYİNƏ AKSİYASI
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycanın bütün ali məktəblərinin tələbələri üçün pulsuz müayinə keçirilir.
Universitetdən verilən məlumata görə, aksiyada pulsuz müayinədən əlavə, pulsuz abdominal USM analizi aparılıb. Zəruri laborator analizlərə isə 50 faiz endirim tətbiq olunur.
3 gündür davam edən aksiyadan artıq 30-a yaxın tələbə yararlanıb.Muxalifet - 13-05-2019
Ərəb qadınlardan Kıvança iki milyonluq təklif
Küveytdə 80 qadın pərəstişkarı ilə yemək yeyən və bundan iki milyon lirə qazanan Burak Özçivitdən sonra həmkarı Kıvanç Tatlıtuğa da eyni təklif gəlib.
Aktyorun ərəb fanatları bu dəfə Tatlıtuğu qonaq etmək istəyir.
Tatlıtuğ son günlər “Çarpışma” serialındakı xarizmatik və cəsarətli obrazı ilə daha da sevilib. Elə bu səbəbdən aktyor Şərq ölkələrində özünə çox sayda pərəstişkar toplayıb. Əgər Tatlıtuğ bu təklifi qəbul edərsə, iki milyon lirə qazanacaq.Muxalifet - 13-05-2019