Axtarış
The search found 105779 results in 0.024 seconds.
Search results
Azərbaycanda 5 nəfərin öldüyü dəhşətlə bağlı RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Muxalifet.az-a DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, mayın 10-da saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini İlham Həsənovun idarə etdiyi “İveco” markalı yük və Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşduqdan sonra aşıblar.Muxalifet - 11-05-2019
Merkeldən qalmaqal açıqlama
Türkiyənin Şərqi Aralıq dənizində neft kəşfiyyat işlərindən narahat olan Almaniyanın baş naziri Angela Merkel də bu məsələni Avropa İttifaqının sammitində müzakirə etdiklərini deyib. Toplantıdan sonra açıqlama verən Merkel, Yunan Kiprinin arxasında olduqlarını dilə gətirərək "Cənubi Kiprin maraqlarını müdafiə edəcəyik" - deyib. Merkel bir jurnalistin "Cənubi Kipr Türkiyəyə sanksiyalar tələb edir. Almaniya belə bir addımı dəstəkləyə bilərmi "sualına", “Sanksiyalar haqqında bu gün danışmadıq" cavabını verib.
Muxalifet3 - 11-05-2019
Azərbaycanda 4 gün iş olmayacaq - TƏTİL TARİXLƏRİ
Gələn ayın qeyri-iş günləri açıqlandı.
İyun ayında Ramazan Bayramı, Milli Qurtuluş günü və Silahlı Qüvvələr günü ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.
Belə ki, iyunun 5-6-da Ramazan Bayramı, iyunun 15-də Milli Qurtuluş günü, iyunun 26-da Silahlı Qüvvələr günü qeyd olunur.
Həmin günlər iş olmayacaq.Muxalifet - 11-05-2019
YPG/PKK-ya üsyan edən Ərəbləri ABŞ ordusu gülləbaran etdi
Suriyanın Deyrizor şəhərində Ərəb tayfalarının terror təşkilatı YPG/PKK işğalına qarşı üsyanı böyüyəndə ABŞ ordusu dövrəyə girib. Şehil qəsəbəsində "YPG işğalına yox" şüarı səsləndirərək etiraz edən Suriyalılara Amerikan vertolyotları və terrorçular atəş açıblar. Nəticədə 6 mülki şəxs qətlə yetirilib.
"İŞĞALA YOX” ŞÜARI
Muxalifet3 - 11-05-2019
“Ona de özünü yığışdırsın, yoxsa...” - GENERAL BALASANYAN ŞUŞADA PAŞINYANA LAĞ ELƏDI, BELƏ XƏBƏRDARLIQ ALDI
Mayın 9-da, Şuşanın ələ keçirilməsi münasibətilə təşkil olunan bayram mərasimləri zamanı qondarma “dqr”in “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyana istehza edib. Əvəzində Paşinyan onu hədələyib.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Şuşada jurnalistlər Balasanyandan son günlər təmas xəttində atışmaların artması haqda soruşublar. Balasanyan isə belə cavab verib: “Gedin onu “lift danışıqlarının” aparıcısı Paşinyandan soruşun”.Muxalifet - 11-05-2019
22 yaşlı qız itkin düşdü
Qazax rayonu, II Şıxlı kənd sakini 1997-ci il təvəllüdlü Nərmin Həsənova itkin düşüb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun anası Vəsilə Zülfüqarova polisə müraciət edib.
O bildirib ki, qızı mayın 6-da evdən çıxıb və geri qayıtmayıb. N.Həsənovanın axtarılması istiqamətində Qazax Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.Muxalifet - 11-05-2019
"Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir" - "Liverpool"un baş məşqçisindən XOŞAGƏLMƏZ SÖZLƏR
"Liverpool"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda təşkilinə münasibət bildirib. Almaniyalı mütəxəssis bunun düzgün qərar olmadığını düşünür: "Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdir. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Qərar daha məqbul olmalıdır". Klopp Bakı ilə Çempionlar Liqasının final görüşünün keçiriləcəyi Madrid şəhərini də müqayisə edib: "Bakı?
Muxalifet - 11-05-2019
Saakaşvilidən Bakıya dəstək: Yerinizə olsam...
Bizim azərbaycanlılar və türklərə əsəbiləşəcək heç nəyimiz yoxdur. Biz İvanişvilinin bizim üçün müəyyən etdiyi yerdəyik.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.Muxalifet - 11-05-2019
DÜNYAYA QARŞI MÜHARİBƏ! - ABŞ-dan bəzi ölkələrə qalmaqallı “qara siyahı” təhdidi
ABŞ hakimiyyətinin “valyuta manipulyatoru olan ölkələr” siyahısını genişləndirməyə hazırlaşdığı və siyahıya Rusiya, Vyetnam, Tailand, İndoneziya, İrlandiya və Malayziya kimi ölkələrin daxil ediləcəyi iddia edilib.
“Blumberq” agentliyi ABŞ hökumətinin “valyuta manipulyatoru olan ölkələr” siyahısını genişləndirməyə hazırlaşdığını yazıb. Hazırkı vəziyyətdə 12 ölkənin olduğu siyahıya düşməsi ehtimal edilən ölkələr sırasında Rusiya, Vyetnam, Tailand, İndoneziya, İrlandiya və Malayziyanın adları çəkilir.Muxalifet - 11-05-2019
Valideynlər MÜTLƏQ OXUSUN! - Uşaqlarda bu xəstəliklər yarana bilər
Yazın gəlişi insan orqanizminə təsirsiz ötüşmür.
Hava dəyişikliyi xüsusən də uşaqlar arasında bir sıra xəstəliklərin yayılmasına səbəb olur.
"Yaz-yay aylarında uşaqlar arasında dəri-zöhrəvi xəstəliklərinə daha çox təsadüf olunur:
Bunu Redaktor.az-a açıqlamasında Pediatr Kənan Qarayev bildirib. Onun sözlərinə görə, uşaqlarda ən çox rast gəlinən problemlər vitamin çatışmazlığı və allergik xəstəliklərdir:Muxalifet - 11-05-2019
SON DƏQİQƏ: Öldürülən “Emin 444” ləqəbli kriminal avtoritet Qulinin dostu imiş - Qətli görün kim SİFARİŞ VERİB
Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib. Qətl qurbanının qardaşı Elçin Səfərov Oxu.Az-a verdiyi açıqlamada qətlin ehtimal olunan sifarişçisinin adını açıqlayıb. Bundan əvvəl mayın 10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlunun qətlə yetirildiyini xəbər vermişdik. Bir neçə nəfər arasında düşən davanın gedişatından E.Səfərov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində keçinib.
Muxalifet - 11-05-2019
Страны с ядерным оружием не атакуют, как известно
Ситуация вокруг Ирана в последнее время сильно обострилась. Иран частично вышел из соглашений по СВПД, а США ввели новые санкции.
Об этом, а также об отношениях России и США, рассказал в интервью # российский журналист Максим Шевченко.
— В последнее время США сильно прижали Иран. Некоторые эксперты считают, что этот процесс катализирует Израиль, который хочет выжать из ситуации максимум, пока Трамп у власти.
Muxalifet - 11-05-2019
Prezident Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdü
Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.
Bu barədə Muxalifet.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.Muxalifet - 11-05-2019
Oğlanlarla min oyundan çıxan iranlı qızların İNANILMAZ GECƏ HƏYATI - ŞOK FOTOLAR
İranda açılan İnstaqram hesablarından biri ölkənin mühafizəkarlarını özündən çıxarıb. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, "Rich Kids of Tehran" (Tehranın zəngin uşaqları) adı ilə açılan hesabda gənclərin lüks həyatını əks etdirən fotolar paylaşılıb.Şəkillərdə plastik əməliyyatlı qızlar, əllərində içki qədəhi olan kişilər yer alıb.
Muxalifet - 11-05-2019
İçki məclisində qıza görə dostunu öldürənə - AĞIR CƏZA
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Muxalifet.az "Ölkə.Az-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Əhmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən il Nizami rayonu “Xalqlar Dostluğu” metro stansiyasının ətrafında baş verib.
Muxalifet - 11-05-2019
Pakistanda otelə hücum! Bölgədən silah səsləri gəlir
Pakistanın Belucistan əyalətində yerləşən sahil şəhəri Gvadarda 3 terrorçu 5 ulduzlu Pearl Continental Hotelə hücum təşkil edib. Təhlükəsizlik qüvvələri otelin ətrafını mühasirəyə alıb, regiondan silah səsləri gəlir.
Terrorçuların ağır silahlı olduqları, minaatanlara sahib olduğu bildirilərkən, otelin içində 40-ı Çinli olmaqla 70 nəfərin olduğu bilinir.Muxalifet3 - 11-05-2019
MHP sədrinin terrorçubaşı Abdullah Öcalan açıqlaması!
Separatçı terror təşkilatı PKK-nın terrorçubaşı Abdullah Öcalanın 8 il sonra vəkilləri ilə görüşməsinə icazə verilməsinə münasibət bildirən MHP lideriDövlət Baxçalı diqqət çəkən sözlər deyib.
Muxalifet3 - 11-05-2019
Pakistan-BVF danışıqları: İslamabad təcili 6 milyard istəyir
Pakistanın paytaxtı İslamabadda ölkənin Maliyyə Nazirliyi ilə Beynəlxalq Valyuta Fondunun nümayəndələri arasında texniki danışıqlar aparılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Jang” agentliyi məlumat yayıb.
Danışıqlarda əsas məsələ Pakistan iqtisadiyyatının xilası üçün 6 milyard dollarlıq kredit paketinin ayrılması olub. Pakistanın bu məbləği əldə etməsi üçün BVF İslamabaddan bir sıra addımlar atmasını tələb edib. Bunlar sırasında bəzi vergilərin artırılması da yer alıb.Muxalifet3 - 11-05-2019
Bakı avtobusunda gözlənilməz “palçıq vulkanı” – HADİSƏ ARAŞDIRILIR - VİDEO
Xırdalan şəhəri ilə Memar Əcəmi metrostansiyası marşurut xətti üzrə hərəkət edən 119 saylı sərnişin avtobuslarından biri yararsız vəziyyətə düşüb.
ONA-nın əməkdaşının çəkdiyi videodan görünür ki, avtobus qəza vəziyyətindədir və sərnişinlərin həyatı üçün ciddi təhlükə doğurur. Buna baxmayaraq, istifadəyə yararsız avtobuslarla sərnişin daşınması həyata keçirilir.Muxalifet3 - 11-05-2019
Bütün xalqı küçələrə çıxaracağam - Quaido
Venesuela müxalifətinin lideri Xuan Quaido yenidən ölkə əhalisini kütləvi etirazlara səsləyib.
Muxalifet.az xəbər verir ki, etiraz askiyasını parlamentin birinci vitse-spikeri Edqar Zambranonun həbsiylə əlaqədar təşkil etməyi planlaşdırdığını deyib. O bütün ölkəni küçələrə çıxaracağına dair vəd verib.
Qeyd edək ki, Zambrano bir müddət əvvəl ölkədə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib.
Muxalifet3 - 11-05-2019