Axtarış

The search found 105779 results in 0.023 seconds.

Search results

  1. Mərkəzi Kəşfiyyat İdarəsində gizli “İran” toplantısı

    ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri Con Boltonun keçən həftə Virciniya Langley-dəki MKİ mərkəzində, Tramp rəhbərliyinin yüksək səviyyəli kəşfiyyat, diplomatiya və hərbi rəsmiləri ilə İran mövzusunda gizli bir toplantı keçirdiyi ortaya çıxıb. “NBC News” xəbər saytına görə, 29 apreldə keçirilən gizli toplantıda, MKİ direktoru Gina Haspel, Müdafiə nazirinin vəkili Partick Şanahan, Baş Qərargah rəisi Co Dunford, Xarici İşlər naziri Mayk Pompeo və Milli Kəşfiyyat direktoru Dan Coatsun qatıldığını bildirib.

    Muxalifet3 - 11-05-2019

  2. Türkiyədən Fransız nazirə sərt təpki: YALANDIR

    Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy Fransız mətbuatında, Fransada Türk səfirliyinin dəstəklədiyi Türk məktəbi açılmasına dair çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini və ixəbərin məqsədli şəkildə manipulyasiya edildiyini söyləyib.
     
    Sözçü Aksoy Fransada Türk məktəbi açılması məsələsində Fransız mətbuatında yer alan açaıqlamalar və Fransa Milli Təhsil nazirinin ifadələri haqqındakı suala yazılı cavab verib.
     
    “XƏYAL MƏHSÜLÜDUR"
     

    Muxalifet3 - 11-05-2019

  3. Rusiyadan S-400-lərlə bağlı SON NÖQTƏ: Müqavilədən imtina...

    Rusiyanın S-400 hava hücumuna qarşı müdafiə sistemlərinin Türkiyəyə çatdırılması üzrə müqavilə qüvvədədir.
    Bu haqda hərbi-texniki əməkdaşlıq sahəsində məlumatlı Rusiya mənbəyi “İnterfaks” agentliyinə bildirib.
    “Heç bir dəyişiklik yoxdur. Müqavilənin reallaşdırılması və S-400-lərin Türkiyəyə çatdırılmasına hazırlıq gedir”, - mənbə deyib.
    Daha əvvəl Almaniyanın “Das Bild” qəzeti bildirmişdi ki, Ankara S-400 sazişindən imtina etməyi planlaşdırır. Xəbərə görə, müqavilə türk lirəsinin dəyərdən xeyli düşməsi ilə əlaqədar təhdid altına düşüb./publika

    Muxalifet - 11-05-2019

  4. Avropa Şurasından “İstanbul” qərarı

     Avropa Şurası İstanbulda təkrarlanacaq olan Bələdiyyə sədrliyi seçkilərini izləmək üçün nümayəndə heyəti göndərməyi planlaşdırır.
     
    Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Anders Knape etdiyi yazılı bəyanatda, təkrarlanacaq olan seçkiləri izləmək üçün İstanbula bir heyət göndərmək niyyətində olduqlarını bildirib.
     
    SEÇKİLƏR MÜŞAHİDƏ EDİLƏCƏK
     

    Muxalifet3 - 11-05-2019

  5. ​Azərbaycan sərhəddində DƏHŞƏTLİ HADİSƏ: Maşınları və heyvaları... - Video

    Dağıstana yağan leysan yağışları bir neçə bölgədə daşqınlara səbəb olub.
    Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində insan itkisi olmasa da kəndlərə böyük ziyan dəyib. Sel kommunikasiya xətlərini yararsız vəziyyətə saldığından bəzi bölgələrlə əlaqə kəsilib.
    Selin kəndlərdə mal-qaranı, avtomobil və məişət əşyalarının yuyub aparmasının görüntüləri yayılıb. Ekspertlər bu cür güclü daşqında insan tələfatının olmamasını möcüzə adlandırıblar.

    Muxalifet - 11-05-2019

  6. Gərginlik artır! ABŞ-dan müharibə hazırlığı

     ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İranla artan gərginlikdən sonra Yaxın Şərqə "USS Arlinqton" amfibiya döyüş gəmisini və bir “Patriot” hava müdafiə batareyasını sövq etdiyini açıqlayıb.
     
    Pentaqondan edilən yazılı açıqlamada, "Müdafiə nazirinin vəkili (Patrik Şanahan) ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) Komandanlığının həftənin əvvəlində tələb etdiyi əlavə hərbi qüvvə tələbatının bir hissəsi kimi, komandanlığın xidmət bölgəsinə “USS Arlinqton” (LPD-24) gəmisi və bir “Patriot” batareyasının göndərilməsini təsdiq edib" ifadələrinə yer verilib.

    Muxalifet3 - 11-05-2019

  7. Azərbaycanın qonşuluğunda müharibə hazırlanır - təhlükə

    Tehran-Vaşinqton qarşıdurması qaçılmaz olur; politoloq: “Cənub tərəfdə sərhədlərimizi möhkəmləndirməliyik...”

    Xəbər verdiyimiz kimi, mayın 8-də İran hakimiyyəti ABŞ-ın nüvə sazişindən çıxmasına cavab olaraq nüvə müqaviləsindəki bəzi öhdəliklərini dayandırıb. ABŞ prezidentinin İranla sazişdən çıxmasının bir ili münasibəti ilə etdiyi çıxışında prezident Həsən Ruhani müqavilədə qalan Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniyaya məktubla müraciət edərək xəbərdarlıq edib.

    Muxalifet - 11-05-2019

  8. ​Şəmkirdə velosiped sürən oğlan dərəyə düşdü

    Şəmkirdə yeniyetmə oğlan velosiped sürərkən yıxılıb.
    Muxaifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kındində qeydə alınıb.
    Belə ki, həmin kəndə yaşayan 16  yaşlı Nizami Qasımov velosipedlə hərəkətdə olan zaman dərəyə yıxılıb. Nəticədə o yaralınıb. Ağır bədən xəsarətləri alan yeniyetmə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Onun vəziyyəti ağır olduğundan xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib və dərhal əməliyyat olunub.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 11-05-2019

  9. İrəvan geri verir, Paşinyan sürətlə reytinq itirir - kritik gəlişmə

    İnqilabçı baş nazirin əsas təbliğat rıçaqı əldən çıxır; erməni müdafiə naziri əsir və girovlarla bağlı Moskvanın təklifindən danışdı - Dilqəm və Şahbazın qapısı açılır? başqa bir erməni nazirdən acı etiraf: “Biz 1988-ci ilə kimi...” Ermənistanda “məxməri inqilab”dan 1 il ötsə də, baş nazir Nikol Paşinyanın başından inqilab havası hələ çəkilməyib. Bu günlər o, öz xalqına verdiyi böyük vədlərin nədən çin olmadığı haqda danışmaq yerinə inqilabi, populist çıxışlarını davam etdirir. Ac-yalavac ermənilərə çörək əvəzinə, tamaşa vermək siyasətini davam etdirir.

    Muxalifet - 11-05-2019

  10. Çox sərt açıqlama: “Ordumuz İsraili xəritədən siləcək”

    Livan Hizbullahının lideri Həsən Nasrallahın qızı Zeynəb Nasrallah xəbər saytı “Al-Qurbanəli”-yə verdiyi müsahibədə, "İsrailin taleyi bizim əlimizdədir. Keçmişdə sarsılmaz olan ordu xəritədən silinəcək. Və bizlər də Əl Aksa Məscidində dua edəcəyik" deyib.
     
    İranın xəbər saytı “Al-Ahad”-da nəşr olunan müsahibədə, Nasrallahın qızı Zeynəb Nasrallah, atasının hərəkətlərindən qürur duyduğunu söyləyib.
     
    İran sonda qalib gələcək
     

    Muxalifet3 - 11-05-2019

  11. Müğənni Damlaya Gəncədə hücum çəkdilər - VİDEO

    Müğənni Damla Gəncədə konsert verib. Muxalifet.az "Ölkə.Az" xəbər verir ki, konsert əsnasında pərəstişkarları Damlanı əhatəyə alaraq onunla şəkil çəkdirmək istəyib. Lakin, bu istəyin kütləvi hal alması təhlükəsizlik əməkdaşlarının Damlaya kömək etməsi ilə nəticələnib. Konsertin sonunda isə müğənni izdiham arasından avtomobilinə qədər təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə getməli olub.

    Muxalifet - 11-05-2019

  12. ​Ən çox yağıntı hansı rayona düşüb? - Nazirlikdən açıqlama

    Mayın 11-i səhər saat 08.00-a olan məlumata əsasən redpublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayri-ayri rayonlarda leysan xarakterli olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Verilən məlumata görə, ən çox düşən yağıntının miqdarı Zaqatalada 58mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm. Balakəndə 25 mm, Kişçayda 23 mm, Lerikde 11 mm təşkil edib.

    Muxalifet - 11-05-2019

  13. Maduro kəşfiyyat rəhbərini “satqın” elan etdi

    Venesuela prezidenti Nikolas Maduro etdiyi açıqlamada, daha öncə özünü müvəqqəti dövlət başçısı olaraq elan edən Milli Məclisin sədri Xuan Guaidoya sadiqliyini elan edən Venesuela Milli Kəşfiyyat Xidmətinin rəhbəri general Manuel Cristopher Figueranı xain elan edərək dövlət çevrilişi cəhdinin planlaşdırmasına yardım etdiyini ifadə edib.
     
    Qeyd edək ki, ABŞ rəhbərliyi Maduroya qarşı gələrək müxalifət sıralarına keçən Figueraya tətbiq olunan sanksiyaları ləğv etdiyini açıqlamışdı.

    Muxalifet3 - 11-05-2019

  14. Elmdə orucla bağlı sübut olunmuş ŞOKEDİCİ FAKTLAR - Alimlərdən MÜDHİŞ RƏYLƏR

    Ənənəvi oruc qaydalarına görə, günün müəyyən saatlarında yemək və içmək olmaz. Bu, minlərlə ildir ki, dinlərin istifadə etdiyi üsuldur. Tarixi rəvayətlərə görə, İsa Peyğəmbər 40 gün ərzində səhrada oruc tutub. Ümumiyyətlə, bütün Peyğəmbərlərin ibadətində oruc əsas yer tutub.
    Uzaq Şərqdə də oruc ənənəsi var. Xüsusilə Çin və Hindistanda Daoistlər və ya bəzi Yoqlar bu üsula əl atırlar. Şaman mədəniyyətlərində də oruc tutmaq ayrıca ayin hesab olunur. Xülasə, oruc dünyanın dörd bir tərəfində keçmişdən bəri mövcuddur və hələ də həyata keçirilir.

    Muxalifet - 11-05-2019

  15. Terrorçubaşlarından Əkrəm İmamoğluna tam dəstək!

    Terror təşkilatı PKK-nın terrorçubaşlarından olan Duran Qalxan yayımladığı bir video ilə CHP-li İmamoğluna səslənib. İmamoğluna seçkilərdə dəstək verdiyini bildirən Qalxan, İmamoğlunu "tərs şeylərə girmə" sözləri də xəbərdarlıq edib. Terrorçubaşı Duran Qalxanın açıqlamaları bu şəkildədir: “CHP-dən seçilmiş insanlar doğru və diqqətli olmalıdırlar. Əkrəm İmamoğlu “hər kəsi qucaqlayacağam” dedi.

    Muxalifet3 - 11-05-2019

  16. Araq zavodu açan, qoyun otaran sabiq prezidentlər...

    Mixail Saakaşvili ABŞ-da “Çaça” içkisi istehsal edir, Əhmədinejat çobanlıq edir, Abdulla Gül yeni partiya qurur... Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-ın Pensilvaniya ştatında yeni zavod açıb. Bu barədə Saakaşvili özü məlumat yayıb. Yeni zavod “Çaça” istehsal edəcək. Saakaşvili həmçinin bildirib ki, bu zavod Pensilvaniyadakı gürcülərin toplanma məkanı da olacaq. “Çaça” Gürcüstanın milli içkisidir. “Mişa” Gürcüstan və Ukrayna siyasətində özünü sınadıqdan sonra ABŞ-da içki istehsalına baş vurmaq qərarına gəlib.

    Muxalifet - 11-05-2019

  17. Həmin sövdələşmə ləğv olunur?!... - “BİLD” SENSASİON MƏLUMAT YAYDI

    Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin təchizatına dair müqaviləyə yenidən baxa bilər.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri Türkiyənin diplomatik çevrələrindəki mənbələrə istinadən yazıb.

    Muxalifet - 11-05-2019

  18. ​Prezident və xanımı Rasim Balayevlə görüşüb - FOTO

    Xəbər verdiyimiz kimi, dünən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
    Muxalifet.az azxeber.com-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
    Ölkə başçısı və birinci xanım mərasimə qatılan Xalq artisti, sevilən aktyor Rasim Balayevlə görüşərək onunla söhbət ediblər. 

    Muxalifet - 11-05-2019

  19. ABŞ-dan müharibə ADDIMI - TƏSDİQLƏNDİ

    ABŞ Yaxın Şərqə Patriot zenit raket komplekslərinin göndərilməsi barədə qərar qəbul edib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
    Komplekslərin ABŞ Mərkəzi Komandanlığının tabeliyində olacağı vurğulanıb. Bununla bərabər Mərkəzi Komandanlığın tabeliyinə qatil desant gəmisi adını almış "USS Arlinqton" gəmisinin də veriləcəyi vurğulanıb.
    Bu bölmələrin artıq Yaxın Şərqdə olan Avram Linkoln təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupuna qoşulacağı bildirilib.

    Muxalifet - 11-05-2019

  20. ​Bakıda professorun qızını tapana MÜKAFAT VERİLƏCƏK - VİDEO

    Bakıda professorun qızı itkin düşüb, onu tapana mükafat vəd olunub.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.
    38 yaşlı Hacıyeva Röya Vaqif qızı günorta saatlarında atası Vaqif Hacıyevlə birlikdə Həsən Əliyev küçəsində yerləşən ASAN xidmətin inzibati binasına daxil olublar. Daha sonra qız oradan çıxaraq naməlum istiqamətə gedib.

    Muxalifet - 11-05-2019

Pages