Axtarış

The search found 105779 results in 0.082 seconds.

Search results

  1. Diaspora sədrimiz dünya çempionu oldu

    2-5 may tarixlərində Ukrayna Respublikasının Xarkov şəhərində 32 ölkənin iştirakı ilə Kempo-Karate və Kobudo növləri üzrə növbəti dünya çempionatı keçirilib. Avstriyada yaşayan və Avstriya respublikasında Avstriya Azərbaycanlıları Diasporasının sədri vəzifəsini icra edən həmyerlimiz Fərid Əzizov keçirilmiş kempo-karate və kabudo növləri üzrə kişilər arasında açıq dünya çempionatında iştirak edib. 32 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında idmançımız 3 növ üzrə tatamiyə çıxıb. Kişilər arasında kempo-karate növü üzrə 80+ çəki dərəcəsində döyüşən F.

    Muxalifet4 - 12-05-2019

  2. ​“ABŞ gəmisi bircə raketlə məhv ediləcək” – MOLLALAR TRAMPI TƏHDİD EDİR

    “Əgər ABŞ-ın təyyarə daşıyan hərbi gəmisi İrana qarşı hansısa bir addım atarsa, bircə raketlə məhv ediləcək”.
     
    ONA-nın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bunu İsfahan şəhərinin cümə namazının rəhbəri axund Yusif Təbatəbai Nejad namaz xütbələrindəki çıxışında ABŞ-ın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisinin bölgəyə göndərilməsinə münasibət bildirərkən deyib.
     

    Muxalifet4 - 12-05-2019

  3. ​SENSASİYA: Trampla əlaqə üçün İrana nömrə verilib

    Ağ Ev iranlı liderlərin ABŞ Prezidenti Donald Trampla birbaşa əlaqə saxlaya bilməsi üçün iki ölkə arasında vasitəçilik edən isveçrəli diplomatlara telefon nömrəsi verib.
     
    Bu barədə CNN məlumat yayıb. İranlıların bu addıma laqeyd qalma ehtimalının yüksək olduğunu deyən mənbə iranlılar xüsusi olaraq tələb etmədikləri müddətdə İsveçrənin nömrəni iranlılara verməyəcəyini bildirib.
     

    Muxalifet4 - 12-05-2019

  4. Futboldan sonra stadionda dava düşdü - VİDEO

    Rusiyanın Krasnoyarsk şəhərinin mərkəzi stadionunda "Yenisey" və "Krasnodar" futbol komandalarının oyunundan sonra azarkeşlər arasında dava düşüb.
     
    Teleqraf.com xəbər verir ki, dava ilə bağlı yayılan kadrlarda azarkeşlərin stadionun əməkdaşlarını döydükləri görünür. Daha sonra hadisə yerinə polisin gəldiyi və zopa ilə futbol fanatlarını oradan uzaqlaşdırdığı görünür.
     
    Qeyd edək ki, matç 4:0 hesabı ilə "Krasnodar"ın xeyrinə başa çatıb.

    Muxalifet4 - 12-05-2019

  5. ​Bu ölkə hərbi robotların tətbiqinə başlayır

    Cənubi Koreya 2024-cü ildən heyvanları, ilanları, həşəratları imitasiya edən hərbi robotların tətbiqinə başlamağı planlaşdırır.
     
    “Yonhap" informasiya agentliyi bu barədə silah alınması proqramı üzrə agentliyin məruzəsinə istinadla məlumat yayıb.
     
    Əsas müdafiə texnologiyaları layihələrinin yer aldığı sənəddə qeyd olunur ki, planlar reallaşdığı təqdirdə həşəratlar, sürünənlər və dəniz canlılarının obrazında yaradılan robotların tətbiqinə artıq 2024-cü ildə başlanılacaq.
     

    Muxalifet4 - 12-05-2019

  6. Bloklanan saytlara giriş bərpa olundu - PREZİDENT ADMİNİSTRASİYASINDAN AÇIQLAMA

    Özbəkistanda bundan əvvəl bloklanmış yerli və xarici kütləvi informasiya vasitələrinə giriş açılıb.
     

    “Azadlıq” radiosu xəbər verir ki, bu barədə məlumatı özünün Facebook səhifəsində Özbəkistan prezidentinin administrasiyası yanında informasiya və kütləvi kommunikasiyalar agentliyinin rəhbəri Komil Allamjonov verib.
     
    Maraqladır ki, bu media saytlarının bundan əvvəl bağlı olması faktını məmur “texniki nasazlıqlarla” izah edib.
     

    Muxalifet4 - 12-05-2019

  7. ​“Yeni prezidentin ətrafında Trampın düşmənləri var” – ABŞ prezidentinin vəkili Zelenski ilə görüşü təxirə saldı

    ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ilə görüşmək üçün daha öncə elan etdiyi Kiyev səfərini təxirə salıb. Culiani bunu 11 may tarixində ABŞ-ın Fox News televiziya kanalına müsahibəsində təsdiq edib.
     
    Vəkil hesab edir ki, bu baş verəcəyi halda o “prezidentin, bəzi hallarda isə ABŞ-ın düşmənlərinin” əhatəsində olacaqdı.
     

    Muxalifet4 - 12-05-2019

  8. Məşhur rusiyalı aparıcının meyitini həyat yoldaşına vermədilər

    Mayın 9-da Moskvada faciəli şəkildə həlak olmuş məşhur jurnalist və teleaparıcı Sergey Dorenkonun bu günə planlaşdırılmış dəfni baş tutmayacaq.

    Virtualaz.org “Qovorit Moskva” radiosuna istinadən xəbər verir ki, buna səbəb polisin Dorenkonun meyitini onun həyat yoldaşına verməkdən imtina etməsi olub.

    Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Sergey Dorenkonun qızları atalarının zəhərlənə biləcəyindən şübhə etdiklərini deyiblər. Bu səbəbdən də meyitin təkrar məhkəmə-tibbi ekspertizasına təqdim olunmasına zərurət yaranıb.

    Muxalifet4 - 12-05-2019

  9. ​Bakıda 270 min manatlıq BMW aşdı - FOTOLAR

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində olub. Döngədə idarəetmədən çıxan avtomobil BMW M5 Competition markalı avtomobil aşıb. Sözügedən avtomobilin qiymətinin 270 min manat civarında olduğu bildirilir.

    Muxalifet4 - 12-05-2019

  10. ŞOK: Deputatın arvadı striptiz göstərdi - VİDEO

    Rusiyada deputatın həyat yoldaşı cəmiyyətdə birmənalı qarşılanmayan addım atıb.
     
    “Rosbalt” xəbər verir ki, “Vahid Rusiya” partiyasından Şelkovo şəhərinin deputatı olan Aleksey Yakovlevin arvadı müğənni Oksana Yakovleva 9 May günündə məşhur sovet filminin mahnısının sədaları altında striptiz göstərib.
     
    Sosial şəbəkədə yerləşdirilən video insanların əksəriyyətinin qəzəbinə səbəb olub, hətta O. Yakovlevanın mühakimə edilməsi tələb olunub.
     

    Muxalifet4 - 12-05-2019

  11. “Qaçqınlardan ibarət xüsusi qruplar hazırlayıb, partizan müharibəsi aparmalıyıq”

    “Ermənistanla danışıqlar aparmağın mənası yoxdur”  
     
    Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimdəki görüntüləri yayılıb. Paşinyanın əvvəlcə işğal şərəfinə şərab içməsi, daha sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə necə qoşulub, “Yallı” getməsini bütün erməni mediası və sosial şəbəkə istifadəçiləri yayıblar.

    Muxalifet4 - 12-05-2019

  12. "Avtomobilinə "satılır" yazan cərimə olunacaq" - DYP sürücülərə xəbərdarlıq etdi: "2 min manat..."

    "Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib".

    Muxalifet.az xəbər verir ki, bu haqda Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

    Onun sözlərinə görə, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır.

    Muxalifet4 - 12-05-2019

  13. 94 yaşlı müharibə veteranının prezidentlə görüşünə kim və nə üçün mane olub... - 9 MAY GÜNÜ XOŞAGƏLMƏZ MƏNZƏRƏ / Video

    Veteran Ağakişiyeva dövlət qayğısı haqda statistik mənzərəni korlaya bilərdi
     
    Belə bir fraza var: "Bir nəfər ölürsə, bu, faciədir, milyonlarla adam ölürsə, bu, artıq statistikadır". Frazanı Stalinin söylədiyini deyirlər ki, bu da Stalinçiləri qıcıqlandırır və onlar bunu təkzib edirlər. Kimin söylədiyi vacib deyil, çünki frazanın altında gerçək psixoloji fenomen dayanır: belə deyək ki, milyonların kədəri (və ya sevinci) haqqında statistik məlumatlar bir konkret şəxsin tarixçəsi qədər şüura təsir göstərmir.
     

    Muxalifet4 - 12-05-2019

  14. ​Fransada atışma: 6 nəfər yaralandı

    Fransanın Amyen şəhərində silahlı atışma nəticəsində 6 nəfər yaralanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Frans Bleu" radiostansiyası məlumat yayıb.
    Bildirilir ki, gecə təşkilatlarda birinin binasında və onun yaxınlığında olub. Yaralılar xəstəxanaya yerləşdirilib.
    İnsidentin səbəbləri məlum deyil.
     

    Muxalifet3 - 12-05-2019

  15. ​Davuoğludan sərt mesaj: Xəyanət edənlər...

    Yeni partiya qurmaq istiqamətində planlı fəaliyyət göstərən Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu “TRT 1”-də yayımlanan “Paytaxt Abdulhəmid” ötən serialındakı bir epizodda ona

    Muxalifet3 - 12-05-2019

  16. Cüdoçularımızdan böyük uğur: 7 medal qazandılar

    Azərbaycan cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə yarışını 7 medalla başa vurub. Muxalifet.az –ın məlumatına görə, milli komandaya son medalı qadınlar arasında 78 kq-dan yuxarı çəkidə yer alan İrina Kindzerska qazandırıb. O, 3-cü yer uğrunda görüşdə belaruslu Marina Slutskayanı məğlub edib. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Telman Vəliyev (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.

    Muxalifet3 - 12-05-2019

  17. DYP-dən XƏBƏRDARLIQ: Cərimə olunacaqsınız!

    “Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib”.
    Bu haqda Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır.

    Muxalifet3 - 12-05-2019

  18. ​Xəzərdə gəmi qəzası: bir yaralı dünyasını dəyişdi

    Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış Saipem şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına, Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi "Saipem" şirkəti tərəfindən mayın 11-də təşkil olunub. Bu barədə trend-ə məlumat "Saipem" şirkətindən verilib. Deyilir ki, digər daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib.

    Muxalifet3 - 12-05-2019

  19. ​Milli komandaya yeni baş məşqçi təyin edildi

    Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub.
    Bu barədə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.
    Onun sözlərinə görə, bir müddət əvvəl uğursuz nəticələrlə əlaqədar istefaya göndərilmiş Natiq Bağırovu Rəşad Məmmədov əvəzləyib.
     

    Muxalifet3 - 12-05-2019

  20. ​Belə anaları görəndə dəhşətə gəlirəm - Azərbaycanlı səfir

    Bu gün Analar günüdür. Həyatda olan bütün analara can sağlığı və uzun ömür, olmayanlara isə Allahdan şəfqət və rəhmət diləyirəm. Düşünürəm ki, bir millət və dövlət kimi bizim bütün gələcəyimiz Azərbaycan əsgərindən, yaxud Azərbaycan siyasətçisindən daha çox azərbaycanlı analardan asılıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev qeyd edib.
    O, bir neçə misal çəkərək, Azərbaycan qadınlarının tarixdə tutduğu mövqedən bəhs edib:

    Muxalifet3 - 12-05-2019

Pages