Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. Britaniya XİN Azərbaycanla bağlı bəyanat yaydı, Kraliça isə... - SAKİT, BƏHRUZ VƏ XƏDİCƏNİ ÇAĞIRDI, FOTO

    Azərbaycanla Böyük Britaniya arasında son günlər bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatından qaynaqlanan bir diplomatik qalmaqal yaşandı. Xatırladaq ki, Britaniya XİN-i bir neçə gün əvvəl Azərbaycana səfər etmək istəyən britaniyalı azarkeşlərə müraciət ünvünlayaraq onlara diqqətli olmalarını tövsiyə edib. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi həmin tövsiyələri "anlaşılmaz" və “təəccüb doğuran” adlandırıb.

    Muxalifet - 13-05-2019

  2. Özbəklərin Brejnev sevgisi az qala baş katibi öldürəcəkmiş – Daşkənddə fövqəladə olay

    Bəlkə də bu hadisə baş verməsəydi, SSRİ-də “durğunluq dövrü”nün ömrü bir az da uzanacaqdı, Leonid İliç Brejnev öz yağlı öpüşləri, çaş-baş saldığı məruzələri, hədiyyə və təltiflərə sonsuz ehtirası ilə hələ bir neçə il də Kremlin dəhlizlərində var-gəl edəcəkdi...
     
    Siyasi liderlərin həyatında bəzən belə hadisələr də olur, yanında onlarla mühafizəçi, köməkçi, cangüdən olsa da onların “can”ını qorumaq mümkün olmur və sonradan bu cür olaylar “sui-qəsd”, “bədbəxt hadisə” və s. adlarla tarixə düşür.

    Muxalifet - 13-05-2019

  3. "İndi müğənniləri otellərə aparırlar" - Zeynəb Dostəliyevadan QALMAQALLI SÖZLƏR

     Müğənni Zeynəb Dostəliyeva "Bizimləsən” verilişində səsləndirdiyi fikirlərlə gündəm yaradıb.
    Muxalifet.az  Baku.ws-ə istinadən xəbər verir ki, Dostəliyeva özünü sənətə təsadüfi gələnlərlə eyni sırada görmədiyini bildirib:
    "Maral Tahirqızının yeri dəlixanadır. Vallah, onun başı çatmır. Elə oxumaq olur? Nə geyimini bilir, nə danışığını, nə oturuşunu. Onu müğənni hesab edirsizsə, o zaman sabahdan mən müğənniliyi atıram.

    Muxalifet - 13-05-2019

  4. Bakının bəzi ərazilərində internet kəsildi

    "Azərişıq" ASC xəbərdarlıq etmədən bu gün saat 09:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb.

    Məsələ ilə bağlı "Report"a açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək.

    “Həmin ərazidə yerləşən avadanlıqlara texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb", - deyə o, əlavə edib.

    Muxalifet - 13-05-2019

  5. 90 yaşlı kişi evlənmək istəyir - VİDEO

    90 yaşlı kişi evlənmək kistədiyini dilə gətirib.
    Muğla vilayətində eşitmə qabiliyyəti zəif olan baba jurnalistlərin "Satışlar necədir?" sualına "Evləncəm daha,  Tapsam evlənəcəm, anladınmı?" deyə cavab verib. Onun bu cavabı jurnalistləri və ətrafdakıların gülüşünə səbəb olub.

    Bildirilir ki, 2 uşaq atası Necati Tezcan 2 uşaq atası Necati Tezcan evində bəslədiyi dovşan, toyuq və xoruzları əl arabasına qoyaraq, xalq bazarında satır.  
     

    Muxalifet - 13-05-2019

  6. Putin əkiz uşaq atası oldu? - Rus mətbuatından SENSASİON İDDİA

    Rusiya mətbuatında 36 yaşlı idmançı Alina Kabayevanın ana olması barədə xəbər yayılıb.
     “Ölkə.Az” xəbər verir ki, iddialara əsasən, Kabayeva 7 may tarixində Moskvanın mərkəzində Kulakov adına ginekologiya və akuşerlik mərkəzində əkiz övlad dünyaya gətirib. Bu barədə idmançı və onun nümayəndələri hələ susurlar və xəbəri təsdiqləmirlər.
    Rus mətbuatı isə yazır ki, Alina əkiz oğlan uşağı dünyaya gətirib. Doğuş xəstəxananın dördüncü mərtəbəsində, “VİP” palatada baş tutub. Xəstəxana mühafizə olunur və digər qadınlar başqa xəstəxanalara köçürülüb.

    Muxalifet - 13-05-2019

  7. ​Bu yollarda təmir və rənglənmə işləri aparılır

    Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Muxalifet - 13-05-2019

  8. İdmançı aldığı təpik zərbəsindən sonra öldü!

     Meksikalı Silver Kinq (Gümüş Kral) ləqəbli professional güləşçi Cuauhtemoc Gonzalez Baron (51) srağagün turnirdə yarışırıb. Hər şey normal vəziyyətykən birdən Baron matç əsnasında yerə yıxılıb.
    Matç əsnasında rəqibi Juventuud Juve Guerrera (42) yerdən qalxmağa çalışan güləşçinin sinəsinə bir təpik atıb. Bundan sonra Silver Kinq bir daha qalxmayıb.
    Silver Kinqin matç zamanı keçirdiyi ürək böhranı səbəbilə öldüyü açıqlanıb.
    Müxalifət.az

    Muxalifet3 - 13-05-2019

  9. Türkiyə qarşı qurulan xain planlar - TƏHLİL

    Taha Dağlı – Haber7
     
    İstanbulda seçki yenilənir deyə Qərb dünyasından açıq təcavüz var Türkiyəyə.
     
     Bəs həmin qüvvələr sərhədlərimizin xaricində nələr edir?
     
    Şərqi Aralıq dənizdə Qaz Dəstəsi yaratdılar
     

    Muxalifet3 - 13-05-2019

  10. Poroşenkoya böyük şok! Seçkini uduzdu, bütün dünyası dəyişdi

     Ukraynanın Baş Prokurorluğu dövlət başçısı Pyotr Poroşenko haqqında istintaq başladıb.
     
    Kiyev Bölgə Administrasiya Məhkəməsindən bildiriblər ki, dövlət başçısı Poroşenko haqqında məhkəməyə müdaxilə etdiyi şübhəsi ilə istintaq açılıb.
    Açıqlamada Poroşenkonun 2016-ci ildə dövlət nəzarətinə keçən ölkənin ən böyük bankı “Privatbank” ilə bağlı aparılan məhkəmə prosesində hakimlərə təzyiq etdiyi iddiasının araşdırıldığı qeyd olunub.

    Muxalifet3 - 13-05-2019

  11. ABŞ F-35 qəzasının səbəbini açıqladı

    ABŞ Konqresinin müfəttişləri 2018-də Cənubi Karolina ştatında qəzaya uğrayaraq düşən bir F-35 döyüş təyyarəsində problemin "istehsal səhvindən" qaynaqlandığını açıqlayıb.
     
    “Bloomberg”-in xəbərinə görə, Konqresə bağlı Dövlət Hesab Vermə Ofisi məsələ haqqında yaydığı hesabatda, "Emal xətası uçuş zamanı mühərrikə bağlı bir yanacaq balonunun parçalanmasına və mühərrikin güc mənbəyinin kəsilməsinə səbəb olub" deyə qeyd olunub.

    Muxalifet3 - 13-05-2019

  12. Bakıya gələn təcili yardım avtomobili DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - VİDEO

    Bir neçə dəqiqə əvvəl Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində dəhşətli yol qəzası baş verib.
    Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxt istiqamətində hərəkət edən Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili sürətlə yolun kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində xidməti avtomobildə olan tibb bacıları və həkim ağır xəsarət alıb.

    Muxalifet - 13-05-2019

  13. Bakıda tanınmış həkimi və arvadını öldürən bağbana ÖMÜRLÜK HƏBS

    Bakıda tanınmış həkimi və arvadını öldürən İlqar Xancanovun məhkəməsi bitib.
    Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev qərarı ilə İlqar Xancanov ömürlük azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Muxalifet - 13-05-2019

  14. İran ABŞ-a qarşı İraqda ballistik raket yerləşdirdi: Bölgədə gərginlik artır

     ABŞ-ın Orta Şərq və Körfəzə etdiyi hərbi daşımadan sonra İranın İraqda Haşdi Şabinin nəzarət etdiyi bölgələrə ballistik raket yerləşdirdiyi irəli sürülüb.
     
    “Əl Ərəbi” agentliyinin xəbərinə görə, bəzi İraq tayfaları İranın dəstəklədiyi Haşdi Şabi hərbi bazalarına yaxınlaşmamaları barədə üzvlərini xəbərdarlıq edib.

    Muxalifet3 - 13-05-2019

  15. Jirinovski SƏRSƏMLƏDİ: Azərbaycan dağılacaq, rus general Bakıda... - VİDEO

    Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq.
    Bunu Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski "Voskresnıy veçer s Vladimirom Solovyovım" verilişində çıxışı zamanı deyib.

    Muxalifet - 13-05-2019

  16. Ermənistanda Rusiya bayrağını tapdalayan şəxs qubernator təyin olundu

    Ermənistanda ötən il Araqatsotn vilayətinin qubernatoru təyin olunmuş David Gevorqyanın bir neçə il əvvəl etiraz aksiyası zamanı Rusiya bayrağını tapdaladığı məlum olub.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, 4 il öncə Gevorqyan Rusiya səfirliyi qarşısında etiraz aksiyasında iştirak edib.
    Etirazçılar Rusiya bayrağını yandırmaq istəsələr də polis bu addıma imkan verməyib və bu zaman indiki qubernator bayrağı tapdalayıb.

    Muxalifet - 13-05-2019

  17. Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaqlar yaradılacaq

    "Zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması ilə bağlı hökumətə təkliflər verilib, bunun üzərində iş aparılır".

    ONA-nın xəbərinə görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.

    Ombudsmanın sözlərinə görə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasında bir sıra uğurlar qazanılıb.

    E. Süleymanova qeyd edib ki, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaqlara zorakılığın aradan qaldırılması vacibdir.

    Muxalifet - 13-05-2019

  18. Bakıda uşaqlarını qaynanasına verib intihar edən qadın haqda ŞOK FAKT: Ərindən boşanıbmış...- VİDEO

    Bakının Nizami rayonunda gənc ana intihar edib.
    Bu barədə oxu.az-a Nizami rayon Polis İdarəsindən məlumat daxil olub.
    Məlumata görə, 30 yaşlı Heydərova Leyla Emin qızı mayın 11-də 07:00 radələrində rayonun Rüstəm Rüstəmov küçəsində yerləşən 35 saylı yaşayış binasının səkkizinci mərtəbəsindən özünü atıb.
    Məlumata görə, intihardan əvvəl L.Heydərova iki azyaşlı uşağını keçmiş qayınanasının yanına aparıb. Daha sonra evə qayıdıb və özünə qəsd edib. Qadının bu yaxınlarda ərindən boşandığı bildirilir.

    Muxalifet - 13-05-2019

  19. ​Elçiliyə gedib "Yox" cavabı aldı - Əsəbləşib sevdiyi qızı bıçaqladı

    Şəmkirdə bıçaqlanma hadisəsi olub.
    Hadisə rayon mərkəzindəki marketlərin birində qeydə alınıb. Belə ki, 25 yaşlı rayon sakini İbrahimli Suheyla Azər qızı sevdiyi oğlan tərəfindən bıçaqlanıb. Yaralı dərhal  xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
    Hadisəyə səbəb kimi qızın oğlana verilməməsi göstərilir. Cinayəti törədən şəxs artıq saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır./Unikal

    Muxalifet - 13-05-2019

  20. Ərdoğanın örnək göstərdiyi qız İmamoğlunu dəstəklədi - Bıçaqlandı

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xərçəngə qalib gəldiyinə görə örnək göstərdiyi Göknur Damat bıçaqlanıb.

    Open.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb Göknurun Əkrəm imamoğlunu dəstəkləməsi olub.

    "Hər şey çox gözəl olacaq" deyərək İmamoğlunun kampaniyasına 20 TL yardım edən gənc qız sosial şəbəkədə linç edilib.

    Bundan sonra kimliyi məlum olmayan bir şəxs onu qarnından bıçaqlayıb.

    Muxalifet - 13-05-2019

Pages