Axtarış

The search found 105779 results in 0.039 seconds.

Search results

  1. Həyəcan TƏBİLİ: Azərbaycanda səhralaşma artır

    Azərbaycanda səhralaşma prosesi artır.

    Bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə deyib.

    R.Məmmədov bildirib ki, səhralaşma Mil-Muğan bölgəsinin cənub-şərq hissəsində müşahidə olunur və getdikcə intensivləşir:

    “Bu prosesin qarşısını almağın ilkin yolu həmin ərazilərdə çoxlu sayda ağacların əkilməsidir, orada geniş yaşıllıqlar salınmalıdır".

    Akademikin sözlərinə görə, Azərbaycanda müşahidə olunan səhralaşmanın səbəbi iqlim dəyişikliyi və insan fəaliyyətidir:

    Muxalifet - 10-05-2019

  2. Deputatı həbsxanada öldürən, “Quli” yə qarşı çıxan “qanuni oğru” haqda ŞOK İDDİA

    2013-cü ildə “bir neçə günə öləcək” rəyi ilə azadlığa buraxılan çeçen Əziz Batukayevlə bağlı Qırğızıstanda şok olaylar baş verməkdədir... 2013-cü ilin martın azadlığa buraxılan kriminal avtoritet Əziz Batukayevlə bağlı Qırğızıstanda şok olaylar baş verməkdədir. Qırğızıstan mətbuatı bildirir ki, bu ölkənin baş prokurorluğu Əziz Batukayevin vaxtından əvvəl azadlığa buraxılması üçün tibbi sənədlər verən bir neçə nəfər onkoloq həkim barəsində həbs-qətimkan tədbiri seçib. Məsələ ondadır ki, 2013-cü ildə “bir neçə günə öləcək” rəyi ilə azadlığa buraxılan çeçen “qanuni oğru” hələ də sağdır.

    Muxalifet - 10-05-2019

  3. "Mən bir popkorn məsələsinin həllini tapmışamsa..." - Rasim Musabəyov

    “Mən indi oturum yazım, Azərbaycanın filan problemləri var? Problemi həll edirəm mən?”

    Deputat Rasim Musabəyovun sosial mediada şəhərin mərkəzindəki keçidlərdən birində popkorn satan yeniyetmə haqda yazdığı status qınaqla, tənqidlə qarşılandı.

    Muxalifet - 10-05-2019

  4. Mətbuat Şurası Elmar Hüseynovla bağlı DTX-yə MÜRACİƏT ETDİ

    Azərbaycan Mətbuat Şurası (MŞ) jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ünvanlayıb.

    Muxalifet - 10-05-2019

  5. Vizaların rəsmiləşdirilməsi rüsumunda dəqiqləşdirmə aparılacaq

    Azərbaycanda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumda dəqiqləşdirmə aparılıb.
    Bununla bağlı "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilir.

    Muxalifet - 10-05-2019

  6. Paşinyanın Şuşa təxribatı: Azərbaycan HƏRƏKƏTƏ KEÇMƏLİDİR

    Ermənilər Azərbaycanın tarixi torpağı olan Şuşa şəhərinin işğalının 27-ci ili şərəfinə mərasim təşkil edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, mərasimdə Ermənistanın baş naziri Nikol Paşinyan, işğalda rol oynamış sabiq prezident Serj Sərkisyan və bir çox rəsmilər iştirak edib.
    Paşinyan əvvəlcə işğal şərəfinə şərab içib, daha sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısını oynayan ermənilərə qoşulub. Onun “Yallı” rəqsinin sədaları altında oynamasını bütün erməni mediası və sosial şəbəkə istifadəçiləri yayıblar.

    Muxalifet - 10-05-2019

  7. Mahir Mədətov soyadını rəsmən dəyişdi - FOTO

    “Qarabağ”ın və millimizin futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, futbolçu Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. Onun soyadı Emreli, ata adı isə Mahir olaraq qeyd olunub. Mahirin bu addımına səbəb son günlər ailəsində yaşanan problemlərlə bağlıdır. Futbolçunun atası, prodüser Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşır.

    Muxalifet - 10-05-2019

  8. ​"Genini ki dəyişə bilməz..." - Anar Mədətovdan Mahirin soyadını dəyişməsinə münasibət

    Anar Mədətov oğlunun onun ata adından və soyadından imtina etməsinə xeberchi.az vasitəsilə münasibət bildirib:

    Muxalifet - 10-05-2019

  9. ​“Temperatur 8 dərəcə enəcək, çaylarda daşqın olacaq” - Umayra Tağıyeva

    Sabah respublika ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.
    U.Tağıyeva bildirib ki, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi mayın 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

    Muxalifet - 10-05-2019

  10. Gürcüstanda çay məcrasından çıxdı - BİR NEÇƏ KƏNDİ SU BASDI

    Gürcüstanın Telavi rayonunda Stori çayının məcrasından çıxması nəticəsində bir neçə kəndi su basıb.

    “Report” xəbər verir ki, daşqın nəticəsində Leçuri, Pşaveli, Laliskuri, Babaneuri və Arqoxi kəndləri su altında qalıb.

    Çayın daşması nəticəsində Tuşeti bölgəsinə aparan yolun müəyyən hissələrini də su basıb.

    Təbii hadisə nəticəsində elektrik xətlərinə və Leçuri kəndində tikilməkdə olan mehmanxanaya da ziyan dəyib.

    Muxalifet - 10-05-2019

  11. ​Nazir müavini: Keşikçidağla bağlı təxribat xarakterli bəyanatlar verilir

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçidağla bağlı təxribat xarakterli bəyanatlar verilir.
    Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
    Onun sözlərinə görə, sərhəd dövlət məsələsidir və bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir:

    Muxalifet - 10-05-2019

  12. ​Almaniyada sovet döyüşçülərinin məzarları təhqir edildi

    Mayın 9-da Almaniyada sovet döyüşçülərinin məzarlığındakı qəbirlərin naməlum şəxslər tərəfindən təhqir edilməsi ilə əlaqədar polis araşdırması başlanıb.
    AzərTAc xəbər verir ki, hadisə Şpremberq (Brandenburq əyaləti) şəhərciyindəki iki məzarlıqdan birində baş verib. Burada ümumən 787 Sovet Ordusu döyüşçüsü dəfn edilib. Cinayətkarlar onlarca başdaşına nasist svastikasının təsvir olunduğu qraffiti çəkiblər.

    Muxalifet - 10-05-2019

  13. ​Gəmidəki yanğının səbəbi açıqlandı - RƏSMİ

    “Saipem” şirkəti mayın 8-də icarəyə götürdükləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İsrafil Hüseynov” gəmisində baş vermiş qəza ilə bağlı məlumat yayıb.
    Məlumatda qəzanın borudüzmə işləri zamanı avadanlığın bir hissəsi üzərində aparılan texniki qulluq əməliyyatları ilə əlaqədar olduğu deyilir.

    Muxalifet - 10-05-2019

  14. ​Gömrük ödənişlərində fantastik artım – SAHİBKARLAR ETİRAZ EDİR

    “Binə” və “Sədərək” Ticarət mərkəzlərində çalışan sahibkarların fəaliyyətində problem yaranıb. 
    Buna səbəb son 1 il ərzində gömrük və vergi orqanlarının işindəki dəyişiklik göstərilir. “Yeni Sabah” xəbər verir ki, sahibkarların “Cümhuriyət” qəzetinə verdiyi açıqlamaya görə, ticarət mərkəzlərində çalışanlar böyük problemlərlə qarşılaşıblar: 

    Muxalifet - 10-05-2019

  15. ​Dənizdə DƏHŞƏTLİ HADİSƏ - 70 ölü

    Aralıq dənizinin Tunis sahillərində miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 70 nəfər həlak olub. Tunis mediasının məlumatına görə, qayıqda olan 16 nəfər balıqçılar tərəfindən sağ xilas edilib. Bölgədə hələ də xilas edilməmiş insanlar olduğu üçün ölənlərin sayının artacağı ehtimal olunur./publika

    Muxalifet - 10-05-2019

  16. PAŞİNYANIN YALLISI… – “Mənim kimi balan ölsün, ay Vətən!”

    27 ildən sonra üzləşdiyimiz mənzərə budur – ermənilər sanki atası, qardaşı ölmüş, nəslində bir başı papaqlı qalmayan, sahibsiz və namusu tapdanmış gəlini xatırladan Şuşada yallı gedir, araq, konyak içir, işğalın növbəti ildönümünü qeyd edirlər. O murdar ayaqları və yekə qarınları ilə tapdalayır, ləkələyir, əzirlər Şuşanı. 27 ildir ki, bu mənzərəni seyr edir, susur və ölüb yerə girmirik… Şuşanın işğalından sonra Ermənistanda dəfələrlə hakimiyyət dəyişib, hər yeni gələn də əvvəlkindən betər yapışıb Qarabağdan, Şuşadan.

    Muxalifet - 10-05-2019

  17. ​İcra başçısı şəhid polisin xanımının iddialarına münasibət bildirib

    Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Ağayev rayonun Türklər kəndinin sakini, Xocalının müdafiəsində şəhid olmuş polis əməkdaşı Abdulla Həmzəyevin həyat yoldaşı Mehriban Bəkirovanın qəbula buraxılmaması ilə bağlı məsələyə münasibət bildirib.

    Muxalifet - 10-05-2019

  18. İran səfirindən kritik açıqlama

    İran neftində 8 ölkəyə nəzərdə tutulan güzəştlərin ləğv olmasından sonra Tehranın necə davranacağı maraq edilir.
     
     Məsələ ilə bağlı açıqlama verən İranın Ankaradakı səfiri Muhammad Farazmand "Qəti budur ki, neft ixracına davam edəcəyik, ABŞ-ın mövqeyini nəzərə almayacağıq, neft ixracında qonşularımızla başqa yollar tapmağa çalışacağıq" deyib.
    Səfir Farazmand “Türkiyə ilə bu məsələni necə həll edəcəksiniz” sualına, "Aİ ilə qurulan INSTEX mexanizmi ola bilər, ya da bu vəziyyətdən xilas yolu kimi yerli valyutalarla ticarət ola bilər” cavabını verib.

    Muxalifet3 - 10-05-2019

  19. Bu yolda hərəkət məhdudlaşdırılacaq

    Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 115-120-ci km-lik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması mayın 13-dən avtomagistralın Bakı şəhəri istiqaməti üzrə olan hissəsində tətbiq ediləcək. Təmir işləri müddətində hərəkət magistral yolun sözügedən hissənin əks istiqaməti üzrə ikitərəfli olaraq təmin olunacaq.

    Muxalifet - 10-05-2019

  20. Tramp əleyhinə 10 milyon imza

    ABŞ prezidenti Donald Trampın vəzifədən alınması üçün toplanan 10 milyon imza Konqresə təqdim olunub.
     
    Milli müdafiə qrupları topladıqları imza ərizələrini Demokrat Konqresmen Rashida Tlaibə təqdim edib.
    Tlaib Nümayəndələr Məclisinin Ədliyyə Komitəsinə bir qanun layihəsi təqdim edərək Trampın vəzifəsindən sui-istifadə edib etmədiyinin araşdırılmasını istəmişdi.
     
    10 milyon insan demokratiyanı qorumaq istəyir
     

    Muxalifet3 - 10-05-2019

Pages