Axtarış
The search found 105779 results in 0.024 seconds.
Search results
Zavodda 80 ton maye polad dağıldı, 11 nəfər yaralandı - VİDEO
Türkiyənin İzmir şəhərində HABAS poladəritmə zavodunda içərisində maye polad olan çənin aşması nəticəsində 11 nəfər yaralanıb. Bu barədə Cumhuriyet məlumat yayıb.
Məlumata görə, istehsalat sahəsində 120 tonluq çən aşıb və 80 ton maye polad yerə dağılıb.
Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Yeddi nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
Muxalifet3 - 9-05-2019
SON DƏQİQƏ: Bakıda kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan şəxs qətlə yetirildi - VİDEO
Bakının Binəqədi rayonunda kütləvi dava olub.
"Report" xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.
Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.Muxalifet - 10-05-2019
Gürcüstanda polis və azərbaycanlılar arasında insident olub, saxlanılanlar var
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, axşam saatlarında patrul polisinin azərbaycanlının idarə etdiyi avtomobili saxlamasından sonra tərəflər arasında mübahisə yaranıb.
Sürücü xəstəxanaya tələsdiyini və heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də, polis əməkdaşı buna məhəl qoymayıb. Yaranan mübahisəyə avtomobildə olan digər şəxs də müdaxilə edib.
Muxalifet - 10-05-2019
Paşinyan Şuşada vurdu, Yallı getdi – Video
Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimdəki görüntüləri yayılıb.
Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün bu işğalda rol oynamış və əli dinc azərbaycanlıların qanına batmış Sərkisyan da daxil olmaqla, bir çox erməni rəsmisi Şuşaya gəlib.
Paşinyanın əvvəlcə işğal şərəfinə şərab içməsi, daha sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə necə qoşulub, Yallı getməsini bütün erməni mediası və sosial şəbəkə istifadəçiləri yayıblar.Muxalifet - 10-05-2019
Rövşən Lənkəranskini təhqir edən şəxs Bakıda vuruldu - FOTO/VİDEO
Türkiyənin İstanbul şəhərində qətlə yetirilmiş "qanuni oğru" Rövşən Lənkəranskinin ünvanına kəskin təhqirlər deyən şəxs bıçaqlanıb. Kriminal mənbələrdən Criminal.az saytına verilən məlumata görə, həmin şəxs əslən Salyan rayonundan olan Ceyhun adlı gəncdir. O, bir neçə gün əvvəl sosial şəbəkələrdə R.Lənkəranskinin ünvanına söyüş söyüb. İlkin məlumata görə, Ceyhun adlı şəxs Bakıda bıçaqlanıb. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması barədə məlumat yoxdur.
Muxalifet - 10-05-2019
Çayda zarafatlaşan qızların DƏHŞƏTLİ SONU: Suya yıxıldılar və güclü axın... - ANBAAN VİDEO
Türkiyənin Bingöl əyalətində çay kənarında zarafatlaşan gənc qızlar sel sularında qərq olublar.
Elif Yılmaz və Hatun Barca gursulu çayın kənarında zarafatlaşarkən suya yıxılıblar və güclü axın onları ağuşuna alaraq uzaqlara aparıb.
Rəfiqələri onları qurtarmaq üçün polisə zəng ediblər. Hadisə yerinə gələn xilasedicilər gənclərin cansız bədənlərini çaydan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Nakam gənclərin ölümlərinə səbəb olan görüntüləri təqdim edirik./TeleqrafMuxalifet - 10-05-2019
Trampdan etiraf: "Maduro çətin qoz çıxdı, Bolton məni aldatdı"
Venesuelanın prezidenti Nikolas Maduronu prezidentlik kreslosundan sala bilməyən ABŞ-da prezident Donald Tramp Maduronu "çətin qoz" kimi təsvir edib, bunun məsuliyyətinin başda Con Bolton olmaqla, onun rəhbərlik etdiyi qrupunun üzərinə qoyub.
Donald Trampın başda Milli Təhlükəsizlik müşaviri Con Bolton olmaqla, onun rəhbərlik etdiyi qrupun Venesuelanın dövlət başçısı Nikolas Maduronu zəif gördüyü və Venesuela məsələsində onu yanıltdıqlarını dediyi iddia edilib.Muxalifet3 - 10-05-2019
Londonda həyəcan: Silahlı adam məscidə girməyə çalışdı
İngiltərənin paytaxtı Londonda silahlı bir şəxs məscidə girməyə çalışıb. Şübhəlinin içəri girməsi camaat tərəfindən əngəllənib və məscid təhlükəsizlik xidməti silahlı adamı nəzarət altına alıb.
London polisi silahlı bir şəxsin yerli vaxtla 22.45-də şəhərin Ilford bölgəsində yer alan “Seven Kings” Məscidinə girməyə çalışdığına dair bildiriş aldığını bəyan edib.Muxalifet3 - 10-05-2019
Fransa prezidenti ABŞ-a qarşı çıxdı!
Fransa prezidenti Emmanuel Makron Avropa Birliyi liderlərinin Rumıniyanın Sibiu şəhərindəki zirvə toplantısından sonra mətbuat konfransı keçirib. Makron Avropadakı ABŞ hegemonluğuna diqqət çəkib.
23-26 may tarixlərində keçiriləcək Avropa Parlamenti seçkilərinin Avropanın gələcəyi üçün vacib olduğunu bildirən Makron, bölgədəki ABŞ hegemoniyasına qarşı mövqe tutmaq üçün mübarizə mesajı verib.Muxalifet3 - 10-05-2019
ABŞ-Çin qarşıdurması davam edir: Tramp yenə vergini artırdı
ABŞ 200 milyard dollarlıq Çin məhsuluna 10 faiz olaraq tətbiq edilən gömrük vergisini 25 faizə qaldırıb. ABŞ tərəfi Çin nümayəndə heyəti ilə olan görüşlərdə çox az irəliləmə qeyd edildiyini bildirib. Çin Ticarət Nazirliyi isə qərardan üzüntü duyduğunu və ABŞ-ın Çini buna qarşılıq verməyə məcbur etdiyini bildirib. Müxalifət.az
Muxalifet3 - 10-05-2019
Türkiyə ABŞ-ın təzyiqlərinə boyun əymədi
Türkiyənin Müdafiə Sənayesindəki mənbələrə görə, Ankara ABŞ-dan “Patriot” raket sistemi satın almaq məsələsində S-400-lərdən imtina etməyi düşünmür. Ankara Vaşinqtonun təzyiqlərinə baxmayaraq mövqeyini qoruyur, ABŞ-ın "S-400-dən əl çəkin, Patriot-ları verək" təklifinə, "Patriot-u da alırıq, amma S-400-dən də imtina etmirik" cavabını verib.
Bu arada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu S-400 məsələsini sabah ABŞ-lı həmkarı Mayk Pompeo ilə müzakirə edəcəyini açıqlayıb.
Müxalifət.azMuxalifet3 - 10-05-2019
Britaniyalı kardioloq dünyanı təəccübləndirdi - Artıq çəki, ürək və damar xəstəliklərinin ŞOK SƏBƏBİ
Piylənmə və ürək-damar xəstəlikləri riskinin artmasında, arteriyaların tıxanmasında və bir çox problemlərin yaranmasında yağlar günahlandırılır. Amma britaniyalı kardioloq Asim Malhotra bunun əksini iddia edib.
Publika.az- xarici mətbuata istinadən əsasən xəbər verir ki, kardioloq yağların orqanizm üçün faydalarını üzə çıxarıb.
Son araşdırmalar göstərib ki, insan bədəninin ən pis düşməni şəkərdir!Muxalifet - 10-05-2019
"Arsenal" Bakıda final OYNAYACAQ
Futbol üzrə Avropa Liqasında ilk finalçının adı məlum olub. Muxalifet.az xəbər verir ki, İngiltərənin "Arsenal" komandası bu mövsüm ikinci dəfə Bakıya səfər edəcək. "Topçular" yarımfinalda İspaniya "Valensiya"sını üstələyib. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan Unay Emerinin baş məşqçi olduğu kollektiv səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2. "Arsenal"ın qollarından 3-nü Pyer Emerik Obameyanq, digərini Aleksandr Lyakazett vurub. "Valensiya"dan isə bu gün 32 yaşı tamam olan Kevin Qameyro fərqlənib.
Muxalifet - 10-05-2019
İsraildən qalmaqal qərar! Türkləri deportasiya etdilər
İstanbuldakı İsrail Konsulluğuna fərdi olaraq müraciət edərək vizalarını alan Türk tələbələr dünən axşam gəldikləri Təl-Əvivdəki Ben Gurion Hava Limanında İsrail kəşfiyyatı tərəfindən nəzarətə alındıqdan sonra bu səhər ölkədən deportasiya edilib.
Muxalifet3 - 10-05-2019
“Xalqı bu cür ucuz vasitələrlə pompalamaq hansı faydanı gətirir?”
“9 May tarixi gələn kimi bir çox patriot azərbaycanlıların Bakının qəhrəman şəhər olmamasının hələ də təəssüfünü yaşadığını müşahidə edirsən. Hətta bu gün Rusiyadan tələb edənlər də var ki, bizim dövlətimizin başkəndinə niyə Dövlət Dumasının qərarı ilə tarixi ədaləti bərpa edib "Qəhrəman şəhər" adı vermirlər?”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib. O, qeyd edib ki, başqa bir dövlət bizim dövlətin paytaxtına belə bir ad verəcək və bizlər də bundan qürur duyacağıq!Muxalifet - 10-05-2019
Deputata silahlı HÜCUM: Vəziyyəti ağırdı - FOTO
Argentinada naməlum şəxslər deputat Ektor Olivaresi Konqres binası yaxınlığında güllələyiblər. Deputatın yanındakı şəxs ölüb, özü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyata alınıb.
Hücum edən şəxslər atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. Qeyd edilir ki, Olivares bu günlərdə futbol xuliqanları ilə mübarizə haqqında qanunun müzakirəsində iştirak edib.Muxalifet - 10-05-2019
Trampdan İrana “hərbi qarşıdurma” xəbərdarlığı
İranın son dövrdəki addımlarını "hədələyici" şəklində səciyyələndirən ABŞ prezidenti Donald Tramp, bir tərəfdən üstüörtülü olaraq Tehranı təhdid edib, digər tərəfdən yeni bir nüvə müqaviləsi üçün İranlı liderlərlə danışmağa açıq olduğunu deyib.
Ağ Evdə keçirilən bir tədbirdə danışan ABŞ prezidenti Tramp, son günlərin ən önəmli gündəm maddələrindən ABŞ-İran gərginliyinə dair sualları cavablandırıb.Muxalifet3 - 10-05-2019
Rusiya XİN:Ermənistanda faşizm meyilləri güclənir - VİDEO
Ermənistanda faşizm meyilləri güclənir. Rusiya Xarici İşlər Nazirliyi dünyada irqçi milliyətçiliyin və neofaşizmin artmasına diqqəti cəlb etmək üçün hazırladığı məruzədə belə qeyd olunub. Sənəddə deyilir ki, Ermənistanın keçmiş hakimiyyəti faşist almaniyası ilə əməkdaşlıq edən şəxsin adını əbədiləşdirərək, faşizm meyillərinin güclənməsinə səbəb olub. Həmçinin, dırnaqarası böyük Ermənistan yaratmaq xülyasında olan ''Sasna Srer'' partiyasına da sənəddə geniş yer verilib. Partiyanın ideologiyası tənqid atəşinə tutulub
Muxalifet - 10-05-2019
Qazaxıstanda güclü zəlzələ baş verdi
Qazaxıstanın Alma-Atı vilayətində zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, 5,2 bal gücündə olan zəlzələ yerli vaxtla 01:15-də (Bakı vaxtı ilə 23:15), Alma-Atı şəhərindən 356 km şimal-şərqdə qeydə alınıb.
Dağıntı və tələfatın olmadığı bildirilib./AxarMuxalifet - 10-05-2019
Türkiyə ordusu erməni kəndini RAKETLƏ VURDU – Yaralılar var
Ötən gün Suriya ərazisində fəaliyyət göstərən terrorçular Türkiyə ordusuna qarşı hücum təşkil edib.
Ermənistan mətbuatı bildirir ki, Türkiyə ordusunun cavab atəşi zamanı raketlərdən 3-ü Laziqiyyə bölgəsində yerləşən Kesab adlı erməni kəndinə düşüb.
Açıqlanan məlumatda bildirilir ki, raket atəşi nəticəsində 2 kənd sakini yaralanıb. Yaralıların Laziqiyyə xəstəxanasına aparıldığı bildirilir./YeniavazMuxalifet - 10-05-2019