Axtarış
The search found 105779 results in 0.121 seconds.
Search results
İstanbulun İŞĞAL PLANI: Paraşütlü kəşfiyyatçılar Boğazı keçmək üçün... – MƏXFİ SƏNƏDLƏR
Faşizm üzərində qələbənin ildönümündə II Dünya müharibəsində nasist Almaniyasının Türkiyəyə hücum planına dair gizli sənədlər yenidən medianın gündəminə gəlib.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, II Dünya müharibəsində Almaniya Türkiyəyə qarşı heç bir təhdid açıqlaması verməyib və hücum planları açıq şəkildə bildirilməyib.Muxalifet - 9-05-2019
Lukaşenko: “Putin məni Moskvaya dəvət etmədi...”
Moskvada Qələbə gününə həsr edilən hərbi parada qatılmamağımda hansısa konspirologiya axtarmağa ehtiyac yoxdur.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Muxalifet - 9-05-2019
Nizami rayonunun sakinləri ETİRAZ ETDİ: İcra başçısı binanın həyətini və yolunu hasarlayır - FOTOLAR
Nizami rayonu, Qara Qarayev küçəsi 30, metronun "Qara Qarayev" stansiyasının çıxışında yerləşən yol və park ərazisi qanunsuz olaraq hasarlanmağa başlanılıb.
Bu barədə Demokrat.az-a ərazidə yaşayan sakinlər məlumat verib.
Sakinlər iddia edir ki, ərazidə başladılan işlər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun göstərişilə həyata keçirilir:Muxalifet - 9-05-2019
"Ermənilər Stalini inandırmışdılar ki, guya BAKI NEFTÇİLƏRİ ONA XƏYANƏT EDİR" - Tarix İnstitutunun direktoru
9 May qələbəsi ilə dünya faşizm kimi bir bəladan xilas oldu. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.Muxalifet - 9-05-2019
DGK-nın keçirdiyi çempionat yekunlaşdı: Nəticələr
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı və gömrük xidmətinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş futzal üzrə gömrük orqanları arasında ənənəvi çempionatın mayın 9-da final mərhələsi başa çatıb.
Muxalifet.az xəbər verir ki, çempionatın təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin olunmasıdır.Muxalifet3 - 9-05-2019
“Şimal axını 2”yə izn vermək olmaz - Pompeo
Rusiyaya “Şimal axını 2” qaz kəmərini tikməyə izn vermək olmaz. Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib. O bu kəmərin Avropaya təzyiq rıçağı olacağını bildirib. “Rusiya “Şimal axını 2”ni Avropaya qarşı təzyiq rıçağı kimi istifadə etmək istəyir. Biz bu layihənin reallaşdırılmasına imkan verməməliyik”.
Muxalifet3 - 9-05-2019
Bakıda bu yollarda hərəkət məhdudlaşdırılır
Sabah ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana ziyarətlə əlaqədar paytaxtın bir sıra küçə və prospektində hərəkət məhdudlaşdırılacaq.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend -ə bildirib ki, sabah Fəxri xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.Muxalifet3 - 9-05-2019
"Avraam Linkoln" Süveyş kanalını keçdi
ABŞ-ın hərbi dəniz donanmasına məxsus "Avraam Linkoln" təyyarədaşıyan gəmisi Misirdə Süveyş kanalını keçib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Misirdəki hərbi attaşesi Ralf Qrover bildirib.
Qeyd edək ki, ABŞ gəmisi Fars körfəzinə gedir.
Muxalifet3 - 9-05-2019
AB-ni yenidən yaratmaq lazımdır – Valensa
Avropa Birliyini indiki formasında inkişaf etdirmək yerinə, onu ləğv edib, yenidən yaratmaq lazımdır.
Muxalifet.az xəbər verir ki, bunu İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində Polşanın keçmiş prezidenti Lex Valensa deyib. Onun sözlərinə görə, AB-yə alyansın tərkibinə daxil olan ölkələrin fərqli inkişaf yolları mane olur:Muxalifet3 - 9-05-2019
"Azərbaycan cəhd etsə də, bu mövzu ilə bağlı mövqeyimiz qətidir..." - Ermənistandan AÇIQLAMA
Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir. Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib. Jurnalistlər David Tonoyandan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun münaqişə tərəflərini əsir və girovları “hamının hamıya” prinsipi ilə dəyişdirməyə çağıran bəyanatı haqda soruşublar. Tonoyan Azərbaycanla danışıqların getdiyini deyərək bu məsələ ilə bağlı konkretləşdirmə işlərinin getdiyini deyib. “Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir. Bildiyiniz kimi mən müvafiq komissiyanın sədriyəm.
Muxalifet3 - 9-05-2019
Çavuşoğludan S-400 açıqlaması: Nə etdiyimizi bilirik
S-400-ün Türkiyəyə gətirilməsinin təxirə salınacağı ilə bağlı tərəfimizdən açıqlama verilməyib.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O, S-400-lərlə bağlı yayılan bəzi iddiaları təkzib edib:Muxalifet3 - 9-05-2019
Bizsiz Bakı-Tiflis-Qarsla bağlı bu mümkünsüzdür - Nazir
Gürcüstanın iştirakı olmadan Bakı-Tiflis-Qars layihəsinin konfiqurasiyasına hər hansı bir dəyişikliyin edilməsi mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.
Nazir deyib ki, BTQ layihəsi Gürcüstan üçün strateji layihədir və ölkənin suveren maraqlarına cavab verir:
“Layihə üç dövlət tərəfindən razılaşdırılıb və təsdiqlənib. Hansısa bir iştirakçı dövlət birtərəfli qaydada layihəyə dəyişiklik etmək hüququna malik deyil. Biz bu layihəni təsdiq olunan formada reallaşdırırıq”.Muxalifet3 - 9-05-2019
Rusiya qələbəni mənimsəyir - Poroşenko
Rusiya II Dünya müharibəsi zamanı antihitler koalisiyası ilə qazandığı qələbəsini mənimsəməyə cəhd edir. Muxalifet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. “Biz Moskvadan fərqli olaraq bütün antihitler koalisiyasının xalqlarının müştərək qələbəsini mənimsəmək niyyətində deyilik. Heç kimin nasizm üzərindəki qələbəni monopollaşdırmaq haqqı yoxdur” – deyə o bildirib.
Muxalifet3 - 9-05-2019
ABŞ ballistik raketini sınaqdan keçirdi
ABŞ Kaliforniyanın Vanderberq aviabazasında “Minuteman III” qitələrarası ballistik raketinin yeni sınağını keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb. Açıqlamada raketin nüvə başlığı olmadığına diqqət çəkilib. “Minuteman III” qitələrarası ballistik raketlə bu raketlərin atmosferə təkrar girişini təmin edən test qurğusunun da sınaqdan keçirildiyi bildirilib.Muxalifet3 - 9-05-2019
Məlum olmayan silahları işə saldılar - Dünya ŞOKDA
Şimali Koreya dünyanın müəyyən edə bilmədiyi silahları sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Məlumata görə, sınaq dünən günorta saatlarında həyata keçirilib. Lakin hansı silahların istifadə edildiyi məlum deyil. Ehtimallara görə, bu, raket sınaqlarıdır.Muxalifet3 - 9-05-2019
ABŞ Şimali Koreya gəmisini saxladı
ABŞ Şimali Koreyanın kömür daşıyan yük gəmisini beynəlxalq sanksiyaları pozduğuna görə saxlayıb. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. ABŞ-ın ilk dəfə Şimali Koreyanın kömür daşıyan gəmisini saxladığını deyən rəsmilər gəminin texniki baxış və ekipaj üzvlərinin ehtiyacının ABŞ bankları vasitəsilə dollarla qarşılandığını bildirib. Açıqlamada gəminin Şimali Koreyanın kömür daşınması ilə bağlı benəlxalq sanksiyaları pozduğu qeyd edilib.
Muxalifet3 - 9-05-2019
Leyla Əliyeva Arif Məlikovu andı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tanınmış bəstəkar Arif Məlikovun vəfatından yazıb.
Muxalifet.az xəbər verir ki, L.Əliyeva İnstaqram hesabında Arif Məlikovun fotosunu və əsərlərindən birini paylaşaraq "Allah rəhmət eləsin" sözlərini qeyd edib.
Qeyd edək ki, görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenli Arif Məlikov bu gün 86 yaşında vəfat edib.
Muxalifet3 - 9-05-2019
Tanınmış jurnalist qəfil öldü
Rusiyalı jurnalist, “Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko həyatını itirib.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, Dorenko motosikletdə ölüb.
“Jurnalistdə motosikletlə hərəkət etsə də, ölümə səbəb yol nəqliyyat hadisəsi olmayıb”, - deyə bildirilib.
Muxalifet3 - 9-05-2019
Kürdlər AKP-yə səs verə bilər - HDP
İyunda keçiriləcək İstanbul bələdiyyə seçkilərində kürdlər AKP-yə səs verə bilər. Muxalifet.az xəbər verir ki, bunu HDP-çi millət vəkili İmam Taşçıer deyib. O, HDP-nin AKP ilə razılaşması və kürdlərin AKP-yə səs verəcəyi ilə bağlı suallara aydınlıq gətirib: “AKP ilə HDP arasında hər hansı razılıqdan söhbət gedə bilməz. Bunun üçün razılığa gəlməyə ehtiyac yoxdur. Kürdlərin haqlarını tanınmasına istiqamətlənmiş addım atılsa, onsuz da kürdlər bunu görəcək. Kürdlərin səsi olmadan heç kim seçkini təkbaşına qazana bilməz. Kim kürd probleminin həlli üçün addım atarsa, kürdlər ona səs verə bilər.
Muxalifet3 - 9-05-2019
Binəli Yıldırım seçkidən danışdı: Üstümüzə gəlirlər
31 martda keçirilən bələdiyyə seçkiləri zamanı çox dostumuzun olduğunu gördük.
Muxalifet.az xəbər verir ki, bunu AKP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım iş adamları ilə görüşündə deyib. O bildirib ki, növbəti vəzifəsinin nə olmasından asılı olmayaraq hər zaman xalqa xidmət edəcək:Muxalifet3 - 9-05-2019