Axtarış

The search found 105779 results in 0.021 seconds.

Search results

  1. Avropa ölkəsində QORXU DOLU ANLAR: Daha bir məscidə SİLAHLI HÜCUM

    İngiltərənin paytaxtı Londonda yerləşən məscidə silahlı basqın baş verib.
    Naməlum şəxs yerli vaxtla 22:45-də İlford bölgəsindəki Seven Kings məscidinə odlu silahla daxil olmağa çalışıb.
    Cinayətkarın qarşısı məsciddəki insanlar tərəfindən alınıb. Dərhal bölgəyə təhlükəsizlik qüvvələri çağırılıb.
    London polisi sosial media vasitəsilə verdiyi açıqlamada basqın zamanı insan tələfatının olmadığını bildirib. Şübhəli şəxs hadisə yerindən qaçmağa nail olub. Onun axtarışları davam edir.

    Muxalifet - 10-05-2019

  2. ​Bakıda öldürülən "Emil 444"ün qətlinin TƏFƏRRÜATI - VİDEO

    Bakı şəhər Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Muxalifet.az ONA-ya istinadla xəbər verir ki, mübahisə zəminində baş verən hadisə nəticəsində naməlum şəxs tərəfindən iki nəfər bıçaqlanıb. İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan, təxminən 25-30 yaş aralığında olan Emil Səfərov isə qanitirmədən hadisə yerində ölüb.

    Muxalifet - 10-05-2019

  3. SON DƏQİQƏ: Kriminal avtoriteti qətlə yetirən şəxs saxlanıldı

    Bakıda kriminal avtoriteti qətlə yetirən şəxs saxlanılıb.
    Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi 8 ünvanında baş verib.

    Muxalifet - 10-05-2019

  4. İraqda terror nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb

    İraqın Əl-Sadr əyalətinin Camila bölgəsindəki bazarda üzərinə partlayıcı quraşdırılmış “canlı bomba” özünü partladıb.

    ONA İhlas xəbər agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb.

    Hələ ki, məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

    Muxalifet - 10-05-2019

  5. ​Azərbaycan boksçusu erməni rəqibinə qalib gəldi

    Rusiyada kişi boksçular arasında "Sankt-Peterburq qubernatorunun kuboku”nda 1/4 final mərhələsi başa çatıb.
    10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayevin (+91 kq) ardınca Azərbaycan millisinin daha 2 idmançısı adını yarımfinala yazdırıb.
    Belə ki, 52 kq çəki dərəcəsində qüvvəsini sınayan Məsud Yusifzadə rusiyalı Bair Batlayevlə qarşılaşıb. Döyüş təmsilçimizin 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. 

    Muxalifet - 10-05-2019

  6. Daha iki strateji nüvə bombardmançısı getdi - VƏ MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNDƏ GİZLİ MÜŞAVİRƏ...

    Amerikanın İrana getdikcə artan təhdidləri fonunda Pentaqon Qətərdəki Əl-Udeyd aviabazasına iki B-52H “Stratofortress” strateji nüvə bombardmançısını göndərib.

    Bu barədə Rusiya hərbi qaynaqları “İnterfaks”ı məlumatlandırıb.

    Həmin təyyarələr nüvə başlıqlı qanadlı raketlər və aviabombalar daşıyır. Agentliyi məlumatlandıran mənbənin bildirdiyinə görə həmin ərəfədə daha iki belə təyyarə Əl-Udeyd bazasına enmişdi. Təyyarələr ABŞ-ın Luiziana ştatındakı Barksdeyl aviabazasından qalxıb.

    Muxalifet - 10-05-2019

  7. ​Bu gün Bakıda musiqili atəşfəşanlıq olacaq

    Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq keçiriləcək. 
    Konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-brothers-S” qrupu çıxış edəcək. 
    Konsertin sonunda isə musiqili atəşfəşanlıq olacaq. Pirotexniki şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında nümayiş olunacaq.
    Tədbirə giriş sərbəstdir.

    Muxalifet - 10-05-2019

  8. PKK İstanbul seçkilərində İmamoğlu üçün çalışacaq

    Terror təşkilatı PKK-nın siyasi uzantısı HDP 23 iyunda seçkilər üçün "İstanbul İttifaqı" maskası altında CHP namizədi Əkrəm İmamoğlu adına çalışacaq. Türkiyənin Ali Seçki Şurasının (YSK) İstanbul seçkilərini yenilənmə qərarından sonra partiyalarda 23 iyun üçün hazırlıq başlayıb. 6 mayda terror təşkilatının terrorçubaşı Abdullah Öcalanın məktubundan sonra PKK-nın siyasi nümayəndəsi HDP-nin İstanbul seçkilərində necə mövqe tutacağı maraq edilirdi. Əkrəm İmamoğlu üçün səs istəyəcəklər PKK-nın siyasi qolu HDP İstanbul seçkilərinə yönəlik mövqeyini qətiləşdirib.

    Muxalifet3 - 10-05-2019

  9. ​Gəmidə yaralanan 3 nəfərin vəziyyəti kritikdir

    "İsrafil Hüseynov" borudüzən gəmisində baş vermiş qəza nəticəsində yaralanan 14 nəfərin müalicəsi davam edir. 
    Səhiyyə Nazirliyindən verilən məlumata görə, renimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Digər 7 nəfər isə cərrahiyyə bölməsindədir, müalicələri davam edir.

    Muxalifet - 10-05-2019

  10. ​Avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır- VİDEO

    Bu avtobusa sözün əsl mənasında çatmaq mümkün deyil.
    Avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır.
    Təhlükəlikadrlar Bakı-Qazax yolunun Qobustandan keçən hissəsində çəkilib. Üzü paytaxt istiqamətində hərəkət edən avtobusun sürücüsü havanın dumanlı olmasına məhəl qoymayıb. Avtobus sürücüsü sərnişinlərin həyatını risqə atmaqdan çəkinmir. Avtobus azı saatda 140 km/ sürətlə hərəkət edir. Üstəlik manevrlər də edir. Qaydalari pozan avtobusun dövlət qeydiyyat nişanı 99-sh-403-dür.

    Muxalifet - 10-05-2019

  11. ​Azərbaycanlı tanınmış xanım aparıcı qəzaya düşdü - FOTO

    Aparıcı Dəniz Nəbiyeva avtomobil qəzasına düşüb.
    Bu barədə "Instagram" səhifələrinin birində məlumat verilib. Bildirilib ki, o, Nobel prospektində ağır avtomobil qəzasına düşüb.
    Aparıcının səhhəti ilə bağlı heç bir məlumat verilməyib.
    Qeyd edək ki, Dəniz Nəbiyeva Lider telekanalında çalışır./ölkə.az

    Muxalifet - 10-05-2019

  12. ABŞ-dan “İran” açıqlaması: “Müharibə istəmirik, amma ...”

    ABŞ-ın dövlət katibi Mayk Pompeo İran ilə artan gərginliyə münasibət bildirib.
    Mayk Pompeo etdiyi açıqlamada, son həftələrdə İranın bir sıra təhdidedici hərəkətlərinin olduğunu deyib.
    "ABŞ, tərəfdaşlarımız və müttəfiqlərimizin cavabı aydındır, biz müharibə istəmirik" deyən Pompeo, fikirlərinə belə davam edib:
    "Tehran rejimi özü, yaxud vəkilləri vasitəsilə ABŞ-ın maraqlarına və ya vətəndaşlarına zərər verərsə, ABŞ-ın çevik reaksiyası ilə qarşılacağını anlamalıdır".
    Müxalifət.az

    Muxalifet3 - 10-05-2019

  13. Mərkəzi Bankın həmləsi işə yaradı: Dollar sürətlə UCUZLAŞMAĞA BAŞLADI

    Türkiyə Mərkəzi Bankının sürətlə bahalaşan dollarla bağlı ilk həmləsi işə yarayıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ötən gün 6,25 lirəyə qədər bahalaşan dollar bu gün imsak vaxtı 6,05 lirəyə düşüb.
    Hazırda Türkiyə Lirəsi 6,15 dollara satılır.
    Bundan başqa, ötən gün 7,05-ə dəyəri qədər qalxan avro 6,90, funt-sterlinq isə 8 lirəyə qədər düşüb.
    Qeyd edək ki, ABŞ-ın Çin və İrana qarşı “iqtisadi hücumları” və sanksiyaları dolların sürətlə bahalaşmasına səbəb olub.

    Muxalifet - 10-05-2019

  14. ​Bakıda "popkorn" satan uşaqla bağlı BİLMƏDİKLƏRİNİZ

    Bu günlərdə Milli Məclisin deputatı Rasim Musabəyov "Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etiraz edib. Nəticədə həmin "popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb. Deputatın bu hərəkəti ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılandı. 
    Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov oxu.az-a bildirib ki, məsələ nəzarətə götürülüb:

    Muxalifet - 10-05-2019

  15. Bakıda 5 milyon dollarlıq MÖHTƏŞƏM TOY: 3 gün, 3 gecə... - FOTO/VİDEO

    Bakıda hindli bəy və gəlinin dəbdəbəli toy məclisi baş tutub.
    Toy "Bilgah Beach Hotel"də baş tutub. 4,5 və 6 may tarixlərində keçirilən 5 tədbirdə ABŞ, Hindistan və BƏƏ-dən çox sayda qonaq iştirak edib.
    Manish və Barkha adlı cütlüyün dəbdəbəli toyuna 5 milyon dollardan çox pul xərcləndiyi iddia olunur. Varlı ailənin övladları olan cütlük 3 gün 3 gecə Bakıda toy edib və doyunca əylənib.
    Əldə etdiyimiz görüntülər arasında BƏƏ-də baş tutan toydan da görüntülər var.
    Dəbdəbəli toydan görüntüləri təqdim edirik:

    Muxalifet - 10-05-2019

  16. "Bakının bir neçə rayonunda məcburi köçkünlər mənzillə tam təmin olunacaq"

    "Bir ildən sonra Bakının bir neçə rayonunda məcburi köçkünlərin tam mənzillə təmin olunması işləri başa çatacaq".
    Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
    O bildirib ki, hazırda bununla bağlı planlı şəkildə işlər görülür: "Cənab Prezidentin tapşırığına əsasən, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində müvafiq işlər görülür. Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər bir aydan sonra müasir evlərlə təmin olunacaq".

    Muxalifet - 10-05-2019

  17. ​Biləsuvarda 27 yaşlı gənc bıçaqlanaraq qətlə yetirildi

    Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
    "Report"un məlumatına görə, hadisə ötən gecə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Elton Novruz oğlu 2 bıçaq zərbəsi ilə qətlə yetirilib.
    Hadisənin baş verməsinin səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 10-05-2019

  18. PKK-ya ağır zərbə: Başına milyon yarım mükafat qoyulan terrorçu öldürüldü

    Türkiyənin Tuncəli bölgəsində öldürülən 6 terrorçudan birinin mavi kateqoriyada axtarılan Cəlal Qaya, birinin isə narıncı kateqoriyada axtarılan Heydər Gül olduğu müəyyən edilib. Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tuncəli əyalətində dünən Jandarmanın keçirdiyi əməliyyatda zərərsizləşdirilən 6 terrorçudan birinin "terrordan axtaranlar siyahısında" 1 milyon 500 min lirə mükafatla mavi kateqoriyada yer alan sözdə şərq cəbhəsinin rəhbəri Doğan-Serhat kod adlı Cəlal Qaya olduğu müəyyənləşdirilib.

    Muxalifet3 - 10-05-2019

  19. ŞOK: İntihar edən 5 ayın gəlininin toy videosunda diqqət çəkən məqam - VİDEO

    İsmayıllıda intihar edən 5 ayın gəlini Mahirə Hüseynovanın ailəsi onun ölümündə həyat yoldaşını ittiham edib. Onlar bildiriblər ki, qızlarının əri Seyhun həddindən artıq qısqanc olub.

    Muxalifet - 10-05-2019

  20. ​Nikol Paşinyanın reytinqi 30% aşağı düşüb

    Ermənistanın Milli Təhlükəsizlik Xidməti Nikol Pşainyanın reytinqini müəyyən etmək üçün növbəti dəfə ictimai rəyi araşdırıb.
    Virtualaz.org Yerevanda dərc edilən “Jamanak” nəşrinə istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, Paşinyanın reytinqi enməkdə davam edir.
    “Yeni antirekord – 34 faiz müəyyən edilib. Cəmi üç ay əvvəl keçirilmiş sorğunun nəticələrinə görə, baş nazirin reytinqi 30% yüksək idi. Paşinyanın reytinqi əhalinin bütün təbəqələri və yaş qrupları arasında aşağı düşüb”, - nəşr qeyd edir.

    Muxalifet - 10-05-2019

Pages