Axtarış

The search found 105779 results in 0.111 seconds.

Search results

  1. Azərbaycanda DƏHŞƏT: İlk evləndiyi qızı toy gecəsi qaytardı, ikincisini öldürdü

    İsmayıllıda 5 ayın gəlini yaşadığı evdə asılı vəziyyətdə tapılıb.
    Muxalifet.az milli.az-a istinadla xəbər verir ki, valideynləri və qohumları rayonun Qaraqaya kənd sakini olmuş Mahirənin ölümündə onun həyat yoldaşını ittiham edirlər. Mərhumun ailə üzvlərinin iddialarına görə təzə gəlini əri qısqanclıq zəminində qətlə yetirib.
    Mahirənin dayısı "Gəl Dərdini Danış" verilişində mərhuma zülümlər verildiyini iddia edib:

    Muxalifet - 9-05-2019

  2. ​11 yaşlı uşağı sahibsiz it dişlədi - Xəstəxanada vaksin tapılmadı - VİDEO

    Məktəbdən evə qayıdan 11 yaşlı uşağı it dişləyib. Valideynləri quduzluq əlehinə vaksin vurulması üçün onu xəstəxanaya aparsalar da, xəstəxanada vaksin tapılmayıb.
    Muxalifet.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün Yevlaxın Kövər kəndində baş verib. Kənd sakini İlkin Əlizadəni sahibsiz it ayaq nahiyəsindən dişləyib. Al-qan içində olan məktəblini atası Murad Əliyev dərhal Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya yardım edilməsini və vaksin vurulmasını tələb edən valideyn tibb ocağından "vaksin yoxdur" cavabı alıb.

    Muxalifet - 9-05-2019

  3. ABŞ-da güllələnən azərbaycanlı ilə bağlı səfirlikdən AÇIQLAMA

    Cari ilin 6 may tarixində ABŞ vaxtı ilə saat 22:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində 20.01.1982-ci il təvəllüdlü Salamov Nail İlham oğlu naməlum şəxslər tərəfindən yaşadığı evində qətlə yetirilib. Faktla bağlı Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir.
    Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

    Muxalifet - 9-05-2019

  4. ​Azərbaycanda 400-ə yaxın müharibə veteranı var

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs minik avtomobili ilə təmin olunub. 
    Nazirlikdən Bakupost-a verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçılarının bərpa müalicəsi, sanator-kurort yollayışları ilə təminatı və s. sahələrdə də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda onlara evlərində sosial xidmətlər də göstərilir. 

    Muxalifet - 9-05-2019

  5. “İsrafil Hüseynov” gəmisindəki yanğınla bağlı cinayət işi açıldı - RƏSMİ MƏLUMAT

    Mayın 8-də “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyətinə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Muxalifet - 9-05-2019

  6. ​Məşhur alimdən növbəti DƏHŞƏTLİ PROQNOZ: 8 ballıq zəlzələ...

    Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits növbəti dəfə bütün dünyada təşvişə səbəb olan açıqlamalar verib.
    Hugerbit həftə ərzində planetlərin düzülüşünə diqqət çəkərək, 5-6 may tarixlərində baş verən düzülüşün ardından Papua Yeni Qvineyada 7.2 bal gücündə zəlzələ baş verdiyini bildirib.
    7-8 may tarixlərində gerçəkləşən Günəş-Merkuri-Venera-Neptun və Yer kürəsi-Merkuri-Uran düzülüşünü vurğulayan alim, 2005-ci ildən bu yana oxşar düzülüşlərin 71 faizinin 7.5 baldan artıq zəlzələlərə səbəb olduğu barədə xəbərdarlıq edib.

    Muxalifet - 9-05-2019

  7. ​Arif Məlikov I Fəxri Xiyabanda dəfn ediləcək

    Bu gün 86 yaşında dünyasını dəyişən Xalq artisti, dünya şöhrətli bəstəkar Arif Məlikov I Fəxri Xiyabanda dəfn ediləcək.
    Bu barədə Mədəniyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib.
    O bildirib ki, dahi bəstəkarla vida mərasimi bu gün saat 2:00-da Bakı Musiqi Akademiyasında baş tutacaq. Mərasimindən sonra Xalq artisti dəfn olunacaq.

    Muxalifet - 9-05-2019

  8. ​"6 aydır arvadı ilə sevgiliyəm" - Əmisi oğlunun arvadına aşiq olub başından güllələdi - Foto

    Türkiyənin Konya bölgəsində dəhşətli cinayət hadisəsi baş verib. 
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 uşaq atası 37 yaşlı Ali işlədiyi tarlasında ölü olaraq tapılıb. Polisin araşdırmasından sonra cinayətin üstü açılıb və öldürülən şəxsin əmisi oğlu saxlanılıb.
    O, cinayəti törətdiyini etiraf edib və bunu Alinin arvadını sevdiyi üçün etdiyini deyib:

    Muxalifet - 9-05-2019

  9. ​Cavanşir Məmmədovdan QALMAQALLI SÖZLƏR: “Sinəsi açıq, qolu tüklü…” - VİDEO

    Əməkdar artist Cavanşir Məmmədov qəzəblənib. Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, müğənni geyiminə görə onu qınayanların ünvanına sərt fikirlər səsləndirib. Estrada müğənnilərini hədəfə alan əməkdar artist onların daha açıq-saçıq geyindiyini deyib: “Baxırsan, estrada müğənnisidir, sinəsi açıq, qolu tüklü. Mən onlara baxanda utanıram”. Qeyd edək ki, bir müddət öncə “setkalı” köynək geyindiyinə görə Cavanşir Məmmədov sərt tənqidlərə tuş gəlmişdi. “Show News” verilişindən olan görüntüləri təqdim edirik:

    Muxalifet - 9-05-2019

  10. “Türkiyə bunu işğal olaraq görür” - Türk admiral ABŞ-da açıqladı

     ABŞ-ın paytaxtı Vaşinqtonda Türk İrs Fondu tərəfindən (THO) təşkil olunan paneldə Türkiyənin Dəniz Geosiyasi və ətrafındakı dəniz yataqlarının əhəmiyyəti müzakirə olunub.
     
    Təşkil olunan "Türkiyənin Dəniz Geosiyasi" mövzulu paneldə Türkiyədən təqaüddə olan vitse-admiral Cem Gürdəniz çıxış edib.
     
    YAŞANAN GƏRGİNLİKLƏR
     
     Türkiyənin Dəniz Geosiyasi və öz dəniz sahəsində yaşadığı təhdidlərə toxunan Gürdəniz, xüsusən Yunanıstan və Kipr Yunan Rəhbərliyi ilə uzun zamandır dənizlərdə baş verən gərginliklərə diqqəti çəkib.

    Muxalifet3 - 9-05-2019

  11. Avropa Birliyindən İrana şok: Rədd etdilər

     Avropa Birliyi (Aİ), Fransa, Almaniya və Böyük Britaniya İrana nüvə müqaviləsinə dair məsuliyyətlərini yerinə yetirmək çağırışı edərək hər cür "ultimatumu" rədd etdiklərini bildirib.
     
    Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini, Fransa Xarici İşlər naziri Jean-Yves Le Drian, Almaniya Xarici İşlər naziri Heiko Maas və Böyük Britaniya Xarici İşlər naziri Ceremi Hunt İranın nüvə müqaviləsi ilə bağlı öhdəliklərini qismən dayandırma qərarına dair birgə bəyanat verib.

    Muxalifet3 - 9-05-2019

  12. “Gürcüstanda Azərbaycan səfiri ilə SOCAR “səfiri”nin rolları qarışıq düşüb” – HÜSEYN YUSUBOV

    “Quram Marxuliya sübut edib ki, İrakli Okruaşvili etnik ermənidir. Bu gün Azərbaycan tərəfi bu adamı bir gürcü siyasətçisi kimi qəbul edirsə, mən buna da gülərəm”

    “Gürcüstanı və Azərbaycanı dağlamaq üçün üçüncü qüvvədən, yəni ermənilərdən istifadə ediblər. Rus imperiyası dövründə də, Sovet dövründə də elə olub, bu gün də elədir”

    Muxalifet4 - 9-05-2019

  13. Türkiyədən ABŞ-ın İstanbul seçkiləri açıqlamasına çox sərt təpki

    Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın İstanbul seçkiləri ilə bağlı açıqlamasına sərt cavab verib.
     
    Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morqan Ortagusun və ABŞ Konqres üzvlərinin İstanbulda yerli seçkilərin yenilənməsinə dair verdikləri açıqlamalara cavab verib.
    Xarici İşlər Nazirliyinin sözcsü Hamid Aksoy tərəfindən edilən açıqlama bu şəkildədir;

    Muxalifet3 - 9-05-2019

  14. ABŞ generalı İranı hədələdi

    ABŞ Mərkəz Qüvvətlər komandiri Kennet Mckenzie İranı hərbi elementlərini istifadə etmək məsələsində təhdid edib. ABŞ Mərkəz Qüvvələr (CENTCOM) komandiri ordu generalı Kennet Mckenzie Yaxın Şərqdə ən böyük təhdidin İran olduğunu vurğulayaraq "İran rejimi ilə bir müharibədə maraqlı deyilik, amma ortaya çıxacaq ehtimal bir vəziyyətə qarşı qoyacaq şəkildə Yaxın Şərqdə və dünya miqyasında çevik və hər cəhətdən hazır olan bir hərbi gücümüz var" deyib.

    Muxalifet3 - 9-05-2019

  15. Məlum olmayan silahları işə saldılar – Dünya ŞOKDA

    Şimali Koreya dünyanın müəyyən edə bilmədiyi silahları sınaqdan keçirib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
    Məlumata görə, sınaq dünən günorta saatlarında həyata keçirilib. Lakin hansı silahların istifadə edildiyi məlum deyil. Ehtimallara görə, bu, raket sınaqlarıdır.
    Xatırladaq ki, ötən həftə Şimali Koreya ordusu hücum təlimləri keçirib. Təlimi Kim Çen İn şəxsən izləyib.

    Muxalifet - 9-05-2019

  16. ​Popkorn satan gənc tapıldı - Nazirliyin təklifi var

    Təhsil Nazirliyinin “Azneft meydanı” yaxınlığındakı keçiddə popkorn satan yeniyetmə ilə hərəkətə keçib.
    Muxalifet.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov həmin gəncə peşə məktəbində təhsil almaq imkanı təklif ediləcəyini açıqlayıb:
    “Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq.  Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

    Muxalifet - 9-05-2019

  17. ​Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlı olacaq - SİYAHI

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə Fəxri Xiyabanı ziyarətlə bağlı məlumat yayıb.
    Muxalifet.az-ın verdiyi xəbərə görə, məlumatda bildirilir ki, sabah Fəxri Xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. 
    Səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. 

    Muxalifet - 9-05-2019

  18. Heydər Əliyev Mərkəzinin parkındakı konsert ləğv olundu - SƏBƏB

    Bu gün Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək konsert proqramı Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv edilib.

    Bu barədə Heydər Əliyev Mərkəzindən məlumat verilib.

    Qeyd edək ki, Xalq artisti, Əməkdar incəsənət xadimi Arif Məlikov bu gün vəfat edib.

    Muxalifet - 9-05-2019

  19. “İndi danışıqlar gedir ki, kimi kimlə dəyişdirək...” - Ermənistanın müdafiə naziri ƏSİR VƏ GİROVLAR HAQDA

    Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Yerevanda jurnalistlərə bildirib. Jurnalistlər David Tonoyandan Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişə tərəflərini əsir və girovları “hamının hamıya” prinsipi ilə dəyişdirməyə çağıran bəyanatı haqda soruşublar. Tonoyan Azərbaycanla danışıqların getdiyini deyərək bu məsələ ilə bağlı konkretləşdirmə işlərinin getdiyini deyib. “Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir.

    Muxalifet - 9-05-2019

  20. ​Günay Nəbiyeva intihara ƏL ATDI: "Ərimdən boşanmışam, anam..." - VİDEO

    Xəbər verdiyimiz kimi, 27 yaşlı Günay Nəbiyeva paytaxtın Qara Qarayev prospektindən Ziya Bünyadov prospektinə gedən istiqamətdə olan körpüdən özünü atmaq istəyib. Bu zaman əraziyə gələn polislər onu fikrindən daşındıraraq xilas ediblər. Sonra qadın izahatı alınmaq üçün polis idarəsinə aparılıb.
    Bununla bağlı BiG.AZ Günay Nəbiyeva ilə əlaqə saxlayaraq intihara cəhd etmə səbəbini öyrənib. 
    O, gözdən əlil olduğunu və tək başına uşaq böyütdüyünü bidirib:

    Muxalifet - 9-05-2019

Pages