Axtarış
The search found 105777 results in 0.022 seconds.
Search results
"Qarabağ"ın maliyyə hesabatı: Nə qədər gəlir əldə edib?
"Qarabağ" klubu 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb. Muxalifet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin ötən il gəlirləri 15 milyon 218 min 140 manat, xərcləri isə 14 milyon 378 min 960 manat təşkil edib. Bilet və abunəlikdən 733 min 910 manat, UEFA-dan pul mükafatı kimi 12 milyon 183 min 90 manat, teleyayımdan 414 min 240 manat gəlib, digər gəlirlər isə 1 milyon 886 min 900 manat olub. İnzibati işçilər və futbolçulara (əmək haqqı ödənişi və s.
Muxalifet3 - 8-05-2019
Təxribat əməllərinə dərhal reaksiya verilməlidir - Millət vəkili
Onların törətdikləri təxribat əməllərinə dərhal adekvat reaksiya verilməlidir. Bu, hər iki ölkənin ictimai rəyinin düzgün yönləndirilməsi nöqteyi-nəzərdən vacibdir. Muxalifet.az xəbər verir ki, bunu Bakıda Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvlərinin görüşündə millət vəkili Qənirə Paşayeva deyib. Deputat Qənirə Paşayeva Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, oxşar acı yaşantıların da birləşdirdiyini diqqətə çatdırıb.
Muxalifet3 - 8-05-2019
ASQ təhdidlərdən danışdı: Vəzifəmizi icra edəcəyik
Hakimlərin verdikləri qərarlara görə onların hədəf göstərilməsi qəbuledilməzdir.
Muxalifet.az xəbər verir ki, bu barədə Ali Seçki Qurumu (ASQ) bəyanat yayıb.
"Seçki Qurumu təzyiq, hədə-qorxu, böhtan, təhqir və təhdidlərə baxmayaraq öz vəzifəsini icra etməyə davam edəcək", - bəyanatda qeyd edilib.
Muxalifet3 - 8-05-2019
Azərbaycanda millət vəkillərinin MAAŞI ARTDI - MƏBLƏĞ
Milli Məclisin deputatlarına əlavə xərclər üçün verilən vəsait iki dəfə artırılıb.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, deputatlara əlavə xərclər üçün verilən vəsaitin həcmi aprel ayından etibarən 730 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl deputatlara əlavə xərclər üçün 360 manat verilib.
Muxalifet3 - 8-05-2019
Dövlət məmurunu döyən futbolçularla bağlı - Qərar
"Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.
Moskvanın Presnenski məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Kokorinin 1 il 6 ay, Mamayevin isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib. Hadisənin digər iştirakçıları olan Aleksandrın qardaşı Kirill Kokorin 1 il 6 ay, Aleksandr Protasovitski isə 1 il 5 ay müddətinə cəzalandırılıb.Muxalifet3 - 8-05-2019
Nazir Qessellə görüşdü - Foto
Azərbaycanda səfərdə olan Avropa Şurası Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti Ədliyyə Nazirliyində olub.
Muxalifet3 - 8-05-2019
SON DƏQİQƏ: Rus hərbi bazaları BOMBARDAN EDİLİR – Dünya ŞOKDA
Bu gün də Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına hücum edilib.
Muxalifet.az xəbər verir ki, Rusiyanın Hərbi Hava Kosmik Qüvvələrinin hücumun qarşısını aldığı bildirilib.
Rusiyalı general-mayor Viktor Kupçişin bazaya 12 raketin atıldığını, havadan müdafiə sistemlərinin hücumun qarşısını aldığını bəyan edib.
Qeyd edək ki, mayın 6-da da sözügedən bazaya hücum edilmişdi.
Muxalifet3 - 8-05-2019
Qrip yenə Ukraynanı cənginə aldı: 63 ölü...
Ukraynada epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından 63 nəfər həlak olub.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, ölənlərdən 20-yə yaxını 17 yaşadək uşaqlar olub. Ötən həftə 80 minə yaxın insan qrip və kəskin respirator virus infeksiyasına tutulub. Bunlardan 68 faizindən çoxu 17 yaşadək uşaqlardır.
Muxalifet3 - 8-05-2019
Bu tarixi foto necə çəkilib? - Fotoqrafçının qızı danışdı
Sovet İttifaqının II Dünya müharibəsində almanlara qalib gəldikdən sonra Berlində parlament binasının damından bayraq asılarkən çəkilən fotonun tarixçəsi bəlli olub.
Muxalifet.az xəbər verir ki, fotonu çəkən Yevgeni Haldeyin qızı Anna sözügedən tarixdən danışıb.
Sovet hərbi fotoqrafçının qızı Anna Haldey Rusiya Müdafiə Nazirliyinə məxsus Zvezda televiziyasına verdiyi müsahibədə atasının Sovet İttifaqının bayrağını masa örtüyündən özünün tikdiyini və daha sonra 3 əsgərlə birlikdə yarı dağılmış vəziyyətdə olan binanın damına çıxdığını bildirib.Muxalifet3 - 8-05-2019
ŞOK: Xəzərdə gəmimiz qəzaya düşdü - RƏSMİ AÇIQLAMA
Qəza ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" məlumat yayıb.
Məlumatda bildirilir ki, QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqlarin birində qəza baş verməsi barədə məlumatlıyıq:
"Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb.
Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məumatı “Saipem” yayacaq".
Muxalifet3 - 8-05-2019
Fransa təyyarəsi İrana məcburi eniş etdi
Fransaya məxsus sərnişin təyyarəsi İranın İsfahan şəhərinin hava limanına məcburi eniş edib.
Muxalifet.az xəbər verir ki, təyyarənin daha öncə İsfahan səmasında yoxa çıxdığı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, təyyarə Parisdən Mumbaya səfər edirdi. Təyyarənin hansı səbəbdən məcburi eniş etdiyi barədə məlumat verilməyib.
Muxalifet3 - 8-05-2019
Axtarışda olan təhlükəli qadın terrorçu MƏHV EDİLDİ
Türkiyənin təhlükəsizlik qüvvələri “Çınar-101 şəhid çavuş Məhməd Arıkan” adlı antiterror əməliyyatı keçirib.
Muxalifet.az xəbər verir ki, əməliyyat nəticəsində daha bir təhlükəli terrorçu məhv edilib.
Əməliyyat Türkiyənin Mardin vilayətinin Nusaybin rayonu ərazisində aparılıb.
Məhv edilən iki qadın terrorçudan biri nazirlik tərəfindən axtarışda olan “Aqirin” ləqəbli Xanım Çelik olub. Onun ələ keçirilməsi üçün hökumət 300 min Türkiyə lirəsi (təxminən 50 min ABŞ dolları) pul ayırmışdı.
Muxalifet3 - 8-05-2019
Tramp İrana qarşı hərəkətə keçdi - Fərman
ABŞ Prezidenti Donald Tramp İrana yeni sanksiyaları özündə ehtiva edən fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, fərman dəmir və alüminium sektorunu əhatə edir.
Məqsəd nüvə silahı proqramına əngəl olmaqdır.
Qeyd edək ki, İran bu gün nüvə müqaviləsindən qismən çıxdığını açıqlayıb.
Muxalifet3 - 8-05-2019
Daha bir təyyarə aeroportda qəzaya uğradı - Foto
“Biman Banqladeş Eyrleyns”ə məxsus “Bombardier Daş 8 Q400” sərnişin təyyarəsi Myanmanın Yanqon beynəlxalq hava limanına enişi zamanı qəzaya uğrayıb.
Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, eniş zamanı pilot idarəetməni itirib və nəticədə təyyarə eniş-uçuş zolağından çıxıb.
Hadisə nəticəsində göyərtədə olan 31 sərnişindən 19-u xəsarət alıb.
Onların arasında Banqladeş, Myanma, Çin, Kanada, Fransa və İsveçrə vətəndaşları var.
Muxalifet3 - 8-05-2019
Xəzərdə partlayış zamanı xarici neftçilər də xəsarət alıblar - VİDEO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib. Daha sonra yanğın başlayıb.
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb. Yaralananlardan 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə özəl klinikalardan birinə aparılıb. 3 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Onlardan iki nəfəri Azərbaycan, biri isə Malayziya vətəndaşıdır.Muxalifet - 9-05-2019
Çempionlar Liqasında ikinci finalçı – “TOTTENHEM”
Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Muxalifet.az-ın məlumatına görə, “Ayaks” və “Tottenhem” komandaları qitənin bir nömrəli klub turnirində finala vəsiqə uğrunda cavab matçına çıxıblar. İngilislər qarşılaşmadan 2-3 hesabla qalibiyyətlə ayrılaraq, adlarını finala yazdırmağı bacarıblar. “Tottenhem”i finala aparan qolları 55, 59 və 90+6-da Lukas vurub.
Xatıradaq ki, Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəlmişdilər.Muxalifet - 9-05-2019
ABŞ-ın İrana qarşı təyyarə gəmisini göndərməsinin arxa planı
ABŞ-ın “Daily Beast” xəbər saytında yer alan və adı açıqlanmayan bəzi üst səviyyə Amerikalı nümayəndələrə əsaslandırılan iddia Amerika ictimaiyyətində əks-səda verib.
Muxalifet3 - 9-05-2019
Trampdan İran həmləsi: Yeni sanksiyaları açıqladı
ABŞ prezidenti Donald Tramp İrana yeni sanksiyaları ehtiva edən qərarı açıqlayıb. Yeni sanksiyalar dəmir, polad və alüminium qismini əhatə edir. Məqsəd nüvə silahı proqramının maliyyələşməsinə əngəl olmaqdır.
Donald Tramp İrana qarşı polad və metal sənayesi ilə bağlı iş görən bəzi xarici maliyyə qurumlarına sanksiya tətbiqinə icazə verən bir fərman imzalayıb.
Müxalifət.azMuxalifet3 - 9-05-2019
Bu gün 9 May - Qələbə günüdür
Bu gün 9 May - Qələbə günüdür.
"Report" xəbər verir ki, alman faşizmi üzərində qələbədən 74 il ötür.
Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub.
Muxalifet - 9-05-2019
Yaxın Şərqin “muzdlu qatili” ortalığa çıxdı
BƏƏ və Səudiyyənin dəstəyi ilə Sudanda baş tutan çevrilişdən sonra Yaxın Şərqin "muzdlu qatili" Məhəmməd Dahlan səhnəyə çıxıb. Sudanın paytaxtı Hartuma gedən Dahlanın hərbi keçid şurası ilə görüşdüyü bildirilir.
Muxalifet3 - 9-05-2019