Axtarış
The search found 105777 results in 0.022 seconds.
Search results
“İşığın limiti ən azı 500-600 kilovatadək artırıla bilər” - AÇIQLAMA
Milli Məclisin son iclasında irəli sürülən təbii qaz və elektrik enerjisinə görə, əhaliyə qoyulan limitin artırılması təklifi qısa müzakirələrdən sonra öz töhfəsini verməyə başladı. Belə ki, irəli sürülən təklif müzakirə olunduqdan sonra əhaliyə qoyulan təbii qaz limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırıldı. Ancaq təklifdə təbii qazla yanaşı qeyd olunan elektrik enerjisi barədə hələ də yekun rəsmi qərar verilməyib. Hazırki durumda əhaliyə qoyulan elektrik enerjisi limit aylıq 300 kilovat-saat üçün 7 qəpik, 300 kilovat-saatdan çox olan hissə üçün isə 11 qəpikdən hesablanır.
Muxalifet - 8-05-2019
Komitə popkorn satan uşaqla bağlı araşdırmalara BAŞLADI
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) popkorn satan uşaqla bağlı araşdırmalara başlanılıb.
Bu barədə Unikal.org-a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.
O bildirib ki, hadisə ilə bağlı AQUPDK-ya müraciət olunub:Muxalifet - 8-05-2019
Sürücülərə VACİB XƏBƏRDARLIQ
Bakı Nəqliyyat Agentliyi (BNA) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
BNA-dan Muxalifet.az-a verilən məlumata görə, Agentlik Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.Muxalifet - 8-05-2019
ÇİNƏ QARŞI ABŞ RUSİYA İLƏ BİRGƏ HƏRƏKƏT EDİR? - Yeni balans Türkiyə üzərində qurulur - ARAŞDIRMA
Ergün Diler,
“Takvim”, Türkiyə, 08 may 2019-cu il
Futbolun nə olduğunu bilməyən birini düşünün. Televizorunu açır və bir futbolçunun qarşısındakı rəqibinə sərt həmləsini görür. Çaşır.
Kamera kadrı bir az böyüdür, sahədə iki futbolçudan başqa digər oyunçuların da olduğunu görür.
Kadr bir az da böyüdükdə, sahədə 22 futbolçu, iki qapı və hakimlərin olduğunu anlayır.
Kamera bu dəfə yuxarı istiqamətlənir və ekrana böyük stadion və içindəki minlərlə adam gəlir.
Muxalifet - 8-05-2019
“AZƏRBAYCANDA EŞŞƏYƏ 40, FƏHLƏYƏ 8 MANAT AYRILIR…” - Arxeologiya İnstitutunun direktorundan ŞOK açıqlama
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qalmaqal yaradacaq açıqlama ilə çıxış edib.
Muxalifet - 8-05-2019
Bunu edənlər 5 min manat cərimələnəcək - SƏRT XƏBƏRDARLIQ
AFFA Avropa Liqasının final matçı üçün nəzərdə tutulan biletləri “qara bazar”da satmaq istəyən şəxslərə xəbərdarlıq edib.
Biletlərin “qara bazar”a çıxarılması və təkrar satışı qəti qadağandır.
Bu cür hallar baş verəcəyi təqdirdə, satışa çıxarılmış biletlər dərhal etibarsız hesab olunaraq blok ediləcək. Həmçinin bileti satmaq üçün əldə etmiş şəxs 5 min manat məbləğində cərimə olunacaq.
“Qara bazar”dan alınmış biletlə stadiona daxil olmaq istəyən şəxslər isə kompensasiya ödənilmədən stadiona buraxılmayacaq.Muxalifet - 8-05-2019
"Real"dan Mbappe üçün 280 milyonluq təklif
Yeni mövsümdə iştirak etdiyi bütün turnirlərdə uğur qazanmaı hədəfləyən "Real" PSJ-nin ulduzu Kilian Mbappeyə təklif göndərməyə hazırlaşır.
Qol.az-ın "France Football" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" fransız hücumçu üçün parislilərlə 280 milyon avro verməyə hazırdır. Əgər keçid gerçəkləşərsə, bu, futbol tarixində bir oyunçu üçün ödənilən ən yüksək təzminat məbləği olacaq. Hələlik bu rekord 2 il öncə "Barselona"dan 222 milyon avro qarşılığında PSJ-yə transfer olunan Neymara məxsusdur.
Muxalifet - 8-05-2019
İranın nüvə qərarından sonra ABŞ hərəkətə keçdi
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə müqaviləsindən birtərəfli çəkilməsinə qarşılıq, "İran nüvə müqaviləsi çərçivəsində könüllü şəkildə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməməyi maraqlarına uyğun görmüşdür" - deyib.
İran prezidenti Həsən Ruhani də ABŞ-ın sanksiyalarına qarşılıq 60 gün ərzində İranın nüvə müqavilə maraqları qorunmasa, zənginləşdirilmiş uran səviyyəsini artıracaqlarını açıqlayıb.Muxalifet3 - 8-05-2019
Əməkdar jurnalist yeni vəzifəyə təyin olundu
Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsində (DGK) işə başlayıb.
E.Babayevə Dövlət Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin inspektoru vəzifəsi həvalə olunub.
DGK-nin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov "Report"a faktı təsdiqləyib. O bildirib ki, E.Babayev DGK-da bu gündən fəaliyyətə başlayıb.Muxalifet - 8-05-2019
Kral ailəsində BİR İLK: Körpə ABŞ prezidenti ola bilər
İngiltərə şahzadəsi Harri və amerikalı həyat yoldaşı Meqan Marklın 6 may tarixində dünyaya gələn körpəsi kral ailəsində bir ilkə imza atıb.
İngiltərənin vəliəhd şahzadəsi olan körpə eyni zamanda ABŞ prezidenti də ola bilər.
Belə ki, ABŞ-da 5 il yaşayan hər bir amerikalının övladı avtomatik olaraq bu ölkənin vətəndaşı olur. Meqan Markl isə hələ də ABŞ vətəndaşıdır. Beləliklə, körpə ikili vətəndaş olur. Bu durum kral ailəsində bir ilkdir./Publika.azMuxalifet - 8-05-2019
ABŞ-a soyuq duş: Silahlar Rusiya və Çindən alınacaq
İraq Parlamentinin Təhlükəsizlik Komissiyasının sədrinin verdiyi açıqlamada, başlıca olaraq ABŞ silahını istifadə edən İraq ordusunun əsgərləri üçün daha çox əlverişli olmasına baxmayaraq Rusiya istehsalı silahlardan uzaqlaşdığını deyib.
Muxalifet3 - 8-05-2019
MDB-nin üç ölkəsi “Ölümsüz alay”a izn vermədi
Özbəkistan hökuməti ölkədə “Ölümsüz alay” aksiyasının keçirilməsinə izn verməyib.
Muxalifet.az xəbər verir ki, bu məlumatı Daşkənd meriyasının mətbuat xidməti yayıb. Məlumata görə, qadağaya səbəb aksiyanın hərəkət marşrutunun lazımi orqanlarla razılaşdırılmaması olub.
Özbəkistanla yanaşı daha iki ölkədə “Ölümsüz alay”a qadağa qoyulub. Belə ki, Belarusun Vitebsk Şəhər Administrasiyası, Qazaxıstanın isə Aktobe şəhər rəhbərliyi yürüşə izn verməyib.
Belarusda “Ölümsüz alay” aksiyası yerinə “Belarus xatırlayır” aksiyasının təşkil edilməsi təklif olunub.
Muxalifet3 - 8-05-2019
Təl-Əviv vurulacaqdı, böyük savaşa hazırlaşırıq - Nəhhalə
İsrail ordusu hücumlarını davam etdirsəydi, bir neçə saat sonra Təl-Əviv vurulacaqdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri İslami Cihad Hərəkatının Baş katibi Ziyad ən-Nəhhalə deyib.
Baş katib İsrail ordusunun Böyük Qayıdış Yürüşü nümayişlərinin iştirakçılarına atəş açdığını və bu səbəbdən də snayperlərin əsgərləri vurmağa məcbur qaldığını bildirib. Qəzza zolağında yaşanan son hadisələri döyüş güllələrilə keçirilmiş bir təlim kimi qiymətləndirən ən-Nəhhalə qaçılmaz olaraq gördükləri böyük savaşa hazırlaşdıqlarını ifadə edib.Muxalifet3 - 8-05-2019
Prokurorluqdan baş redaktora xəbərdarlıq
Baş Prokurorluqda aparılmış araşdırmalarla “Gundemxeber.az” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla aidiyyəti dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.
Muxalifet3 - 8-05-2019
Hardasan?!
Hikmət Nikbin
(İmadəddin Nəsiminin 650 illiyinə həsr olunur)
Nə eşqmiş bu, nə sevdaymış...qaynadı qanım, hardasan?!
Yarı canım özümlədir, eyy, yarı canım, hardasan?!
Alov aldı, nəfəsimdən buz alışdı, qana düşdüm-
Elə bildi bahar gəldi hamı...güllü şanım, hardasan?!
Oxşamıram dünənkimə, Yer də ağlamır halımı...
Mən adını İlahiyə deyim ya danım? Hardasan?!
Tanrı verdiyi dünyanı istəmirəm, götürmürəm,Muxalifet4 - 8-05-2019
Gürcüstan patriarxı Keşikçidağ qalmaqalına qarışdı
Gürcüstan patriarxı II İlya Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərliyi ilə görüş keçirib. Muxalifet.az xəbər verir ki, görüşdə GMİ sədri Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev iştirak ediblər. Görüşdə Keşikçidağ Məbəd-Kompleksi ilə bağlı məsələ müzakirə olunub. II İlya məbəd-kompleksi ilə bağlı yaranmış vəziyyətin tezliklə ədalətli və sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.
Muxalifet3 - 8-05-2019
Onların kökü qurudulmalıdır - Lavrov
İdlibdəki terror yuvasının kökü qurudulmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Lavrov Nüsrə Cəbhəsinin bölgədə nəzarəti əlində saxlamaqla yanaşı, Suriya ordusunun mövqelərinə hücumla təşkil etdiyini deyib.
Muxalifet3 - 8-05-2019
Bunun üçün baza yaratmışıq - Amaşov
Bakıda Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvlərinin görüşü keçirilib. Milli Məclisdən verilən məlumata görə, Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan və Gürcüstan xalqlarının tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin hər iki dövlətin hazırkı strateji müttəfiqliyi müstəvisində daha da inkişaf etdiyini vurğulayıb.
Muxalifet3 - 8-05-2019
SON DƏQİQƏ: ABŞ bombardmançıları körfəzə göndərdi - Müharibə BAŞLAYIR
İranın nüvə proqramının məhdudlaşdırılması haqqında müqavilənin bəzi bəndlərinə əməl etməyəcəyini bəyan etməsindən dərhal sonra ABŞ növbəti addımını atıb. Muxalifet.az xəbər verir ki, rəsmi Vaşinqton Qətərdəki Əl-Udeyd hərbi bazasına strateji bombardmançı “B-52H Stratofortress” tipli təyyarələr göndərmək qərarına gəlib. Bu təyyarələr “Tomaqavt” tipli qanadlı raket daşımaq üçün nəzərdə tutulub. “Tomaqavt” tipli raketlər hədəfə doğru yönəldilərək qərargahdan idarə olunur və böyük dağıdıcı qüvvəyə malikdir. Təyyarələr artıq ABŞ-ın Luiziana ştatındakı “Barksdley” hərbi bazasından çıxıb.
Muxalifet3 - 8-05-2019
Orucluq zamanı bədəninizdə nə baş verir?
Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur.
BBC xəbər verir ki, son illərdə Ramazan ayı şimal yarımkürəsində günün işıqlı vaxtının uzandığı və havaların daha isti keçdiyi yay aylarına təsadüf edib (bu il Ramazan ayının Britaniyada mayın 16-da başlayacağı gözlənilir.
Nəticədə, misal üçün Norveç kimi ölkələrdə oruc tutan insanlar hər gün 20 saatadək yemək qəbul etməməli olacaq.
Bu, insan səhhətinə necə təsir göstərə bilər? İnsan 30 gün ərzində oruc olanda bədənində hansı dəyişiklik baş verir?Muxalifet3 - 8-05-2019