Axtarış
The search found 105777 results in 0.03 seconds.
Search results
Trakyadakı 20 trilyon kubmetr təbii qaz tapılması xəbərinin əsli - İNGİLİS MƏTBUATI NƏDƏ SƏHV EDİBMİŞ?
Türkiyənin Trakya rayonunda 20 trilyon kubmetrlik təbii qaz ehtiyatının tapılması ilə bağlı bu günlərdə yayılan xəbərlərdə yalnışlıq olduğu ortaya çıxıb. Ərazidə qazma işləri aparan “Valeura” adlı Kanada şirkətinin mənbələri əslində 20 trilyon “tcf” təbii qaz ola biləcəyi proqnozunu verdiklərini bildiriblər. Türkiyənin “Habertürk” nəşrinin yazdığına görə, ABŞ sistemində istifadə edilən bu həcm vahidi kubmetrə çevrildikdə 500-550 milyard kubmetr demək olurmuş.
Yalnış xəbəri İngiltərə qəzeti yayıbMuxalifet - 8-05-2019
Bakıda dərsdən qaçan şagirdin həyatı TƏHLÜKƏDƏ: Məktəbin 2-ci mərtəbəsindən tullandı və... - VİDEO
239 saylı məktəbdə dərsdən qaçan şagirdin videosu yayılıb.
Muxalifet.az big.az-a istinadən xəbər verir ki, dərsdən qaçmaq üçün məktəbin ikinci mərtəbəsindən atlanan şagird həyatını təhlükəyə atıb. Videonu prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşıb. O, paylaşdığı videoya bu şərhi yazıb:
"Bu nədir? Məktəbdən qacmaq belə vacibdir ? Bu uşaq anlamır ki , ayağı sınar və şikəst olar ? Yəni bu məktəbin direktoru bu şagirdin valideynlərinə heç nə deyə bilmir ? Pəncərədən çantanı atan kimdir?"
Sözügedən videonu təqdim edirik:Muxalifet - 8-05-2019
Azərbaycanda İLK: Xəstələrə “ağıllı xəstə qolbağı” paylanıldı
Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb.
Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, həmin səhiyyə müəssisəsində xəstələrə “Ağıllı xəstə qolbağı” paylanılıb. Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər.Muxalifet - 8-05-2019
Pop-corn satan uşaqdan Rasim Musabəyova AÇIQ MƏKTUB - FELYETON
Bilmirəm müraciətimi necə başlayım, hardan başlayım, əmi deyim, dayı deyim, deputatmı deyim…
Yüz illik insanın mənəvi yükü indidən məni çökdürüb, dizlərim əsir. Soyuqdan, şaxtadan, aclıqdan deyil, məhz üzərimə vaxtından 50 il qabaq düşən bu mənəvi yük dizlərimi əsdirir. İndi də yeni tapdığım iş əlimdən çıxdı, yüküm ikiqat artdı…eybi yox, birtəhər vəziyyətdən çıxacam. Amma və lakin…Muxalifet - 8-05-2019
Rüfət Axundov və Rəşad İlyasovun niyyəti GERÇƏKLƏŞMƏDİ
"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Rəşad İlyasov və Rüfət Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən icraata qəbul edilməyib.
Rəşad İlyasovun vəkili Şahmar Məmmədov məhkəmənin verdiyi bu qərarın tam ədalətli olduğunu deyib.Muxalifet - 8-05-2019
Prezident xalq artisti Qurban İsmayılova mənzil bağışlayıb
Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Qurban İsmayılova mənzil bağışlayıb.
Bu barədə ONA-ya aktyor özü məlumat verib.
O bildirib ki, mənzil şəraiti ilə bağlı dövlət başçısına müraciət edib: “Prezident müraciətimi müsbət qarşılayıb. Mənə verilən mənzil Yeni Yasamalda yerləşir. Mənzil 3 otaqdan ibarətdir. Ölkə başçısına mənə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”.
Muxalifet - 8-05-2019
“Ərdoğan onunla görüşdükdən sonra…” – İstanbul prosesinin SENSASİON PƏRDƏARXASI
“İstanbulda siyasi dram baş verir, artıq etirazçılar küçələrə çıxmağa hazırlaşır. Buna səbəb martın 31-də müxalifətçi Əkrəm İmamoğlunun qalib gəldiyi bələdiyyə seçkilərinin İstanbul üçün nəticələrinin ləğv edilməsidir”.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Yuri Mavaşev deyib.
Ekspert nəticələrin ləğv edilməsinin arxasında görünməyən qüvvələrin durduğunu iddia edib:
“Baş verənlər Prezident Ərdoğanın siyasi müstəqilliyini itirdiyini göstərir.Muxalifet - 8-05-2019
Davudoğlu MSK-nın qərarını tənqid etdi - "DEMOKRATİK DƏYƏRLƏRƏ ZƏRBƏDİR"
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu İstanbulda təkrar bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) qərarını tənqid edib.
Sabiq baş nazir MSK-nın bu qərarının beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.
Ə.Davudoğlu əlavə edib ki, MSK-nın qərarı, həmçinin Türkiyədə demokratik dəyərlərə zərbədir./TrendMuxalifet - 8-05-2019
General 5 yüksək vəzifəli şəxsi işdən çıxardı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib.
Muxalifet - 8-05-2019
Təcili tibbi yardım maşınları cərimə edilir - Polis səbəbi açıqladı
Azərbaycanda təcili tibbi yardım maşınlarına böyük məbləğlərdə cərimələr yazılır.
Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət daxil olub.
İddia olunur ki, sözügedən maşınların qanunla kateqoriya üstünlüyü nəzərə alınmalı olsa da, Dövlət Yol Polisinin tətbiq etdiyi cərimələrə əsasən, bu üstünlüyün nəzərə alınmadığını demək mümkündür.Muxalifet - 8-05-2019
"Sən əxlaqsızsan, get Elina kimi özünü..." - 175 saylı məktəbdə QALMAQAL
175 saylı orta məktəbdə daha bir Elina faciəsi yaşana bilər.
Muxalifet.az AFN-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl həmin məktəbdə böyük qalmaqal yaşanıb.
Mənbənin bildirdiyinə görə, 8-ci sinif şagirdi (adları açıqlanmır-red.) olan oğlanlar sinifə spirtli içki və prezervativ gətirib:
“Oğlanlardan biri içkidən içib prezervativi qızlara göstərib. Bir nəfər qızı isə ağır formada təhqir edib, “sən əxlaqsızsan, get Elina kimi özünü pəncərədən at öldür” deyib.Muxalifet - 8-05-2019
“Nar”-ın dəstəyi ilə keçiriləcək NETTY-2019 mükafatına sənəd qəbulu davam edir
“Nar”-ın əsas tərəfdaşlığı ilə keçiriləcək NETTY-2019 Azərbaycanın milli internet mükafatı üçün sənəd qəbulu davam edir. Müsabiqədə iştirak etmək üçün ərizə qəbulu mayın 24-də başa çatacaq. Qeyd edək ki, ərizələr http://www.netty.az saytında qəbul edilir. Mayın 24-dən 31-dək mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi keçiriləcək. 01 iyunda isə NETTY Akademiyası nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün səsverməyə başlayacaq.
Muxalifet4 - 8-05-2019
Ermənilər qondarma "DQR" bayrağı ilə beynəlxalq yarış keçirdi - Qarabağda - VİDEO
Separatçı rejim Qarabağda sambo üzrə beyməlxalq yarış keçirib.
“Victory Cup” adlı beynəlxalq turnirə Rusiya, Ukrayna və.s kimi ölkələrin yeniyetmə və gənclərdən ibarət komandaları qatılıb. Yarışın baş tutduğu zalda Rusiya, Ukrayna kimi ölkələrlə yanaşı Qondarma Dağlıq Qarabağ Respublikasının da bayrağı asılıb. Qalib idmançıları Qondarma Dağlıq Qarabağ Respublikasının Bako Sahakyan mükafatlandırıb.Muxalifet - 8-05-2019
SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü, 8 yaralı/FOTO (YENİLƏNDİ)
Şəmkir rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
"VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası 1945-ci il təvəllüdlüSücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.***
Muxalifet - 8-05-2019
Bakıda azyaşlı qıza qarşı ƏXLAQSIZLIQ
Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Cavid Əhmədov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
Muxalifet.az "ölkə.az"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə hazırlıq iclası may ayının 14-də hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Cavid Əhmədov paytaxtın Xətai rayonunda 14 yaşına çatmayan Sevda Məmmədovaya (ad və soyad şərti verilib – red.) əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinir.Muxalifet - 8-05-2019
Düşmənlə sərhəddə NÜVƏ TƏHLÜKƏSİ - Koziyindən SENSASİON SÖZLƏR
Ukraynanın paytaxtı Kiyevdə yerləşən Avro-Atlantik Əməkdaşlıq İnstitutunun hərbi mütəxəssisi İqor Koziyin son açıqlaması gündəm olub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hərbi mütəxəssis Ukraynanın Rusiya ilə sərhədinə nüvə minası döşənməsini məsləhət görüb. Koziy Rusiyanın təcavüzkar siyasətinə qarşı bu addımın atılmasını vacib hesab edir. O, Kiyevin taktiki nüvə silahı və bu silahların ixracatı üçün metodlar yarada biləcəyini bildirib.
Muxalifet - 8-05-2019
Pakistanda terror aktına görə məsuliyyəti “Hizbul Ahrar” qruplaşması öz üzərinə götürüb
Pakistanın Pəncab əyalətinin Laxor şəhərindəki Data-Darbar məbədi yaxınlığında törədilmiş terror aktına görə məsuliyyəti “Hizbul Ahrar” qruplaşması öz üzərinə götürüb.
AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 30-a yaxın insan yaralanıb. Yaralananlardan 9-nun vəziyyəti ağırdır.
Muxalifet - 8-05-2019
"Həyat yoldaşıma xəyanət edirdim" - Azərbaycanlı aktrisadan ŞOK ETİRAF
"Özümü belə sınamaq daha xoşdur". Muxalifet.az xəbər verir ki, bu sözləri ATV telekanalında yayımlanan "Qara yazı" serialının aktrisası Aygün Rəhimova aznews.az-a danışarkən deyib. O, ilk dəfədir ki, xəyanətkar qadın rolunu oynadığını bildirib: "Burada həyat yoldaşıma xəyanət edirdim. Amma canlandırdığım rol, öz daxilində pis qadın deyil. Həmişə müsbət rollarda idim, bu səfər də özümü belə sınamağa qərar verdim".
Muxalifet - 8-05-2019
Ukrayna Donbas sakinlərinə verilən Rusiya pasportunu tanımayacaq
“Ukrayna Donbas sakinlərinə verilən Rusiya vətəndaşlıq pasportunu tanımayacaq”. “
Bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman Nazirlər Kabinetinin iclasında bildirib.
“Bizim torpaqlarımızda, müstəqil Ukrayna dövlətinin ərazisində istənilən beynəlxalq normaları pozaraq vətəndaşlarımıza veriləcək pasportlar qanunsuz elan olunacaq. Nazirlər Kabineti bununla bağlı bu gün müvafiq qərar qəbul edəcək. Bundan başqa, digər ölkələrə müraciət etmişik ki, bu pasportları etibarsız hesab etsinlər”, - deyə Qroysman söyləyib.Muxalifet - 8-05-2019
Türk mətbuatı Şuşanı belə andı - VİDEO
Bu gün Qarabağın incisi sayılan Şuşanın işğalından 27 il ötür.
Türkiyənin nüfuzlu “Haber Global” kanalı Şuşanın işğalı ilə bağlı geniş süjet hazırlayıb.
Süjetdə Şuşanın qədimliyindən, Azərbaycan üçün önəmindən söhbət açılıb. Köhnə kadrlar üzərində aparıcı Şuşanın tarixi, yaranması barədə məlumat verir, Azərbaycan üçün mədəniyyət mərkəzi olduğunu diqqətə çatdırır. Bundan əlavə Şuşadan çıxan məşhurlar, musiqiçilər, işğal nəticəsində dağıdılan 600 mədəniyyət abidəsi barədə məlumat verilir./Ölkə.azMuxalifet - 8-05-2019