Axtarış

The search found 105777 results in 0.028 seconds.

Search results

  1. ​Ayfon 6-nın istehsalı dayandırıldı

    Əpl (Apple) şirkəti Ayfon 6 xəttinin istehsalını dayandırmaq qərarına gəlib.
    Muxalifet.az xəbər verir ki, şirkət 2014-cü ildən 2016-cı ilədək dövriyyəyə buraxılan Ayfon 6, Ayfon 6 Plus, Ayfon 6s, Ayfon 6s Plus və SE modellərinin istehsalını dayandırmağı planlaşdırır. “Əpl” cəmi 250 milyon Ayfon 6 və onun variantlarını satıb. Bu smartfonlar xətti şirkətin ən çox satılan məhsullarına çevrilib.
    Ayfon 6-dan imtinaya səbəb son illər ərzində iOS əməliyyat sisteminə artan tələbat olub ki, sabit iş üçün qurğunun gücü buna kifayət etməyib.
     

    Muxalifet3 - 7-05-2019

  2. Kiyevdən qərar: Rusiyanın adamı həbsdə qaldı

    Kiyevin Podolsk məhkəməsi “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinskinin həbs müddətini uzadıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə onun vəkili Andrey Domanski məlumat yayıb.
    “Həbs müddətinin iyulun 22-nə qədər uzadılması qərarı verildi. Qərarın dəyişdirilməsi ilə bağlı müraciət rədd edilib”, - deyə vəkil bildirib.
    Qeyd edək ki, ötən il “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinski Xerson bölgə məhkəməsi tərəfindən həbs edilib.
     

    Muxalifet3 - 7-05-2019

  3. Beş nəfər girov götürüldü: polis hərəkətə keçdi

    Fransanın Tuluz şəhəri yaxınlığında, Blanyak kommunasında tütün satışı məntəqəsində 5 nəfər girov götürülüb.
    Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib.
    Silahlı şəxs polisin geri çəkilməyəcəyi təqdirdə girovları öldürəcəyini bildiriblər.
    Olayla bağlı daha ətraflı məlumat verilmir.
     

    Muxalifet3 - 7-05-2019

  4. ​İmamoğlundan inanılmaz sözlər: Oğurluq etdilər!

    Ali Seçki Qurumu (ASQ) oğurluq etdi. Muxalifet.az xəbər verir ki, bu sözləri İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu FOX TV-də çıxışı zamanı deyib. “Bu, böyük haqsızlıq, ədalətsizlikdir. Biz buna layiq deyildik. Mən buna təəssüflənirəm”, - deyə İmamoğlu bildirib. Qeyd edək ki, dünən ASQ İstanbulda seçki nəticələrinin ləğvi ilə bağlı qərar verib.

    Muxalifet3 - 7-05-2019

  5. Abdullah Güldən Ərdoğana mesaj: Təəssüf edirəm...

    Türkiyənin sabiq prezidenti Abdullah Gül ASQ-nin İstanbulda seçki nəticələrinin ləğvi qərarına münasibət bildirib.
    Muxalifet.az xəbər verir ki, A.Gül Tvitter mikrobloqunda bu qərardan təəssüfləndiyini qeyd edib.
    “Konstitusiya Məhkəməsinin 2007-ci ildəki 367 saylı qərarı zamanı nə hiss etmişdimsə, Ali Seçki Qurumunun dünənki qərarında da eyni hisləri yaşadım. Təəssüf, bir arpa boyu qədər məsafə qət edə bilməmişsiniz!”, - Gül bildirib.
     

    Muxalifet3 - 7-05-2019

  6. Rusiya da müsəlmanlara qarşı çıxdı - YENİ QADAĞA

    Rusiyada kütləvi hicab qadağası tətbiq olunub. Penza şəhərinin 20 orta məktəbində belə yasaq qərarı çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, “RİA Novosti” bununla bağlı məlumat yayıb. Məlumatda prokurorluğun belə tələbi olduğu yazılıb.
    Oktyabr rayon prokurorluğu birbaşa qadağa qərarı çıxarılmadığını iddia edir. Bildirilib ki, məqsəd ekstremist fəaliyyətlərə qarşı mübarizənin əsas prinsiplərinə, həmçinin, yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarına hörmət etməkdir. Məktəb rəhbərlərinə bu prinsip təqdim olunub və müsbət cavab alınıb.

    Muxalifet3 - 7-05-2019

  7. Prezident Milli Qvardiyanın rəhbərini işdən çıxartdı

    Ukrayna Prezidenti Pyotr Poroşenko Milli Qvardiyanın rəhbəri Yuri Allerovanı vəzifəsindən azad edib. Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin saytı məlumat yayıb. Qeyd edək ki, Y.Allerov 2015-ci ilin dekabrında bu vəzifəyə təyin edilmişdi.

    Muxalifet3 - 7-05-2019

  8. Çinin müsəlmanlara qarşı mənəvi terroru davam edir

    2016-cı ildən etibarən Çinin Sincan Uyğur Muxtar Bölgəsində 20-dən artıq məscid və islam dininə aid müxtəlif tikili tamamilə və ya qismən sökülüb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, peyk fotoşəkilləri vasitəsilə 100 məscid və ziyarətgahın xəritələrdə yeri yoxlanılıb.

    Muxalifet3 - 7-05-2019

  9. Problemli kreditlərlə bağlı açıqlama: Əhalininin 72 faizi...

    Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq, vaxtilə ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya almalı olan vətəndaşların 71,8%-nə ödəniş edilib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

    Muxalifet3 - 7-05-2019

  10. ​Bakıda bu avtomobillər bahalaşdı

    2019-cu ilin martında təkrar kiçiklitrajlı avtomobil bazarında (mühərrikin həcmi 2 litrədək) orta qiymət 14 870 manata bərabər olub.
    Bunu  "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.
    Ekspert qeyd edib ki, fevral ayı ilə müqayisədə 7,03 faiz artım müşahidə olunub. Mühərrikinin həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat (11,21 faiz azalma), 3 litrdən yuxarı həcmli avtomobillərin orta qiyməti 91 143 manat (7,78 faiz azalma) təşkil edib.

    Muxalifet3 - 7-05-2019

  11. ​İnterpol 43 yaşlı azərbaycanlını axtarır

    İnterpol daha bir Azərbaycan vətəndaşını axtarışa verib. Muxalifet.az-ın məlumatına görə, 1976-cı ildə Qusar rayonunda anadan olan Faiq Musayev qanunsuz silah saxlamaq və qanunsuz silahlı cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilir. F.Musayev Azərbaycanın məhkəmə orqanının qərarı ilə axtarışa verilib.

    Muxalifet3 - 7-05-2019

  12. ​Ramazan ayının üçüncü gününün - DUASI VƏ TƏQVİMİ

    Muxalifet.az Ramazan ayının 3-cü gününün təqvimi və duasını təqdim edir. 
    03 ramazan 1440 - 8 may 2019
    İmsak: 03:54
    İftar: 19:58
    3-cü günün duası: 

    Muxalifet3 - 7-05-2019

  13. Trampın hazırladığı “Əsrin Müqaviləsi” yayıldı - SENSASİON DETALLAR

    İsrail baş naziri Binyamin Netanyahuya yaxınlığı ilə tanınan “Israel Hayom” qəzeti ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin məsələsinin həllində yaxında açıqlanması gözlənilən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misirin də dəstək verdiyi bildirilən "Əsrin Müqaviləsi" planının rəsmi olmayan maddələrini yayıb.
     
    Qəzetdə yer alan və ABŞ, İsrail və ya Fələstin orqanlarından hər hansı bir açıqlama verilməyən sözügedən planın əsas maddələri belədir:
     
    1- Müqavilə
     

    Muxalifet3 - 8-05-2019

  14. 27 il əsarətdə qalan ŞUŞA - Daha neçə il yolumuzu gözləyəcək...

    Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür.

    Xatırladaq ki, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.

    Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən çox azərbaycanlı şəhid, 102 nəfər əlil olub, 165 nəfər isə itkin düşüb.

    Muxalifet4 - 8-05-2019

  15. Maduroya qarşı çıxdı deyə, ABŞ sanksiyaları ləğv etdi

    ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuelanın keçmiş Milli Kəşfiyyat Xidmətinin sədri Figueraya qarşı sanksiyaları ləğv etmə qərarını bu gün paytaxt Vaşinqtonda iştirak etdiyi bir tədbirdəki çıxışında bildirib.
     
     “Figueranın demokratiya və hüququn üstünlüyünü dəstəkləyən son hərəkətlərinə baxaraq bu gün ABŞ-ın Figueraya tətbiq etdiyi son sanksiyaları ləğv etdiyini açıqlayıram" deyən Pens, Venesuela ordu mənsublarına da Figuera kimi Maduro rejiminə qarşı çıxmalarına çağırıb.
    Müxalifət.az

    Muxalifet3 - 8-05-2019

  16. Tanınmış jurnalist BİABIR ETDİ: “Pullu kişilərə zəng edib...” - VİDEO

    Tanınmış jurnalist Sara Safura şou əhlinin ünvanına kəskin fikirlər səsləndirib.
    Yenicag.az-a açıqlama verən Sara son günlər şəxsi həyatı ilə gündəmə gələn, buna görə sosial şəbəkələrdə sərt tənqid olunan müğənnilərin acıqlarını insanlardan çıxdığını deyib. Bundan qəzəblənən jurnalist onları biabır edib.
    Həmin videonu təqdim edirik:

    Muxalifet - 8-05-2019

  17. İŞİD “Əl-Qaidə” yolu gedir? – TERROR TƏŞKİLATI GİZLİ FƏALİYYƏTƏ KEÇİR

    2017-ci ilin noyabrında İraq, bu ilin 23 martında ABŞ, ötən gün Türkiyə dövlət başçısı, eləcə də İran, Suriya və daha bir neçə dövlət fərqli vaxtlarda İŞİD üzərində qələbə elan edib. Ancaq İŞİD hələ də fəaliyyətini davam etdirir.

    Aprelin 29-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadi 5 ildən sonra videosunu yaydı. Ötən müddətdə 5 dəfə “öldü” xəbəri yayılan Bağdadi həm də düşmənlərinə hələ sağ olduğu və güclü olduğu mesajını verdi.

    Muxalifet4 - 8-05-2019

  18. Səudiyyə Ərəbistanı öldürəcəkdi: ABŞ son anda xilas etdi

    Norveçin sığınma haqqı tanıdığı Fələstinli bir aktivistin Səudiyyə Ərəbistanı mənşəli mümkün təhdid səbəbindən təhlükəsiz bir yerə aparıldığı ortaya çıxıb.
     
     “Guardian” qəzetinin xəbərinə görə, Fələstin əsilli İyad əl Bağdadi 25 apreldə Norveç rəsmiləri tərəfindən evindən alınaraq etibarlı bir yerə aparılıb. Buna səbəb olaraq da Səudiyyə Ərəbistanı mənşəli mahiyyəti bəlli olmayan bir təhdid göstərilib.

    Muxalifet3 - 8-05-2019

  19. "Keşikçi Dağ" qalmaqalının arxasındakı "GİZLİ ƏL" - Bu süni gərginlik kimə lazımdır...

    Son günlər Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” (“David Qareci”) monastır kompleksi ətrafında gərginlik davam edir. Daha doğrusu, Gürcüstandakı bir sıra dairələr bilərəkdən, yaxud bilməyərəkdən gərginliyi körükləyirlər. Belə ki, mayın 6-da Gürcüstanın bir qrup gənc fəalı kompkeksə yaxın ərazidə simvolik zəncir aksiyası keçiriblər. Əl-ələ tutan gürcülər Gürcüstanın dövlət himnini oxuyub, “Bu ərazilər Gürcüstanındır” şüarını səsləndiriblər. Onların təşkilatlandırıldığı və yüksək səviyyədə himayə olunduğu isə şübhəsizdir.

    Muxalifet4 - 8-05-2019

  20. ​Birinci vitse-prezident Bakıda tarixi binanın sökülməsinə qarşı çıxdı - FOTO

    Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyeva bildirib ki, Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir.
     

    Muxalifet4 - 8-05-2019

Pages