Axtarış

The search found 105777 results in 0.025 seconds.

Search results

  1. ​"Sən də başladın soyunmağa" - Yenicə ana olan müğənnini bu fotosuna görə tənqid etdilər

    Aytac Vidadiqızının yeni fotosu yayılıb.
    Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, ifaçı yeni fotosunu instaqram səhifəsində paylaşıb. Fotoda müğənni ağ rəngli qısa ətək və qara uzun çəkmələrə üstünlük verib.
    Foto bir çox izləyicilər tərərfindən bəyənilsə də narazı olanlar da tapılıb.
    "Sən də başladın soyunmağa", "Bununda paltarları get-gedə deyəsən qısalır" kimi narazı şərhlərdə yazılıb.
    Qeyd edək ki, Aytac mərhum müğənni Vidadi Bərdəlinin qızıdır.

    Muxalifet - 7-05-2019

  2. Gömrük postunda vətəndaşlara işgəncə verilməsi xəbərləri ilə bağlı Komitədən AÇIQLAMA - VİDEO

    Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) və qurumlarının fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, qeyri-peşəkar məlumatlar yayımlanmaqdadır.
    Muxalifet.az xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir.
    “Həmin məlumatlarda İranla sərhəddə yerləşən Astara gömrük postunda, guya vətəndaşlara qarşı qanunsuz yoxlamalar tətbiq edildiyi, süni yoxlamalar nəticəsində insanların uzun müddət gömrük zonasında gözlədildiyi, gömrük baxışının xüsusi avadanlıqlarla deyil, fiziki üsullarla həyata keçirildiyi iddia edilir.

    Muxalifet - 7-05-2019

  3. Polis kafenin qarşısında tüfənglə gəzən şəxsi tutdu - Azərbaycanda

    Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.
    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılmış, sonuncu tüfəngi ataraq qaçıb.

    Muxalifet - 7-05-2019

  4. ​Kılıçdaroğlu Seçki Şurası üzvlərini HƏDƏF GÖSTƏRDİ

    Partiyasının TBMM-dəki qrup iclasında çıxış edən CHP sədri Kamal Kılıçdaroğlu Ali Seçki Şurasının İstanbul seçkiləri ilə bağlı qərarını tənqid edərək, bu qərarı “qurma” kimi qiymətləndirib və ASŞ üzvlərini hədəf göstərib. Kılıçdaroğlu ASŞ üzvlərini “cinayətkar dəstənin üzvləri” adlandırıb: “ASŞ-dəki qondarma hakimlər demokratiyadan utanırlarmı? Bilmirəm. Hakim adlandırmalarından utanırlarmı? Bilmirəm. Biz əsən küləyə görə yox, qanuna görə qərar verən bir Ali Seçki Şurası istəyirik. O yeddi nəfər ASŞ içərisindəki şəbəkənin üzvləridirlər.

    Muxalifet - 7-05-2019

  5. SON DƏQİQƏ: Müharibə veteranlarına ŞAD XƏBƏR - Prezident 300 min manat ayırdı

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Muxalifet - 7-05-2019

  6. “Mən Əli İnsanovu niyə dəstəkləməliyəm?” - Etibar Məmmədovdan SƏRT AÇIQLAMA

    “Mən Əli İnsanovun mövqeyini niyə dəstəkləməliyəm? Sosial şəbəkələrdə bunu iddia edənlər qələt edirlər”.

    Muxalifet.az xəbər verir ki, bunu Modern.az-ın sualına cavab olaraq, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədov söyləyib. O qeyd edib ki, sabiq səhiyyə naziri, siyasətçi Əli İnsanova əks və ya onun tərəfində deyil:

    Muxalifet - 7-05-2019

  7. ​Nazir Mədət Quliyevin qardaşı oğluna VƏZİFƏ VERDİ

    Daxili işlər orqanlarında yeni təyinat olub.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
    M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.
    Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.

    Muxalifet - 7-05-2019

  8. ​Rusiyanın qadın əsgərləri "9 may" paradına belə hazırlaşır - VİDEO

    Rusiya dünən paytaxt Moskvada "9 may" paradına hazırlıqla bağlı təlim keçirilib .
    Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, gecə və səhər saatlarında keçirilən tankların və digər zirehli maşınların paradı Rusiyanın qarşıdan gələn II Dünya Müharibəsində "Qələbə Günü"nə hazırlıq məqsədi daşıyıb.
    Parada hazırlıq təlimində piyada qüvvələri, mexanikləşdirilmiş qüvvələr və hava qüvvələri iştirak edib. 
    Təlimdə ən diqqət çəkici anı isə Rus ordusunun qadın əsgərlərinin coşğulu hərəkəti olub. 

    Muxalifet - 7-05-2019

  9. ABŞ-dan Venesuela ilə bağlı yeni həmlə!

    “Reuters” xəbər agentliyi Vaşinqton rəhbərliyinin Venesuela yaxınlarına xəstəxana gəmisi göndərməyi planlaşdırdığını açıqlayıb.
     
    Venesuelada qanuni lider Nikola Maduronu devirmək üçün Xuan Guaidoyu dəstəkləyən ABŞ, gərginliyi artıracaq yeni həmləyə başlayır.
    “Reuters” xəbər agentliyinə danışan ABŞ rəsmiləri, Vaşinqton rəhbərliyinin Venesuela yaxınlarına xəstəxana gəmisi göndərməyi planlaşdırdığını açıqlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 7-05-2019

  10. Müdafiə Nazirliyi sənədli film hazırladı: "Kəşfiyyatçılar - görünmədən görmək, ölmədən dönmək" - VİDEO

    Müdafiə Nazirliyi kəşfiyyatçıların fəaliyyəti ilə bağlı “Kəşfiyyatçılar – görünmədən görmək, ölmədən dönmək” sənədli film hazırlayıb.
    Muxalifet.az Müdafiə Nazirliyinə istinadən həmin filmi təqdim edir:

    Muxalifet - 7-05-2019

  11. Fikrət Qocanın qardaşı vəfat etdi - FOTO

    Tanınmış tərcüməçi Hamlet Qoca vəfat edib.
    Muxalifet.az-ın xəbərinə görə, bu barədə şair-tərcüməçi Səlim Babullaoğlu özünün feysbuk səhifəsində yazıb. 
    Hamlet Qoca Xalq şairi Fikrət Qocanın qardaşıdır.  O, Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Bir çox əcnəbi yazıçıların kitablarını dilimizə tərcümə edib. 
    Allah rəhmət eləsin!

    Muxalifet - 7-05-2019

  12. Öcalanla Qəndil baronları arasında ixtilaf

    Terror təşkilatı PKK-nın terrorçubaşı Abdullah Öcalanın qardaşı Osman Öcalan, Qəndildəki PKK rəhbərliyi ilə İmralı arasında münaqişə olduğunu deyib.
     
     K24-ün xəbərinə görə, PKK ilə Abdullah Öcalan arasında münaqişə olduğunu vurğulayan Osman Öcalan, "Aclıq aksiyaları ölümlərə səbəb olmamalıdır, münasibəti doğru bir yoldur. Amma Qəndil rəhbərliyinin "İmralıda keçirilən görüş müqaviməti zəiflətmək üçün planlaşdırılmışdır” açıqlaması doğru deyil. Qəndil rəhbərliyi legitimliyini itirmişdir" deyib.

    Muxalifet3 - 7-05-2019

  13. Tarkan da biganə qalmadı

    Xəbər verdiyimiz kimi, dünən Türkiyədə Ali Seçki Komissiyası (YSK) İstanbul seçkilərinin nəticələrinin ləğv olunduğunu elan edib.
    Bu qərara biganə qalmayan meqastar Tarkan da öz etirazını sosial şəbəkələr vasitəsi ilə yayıb. Ulduz tvitter hesabında “hər şey gözəl olacaq” həştəqi ilə öz fikilərini yazıb:
    “Ötən gecə gözümə yuxu girməyib. Gəl, gör ki, sabah üfüqdən doğulan işıq həmişəkindən daha parlaqdır. Anladım ki, hər şey gözəl olacaq”./publika

    Muxalifet - 7-05-2019

  14. Türkiyənin ən böyük çadır şəhərciyi boşaldılır

    Türkiyənin ən böyük çadır şəhərciyi sayılan Suruç Çadır Şəhəri Müvəqqəti Sığınacaq Mərkəzi boşaldılacaq.
    Muxalifet.az xəbər verir ki, suriyalı qaçqınların məskunlaşdığı çadır şəhərciyi AFAD-ın koordinasiyası ilə qurulmuşdu.
    35 min suriyalının yerləşdiyi düşərgə 21 iyun tarixinə qədər tamamilə boşaldılacaq.
    Bu qərarın hansı səbəbdən verildiyi məlum deyil.
     

    Muxalifet3 - 7-05-2019

  15. SON DƏQİQƏ: Təyyarəni vurub, pilotu əsir götürdülər - FOTO

    Liviyanın şərqində general Xəlifə Haftara bağlı silahlılar Milli Birlik Hökuməti ordusuna məxsus təyyarəni vurublar.
    Muxalifet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, qırıcını sıradan çıxaran silahlılar, pilotu girov götürüblər.
    Pilotun portuqaliyalı olduğu iddia edilir. Milli Birlik Hökuməti iddialara hələki münasibət bildirməyib.
     

    Muxalifet3 - 7-05-2019

  16. Nazirlik kəşfiyyatçılarla bağlı sənədli film hazırladı - Video

    Müdafiə Nazirliyi kəşfiyyatçıların fəaliyyəti ilə bağlı sənədli film hazırlayıb.
    Muxalifet.az xəbər verir ki, ekran əsəri Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzində istehsal olunub.
    "Kəşfiyyatçılar - görünmədən görmək, ölmədən dönmək" adlı film ictimaiyyətə təqdim olunub.
     

    Muxalifet3 - 7-05-2019

  17. Heç bir qüvvə Azərbaycanla Gürcüstanı... - Tatuaşvili

    Azərbaycanın ümumilli lideri Heydər Əliyev Gürcüstanla münasibətlərin inkişaf etdirilməsində müstəsna rol oynayıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşvili jurnalistlərə deyib.
    Onun sözlərinə görə, H.Əliyevin davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev də Gürcüstanla münasibətlərə xüsusi önəm verir: "Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu mövcuddur. Əsrlərlə sınanmış və möhkəm münasibətləri heç bir qüvvə poza bilməz".

    Muxalifet3 - 7-05-2019

  18. Türk xalqı seçkidən yoruldu - Rus mediasından inanılmaz

    Türkiyənin Ali Seçki Qurumunun (ASQ) dünən İstanbul Böyükşəhər Bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı qərarı bir çox dünya KİV-nin diqqət mərkəzində olub.
    Muxalifet.az xəbər verir ki, Amerika mediasının nəhəngləri sayılan “Nyu York Tayms” və “Vol Strit” bu qərardan sonra Türkiyə iqtisadiyyatını hədəf alan məqalələr dərc edərkən, “Vaşinqton Post” isə Türkiyə hakimiyyətinə qarşı məlumatlar yaymaqla yadda qaldı.

    Muxalifet3 - 7-05-2019

  19. Orucu pozan və pozmayan halların SİYAHISI

    Ramazan ayında bir çox inanclı insan oruc tutur.
    Muxalifet.az xəbər verir ki, oruc tutanları ən çox maraqlandıran mövzulardan biri də orucu pozan və pozmayan vəziyyətlərdir. Məsələ ilə bağlı kiçik yazını oxucularımızla bölüşürük.
    1.Qusmaq orucu pozurmu?

    Muxalifet3 - 7-05-2019

  20. Bu ölkənin Azərbaycandakı səfirliyi mayın 16-da bağlanır

    Norveçin Azərbaycandakı səfirliyi may ayının 17-dən fəaliyyətini dayandırır.
    "Mayın 16-sı səfirliyin fəaliyyət göstərəcəyi son gün olacaq. Mayın 20-dən etibarən Azərbaycanla bağlı məsələlərlə Norveçin Ankaradakı səfirliyi məşğul olacaq”, - deyə səfirlikdən İnterfaks-Azərbaycan agentliyinə bildirilib.

    Muxalifet3 - 7-05-2019

Pages