Axtarış
The search found 105777 results in 0.043 seconds.
Search results
Rusiyada “Dollar” tarix olur
Rusiya Mərkəz Bankı 2018-də dollar ehtiyatlarını qızıl, yuan və avroya çevirib.
Rusiyanın beynəlxalq ehtiyatlarında dolların payı keçən il 2017 ilə müqayisədə 23,1-dən 22,7 faizə geriləyərkən, avronun payı 10 faiz yüksəlişlə 31,7-yə, yuanın payı 11,4 faiz artımla 14,2-yə yüksəldilib. Ölkənin ehtiyatlarında qızılın payı isə 2018 etibarilə təxminən 1 faizlik artımla 18,1-ə çıxıb.Muxalifet3 - 8-05-2019
“Liverpul”dan TARİXİ GERİ DÖNÜŞ: “Barselona”nı yola saldı - VİDEO
Futbol üzrə Çempionlar Liqasında ilk finalçı "Liverpul" komandası olub.
Muxalifet.az xəbər verir ki, Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinalda İspaniya "Barselona"sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. İlk matçda 0:3 hesabı ilə uduzan mersisaydlılar cavab görüşündə daha böyük fərqlə qalib gəliblər - 4:0.
Hesabı 7-ci dəqiqədə Divok Origi açıb. 54-cü dəqiqədə Jorjino Veynaldum ikinci qolu vurub. Bundan 2 dəqiqə sonra Veynaldum, 79-cu dəqiqədə isə Origi "dubl" edib.Muxalifet - 8-05-2019
Bu beynəlxalq təşkilat israrla Ərdoğanı dəvət edir
Dünya İqtisadi Forumu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı israrla sammitə dəvət edir.
Muxalifet3 - 8-05-2019
İRƏVAN BAKINI TERRORLA HƏDƏLƏYİR - Şuşanın işğalı günü hakimiyyətə gələn Paşinyanın məkrli niyyəti
Bu gün - mayın 8-də Nikol Paşinyanın rəsmən “taxt-tac”a oturmasının düz 1 ili tamamlanır. Həmin gün inqilab lideri Paşinyan ovaxtkı iqtidar partiyasının - respublikaçıların üstünlükdə olduğu parlamentdə kütlənin təzyiqi ilə ikinci cəhddə baş nazir seçildi. Dekabrda isə növbədənkənar parlament seçkiləri keçirildi və Paşinyan tərəfdarlarının mütləq çoxluqda olduğu yeni parlament formalaşdı.
Muxalifet4 - 8-05-2019
“Bunun arxasında kimlərin dayandığını çox gözəl bilirik” – Mübariz Mənsimov
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali” şirkətlər qrupuna daxil “Palmali Maritime Shipping” gəmiçilik şirkəti İran neftinin Amerika sanksiyalarını yan keçməklə Suriyaya daşınması prosesində iştirak etməsi ilə bağlı xəbər yayılıb.
Xəbərdə iddia edilir ki, “Palmali”nin idarəçiliyi altında olan tankerlər 2015-2017-ci illərdə Suriyaya xam neft və neft məhsulları daşıyıb. Buna görə də ABŞ Maliyyə Nazirliyi son üç il ərzində Suriyaya qarşı tətbiq edilmiş embarqonun pozulması baxımından “Palmali”nin fəaliyyətini araşdırır.Muxalifet - 8-05-2019
Rusiyada qar uçqunu: turistlər öldü
Rusiyanın Altay bölgəsində turistlərdən ibarət qrup qar uçqununa düşüb.
NTV-nin məlumatına görə, Cənubi Çuy dağ silsiləsində baş vermiş hadisə nəticəsində azı yeddi nəfərin həyatını itirdiyi bildirilir.
REN TV-nin məlumatına görə, hadisə yerinə səkkiz xilasedicidən ibarət helikopter göndərilib.Muxalifet - 8-05-2019
Azərbaycanda binada yanğın: 20 nəfər təxliyə edildi
Astarada yanğın qeydə alınıb.
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Astara rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində 120 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 8-05-2019
İran rəsmi olaraq bəyan etdi: “Nüvə fəaliyyətlərinə yenidən başlayacağıq”
İran nüvə fəaliyyətlərinə yenidən başlayacağını rəsmən elan edib. İran dövlət televiziyası Tehran hökumətinin İngiltərə, Fransa, Almaniya, Çin və Rusiya səfirliklərini nüvə fəaliyyətlərinə yenidən başlayacağı barədə məlumatlandırdığını açıqlayıb. Müxalifət.az
Muxalifet3 - 8-05-2019
İran ABŞ ordusuna qarşı hücuma hazırlaşır - ŞOK İDDİA
İran ordusu və İranın dəstəklədiyi qüvvələr Yaxın Şərqdə ABŞ ordusuna qarşı hücuma hazırlaşır.
Muxalifet.az Axar.az-a istindən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı və ABŞ-ın Avropadakı komandanlığı bəyanat yayıb.
“Avraam Linkoln” təyyarədaşıyan gəmisinin bölgəyə ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahanın icazəsi ilə göndərildiyini deyən polkovnik Bill Urban İrandan ciddi hücum təhdidlərinin olduğunu vurğulayıb.
Qeyd edilir ki, sözügedən məlumat ABŞ-a İsrailin kəşfiyyat xidmətindən ötürülüb.Muxalifet - 8-05-2019
İstanbulda YSK qərarına etirazlar davam edir
İstanbulda seçkilərin yenilənməsi qərarına Kadıköy, Beşiktaş, Kağıthanə kimi yerlərdə etiraz aksiyaları dünən axşam da davam edib.
Əkrəm İmamoğlu YSK qərarından sonra seçicilərə ilk mesajında, "Hər şey çox gözəl olacaq, heç vaxt ümidinizi itirməyin. Birləri səhv, qüsur edəcək, səhvlər edəcək. Amma biz həmişə birlikdə ümidi daşıyacağıq" deyə bildirmişdi.
Ancaq bu açıqlamalara rəğmən boykot istəyənlər, etiraz aksiyaları keçirənlər var.
Müxalifət.azMuxalifet3 - 8-05-2019
Rövşən Lənkaranski ilə eyni gündə öldürülən azərbaycanlı “Qoca” kimdir – DOSYE
Azərbaycan “kriminal generalları” adlı rublikası davam edir. Muxalifet.az-ın Lent.az-a istinadən məlumatına görə, həmin “generallar”dan biri də “Qoca Yasamalinski” kimi tanınan Əlibala Həmidovdur. “Qoca” bu aləmin ən yüksək səviyyəsi hesab edilən “Qanuni oğru” tituluna malik olub və qürbətdə yaşayan azərbaycanlılar içərisində “böyük qardaş” kimi tanınıb. Bəs Əlibaba Həmidov kim olub? Əlibala Həmidov 1972-ci ildə noyabrında Bakıda Yasamalda dünyaya göz açıb. Uşaq vaxtlarında yaşıdlarından fərqlənən Həmidov ilk məhkumluğunu 20 yaşında yaşayıb.
Muxalifet - 8-05-2019
Azərbaycanlı evində güllələndi - ABŞ-da
ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evində güllələnib.
Muxalifet - 8-05-2019
XİN Şuşanın işğalıyla bağlı bəyanat yaydı
Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda deyilir:
"1992-ci ilin mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.Muxalifet - 8-05-2019
Maşınlarda absurd pərdə qadağası yenidən gündəmdə
Deputat: “Nə dərəcədə doğrudur ki, aprelin 30-da qadağa var, bir gün sonra bu, aradan qalxır?” Mayın 1-dən etibarən avtomobillərin arxa yan şüşələrinə jalüzlərin vurulmasına icazə verilib. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər - plyonka, pərdə çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Mayın 1-dən istifadəsinə icazə verilən arxa yan şüşələrə vurulan jalüzlərdir.
Muxalifet - 8-05-2019
Eldar Əzizov ağacların kəsildiyi əraziyə getdi, tapşırıq verdi
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov ağacların kəsildiyi - Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanına baş çəkib.
E.Əzizov məsələnin araşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
O, sakinlərin şikayətlərini dinləyib, bu hadisənin diqqət mərkəzində olduğunu qeyd edib.Muxalifet - 8-05-2019
Hillari Klintona təqaüddə olan hərçidən təpki: “Tezliklə həbsə girəcəksiniz”
ABŞ prezidenti Donald Trampın prezidentlik seçkisində rəqibi olan Hillari Klinton Las Las-Veqasda qatıldığı bir proqramda təpki ilə qarşılaşıb. Adı açıqlanmayan və təqaüddə olan bir hərbçi, Klintona "Həbsə girəcəksiniz xanım" deyə təpki verib.
Muxalifet3 - 8-05-2019
Bakıda qadın sürücünün törətdiyi qəzanın videosu yayıldı
Bakıda qadın sürücü dəhşətli qəza törədib.
Qadın sürücü yolun əks istiqamətində idarə etdiyi avtomobillə yolu keçmək istəyən oğlanı vurub. Bir neçə gün öncə baş verən qəzada qarşı yola çıxan sürücü oğlanı vuraraq yolun əks istiqamətində dayanan avtomobilə çırpıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan oğlana ətrafdakı şəxslər kömək ediblər. Hadisə anbaan ətrafda olan təhlükəsizlik kamerasına düşüb./unikalMuxalifet - 8-05-2019
Dilarədən efirdə GÖZLƏNİLMƏZ HƏRƏKƏT: Əlini Nigar Camalın arxasına... - FOTO
ATV telekanalında yayımlanan "Gündən-Günə" verilişində biabırçılıq yaşanıb. Buta.media-nın məlumatına görə, verilişdə Dilarə Kazımova və Nigar Camal ədəbsiz şəkil çəkdiriblər. Belə ki, D. Kazımova əlini qoyub Nigar Camalın arxasına. Əlavə olaraq bu şəkili onlar sosial şəbəkələrdə paylaşıblar. Onların bu paylaşımı bir mənalı qarşılanmayıb. Sözügedən görüntüləri təqdim edirik:
Muxalifet - 8-05-2019
Azərbaycan Ordusu Naxçıvandan HƏRƏKƏTƏ KEÇDİ - FOTOLAR
Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə növbəti təlim-metodiki toplantı keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantıya cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, gecə şəraitində sürücülük və atəş bacarıqları yoxlanılıb.Muxalifet - 8-05-2019
Fuad Qəhrəmanlının 14 yaşlı qızına hücum edən azadlığa buraxıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.Y.-ya hücum edən Tural Qarayevin cəza müddəti bitib.
Muxalifet - 8-05-2019