Axtarış
The search found 105777 results in 0.027 seconds.
Search results
Minnesotada azərbaycanlılara dayaq olan yəhudi əsilli Ninel xanım
Vətən sevgisi kəlmələrində deyil, əməllərində öz əksini tapanda insan daha əzəmətli görünür, sözü ötkəm olur, hamının ehtiramını qazanır. Otuz ildir ki, Amerikada yaşayır, amma bir anlıq da olsa Azərbaycanı unutmayıb. Qanına, ruhuna hopan vətən sevdası ona bu qərib məmləkətdə güc verib, irəli aparıb. Çətinliklərə sinə gərib, nəhayət yad insanların arasında, yad ölkədə özünə balaca bir Azərbaycan yaratmağı bacarıb. Və axtara-axtara bu ölkəyə pənah gətirən azərbaycanlıları bir araya toplaya bilib. Onların qayğısına qalıb, problemlərinin həllində vasitəçi olub, əl tutub, yardım edib.
Muxalifet - 8-05-2019
Ukraynada daha iki azərbaycanlı biznesmen YOXA ÇIXDI – Adlar
Ukraynada daha iki azərbaycanlı biznesmen yoxa çıxıb.
BakuPost Ukraynadakı mənbələrə əsasən xəbər verir ki, biznesmenlər Donetsk vilayətində (Ukrayna nəzarətində olan hissədə) itkin düşüblər. Onların hansı şəraitdə, necə yoxa çıxması barədə heç bir məlumat yoxdur. Yoxa çıxan 19750-ci il təvəllüdlü Dursun Quliyev, 1980-cı il təvəllüdlü Sübhan Qocayev iri kənd təssərrüfatı biznesi ilə məşğul olublar.Muxalifet - 8-05-2019
Böyük Britaniya Avropa Parlamenti seçkilərinə qatılacaq
İngiltərənin baş nazirinin müavini David Lidington 22 maya qədər “Brexit” müqaviləsinin parlamentdən keçib, qanunlaşmasına kifayət qədər vaxt qalmadığı üçün ölkənin Avropa Parlamenti (AP) seçkilərinə qatılacağını söyləyib.
İngilis mətbuatına açıqlama verən Lidington, "(Brexit) Prosesi AP seçkiləri üçün lazım olan qanuni müddət ərzində tamamlamaq təəssüf ki, mümkün olmayacaq" deyib.
Ölkənin AP seçkilərinə girməsinə yönəlik hazırlıqların onsuz da başlanıldığını xatırladan Lidington, bunların davam edəcəyini bildirib.Muxalifet3 - 8-05-2019
Azərbaycanlı əlində kuvald Müqəddəs Pyotr kilsəsinə hücum çəkdi - ANASI ÜÇÜN XAÇ QOYMAQ İSTƏYİRMİŞ...
Rusiyanın Sankt-Peterburq şəhərinin Petrodvortsovı rayonunda Azərbaycan vətəndaşı əlinə kuvald alaraq məşhur Müqəddəs Pyotr və Pavel kilsələrinə hücum çəkib.
İnsident mayın 7-də, 15.20 radələrində baş verib.
Məlumata görə bu şəxs “Hyundai Accent” markalı avtomobillə kilsənin həyətinə daxil olub. Bundan sonra avtomobildən bəzi alətlər və kuvald götürərək içəri girib. Onun kilsədə nə etmək niyyətində olduğu məlum deyil.
Muxalifet - 8-05-2019
BİR QRUP PROFESSOR VƏ DOSENT PREZİDENTƏ MÜRACİƏT ETDİ – “Əmlak Komitəsinin bəzi əməkdaşları…”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Muxalifet - 8-05-2019
Şəbnəm Bakı küçələrində “avtoşluq” etmək istədi - VİDEO
Müğənnilər Şəbnəm Tovuzlu və Səbinə Selcan axşam saatlarında mərkəz prospektlərin birində "avtoşluq" etmək istəyiblər.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, ifaçıların sükan arxasında etdiyi ötmə əməliyyatı "Instagram"da paylaşılıb.Muxalifet - 8-05-2019
Nazirlikdən Bakıdakı dumanla bağlı - AÇIQLAMA
Bakıda və Abşeron yarımadasında gecə saatlarından başlanan duman hazırda davam edir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 86-88 faiz təşkil edir.
Qeyd edək ki, hava şəraitini azqradiyentli nisbətən alçaq təzyiq sahəsi təyin edir və əsən cənub, cənub-şərq istiqamətli zəif külək dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edir.Muxalifet - 8-05-2019
ABŞ-da öldürülən Nail Salamov kimdir?
Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Pensilvaniya ştatında yaşayan 37 yaşlı azərbaycanlı Nail Salamov odlu silahla qətlə yetirilib.
Muxalifet.az-ın azvision.az-a istinadən məlumatına görə, N.Salamov 1982-ci ildə Azərbaycanda anadan olub. O, Dövlət Neft Akademiyasını (ADNA) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib, Pensilvaniya Dövlət Universitetində təhsil alıb.
N.Salamov bank sistemində çalışıb. Onun Aydın və Yaqub adlı iki övladı yadigar qalıb.Muxalifet - 8-05-2019
"Sülh danışıqlarına inanmıram" - Şuşanın icra başçısı
"Mən sülh danışıqlarına inanmıram".
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.Muxalifet - 8-05-2019
"Popkorn" satan uşaq ərazidən uzaqlaşdırıldı - Deputatın ETİRAZINDAN SONRA
Deputat Rasim Musabəyov ötən gün sosial şəbəkədə popkorn satan uşaqla bağlı status paylaşmışdı.
Artıq “məmurlar” deputatın “etiraz”ını eşidərək uşağı həmin ərazidən uzaqlaşdıblar.
Orada işləyənlər isə bildiriblər ki, pop-korn satan uşağın qayıdıb-qayıtmayacağı məlum deyil.Muxalifet - 8-05-2019
Azərbaycan dili imtahanında uğursuz nəticə göstərənlərin NƏZƏRİNƏ
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 26-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.
Muxalifet - 8-05-2019
SON DƏQİQƏ: Bakıda daha bir avtobus qəzası - YARALILAR VAR
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında 158 saylı marşrut avtobusu mikroavtobusla toqquşub.
Qəza nəticəsində 77 yaşlı Şəfa Həsənov qapalı kəllə beyin travması, 26 yaşlı Şamil Şirinzadə aşağı ətrafların travması, 24 yaşlı İbrahim Yunisov qapalı kəllə beyin travması və burun sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. (Ona.az)Muxalifet - 8-05-2019
Venesuelada Maduro hərəkətə keçdi
Özünü müvəqqəti prezident elan edən Məclis sədri Xuan Guaidonun 30 apreldə bir qrup əsgərlə paytaxt Karakasda uğursuzluqla nəticələnən hərbi çevrişə cəhdin iştirakçıları haqqında ölkədə başlanılan qanuni proses gedir.
Venesuelada dövlət yanındakı səlahiyyətli qanunverici orqan Qurucu Məclisin (ANC) Venesuela Ali Ədalət Məhkəməsinin (TSJ) hadisələrdə rol alan 7 deputatın mandatlarının alınması istəyinə bir neçə saat ərzində müsbət cavab verib.Muxalifet3 - 8-05-2019
Bakıda ticarət mərkəzi nin sahibinə məcburi göstəriş verildi
Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı məlum olub.Muxalifet - 8-05-2019
Təhsil Nazirliyi fövqəladə hallarla bağlı “Qaynar xətt” açdı
Təhsil Nazirliyində təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı “Qaynar xətt” (146-2) istifadəyə verilib.
Muxalifet.az xəbər verir ki, “Qaynar xətt”in əsas məqsədi baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir. Bu cür məlumatlar nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul ediləcək, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görüləcək.Muxalifet - 8-05-2019
Bu da tanınmış azərbaycanlı müğənninin HİCABLI XANIMI - Fotolar
Tanınmış müğənni Elnar Xəlilovun həyat yoldaşı Aysel Nəcəfli ilə yeni görüntüləri yayılıb. Şairə Aysel Nəcəfli fotonu sosial şəbəkə hesabında paylaşıb. O fotoya, "Ramazanın ilk günləri necədir dostlar?Aclıqla imtahanımıza qalib gələ bilirsinizmi?Bizdə Əlhəmdulillah hər şey yaxşıdır. Bircə su çiçəyi bitsə təmiz havaya çıxardım. Belə gözəl havada evdə qalmaq, gəzə bilməmək məni narahat edir". Qeyd edək ki, bu Elnarın ikinci evliliyidir. Onun ilk evliliyindən biz qızı var./big.az
Muxalifet - 8-05-2019
"Qareci kompleksi Azərbaycan sərhəddinin içərsindədir" - GAK SƏDRİ
“Azərbaycan və Gürcüstan hakimiyyətlərindən tələb edirik, bu məsələ sülh yolu ilə həllini tapmalıdır”
Muxalifet4 - 8-05-2019
Ruhanidən dünyanı SİLKƏLƏYƏCƏK XƏBƏRDARLIQ: 60 gün vaxt verdi və 4 ölkəyə...
“Nüvə razılaşması çərçivəsində uranı 3,67 faiz zənginləşdirmək öhdəliyimiz var. Ancaq İranın nüvə razılaşmasındakı maraqları qorunmasa, 60 gün içində zənginləşdirilmiş uranın səviyyəsini artıracağıq”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
Prezident bu barədə ABŞ-ın nüvə razılaşmasından çəkilməsinin ildönümü münasibətilə Dövlət Televiziyasında çıxışı zamanı deyib.Muxalifet - 8-05-2019
“Rəvan" sığorta şirkəti Qarabağ əlilindən qanunsuz olaraq aldığı pulu qaytaracaq - QƏRAR
Mayın 6-da Nərimanov rayon məhkəməsində Qarabağ əlili Xaliq Abbaszadənin saxta məhkəmə qərarı tərtib etməklə pensiyasına yarıbayarı ortaq olan “Rəvan” sığorta şirkətinə qarşı iddiası üzrə hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmə baxışı keçirilib. Prosesi əlilin pensiyasını ödəyən “Kapitalbank”dan son bir ilin ödəniş məbləği haqqında arayış almağa kimi dayandıran hakim saat 16-da qərarını elan edib.
Məhkəmənin qətnaməsinə əsasən, “RƏVANSIĞORTA” Qarabağ əlilindən hesabına götürdüyü 350 manatı geri qaytarmalı olacaq.Muxalifet - 8-05-2019
Azərbaycanda bank sektorunun aktivləri azaldı
Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 846,9 milyon manat təşkil edib.
Bu, martın 1-i ilə müqayisədə 0,35% az, ötən il aprelin 1-nə nisbətən isə 6,95% çoxdur.
Bankların aktivlərinin 11 231,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 17,05% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 34,4%-dən 37,6%-ə yüksəlib.Muxalifet - 8-05-2019