Axtarış
The search found 105777 results in 0.079 seconds.
Search results
İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlunun mandatı ləğv edildi! Bundan sonra nə olacaq?
Türkiyədə Ali Seçki Komissiyasının üzvləri İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisinin ləğvinə və yenilənməsinə qərar verib. YSK üzvləri AK Partiyanın etirazın şikayətini 4 nəfər əleyhinə, 7 səs lehinə olmaqla qəbul edib.
YSK-nın verdiyi qərarla Əkrəm İmamoğlunun da bələdiyyə sədrliyi mandatı ləğv olunub. Bəs bundan sonra nə olacaq? Ya İstanbul Böyükşəhər Bələdiyyə Məclisi öz içindən sədr seçəcək, ya da Daxili İşlər Nazirliyi idarəetmədə boşluq olmaması üçün sədr təyin edəcək.
Müxalifət.azMuxalifet3 - 7-05-2019
Avropa İttifaqından Türkiyəyə çağırış: DAYANDIRIN
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəliyi Türkiyənin Şərqi Aralıq dənizində apardığı qazma fəaliyyətini dayandırması yönündə müraciət edib.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Mogherininin sözçüsü Maja Kocijancic, Türkiyəni Cənubi Kiprin suverenliyinə hörmət etməyə və Kiprin məhdudlaşdırılmış iqtisadi bölgəsindəki qazma işlərindən əl çəkməyə çağırıb.
SONDAJI DAYANDIRIN
Muxalifet3 - 7-05-2019
Rusiyanın real müdafiə xərcləri məlum oldu – SENSASİON İDDİA
Rusiya müdafiə xərcləri üzrə dünyada altıncı deyil, üçüncü yeri tutur.
Bu haqda “Defense News” nəşrində amerikalı hərbi ekspert Maykl Koffman yazıb.
“Rusiyanın müdafiə xərcləri 61,4 milyard dolları bir neçə dəfə ötür və ölkənin hərbi büdcəsinin ölçüsü dünyada üçüncüdür. Bu, Avropa ölkələrinin əksəriyyətinin birlikdə götürülmüş hərbi xərclərindən çoxdur”, - mütəxəssis hesab edir.Muxalifet - 7-05-2019
Türkiyə XIN-dən sərt təpki: Qəbul etmirik!
Türkiyə Xarici İşlər nazirliyindən "(İstanbulda seçkinin yenilənməsi) qərarı və YSK ilə bağlı bəzi xarici tərəfdaşların etdiyi siyasi saxtakarlıq tənqidlərini qəbul etmirik" açıqlaması verilib.
Türkiyə XİN Ali Seçki Komissiyasının (YSK) İstanbul seçkisi ilə bağlı qərarına, "Hər kəsin hüquq çərçivəsində alınan bu qərara hörmət göstərməsi lazımdır. Qərarla və YSK ilə bağlı bəzi xarici tərəfdaşlarla edilən siyasi saxtakarlıq tənqidlərini qəbul etmirik" açıqlamasını verib.Muxalifet3 - 7-05-2019
YSK-nın seçkinin ləğv qərarından sonra İmamoğlu fikrini dəyişdi
Ali Seçki Şurasına daha əvvəldə güvəninin tam olduğunu bildirən və "YSK mənim güvəndiyim tək qurumdur, sonuna qədər inanıram. Ciddi bir şəkildə prosesi izləyirəm" açıqlamasını edən Əkrəm İmamoğlu, YSK-nın İstanbul üçün seçkilərin yenilənmə qərarını verməsindən sonra ritorikanı dəyişdi.
Əkrəm İmamoğlu bu seçkini milyonlarla insanın alın təri ilə qazandıqlarını, qalib gəldikləri seçkinin əllərindən almağa, haqlarının qəsb edilməyə çalışıldığını deyib.Muxalifet3 - 7-05-2019
Prezident Ərdoğandan “intiqam” açıqlaması!
Türkiyədə Dövlət Öyünmə Medalı Təqdim Mərasimində çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan, “Sərhədlərimiz və xaricində tək bir terrorçu qalmayana qədər bu mübarizəni davam etdirəcəyik. Bu ölkədə şəhadəti gözə almış 82 milyon vətəndaşımız olduğu müddətdə heç bir alçaq torpaqlarımızı çirkləndirməyəcək. Qanımızın son damlasına qədər mübarizəyə davam edəcəyik. Biz dünyanın müxtəlif ölkələrində 78 şəhidliyi olan bir millətik. Şəhidlərimizin qanları yerdə qoyulmamış, intiqamları misli ilə alınmışdır” deyib.
Müxalifət.azMuxalifet3 - 7-05-2019
Ərdoğandan NATO-ya tarixi çağırış
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan NATO Şurasının iclasında NATO-ya Şərqi Aralıq dənizi məsələsi ilə bağlı müraciət edib. Ərdoğan S-400 məsələsi ilə bağlı da qısa bir açıqlama verib.
Muxalifet3 - 7-05-2019
S-400-lərdə mühüm gəlişmə: Bu ay başlayır!
Türkiyənin Rusiyadan satın aldığı S-400 hava müdafiə sistemlərini istifadə edəcək Türk hərbçilərinin təhsilinə bu ayın sonunda Rusiyadakı bir hərbi bazada başlanacaq.
Rusiyanın “TASS” agentliyinə məlumat verən mənbələrə görə, S-400 sistemini istifadə edəcək 100-ə qədər Türk hərbçisi Rusiyada təhsil alacaq. Təhsil təxminən 5 ay davam edəcək.
Müxalifət.azMuxalifet3 - 7-05-2019
Fransız sözçü İslamla mübarizəyə çağırdı
Din düşməni Fransada, Respuklika Partiyasının sözçüsü Lydia Guirous, İslama və Müsəlmanlara kin və nifrət püskürüb. Lydia Guirous məruzəçi kimi iştirak etdiyi bir forumda, "Müsəlman Qardaşları təşkilatını terror təşkilatı olaraq elan etməliyik. Bu barədə Makronu vəzifəyə çağırıram" deyib.
Muxalifet3 - 7-05-2019
Kəşfiyyat məlumatı İsraildən gəldi: ABŞ təyyarə gəmisi göndərir
ABŞ Müdafiə nazirinin vəkili Şanahan Twitter hesabından verdiyi açıqlamada, "Dünən gecə çatdırılan CVN-72 (Abraham Linkoln Təyyarə Gəmisi Döyüş Qrupu) və ABŞ Hava Qüvvələrinə bağlı Bombardman Xidmət Gücünün CENTCOM (Mərkəz Qüvvətlər Komandanlığı) bölgəsinə mənim razılığımla göndərilməsi, İran rejim güclərinin təşkil etdiyi ciddi təhdidin əlamətlərinə cavab olaraq tədbir məqsədli yer dəyişdirməsidir" deyə qeyd edib.
Muxalifet3 - 7-05-2019
Tələbələrə ŞAD XƏBƏR: növbəti tədris ilində tətbiq olunacaq
Azərbaycanda tətbiq olunacaq yeni tələbə kredit sistemi ilə bağlı hazırda son müzakirələr aparılır.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.
Onun sözlərinə görə, kreditlə bağlı yeni sistem növbəti tədris ili üçün tətbiq olunacaq:
"Hazırda tələbə kreditləri ilə bağlı son müzakirələr gedir. Bu da növbəti tədris ilində tələbələr üçün təhsil haqqının kredit formasında verilməsi imkanı yaradacaq".Muxalifet - 7-05-2019
Azərbaycanın işğal olunmuş torpaqlarında "Ölməz alay"... - Ermənilərdən ŞOK ADDIM
Ermənistan 9 May faşizm üzərində qələbə günü münasibətilə keçiriləcək aksiyada Dağlıq Qarabağla bağlı şüarlar səsləndirməyə hazırlaşır.
9 may tarixi hər il faşizm üzərində qələbə günü kimi qeyd olunur. Postsovet məkanında bütün respublikalar bu tarixdə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olanları yad edir və həmrəylik olaraq “Ölməz alay” yürüşünü keçirir.Muxalifet - 7-05-2019
Bakıda ağır yol QƏZASI: 2 nəfər ağır yaralandı
Səhər saatlarında Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. Muxalifet.az-ın "Report"a istinadən xəbər verir ki, Olimpiya kompleksinin arxa hissəsi ilə Dərnəgül istiqamətində gedən yolda 3 minik avtomobilinin toqquşması nəticəsində təqribən 5 nəfər xəsarət alıb. Yaralılardan ikisi kəllə-beyin travması və bədənin əzilmiş yarası diaqnozu ilə ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri 1992-ci il təvəllüdlü Rüstəmzadə Turaldır. Digəri koma vəziyyətində olduğundan adını dəqiqləşdirmək hələ ki, mümkün olmayıb.
Muxalifet - 7-05-2019
Baş nazirin başına yumurta çırpdılar
Avstraliyanın baş naziri Skot Morrison seçki kampaniyasını apardığı Albury şəhərində bir qadının yumurta hücumuna məruz qalıb.
Avstraliyada 18 may 2019-da keçiriləcək seçki işləri çərçivəsində Yeni Cənubi Uels ştatının Albury şəhərində, “Ölkə Qadınlar Birliyi” (CWA) tərəfindən təşkil olunan tədbirə qatılan baş nazir Morrisona qarşı yumurta hücumu təşkil olunub.
Adı açıqlanmayan 25 yaşlı gənc bir qadın əlində tutduğu yumurtanı mətbuat nümayəndələrinə açıqlama verən Skot Morrisonun başına çırpıb.Muxalifet3 - 7-05-2019
9 İLDƏ ÖLKƏDƏN 81 MİLYARD DOLLAR ÇIXARILIB - Beynəlxalq Bank necə boşaldılıb?
Beynəlxalq Bankının boşaldılması əməliyyatında əsas fiqurantları müəmmalı şəkildə azad olunub
Cahangir Hacıyev dövlətin pulu ilə özünə dostlar tapıb – Telman İsmayılova 70 milyon dollar kredit verilməsinin ilginc səbəbləriMuxalifet - 7-05-2019
İSTANBULDA ETİRAZLAR BAŞLADI: İmamoğluna dəstək - VİDEO
Türkiyə Yüksək Seçki Kurulunun (YSK) İstanbulda bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsindən sonra sakinlər küçələrə çıxaraq etiraz ediblər.
BakuPost-unməlumatına görə, Ekrem İmamoğlu Beylikdüzündəki Yaşam Vadisində iftar süfrəsində YSK-nın qərarı ilə bağlı qısa açıqlama verib.
E.İmamoğlunun açıqlamasından sonra vətəndaşlar ona dəstək üçün əllərinə Türk bayrağı alaraq küçələrə çıxıblar.Muxalifet - 7-05-2019
Əli İnsanovla kimlər əməkdaşlıq edəcək? - Açıqlamalar
Sabiq səhiyyə naziri Əli İnsanov ötən həftə "Amerikanın Səsi”nə müsahibəsində yeni siyasi təşkilat yaradacağını elan etdi. Əli İnsanov təşkilatının partiya, birlik və hərəkat formatında təşkilat olub-olmayacağı haqda konkret fikir bildirməsə də, təşkilatın siyasi qurum olacağını bir neçə dəfə təkrarladı. Siyasi təşkilatını yaxın vaxtlarda elan edəcəyini açıqlayan sabiq nazir müxalifətdəki bir sıra qurumların adını da çəkərək müxalifət təşkilatları ilə əməkdaşlıq etməyi düşündüyünü də açıqladı.
Muxalifet - 7-05-2019
NATO baş katibindən S-400 açıqlaması
NATO baş katibi Jens Stoltenberq Türkiyənin S-400 havadan müdafiə sistemi satın alması haqqında, "Hər bir NATO müttəfiqi hansı müdafiə avadanlığını alacağına özü qərar verir. Ancaq mən NATO baş katibi olaraq mümkün nəticələrdən narahatlıq duyuram" deyib.
Muxalifet3 - 7-05-2019
Serj Sarkisyan Qarabağa səfər edəcək - Şuşanın işğalını qeyd etmək üçün
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edəcək.
Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, Sarkisyan Şuşanın işğalını qeyd etmək üçün Qarabağa yollanacaq.
Serj Sarkisyanın lideri olduğu Respublika Partiyasının mətbuat xidməti xəbəri təsdiqləyib.
Qeyd edək ki, Sarkisyanın Qarabağa sonuncu səfəri bu ilin mart ayında olub.Muxalifet - 7-05-2019
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxsin prokuror atası VƏFAT ETDİ
Uzun illər Azərbaycanda prokurorluq sistemində çalışmış, bir çox rayonların prokuroru vəzifəsini tutumuş Gürşad Hümbətov vəfat edib.
Son illərdə müstəqil vəkil kimi fəaliyyət göstərən G.Hümbətov xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Gürşad Hümbətovun oğlu İlham Hümbətov QHT rəhbəridir.
O, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının üzvüdür./PublikaMuxalifet - 7-05-2019