Axtarış

The search found 105777 results in 0.088 seconds.

Search results

  1. Bakıdakı tarixi bina sökülür? - Eldar Əzizov həmin məkanda - FOTOLAR

    Bakı şəhəri, Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi binanın sökülmək təhlükəsi var.

    Muxalifet - 6-05-2019

  2. ​Bu qruplaşmanı darmadağın edən ilk ölkəyik - Ərdoğan

    Biz NATO-dakı dostlarımızın müttəfiqlik ruhuna əməl etmələrini, təşkilatın prinsiplərinə uyğun davranmalarını gözləyirik.
    Muxalifet.az xəbər verir ki, bunu Ankarada keçirilən “NATO Şurası və NATO Aralıq dənizi Tərəfdaşlığı Dialoqu” konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    Muxalifet3 - 6-05-2019

  3. Mixael Zibert Bakıya gəldi

    Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mixael Zibert Azərbaycana gəlib.
    Report-un məlumatına görə, diplomat Azərbaycanla Almaniya arasında keçiriləcək siyasi məsləhətləşmələrdə iştirak edəcək.
     

    Muxalifet3 - 6-05-2019

  4. ​Bakıda qəza törədən avtobus sürücüsü saxlanıldı

    Paytaxtın Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü rayonun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.

    Muxalifet3 - 6-05-2019

  5. ​İranla ABŞ müharibəyə başlaya bilər - Gərginlik

    İran ilə ABŞ arasında münasibətlər gündən-günə gərginləşir. Vəziyyət artıq hərbi güc nümayiş etdirmək səviyyəsinə çatıb.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, Vaşinqton administrasiyası bombardmançı təyyarə daşıyan “Avraam Linkol” hərbi gəmisini Fars körfəzinə göndərmək qərarına gəlib. Hərbi gəmi artıq Virciniya ştatının sahilindəki hərbi bazadan çıxaraq Fars körfəzinə istiqamət götürüb. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, rəsmi Vaşinqton istənilən halda müttəfiqlərinin maraqlarını müdafiə edəcək.

    Muxalifet3 - 6-05-2019

  6. ​Qonşuda beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlandı

    Gürcüstanda beynəlxalq əhəmiyyətli Laqodexi-Bakurtsixe-Tiflis avtomobil yolu bağlanıb. Muxalifet.az xəbər verir ki, buna ölkə ərazisində yağan güclü leysan yağışları nəticəsində Alazani çayının daşaraq məcrasından çıxması səbəb olub. Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentinin yaydığı məlumata görə, Alazani çayı məcrasından çıxıb və yolun bir hissəsi tamamilə su altında qalıb. Departamentdən bildiriblər ki, avtomobillərin hərəkəti Qurcaani-Çabukiani-Apeni yolu ilə həyata keçiriləcək.

    Muxalifet3 - 6-05-2019

  7. Bakının mərkəzində DAVA: Aləm bir-birinə dəydi - ANBAAN VİDEO

    Bakının mərkəzində Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi bina yerləşən “Salaam Cinema Baku”-nun əməkdaşları və sahibkar arasında dava düşüb. 
    Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, insident Hollandiyalı rejissor Robert Romboutun ustad dərsləri verdiyi zaman baş verib. 
     Heç bir sənəd təqdim etməyən şəxslər icazəsiz şəkildə binaya daxil olub və gənclərə şiddət göstərib, onlardan binanı tərk etməyi tələb edib. 

    Muxalifet3 - 6-05-2019

  8. ​Azərbaycanlılar bu ölkənin ayrılmaz bir hissəsidir - Spiker

    Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ayrılmaz bir hissəsidir və Gürcüstanın inkişafında mühüm rol oynayırlar.
    Muxalifet.Az xəbər verir ki, bu fikirlər Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar müsəlmanlara ünvanladığı təbrik məktubunda qeyd olunub.
    İ.Kobaxidze müqəddəs Ramazan ayının başlanması münasibətilə Gürcüstanın müsəlman icmasını təbrik edib, onlara bol ruzi, əmin-amanlıq, firavanlıq arzulayıb.

    Muxalifet3 - 6-05-2019

  9. Türkiyədə PKK-ya ağır zərbə: 11 nəfər saxlanıldı

    Türkiyənin Ağrı bölgəsində PKK-ya qarşı eyni vaxtda fərqli nöqtələrdə əməliyyat təşkil edilib.
    Muxalifet.az xəbər verir ki, əməliyyat nəticəsində 11 nəfər saxlanılıb.
    Saxlanılan şəxslərdən silah-sursat götürülüb.
     

    Muxalifet3 - 6-05-2019

  10. Türkiyədən Ermənistana TƏRS SİLLƏ: Heç vaxt...

    Bir terrorçunu qəhrəman kimi ucaltmaq terrorizmi təşviq etməkdir və bu heç vaxt qəbul edilən deyil.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi ASALA təşkilatının “mənəvi atası” sayılan Qurgen Yanikyanın İrəvanda hərbi qəbiristanlıqda basdırılmasına münasibət bildirərkən deyib.
    Qeyd edək ki, Türkiyənin ABŞ-ın Santa-Barbara şəhərindəki konsulluğuna daxil olaraq konsulu və onun köməkçisini qətlə yetirən ASALA təşkilatının “mənəvi atası” sayılan Qurgen Yanikyanın nəşi ABŞ-dan İrəvana gətirilib.
     

    Muxalifet3 - 6-05-2019

  11. ​CHP fövqəladə toplantı keçirir - Təkrar seçki qərarı

    İstanbuldakı seçkilərin nəticələrinin ləğv edilməsindən dərhal sonra CHP hərəkətə keçib. Muxalifet.az xəbər verir ki, partiya başqanı Kamal Kılıçdaroğlu fövqəladə toplantı keçirir. Qeyd edək ki, YSK bir az əvvəl İstanbuldakı seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

    Muxalifet3 - 6-05-2019

  12. Dünyanın ən bahalı 20 yaşadək futbolçuları - Siyahı

    Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) ən bahalı 20 yaşınadək futbolçuların adlarını açıqlayıb.

    Muxalifet3 - 6-05-2019

  13. ​SON DƏQİQƏ: Hərbi bazada partlayış - Ölən və yaralananlar var

    Latviyanın Adazi şəhərində yerləşən NATO hərbi bazasında partlayış baş verib.
    Rambler xəbər verir ki, bir nəfər albaniyalı zabit ölüb, bir mayor və bir çavuş yaralanıb. Hadisə II Dünya müharibəsindən qalan sursatlar daşınarkən baş verib.
    Ölən zabit 32  yaşlı alban xanım Zərifə Həsənaydır. Yaralı mayor da alban qoşunlarının təmsilçisidir və vəziyyətinin agır olduğu qeyd edilir.
     Albaniya Baş Qərargah rəisi Bardhıl Kollçaku təlim zamanı ehtiyatsızlıqdan minanın partladığını qeyd edib.
     

    Muxalifet3 - 6-05-2019

  14. ​Polad Bülbüloğlu: Azərbaycan səfriliyində yanğın xəbəri dezinformasiyadır

    Bu gün TASS agentliyi Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğın baş verməsi haqqında xəbər yayıb. Məlumata görə, Moskvanın mərkəzində yerləşən səfirlik binasında yanğının söndürülməsinə bir neçə yanğınsöndürən briqada cəlb edilib.
    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xəbəri təkzib edib:

    Muxalifet3 - 6-05-2019

  15. ​Samuxda 3 yaşlı uşaq su quyusunda boğuldu

    Samux rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 
    Muxalifet.az-ın regional bürosunun məlumatına görə, rayonun Əlibayramlı kəndində 3 yaşlı oğlan uşağı ehtiyatsızlıqdan quyuya düşərək ölüb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 6-05-2019

  16. Meksikada təyyarə qəzası: 14 ölü

    Meksikanın Koauila ştatında təyyarə qəzası baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Reforma” nəşri yazıb.
    “Bombardier Challenger 601” tipli təyyarənin qəzaya uğraması nəticəsində 11 sərnişin və 3 heyət üzvü həlak olub.
    Qeyd edək ki, təyyarədə Las-Veqasda keçirilən boks qarşılaşmasına baxdıqdan sonra Meksikanın Monterrey şəhərinə qayıdan sərnişinlər olub.
     

    Muxalifet3 - 6-05-2019

  17. Türkiyədə dollar kəskin bahalaşdı

    Türkiyənin Ali Seçki Qurumunun İstanbuldakı seçki nəticələrini ləğv etməsi dərhal iqtisadiyyata da öz təsirini göstərib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, qərarın açıqlanmasından sonra dollar kəskin bahalaşıb. Belə ki, dollar 6.04 türk lirəsi göstəricisindən 6.15 türk lirəsinə qədər yüksəlib.
    Qeyd edək ki, martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələri ləğv edilib.
     

    Muxalifet3 - 6-05-2019

  18. ​Ödəmə terminalları bu manatları niyə tanımır?

    Yeni dövriyyəyə buraxılan 10 və 200 manatlıq əsginaslar elektron ödəmə terminalları tərəfindən qəbul edilmir. Bu da müvafiq kredit borcu və ya digər ödənişlərini həyata keçirmək istəyən vətəndaşların vəziyyətini çətinləşdirib.
    Kommunikasiya texnologiyaları bazarındakı mənbələrdən əldə etdiyimiz məlumata görə, bu problemin yaranma səbəbi ödəmə terminallarının aparatlarında yeni əsginasların parametrlərinin qeyd edilməməsidir:

    Muxalifet3 - 6-05-2019

  19. ​Ramazan ayının 2-ci günü: İmsak və iftar vaxtları...

    Sabah Ramazan ayının ikinci günüdür.
    Muxalifet.az QMİ-nin məlumatına istinadən xəbər verir ki, mayın 7-də Bakıda imsak saat 03:55, iftar isə saat 19:57-dədir.
    Ramazan ayının 2-ci gününün duası aşağıdakı kimidir:
    "Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".
    Tərcüməsi:
    "İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et".
    Allah orucunuzu qəbul etsin!

    Muxalifet3 - 6-05-2019

  20. Yıldırımdan seçki qərarına - Reaksiya

    İstanbul Böyükşəhər Bələdiyyəsinə təkrar seçkilərin keçirilməsi barədə Ali Seçki Qurumunun qərarı ictimaiyyətə bəyan edildi. YSQ-nin rəsmi açıqlamasından sonra ətraflı dəyərləndirmə aparacam.
    Muxalifet.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbulun bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım Tvitter hesabında yazıb.
    “İnşallah, qərar İstanbulumuz üçün xeyirli və gözəl nəticələrə vəsilə olsun”, - Yıldırım bildirib.
     

    Muxalifet3 - 6-05-2019

Pages