Axtarış
The search found 105777 results in 0.091 seconds.
Search results
Ayan Babakişiyeva evləndi - Görün bəy kimdir? - VİDEO
ARB TV-nin “Söhbət var” verilişində maraqlı anlar yaşanıb. Müğənni bəyaz gəlinliklə qolunda “həyat yoldaşı” ilə studiyaya daxil olub. İfaçının belini bağlayan aktyor Həsrət Həsrətov Ayana xeyir-duasını verib. Məşhurlar da öz növbəsində Ayanı təbrik ediblər. Sözügedən görüntüləri təqdim edirik:/olke.az
Muxalifet - 6-05-2019
Erməni əsgərlər bir-bir yoxa çıxır: Ordumuzun bu addımları İrəvanı DƏHŞƏTƏ SALDI
Ermənistan Azərbaycan Ordusunun təmas xəttidə aktivləşməsindən və Türkiyə-Azərbaycan təlimlərindən qorxuya düşüb.
Ermənistan mediası Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən erməni hərbi birləşmələrinin əsgərlərinin müəmmalı şəkildə güllə yarası aldığını, yaxud yoxa çıxdıqlarını yazır.
“Lragir” saytının məlumatına görə, aprelin 30-da 32 yaşlı gizli Arqişti Stepxanyan başından güllə yarası alıb. Mayın 4-də isə 1998-ci il təvəllüdlü əsgər Aqanik Zorolyan yaralanıb.Muxalifet - 6-05-2019
Raket vuran lazer sistemi test edildi
ABŞ Hava Qüvvələri (USA Air Fors) raketləri vurmaq üçün inkişaf etdirdiyi lazer silah sistemlərinin müvəffəqiyyətlə test edildiyini açıqlayıb.
“The Verge” internet saytı ABŞ Hava Qüvvələri Laboratoriyasının lazer sistemini ötən aprel ayında Nyu Mexikoda "White Sands Missile Range" adlı ABŞ ordusunun hərbi test sahəsində müvəffəqiyyətlə test etdiyini yazıb.
Xəbərə görə, "Özündən Qorumalı Yüksək Enerjili Lazer Göstərici" (SHİELD) adı verilən lazer sistemi, yerdən bərkidilir və uçuş zamanı çoxlu hava misillərini vurmaq üçün istifadə edilir.Muxalifet3 - 6-05-2019
Ramil Usubovdan daha bir TƏYİNAT
Daxili işlər orqanlarında daha bir təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.
Sözügedən xəbəri Ağcabədi Rayon Polis Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, A.Həsənov bundan əvvəl Yevlax Rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini olub.Muxalifet - 6-05-2019
Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlandı
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 391 975 nəfər təşkil edib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
Hesabat dövründə Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbilərin sayı baxımından birinci yeri tutub. İkinci yerdə 367 215 nəfərlə Rusiya, üçüncü yerdə isə 326 840 nəfərlə Ermənistan vətəndaşları qərarlaşıb.Muxalifet - 6-05-2019
Novxanı yolunda iki “Mercedes” və “Hyundai” toqquşdular
Abşeron rayonunda ötən gün axşam saatlarında üç avtomobilin toqquşması nəticəsində qəza baş verib. Hadisə Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsində qeydə alınıb.
Novxanıdan paytaxt istiqamətində hərəkətdə olan "Mercedes" qırıq xətdən dönüb geri qayıtmaq istəyərkən, əks yol ilə gələn "Mercedes"lə toqquşub. Hadisə qəfil baş verdiyinə görə, şəhər istqaməti ilə hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək arxadan "Mercedes"ə çırpılıb.
Qəzada ciddi xəsarətlər alan olmasa da, hər üç avtomobil yararsız vəziyyətə düşüb.Muxalifet - 6-05-2019
“Günə 100 manat qazanmaq hər kişinin işi deyil” - Manafdan SƏRT AÇIQLAMA
Elə bir qohumun varmı ki, səndən narazılıq edir?
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda qonağı Manaf Ağayevə müraciət edib.
Müğənninin cavabı gözləniləndən də maraqlı alınıb:Muxalifet - 6-05-2019
Azərbaycanda uzunömürlülər daha çox BU ƏRAZİLƏRDƏ yaşayırlar
Azərbaycanda uzunömürlülərin - yaşı 90 və daha çox olan şəxslərin sayı artıb.
Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq, bildiriblər ki, bu il yanvarın 1-ə olan məlumata görə, ölkə üzrə 15148 nəfərin yaşı 90 və daha çoxdur. Bu rəqəm 2015-ci ildə 10171, 2016-cı ildə 10880, 2017-ci ildə 11820, 2018-ci ildə 12207 nəfər olub. Ölkədəki uzunömürlülərin çoxu qadınlardır.
Azərbaycanda uzunömürlülərin çoxu - 2680 nəfər Bakıda yaşayır. Onların 1262-si kişi, 1418 nəfəri qadındır.Muxalifet - 6-05-2019
İntihar etmək istəyən qadın belə xilas edildi – ANBAAN VİDEO
Türkiyənin İstanbul şəhərində intihar edən şəxsi başqa bir şəxs xilas edib.
Muxalifet.az Türkiyə mətbuatına istnadən xəbər verir ki, kimliyi məlum olmayan bir şəxs özünü dəmir yoluna ataraq intihar etmək istəyən qadının həyatını xilas edib.
Belə ki, intihar etmək istəyən qadın qatarın stansiyaya daxil olmasına az qalmış özünü reyslərin üzərinə atıb. Bu zaman stansiyada olan digər bir şəxs qadını xilas etmək üçün özünü reyslərin üzərinə atıb. O, qadını tutub boş olan reysin üzərinə ataraq ölümdən qurtarıb.Muxalifet - 6-05-2019
Azərbaycan Türkiyə ilə birgə dəhşətli bomba İSTEHSAL ETDİ: İnanılmaz ÖZƏLLİK - VİDEO
Azərbaycan istehsalı olan “QFAB-250 LG” aviasiya bombasının göstəriciləri açıqlanıb.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun baş direktoru Novruz Abdullayev silahın inert nümunəsinin İstanbulda keçirilən “IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində ilk dəfə nümayiş etdirildiyini bildirib.Muxalifet - 6-05-2019
Kənanın Aygünü arıqlayıb belə oldu
Müğənni Aygün Mahmudovanın yeni fotosu yayılıb.
İfaçı fotonu İnstaqram səhifəsində paylaşıb. Cins kostyuma üstünlük verən müğənninin xeyli çəki itirməsi diqqətlərdən qaçmayıb.
Foto izləyicilər tərəfindən çox bəyənilib və ifaçıya xoş sözlər yazılıb.
“İncəlmək sizə necə yaraşır?”, “Çox gözəl görünürsüz”
Hətta ifaçının necə arıqlaması ilə maraqlananlarda olub.
“Necə arıqlamısınız, bizə də söyləyin yolların”, “Pəhrizinizi də paylaşın zəhmət olmasa”Muxalifet - 6-05-2019
Ramazanda qiymətlərin bahalaşması nə ilə bağlıdır? – Ekspert səbəblərdən danışdı
"Mövsümlə bağlı Ramazanda aqrar məhsulların ucuzlaşması labüddür, buna baxmayaraq əvvəlki bayramlarda mövcud olan baha qiymət tendensiyası yenidən təkrarlanacaq”
Sfera.az-a açıqlamasında bu sözləri Ramazan bayramının gəlişilə bağlı ölkədə ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində hansı dəyişikliyin ola biləcəyinə aydınlıq gətirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:Muxalifet - 6-05-2019
SON DƏQİQƏ: Tanınmış şairin bacısı oğlu ÖLDÜRÜLDÜ
Şair Salam Sarvanın 1997-ci il təvəllüdlü bacısı oğlu Mikayıl Mehman oğlu Qəmbərov Abşeron rayonunda öldürülüb.
Bu barədə yayılan məlumatı Axar.az-a Salam Sarvan özü təsdiqləyib.
O bildirib ki, bacısı oğlunun 22 yaşı vardı.
Təfərrüatla bağlı məlumat yoxdur.Muxalifet - 6-05-2019
ABŞ yəhudilərinin lideri Bakıdan bəyan etdi: “Mən İranda inqilabı istisna etmirəm"
İsrailin İranla məsələni bir neçə günə həll etməsində heç bir problem yoxdur.
Bunu virtualaz.org-a açıqlamasında ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer deyib.
"İsrail bölgənin ən qüdrətli ölkəsidir və İran onu qəzəbləndirməyə davam etməməlidir. Tehran terror təşkilatlarını-Həmas-ı, Hizbullah-ı, Yəməndən olan husiləri dəstəkləməklə yalnız özünə pis edir", - deyə M.Şnayer bildirib.Muxalifet - 6-05-2019
Ermənistan Fransada bu azərbaycanlının tanınmasından niyə qorxur? - Vikipediya məlumatları SİLDİRİLDİ
Son bir neçə aydır ki, Fransanın Milli Qəhrəmanı adını qazanmış Əhmədiyyə Cəbrayılovun fransız və rus dillərində olan bütün vikipediya məlumatları silinib. Səbəb olaraq qaynaq yetərsizliyi göstərilir...Muxalifet - 6-05-2019
Rəqqasə Fatiməyə vəzifə verildi – FOTO
Rəqqasə Fatiməyə vəzifə verilib.
Muxalifet.az Bakupost-a istinadən xəbər verir ki, Fatimə Fətəliyeva bu gündən Bakı şəhər Mədəniyyət Baş İdarəsində vəzifəyə təyin edilib.
O, özü bu barədə məlumat verib: "Bu gündən Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin-Yaradıcı Kollektivin estrada artisti kimi fəaliyyət göstərəcəm. Xeyirli olsun.”Muxalifet - 6-05-2019
Dəhşətli təyyarə qəzasının SƏBƏBİ AÇIQLANDI
Moskvanın Şeremetyevo aeroportunda baş verən təyyarə qəzası ilə bağlı ilkin versiyalar açıqlanıb.
İstintaq Komitəsi “Aeroflot"a məxsus "Sukhoi Superjet 100" tipli təyyarənin eniş sürətinin normal olduğunu açıqlayıb. Lakin yanacaq çənlərininin dolu olması enişi çətinləşdirib. Ehtimal olunur ki, depoların doluluğu sarsıntılı eniş əsnasında təyyarənin alovlanmasına səbəb ola bilər.Muxalifet - 6-05-2019
Arvadını öldürmək istəyən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Məmmədov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Bakının Zığ qəsəbəsində baş verib. R.Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Məmmədov həbs edilib.Muxalifet - 6-05-2019
Azərbaycan-Gürcüstan sərhədində gərginlik - CANLI ZƏNCİR TƏŞKİL OLUNDU... - FOTOLAR
Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ monastır kompleksinin yerləşdiyi hissəsində gürcü vətəndaş fəalları toplaşaraq aksiya keçirir.
Virtualaz.org “Exo Kavkaza” portalına istinadən xəbər verir ki, fəallar əl-ələ tutaraq monastır kompleksinin sərhədin Azərbaycan tərəfində qalan hissəsini canlı zəncirlə əhatəyə alıblar.
Muxalifet4 - 6-05-2019
Niyə bankomatlar təzə pulları tanımır?
Yeni dövriyyəyə buraxılan 10 və 200 manatlıq əsginaslar elektron ödəmə terminalları tərəfindən qəbul edilmir. Bu da müvafiq kredit borcu və ya digər ödənişlərini həyata keçirmək istəyən vətəndaşların vəziyyətini çətinləşdirib.
Kommunikasiya texnologiyaları bazarındakı mənbələrdən əldə etdiyimiz məlumata görə, bu problemin yaranma səbəbi bankomatların aparatlarında yeni əsginasların parametrlərinin qeyd edilməməsidir:Muxalifet - 6-05-2019