Axtarış

The search found 105777 results in 0.024 seconds.

Search results

  1. Moskvada alışan təyyarədə 41 nəfər öldü – FOTO/VİDEO / YENİLƏNİB

    İstintaq Komitəsi "Sukhoi Superjet 100" təyyarəsinin içində olan 78 insandan yalnız 37-nin sağ qalması haqqında məlumatlara malikdir.

    TASS agentliyinin yazdığına görə, bu haqda idarənin rəsmi nümayəndəsi Svetlana Petrenko jurnalistlərə bildirib.

    "Moskva-Murmansk reysi ilə uçan avialaynerin içində ekipaj üzvləri də daxil olmaqla, 78 nəfər var idi. İstintaq Komitəsinin əlində olan dəqiqləşdirilmiş məlumatlara görə, onlardan 37-i sağ qalıb", - o deyib.

    İstintaq Komitəsi fövqəladə hadisənin səbəbləri üzrə bir neçə versiyaya baxır.

     

    ***

    Muxalifet4 - 6-05-2019

  2. 41 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı ŞOK İDDİA

    Aviasiyanın inkişafı məsələləri üzrə Rusiya prezidenti yanında komissiyanın üzvü Yuri Sıtnik Moskvanın Şeremetyevo aeroportundakı qəzadan sonra “Sukhoi Superjet 100” (SSJ-100) təyyarələrdən imtina etməyə çağırıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, onun sözlərini “Daily Storm” nəşri sitat gətirib.
    “Gözlərinizi açın və “Superjet”ə biletləri almaqdan imtina edin”, - Sıtnik bildirib.
    O xatırladıb ki, bu təyyarələrin istismara yararsız olduğunu dəfələrlə vurğulayıb.

    Muxalifet - 6-05-2019

  3. Məşhur aktrisadan İNANILMAZ SÖZLƏR: Heç bir kişi bunun qarşısında tab gətirə...

    Şeron Stoun 60 yaşı olmasına baxmayaraq, gənc qızların və kişilərin heyranlıqla izlədiyi aktrisadır. O, hələ də çiçəklənən gözəlliyi ilə insanları ruhlandırmağa davam edir.
    Muxalifet.az Şeron Stounun aforizmə çevrilən hikmətli, eyni zamanda tikanlı fikirləri ilə tanış edir.

    Qadınlar və gözəllik haqqında

    Muxalifet - 6-05-2019

  4. Moskva-Bakı aviareysi üzrə uçuş həyata keçirilib

    Artıq "Şeremetevo" hava limanında Moskva-Bakı aviareysi üzrə uçuş həyata keçirilib.

    ONA-nın Moskva bürosunun verdiyi xəbərə görə, uçuş Moskva vaxtı ilə 00:40-da baş tutub.

    "Şeremetevo" hava limanının onlayn elektron tablosunda da Moskva-Bakı aviareysi üzrə təyyarənin 00:40-da havaya qalxdığı əks edilib.

    Qeyd edək ki, sözügedən aviareysin uçuş qrafikinə dəyişiklik "Şeremetevo"da baş vermiş məlum qəza səbəbindən edilib.

    Muxalifet - 6-05-2019

  5. ABŞ İranı təyyarə gəmisi ilə hədələdi

     Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton İrana mesaj vermək üçün "USS Abraham Linkoln" təyyarə gəmisinin hücum qrupu ilə bir bombardmançıları Orta Şərqə sövq edəcəklərini bildirib.
     

    Muxalifet3 - 6-05-2019

  6. Tarixi faktlar: Keşikçidağ gürcülərindir, yoxsa?.. - VİDEO

    Yutub sosial şəbəkəsindəki “Belə-belə işlər” kanalı Azərbaycan və Gürcüstan sərhədində yerləşən Keşikçidağ monastırı ilə bağlı videoçarx hazırlayıb.
    videoda bu abidənin tarixi haqda maraqlı məlumatlar qeyd edilib.
    Sözügedən videoçarxı təqdim edirik:/Axar.az 

    Muxalifet - 6-05-2019

  7. İsraillə Fələstin dirəniş qrupları arasında anlaşma

     Qəzzada Fələstinli müqavimət qrupları ilə İsrail arasında atəşkəs anlaşmasına varıldığı bildirilib.
     
    “Həmas” Hərəkatına bağlı “əl-Aksa” televiziya kanalında verilən xəbərə görə, Fələstinli müqavimət qruplar ilə İsrail arasında atəşkəs razılaşmasına gəlinib.
    Adını vermək istəməyən bir mənbəyə əsaslandırılan xəbərdə, atəşkəsin yerli vaxtla 04:30-da başlayacağı qeyd edilib.

    Muxalifet3 - 6-05-2019

  8. ​Xətaidə GƏRGİNLİK DAVAM EDİR: Naməlum nömrədən gələn zəng və...

    Xətai rayonu M.Hadi küçəsində iki binanın sakinləri gecə saatlarında ayağa qalxıblar.
    Sakinlərin küçələrə çıxmasına səbəb naməlum nömrədən gələn telefon zəngi olub. Sakinlər bildiriblər ki, zəng edən şəxs onları hədələyib. Zəngdən dərhal sonra isə sakinlərin qoruduğu ərazidəki projektorun işıqları kəsilib. Bina sakinləri dərhal məsələ ilə bağlı polisə muraciət ediblər. 
    Qeyd edək ki, 2 gün əvvəl M.Hadi küçəsindəki 93 və 99 nömrəli binaların arasında çəpərlənmə işləri görülərək 130 -a yaxın ağac köçürülüb, bəziləri isə gecəylə kəsilib.

    Muxalifet - 6-05-2019

  9. İstanbul seçkilərində düyün bu gün çözüləcək

    Türkiyənin Ali Seçki Komissiyası (YSK) bu gün keçirəcəyi iclasda, əvvəlcə İstanbul seçkilərinin ləğvinə yönəlmiş müraciətləri gündəmə alacaq. Bu barədə veriləcək qərardan sonra AK Partiyanın Büyükçekmece, MHP-nin isə Maltəpədəki seçkilərin ləğvinə dair tələblərini qərara bağlayacaq.
     
    İşlər uzandığı təqdirdə, İstanbul qərarının sabah, ya da çərşənbə gününə qalacağı bildirilir.
    Müxalifət.az

    Muxalifet3 - 6-05-2019

  10. Mübarək ay başladı, marketlər Ramazan endirimi edəcəkmi?

    Əməkdaşımız paytaxtın dükan - bazarlarında qiymətlərlə maraqlanıb

    Bu gündən etibarən müsəlman dünyasında, o cümlədən Azərbaycanda mübarək Ramazan ayı başlayır. Bununla əlaqədar, bir çox ölkələrdə marketlərdə imsak və iftar süfrəsində ən çox istifadə olunan ərzaq məhsullarına yüksək endirimlər edilib.

    Muxalifet - 6-05-2019

  11. Trampdan qalmaqal açıqlama

    ABŞ prezidenti Donald Tramp Qəzzandan İsrailə atılan raket hücumları səbəbiylə İsrailə tam dəstək verdiyini ifadə edib.
     
    Twitter hesabından açıqlama verən Tramp, "Növbəti dəfə İsrail “Həmas” və “İslami Cihad” terror təşkilatlarının ölümcül, intensiv raket hücumları ilə üz-üzə qalıb. İsraili vətəndaşlarını müdafiə mövzusunda 100 faiz dəstəkləyirik" deyə qeyd edib.

    Muxalifet3 - 6-05-2019

  12. Təyyarədaşıyan və bombardmançılar qrupu hərəkətə keçir: MÜHARİBƏ ELANINA BƏRABƏR ADDIM

    ABŞ İran sahillərinə təyyarədaşıyan və bombardmançılar qrupu göndərəcək.
    “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton bildirib.

    Muxalifet - 6-05-2019

  13. Seçki yenidən keçirilsə Binalı Yıldırm namizəd olacaqmı?

    “Cumhur İttifaqı”nın İstanbul Bələdiyyə sədrliyinə namizədi Binali Yıldırım jurnalistlərin suallarını cavablandırıb.
     
    Yıldırıma verilən "Sizin vəkiliniz “yenidən seçki keçirilsə, namizədləri dəyişməyəcək” demişdi. “Bu barədə düşüncələriniz nədir” sualına, "YSK-nın qərarı hələ dəqiq deyil, buna görə də, bu mərhələdə bir namizəd haqqında fərziyyələrlə danışmaq düzgün deyil" deyə cavab verib.

    Muxalifet3 - 6-05-2019

  14. Fazil Mustafa: “Heç kimin alnına həmişə deputat və ya nazir olmaq yazılmayıb”

    “Dövlət öz yükünü nə qədər tez sahibkara təhvil versə, sosial problemlərin də azalmasını müşahidə edə bilərik”

    Ötən həftə Tarif Şurası dövlət başçısının tapşırığı əsasında qaz istehlakçılarına tətbiq olunan limitin artırılmasına qərar verdi. Bu barədə Milli Məclisdə az öncə təşəbbüs qaldırmış deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə söhbətimizdə əvvəlcə əhali arasında birmənalı qarşılanmayan qərarla bağlı danışdıq.

    Muxalifet - 6-05-2019

  15. Bakının bu yolunda BÖYÜK TIXAC VAR

    Bu gün səhər saatlarından Bakı "Dairəvi 1" avtomobil yolunda böyük tıxac yaranıb.
    "Report" xəbər verir ki, sıxlıq yolun Xırdalan dairəsindən 20 Yanvar dairəsinədək olan hissəsində müşahidə olunur.
    Şahidlər yolda hər hansı bir qəzanın olmadığını qeyd edirlər.

    Muxalifet - 6-05-2019

  16. Şəhid ailəsi Kılıçdaroğlunu rədd etdi

    Suriyadakı silahlı qarşıdurmada şəhid olan yüzbaşı Cəlaləddin Özdəmirin cənazə mərasimi keçirilib. CHP sədri Kamal Kılıçdaroğlu da şəhid kapitan Cəlaleddin Özdəmirin cənazə mərasiminə qatılıb. Mərasimdə şəhid Cəlaləddin Özdəmirin ailəsi Kamal Kılıçtaroğlu ilə əl görüşməkdən imtina edib və başsağlığını qəbul etməyib.
    Müxalifət.az

    Muxalifet3 - 6-05-2019

  17. Ata maşını ilə öz övladını vurub öldürdü - Yevlaxda DƏHŞƏT

    Yevlax şəhərində tükürpədici hadisə baş verib.
    Muxalifet.az ona-ya istinadən məlumatına görə hadisə Yevlax şəhərinin Fizuli küçəsində baş verib.
    Belə ki,  ata özünəməxsus idarə etdiyi maşını ilə manevr edərkən ehtiyatsızlıqdan  avtomobilin ətrafında dolaşan 4 yaşlı oğlunu görməyib.
    Nəticədə ata 2015-ci il təvəllüdlü oğlu - Kənan Ruslan oğlu İsmayılovu vuraraq ona ağır xəsarət yetirib.
    Yaralı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. K.İsmayılov xəstəxanada vəfat edib.

    Muxalifet - 6-05-2019

  18. Qarabağda inanılmaz MÜHARİBƏ SSENARİSİ: “Ruslar Araza çıxır”, Təbrizdə isə...

    Rusiyalı ekspertlərdən ilginc iddialar: “Moskva üçün Qarabağın Azərbaycanda, yoxsa Ermənistanda qalacağının önəmi yoxdur”; “Güney Azərbaycan ABŞ-İran qarşıdurmasında müharibənin episentrlərindən ola bilər...” ABŞ dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvət eləməsi analitiklərin müzakirə mövzusu olaraq qalır. Maraqlıdır ki, Rusiyada bu təşəbbüs qısqanclıq və narahatlıqla qarşılanıb. Halbuki ABŞ da Rusiya kimi Qarabağ məsələsində vasitəçi dövlət, üç həmsədrdən biridir.

    Muxalifet - 6-05-2019

  19. “ABŞ ölkəmizdə hərbi çevriliş edərsə, məmnun olarıq” - Guaido

    Venesuelada özünü prezident elan edən Milli Məclisin sədri Juan Guaido, uğursuz çevrilişdən sonra Vaşinqtonun hərbi çevrilişə qərar verdiyi təqdirdə buna dəstək verəcəklərini söyləyib.
     
    “Vaşinqton Post” qəzetinə keçən həftə uğursuz bir çevrilişdən sonra açıqlama verən 35 yaşındakı Juan Guaido, "Bəlkə daha çox hərbçiyə ehtiyacımız var, bəlkə də Maduronu devirmək istəyən daha çox hökumət səlahiyyətlilərinə ehtiyacımız var" deyib.

    Muxalifet3 - 6-05-2019

  20. Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 may 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
    DİM-dən Muxalifet.az-a verilən məlumata görə, imtahana qeydiyyat aprelin 18-dən mayın 3-dək aparılıb və bu müddət ərzində 65 namizəd qeydiyyatdan keçib.

    Muxalifet - 6-05-2019

Pages