Axtarış

The search found 105777 results in 0.074 seconds.

Search results

  1. Zaqatalada ağır QƏZA: 3 nəfər xəsarət aldı

    Zaqatala rayonunda baş verən yol-nəqliyyat qəzasında üç nəfər xəsarət alıb.
    Muxalifet.az ona-ya istinadən məlumatına görə, hadisə mayın 5-dən 6-a keçən
    gecə Zaqatala şəhər ərazisində baş verib. 

    Muxalifet - 6-05-2019

  2. Moskvada yanan təyyarənin içindən - DƏHŞƏTLİ KADRLAR

    Moskva - Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.
    Muxalifet.az xəbər verir ki, qəza enişi edən "Sukhoi Superjet 100" təyyarəsinin alışması nəticəsində ölənlərin sayı 41-ə çatıb. 
    Bu gün isə sərnişinlərdən birinin təyyarənin içində lentə aldığı kadrlar üzə çıxıb. Video çarxdan da göründüyü kimi təyyarədə panika var və salon tüstü ilə dolur./olke.az

    Muxalifet - 6-05-2019

  3. ​Türkiyənin tanınmış yazıçısı vəfat etdi - FOTO

    Türkiyənin məşhur yazıçısı Qədr Mısıroğlu bu gecə vəfat edib. 
    Bir müddət Acıbadem Altunizade Xəstəxanasında müalicə alan mərhum 86 yaşında dünyasını dəyişib. 
    Prezident Rəcəb Təyyub Ərdoğan, Tvitter hesabında çox sayda tarixi əsərlər müəllifinin vəfatı ilə bağlı başsağlığı verib: "Ölkəmizin əhəmiyyətli tarixçi yazarlarından biri olan Qədr Mısıroğlunun vəfatını təəssüf hissilə öyrəndim. Hörmətli Mısıroğluna Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı verirəm. Məkanı cənnət olsun"./BakuPost 

    Muxalifet - 6-05-2019

  4. Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA

    Moskvanın Şeremetyevo hava limanında baş vermiş qəzada nəticəsində zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır. 
    Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri  Leyla Abdullayeva bildirib. O vurğulayıb ki, hələlik  qəza nəticəsində ölənlər və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.
    Hazırda Azərbaycanın səfirliyi bu məsələ ilə bağlı Rusiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır. 

    Muxalifet - 6-05-2019

  5. ABŞ və Avropanın S-400 təlaşının səbəbi nədir?

    Rusiyadan S-400 alan Türkiyə sanksiyalardan tutmuş F-35 proyektindən çıxarılmağa qədər bir çox şantaj ilə üz-üzədir. ABŞ və digər Qərb ölkələrinin bu qədər S-400-dən narahat olmaları bir çox suallar yaradır. Türkiyənin Rusiyadan aldığı iki ədəd S-400 sistemləri iyun və iyul aylarınaTürkiyəyə gəlir. İkinci variant olaraq da birgə istehsal və texnologiya transferi variantları müzakirə edilir. Türkiyə S-400 müqaviləsindən sonra başda ABŞ olmaqla, Qərbli müttəfiqlərinin ifrat etirazı ilə qarşılaşıb.

    Muxalifet3 - 6-05-2019

  6. ​Murmanskda matəm ELAN OLUNDU

    Şeremetyevo hava limanı və “Aeroflot” aviaşirkəti SSJ-100 təyyarəsində həlak olan və yaralanan bütün sərnişinlərin yaxınları və qohumlarına hərtərəfli yardım göstərəcək.
    Bu məlumatı Şeremetyevo hava limanının mətbuat xidməti yayıb.

    Muxalifet - 6-05-2019

  7. Musa Yaqubun Avstriyada yaşayan nəvəsi...

    Səsindəki qəribə həzinlik adamın ruhunu oxşayır. Dinlədikcə, bu səsin dərinliklərində vətənə, insanlara sevgi dolu kövrək bir ürəyin döyündüyünü duymamaq olmur. Onu daha çox danışdırmağa, daha yaxından tanımağa çalışdım. Söhbətimiz boyu qərib bir ölkədə özü boyda Azərbaycan olmağa cəhd edən bu xanımın arzularına heyran oldum. Onların hər biri vətənlə, xalqla bağlıdır. Bu gənc xanımın istəklərinin hamısına sanki doğma məmləkətin dərdi, sevinci hopub.

    Muxalifet - 6-05-2019

  8. ​ŞOK: Röya yenə sinəsini açdı - VİDEO

    Əməkdar artist Röya Ayxanın yeni videosu yayılıb. “Ölkə.Az” xəbər verir ki, video İnstaqram səhifələrinin birində paylaşılıb. Görüntüdə sinəsin açan Röya izləyicilər tərəfindən tənqid edilib. Onlar əməkdar artistə "Deməli bu hərəkətləri sıravi biri etsəydi daş qalaq olunmuşdu", “Yekə qadındi beş-altı kişinin içində acıb qoyub özünu.”- kimi sərt şəkildə fikir bildiriblər. Xatırladaq ki, Röya Ayxan boşanıb, bir oğlu var.

    Muxalifet - 6-05-2019

  9. ​24 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

    Mayın 4-də gecə saatlarında 39 yaşlı Sumqayıt şəhər sakini Həsən Abbasovun və 24 yaşlı Ağstafa rayon Aşağı Göycəli kənd sakini Ülvi Quliyevin kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri almaları barədə Ağstafa rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Muxalifet - 6-05-2019

  10. ABŞ Türkiyənin Aralıq dənizdə neft axtarışından narahatdır!

    Ötən günlərdə iki təyyarə gəmisini Aralıq dənizinə göndərən Vaşinqton rəhbərliyi, regionda özünün hər istəyini yerinə yetirən Cənubi Kipri qoruması altına alır. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Margan Ortagus Türkiyənin dənizdə neft-qaz kəşfiyyat fəaliyyətlərindən narahatlıq duyduqlarını deyib.
     
    Margan Ortagus Türk gəmilərinin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarma fəaliyyətlərinə dair yazılı bəyanat verib.

    Muxalifet3 - 6-05-2019

  11. “Mayda toy olmaz” iddiasına iki baxış

    Qadağanın heç bir dini, tibbi və astroloji əsası yoxdur

    Bəziləri bu düşüncənin hələ Roma imperiyası dövründə yarandığını iddia edir. Belə ki, may sözü latın dilində “maius” sözündən götürülüb, hansı ki, “May İlahəsi” belə adlandırılıb. Digər iddialarda isə qeyd olunur ki, Romada may ayında “Lemuriya” adlı tədbir keçirilirmiş. Bu ayda bütün məbədlər bağlanar, dünyasını dəyişənlər yad edilər, dualar oxunarmış. Beləliklə, bu ayda toy, şənlik məclisləri keçirilməyib.

    Muxalifet - 6-05-2019

  12. Avropa Liqasının final oyununun azarkeşlərinin yerləşdirilməsi ilə bağlı nazirdən AÇIQLAMA

    UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
    A.Rəhimov qeyd edib ki, Bakıda otellərdə 17 mindən artıq otaq var: "Nəzərə alsaq ki, bəzi otaqlarda 2 nəfər qala bilər, bu onu göstərir ki, azarkeşlər otellərdə tam şəkildə yerləşdirə bilərlər".

    Muxalifet - 6-05-2019

  13. SON DƏQİQƏ: Yeniyetmə idmançıları yarışa aparan mikroavtobus Salyanda qəzaya uğradı - BİR ÖLÜ, BEŞ YARALI - YENİLƏNİB/FOTOLAR

    Səhiyyə Nazirliyi bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində baş vermiş qəzada yaralananların vəziyyəti ilə bağlı açıqlama verib.
    Nazirliyin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, avtobusun sürücüsü də daxil olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan altısının vəziyyəti yaxşıdır, həyatlarına təhlükə yoxdur. Bir yaralının vəziyyəti isə ağır stabil qiymətləndirilib.
    “Bir uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib”, - Abubəkirov əlavə edib.

    Muxalifet - 6-05-2019

  14. ​Maliyyə Nazirliyində 2 şöbə birləşdirildi

    Maliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi və Sosial təyinatlı layihələrin maliyyəsi şöbələri birləşdirilib.
    Onların bazasında İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsi yaradılıb.
    Şöbəyə rəhbərlik Ədalət Əliyevə həvalə edilib. O, indiyə qədər ləğv edilmiş İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdir müavini olub, eyni zamanda 1 il bundan əvvəl vəfat etmiş şöbə müdiri Mərdan Mərdanovu əvəz edib.

    Muxalifet - 6-05-2019

  15. ABŞ aviadaşıyıcısını İran sahillərinə göndərir – “Aydın və səhvsiz siqnaldır”

    ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Amerika aviadaşıyıcısının İran sahillərinə yola düşdüyünü bildirib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
    Onun sözlərinə görə, Amerika aviadaşıyıcısı və operativ bombardmançı qrupu İrana qarşı “amansız güc” tətbiq etməyə hazırdır.
    Bolton əlavə edib ki, ABŞ İrana “aydın və səhvsiz siqnal” göndərir.
    O həmçinin qeyd edib ki, Vaşinqton Tehranın ABŞ və müttəfiqlərinin maraqlarına hücumlarına cavab verəcək.

    Muxalifet - 6-05-2019

  16. ​İki məşhur qəzada yanaraq öldü - FOTO

    Belarusiyanın Kubani rayonunda ağır yol qəza hadisəsi baş verib.
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, avtomobillərin toqquşması nəticəsində meydana gələn qəzada beş nəfər ölüb.
    Onların içərisində "Stand up" şousu ilə məşhurlaşan aktyorlar Denis Maloviçko və Yelena Zuyeva da olub.
    Qeyd edək ki, onlar konsertə getmək üçün yola çıxıblar. Qəza nəticəsində isə yanaraq, ölüblər.

    Muxalifet - 6-05-2019

  17. ​Yanan təyyarənin stüardessası qəza anından danışdı

    Moskvanın “Şeremetyevo” aeroportunda yanmış “Sukhoi Superjet 100” (SSJ-100) təyyarəsinin göyərtəsində olmuş stüardessa Tatyana Kasatkina sərnişinlərin təxliyyəsindən danışıb.
    Onun hadisə ilə bağlı dedikləri “Baza” “Telegram” kanalında dərc olunub.
    Kasatkinanın sözlərinə görə, təyyarə yüksək sürətlə hərəkətdə olan zaman təşviş içində olan insanlar yerlərindən qalxıb və çıxışa doğru qaçıb. Onlar yaxınlarına zəng vurub, təyyarəni alov bürüdüyünü və düşməkdə olduğunu bildiriblər.

    Muxalifet - 6-05-2019

  18. Oliqarxların bankları can verir - “Bank of Baku”da 25 faiz azalma

    Azərbaycanda fəaliyyət göstərən 30 bankın son maliyyə göstəricilərinə nəzər salanda, liderləri və "axsayanları” dərhal seçmək olur. Əhalinin və sahibkarların böyük qisminin heç də razı qalmadığı bank sektorunun təmsilçilərinin hesabatları və bu sahədəki reallıqlar ony deməyə əsas verir ki, banklar hələ də ölkə iqtisadiyyatının inkişafında öz üzərlərinə düşən işin öhdəsindən tam gələ bilmirlər.

    Muxalifet - 6-05-2019

  19. ​Azərbaycanda tanınmış müğənni vəfat etdi - FOTO

    Azərbaycanın cənub bölgəsinin tanınmış müğənnilərindən olan Şahbala Əliyev vəfat edib. Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, el sənətkarı yaşadığı Lerik rayonunda dünyasını dəyişib. Qeyd edək ki, Şahbala Əliyevin oğlu Bəxtiyar Əliyev (Lerikli) də bölgənin tanınmış müğənnilərindəndir. Allah rəhmət eləsin!

    Muxalifet - 6-05-2019

  20. Rusiyadan hərbi müdaxiləyə hazırlaşan ABŞ-a “Venesuela” xəbərdarlığı!

     Rusiya Xarici İşlər naziri Sergey Lavrov Karakasda hakimiyyəti zorla dəyişdirmək cəhdlərinin Venesueladakı böhranın həllinə yönəlik səylərə zərbə endirdiyini və çox ciddi nəticələri ola biləcəyini bildirib.
     
    Lavrov, "Karakasda hakimiyyəti zorla dəyişdirmək cəhdləri əlbəttə ki, demokratik proseslə bağlı olmayıb, sadəcə böhranın siyasi yollarla həllinə zərbə endirir və belə bir kursa davam edilməsinin ciddi nəticələri olacaq" deyə söyləyib.

    Muxalifet3 - 6-05-2019

Pages