Axtarış

The search found 105777 results in 0.023 seconds.

Search results

  1. Azərbaycanlı aktyor AZTV-də aparıcılıq edəcək

    Aktyor Kamran Ağabalayev aparıcılıq edəcək. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, o AZTV-də “Ağ qara” adlı veriliş təqdim edəcək. Ağ studiyada aparıcı və qonaqları qara geyimdə tamaşaçı qarşısına çıxacaq. Qeyd edək ki, Kamran Ağabalayev ““Ağacdələn”, “Kəklikotu”, “Kardeşim benim 2” , “Terkedilmiş, “Kızkaçıran” və başqa filmlərdə rol alıb.

    Muxalifet3 - 5-05-2019

  2. Bakı marafonunun qadın qalibi danışdı

    Bakıda 2017-ci və 2018-ci illərdə keçirilmiş marafonlarda yarışı ikinci pillədə başa vurmuşdum. Bu il Bakı marafonunda qalib gəlmək istəyirdim. İstəyimə nail oldum və finişə birinci çatdım. Gələn il paytaxtınıza yenidən gələcəyəm. Bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Mən əvvəllər Polşada və ABŞ-ın Detroyt şəhərində keçirilmiş marafonlarda qalib olmuşam. Belə möhtəşəm yarış təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm.

    Muxalifet3 - 5-05-2019

  3. ​İraq dünyaya çağırış etdi: Hücumları dayandırın!

    Beynəlxalq aləm Qəzzadakı cinayətlərin qarşısını almaq üçün tez bir zamanda sionistlərə təzyiq göstərməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözlər İraq parlamentinin Xarici Siyasət Komitəsinin yaydığı bəyanatdandır.
    "Qəzzada və Fələstində baş verən cinayətlər İsrailin əməlləridir və bu, beynəlxalq hüququ kobud şəkildə pozmaqdır. Hücumlar dərhal dayandırılmalıdır", - bəyanatda bildirilib.
    Qeyd edək ki, son günlər Qəzza zolağında HƏMAS-la İsrail ordusu arasında qarşıdurma yaşanır.
     

    Muxalifet3 - 5-05-2019

  4. Moskvada təyyarə tamamilə yandı

    Moskva – Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “360” Teleqram kanalı məlumat yayıb.
    Enişdən sonra yanğın güclənib və təyyarə bütünlüklə alova bürünüb.
    Olay zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.
     

    Muxalifet3 - 5-05-2019

  5. Qoyun otarıb imtahana hazırlaşan şagird ölkə ikincisi oldu - İBRƏTAMİZ FOTOLAR

    Muxalifet.az xəbər verir ki, söhbət Türkiyədə yaşayan Həbib Bitkindən gedir. Tuncəlinin Çemişgəzək rayonunda çətin bir həyat tərzi sürən Həbib qoyun sağıb, çobanlıq edərək imtahana hazırlaşıb. Altı dərsdə verilən 120 sualına 119-na doğru cavab verən Həbib Türkiyə ikincisi olub.   

    Muxalifet3 - 5-05-2019

  6. ​Qurban Qurbanovdan çempionluq AÇIQLAMASI

    Əvvəla, futbolçularımı təbrik edirəm. Biz mövsüm boyu ikinci olduq, amma son həftələrdə liderliyə yüksəldik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov çempionluq oyunundan dərhal sonra verdiyi açıqlamada deyib.
    "Çempionatı kubokla başa vurduğumuz üçün çox sevincliyəm. Mən daim futbolçularımın yanında idim, çünki onların necə çətinliklər çəkdiyini, məsuliyyətli olduğunu görürdüm və onlara inanırdım. Şükür ki, sonda çempionluğu qazandıq. Bütün "Qarabağ" azarkeşlərini və rəhbərliyi təbrik edirəm", - Qurbanov bildirib.

    Muxalifet3 - 5-05-2019

  7. Naxçıvanda yeni təyinat

    Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini təyin edilib. Muxalifet.az-ın ONA-ya istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Ruslan Kəngərli Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini təyin edilib.

    Muxalifet3 - 5-05-2019

  8. SON DƏQİQƏ: İşığa yeni limit gəlir? – Müzakirələr BAŞLANDI

    Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel qərarı ilə əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.

    Muxalifet3 - 5-05-2019

  9. Azərbaycanın ən məşhur serialı bitir

    10 ildir ATV-də yayımlayan "Bacanaqlar” serialı bu mövsüm bitir.
    Muxalifet.az xəbər verir ki, bu haqda "Zaurla Günaydın” verilişinə qonaq olan ekran işinin baş prodüseri, aktyor Elməddin Cəfərov deyib.
    O bildirib ki, yeni mövsümdə başqa layihə ilə tamaşaçı qarşısına çıxacaq:
    "Bacanaqlar” serialı bu il tətilə gedir və geri qayıtmayacaq. Serialı bağlayıram. 10 ildir gedir. İstəyirəm kimsə desin ki, 500 min verirəm görməyim bunu. Mən də rahatlıqla bağlayım. Yeni layihə üstündə çalışırıq”.

    Muxalifet3 - 5-05-2019

  10. Britaniya kraliçası rokçulardan kasıb imiş

    Məşhur “Queen” rok qrupunun üç üzvü Böyük Britaniya kraliçası II Yelizavetadan varlıymış.
    The Sunday Times nəşri aparılan araşdırmalar nəticəsində belə bir  rəy verib.
     Belə ki, Brayn Mey, Rocer Teylor və Con Dikonun ümumu sərvəti 445 milyon funt sterlinq (586 milyon dollar) təşkil edir, kraliça isə 370 milyon funt sterlinq (487 milyon dollar) sərvətə malikdir.

    Muxalifet3 - 5-05-2019

  11. PKK ilə şiddətli atışma: 2 türk əsgəri yaralandı

    Türkiyənin Şırnak vilayətində PKK ilə türk əsgəri arasında şiddətli atışma olub.
    Muxalifet.az xəbər verir ki, silahlı qarşıdurma zamanı iki türk əsgəri yaralanıb.
    Ərazidə terrorçulara qarşı əməliyyatların davam etdiyi bildirilib.
     

    Muxalifet3 - 5-05-2019

  12. İsrail 2 gündə 18 fələstinlini öldürdü

    Son iki gün ərzində İsrail aviasiyasının Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 18 fələstinli həlak olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
     

    Muxalifet3 - 5-05-2019

  13. Möhtəşəm HÜCUM: Erməni agentliyi DİZ ÇÖKDÜRÜLDÜ - FOTO

    Türk hakerlər Ermənistanın ən böyük informasiya agentliyi olan Nyus.am (News.am) saytına hücum ediblər.
    Muxalifet.az xəbər verir ki, hakerlər Nyus.am-ın bütün məlumatlarını dağıdıblar və ana səhifəyə Türkiyə bayrağını yerləşdiriblər.
    "CYBER WARRIOR (Kiber cəngavər) – Türkiyənin ən aktiv kiber müdafiə gücü" olaraq özlərini tanıdan hakerlər qeyd edib:
    “Bir gecə qəfildən gələ bilərik”.
    Qeyd edək ki, News.am hələ də hücumu dəf edə bilməyib.
    Hücumu dəf edə bilməyən erməni informasiya agentliyi indi serveri söndürmək məcburiyyətində qaldı.

    Muxalifet3 - 5-05-2019

  14. "Keşlə" klubu Premyer Liqanı tərk etdi - Səbəb

    Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən komanda bəlli olub.
    Muxalifet.Az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Sabah"ı 1-0 məğlub edərək, xallarının sayını 27-yə yüksəldib və Premyer Liqada qalmağı təmin edib.
    20 xala malik "Keşlə" isə sona 1 tur qalmış elitanı tərk edib.
     

    Muxalifet3 - 5-05-2019

  15. ​Bakıda etiraz: 35 illik ağaclar kəsilir - Foto

    Mayın 4-də Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsində iki binanın sakinləri etiraz ediblər.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, etirazlarının səbəbi isə yaşadıqları binanın arasında yerləşən sahənin başqa bir şəxs tərəfindən çəpərlənməsi olub. Sakinlər hesab edirlər ki, bu ərazidə heç bir tikiliyə icazə verilə bilməz. Belə ki, əllərində olan sənədə əsasən 2017-ci ilin may ayında Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə, ərazidə şəxsi olaraq istifadə olunan bağların çəpərləri sökülmüş və ərazi ümumi olaraq bina sakinlərinin ixtiyarına verilib.

    Muxalifet3 - 5-05-2019

  16. "Traktor"a xəyanət edən qapıçı azad edildi

    Güney Azərbaycanın “Traktor” futbol komandasından uzaqlaşdırılan qapıçı Möhsün Fruzan və həyat yoldaşı girov qarşılığında azadlığa buraxılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə futbolçunun vəkili Mustafa Süleymani məlumat yayıb.
    O bildirib ki, qapıçı və həyat yoldaşı bütün ittihamları rədd edərək, günahsız olduqlarını bildirirlər.

    Muxalifet3 - 5-05-2019

  17. Türk ordusu cavab zərbəsi endirdi - YENİLƏNDİ

    Türkiyə Silahlı Qüvvələri Şırnakda PKK mövqelərini hədəfə alıb.
    Əməliyyat zamanı terrorçulara məxsus silah-sursat anbarı və sığınacaq darmadağın edilib.
     

    Muxalifet3 - 5-05-2019

  18. Qərbi Azərbaycanda alkoqollu içkidən 45 nəfər zəhərləndi - ÖLƏN VAR

    İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində keçirilən toy mərasimində saxta alkoqollu içkilərdən 45 nəfər zəhərlənib.
     
    Muxalifet.az
    ONA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində, 1 nəfər ölüb.
     

    Muxalifet4 - 6-05-2019

  19. İMSAK VƏ İFTAR VAXTI - Ramazan ayının ilk günü / TƏQVİM

    Müqəddəs Ramazan ayının 1-ci gününün təqvimi və duasını təqdim edirik
    01 ramazan 1440 – 06 may 2019
    İmsak: 03: 57
    İftar: 19:56

    Birinci günün duası:
    Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.
    Tərcüməsi:

    Muxalifet4 - 6-05-2019

  20. Azərbaycanda tanınmış şəxsin oğlu ÖZÜNÜ ASDI

    Qaradağ rayonunun Ələt qəsəbəsində intihar hadisəsi baş verib.

    Publika.az xəbər verir ki, 1987-ci il təvəllüdlü İsgəndərov Cahangir Aydın oğlu özünü asaraq intihar edib.

    Hadisə Ələt Mədəniyyət Evinin yaxınlığında, Balıqçılar küçəsində baş verib. Mərhumun meyiti Yasamal rayonuna morqa gətirilib.

    Polis hadisə yerindədir. Fakt üzrə araşdıma başlanılıb.

    Qeyd edək ki, İsgəndərov Cahangirin atası Aydın Cahangirov Topal Aydın adı ilə Ələt qəsəbəsində tanınmış şəxslərdəndir.

    Muxalifet4 - 6-05-2019

Pages