Axtarış

The search found 105772 results in 0.022 seconds.

Search results

  1. SENSASİON İDDİA: “Davudoğlunun quracağı partiyaya Ərdoğanın kürəkəni də…”

    Keçmiş AKP funksionerlərinin qurmaq istədiyi yeni partiya ən azı bir ay ərzində elan ediləcək.
    Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Ahmet Takan deyib.
    Ekspert keçmiş baş nazir Əhməd Davudoğlunun partiya quruculuğu işi üçün paytaxt Ankaraya gəldiyini və bunun hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində gərgin müzakirəyə səbəb olduğunu bildirib.

    Muxalifet - 4-05-2019

  2. Bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişir

    Sabah bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
    Bu barədə Muxalifet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
    Məlumatda bildirilir ki, dəyişiklik “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədardır.
    Belə ki, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – “28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.

    Muxalifet - 4-05-2019

  3. ƏHALİYƏ ŞAD XƏBƏR: "Pensiya və maaşlar yenə artırılacaq" - VİDEO

    Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov ATV telekanalına eksklüziv müsahibə verib.
    Sədr müavini son zamanlar ictimayyətin əsas müzakirə obyektlərindən biri olan Avropa Birliyi – Azərbaycan münasibətlərinə toxundu. Əli Əhmədov bildirdi ki, bu əməkdaşlıq müstəqil dövlət olan Azərbaycanın maraqları çərçivəsindədir və bu istənilən əməkdaşlıqda ən vacib amildir.

    Muxalifet - 4-05-2019

  4. Nazirlik: Bu il əlilliyi olan şəxslərə 10 135 reabilitasiya vasitəsi verilib

    Bu ilin yanvar-aprel aylarında əlilliyi olan şəxslər 10 135 reabilitasiya vasitəsi ilə təmin edilib.

    Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 3 691 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 425 nəfəri ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

    Muxalifet - 4-05-2019

  5. “Tramp kovboy qədər cahildir” – Türk tarixçi İlber Ortaylı

    “Beşinci Fəsil” Mədəniyyət İncəsənət Mərkəzində Türkiyənin “Yaxın Tarixi” mövzusunda konfrans keçirilib. Konfransa qatılan Professor İlber Ortaylı böyük maraqla qarşılanıb. Çıxışında dövlətlərin dağılma səbəblərini izah edən Ortaylı bu fikirləri deyib:
     

    Muxalifet3 - 4-05-2019

  6. Nazirlikdən bu şəxslərə VACİB XƏBƏRDARLIQ: bunları etməsəniz...

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti havalar istiləşdikcə heyvanları yaylaqlara aparanlara xəbərdarlıq edib.
    Xidmətdən verilən məlumatda bildirilir ki, köç zamanı heyvanların sağlamlığı pozulmamalı və qısa müddətdə təyin olunmuş yerə çatdırılmalı, habelə heyvanlar arasında tələfat baş verməlidir. Bunun üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:
    -bir yerdən başqa yerə yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardakı heyvanlar köçürülməlidir;
    -xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir;

    Muxalifet - 4-05-2019

  7. Gürcüstan prezidentinin istefası tələb olunur - Aksiya

    Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçment tələbi ilə aksiya keçirilib.
    "Rusiya işğalçıdır” hərəkatının üzvlərinin təşkil etdiyi "Prezidentə qırmızı kart” şüarlı aksiya dövlət başçısının iqamətgahı qarşısında baş tutub.
    İştirakçılar əllərində qırmızı kart, "Bizə NATO lazımdır!", "Get Salome, get" şüarları tutaraq fit çalıblar və prezidentin impiçment prosesinin başlanmasını tələb ediblər.

    Muxalifet - 4-05-2019

  8. ​Alışqanla ərinin qulağını təmizləyən arvad onu yandırdı - VİDEO

    Türkiyədə arvad ərinin qulağını təmizləyərkən üzünü spirtlə yandırıb.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən hadisənin təfərrüatını əldə edib. Belə ki, Bursada 65 yaşındakı Emine A. adlı qadın 76 yaşlı iflic həyat yoldaşı Əhməd A-nın qulağına spirt sürtüb və bundan sonra alışqandan istifadə edib. Bu zaman kişinin qulaqlarından çıxan alov onun saç və üz nahiyəsini yandırıb. Kişinin baş nahiyəsində yanğını söndürə bilməyən arvad təcili yanğınsöndürənləri və təcili yardımı hadisə yerinə çağırıb. 

    Muxalifet - 4-05-2019

  9. Xristianların axtardığı əfsanəvi kilsə Türkiyədə tapıldı - 5 MİN İLLİK SİRR

    Türkiyənin İsparta şəhərində yerləşən Pisidiya Antioxeya antik məbəd kompleksində arxeoloji qazıntılar zamanı xristianlar üçün müqəddəs sayılan St.Paul kilsəsi aşkar olunub.

    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə arxeoloji qazıntılara rəhbərlik edən professor Mehmet Özhanlı məlumat verib.

    O, uzun illərdir sirli qalan və ayrı-ayrı məkanlarda axtarılan kilsənin 5 min illik tarixinin olduğunu bildirib.

    Fotoları təqdim edirik:

    Muxalifet - 4-05-2019

  10. ​SON DƏQİQƏ: Xalq artisti dünyasını dəyişdi - foto

    Rusiyanın əməkdar, Dağıstanın xalq artisti Səid Əlibəyov dünyasını dəyişib.
    Aktyor 70 yaşında vəfat edib.
    Əlibəyovun ölüm səbəbi hələ ki, dəqiq bilinmir.
    Qeyd edək ki, Səid Əlibəyov 1949-cu il dekabrın 30-da Dağıstanda anadan olub.

    Üzücü xəbər: Xalq artisti dünyasını dəyişdi - foto

    Muxalifet - 4-05-2019

  11. İraq Suriyada gizli əməliyyat keçirdi! İŞİD lideri Bağdadı son anda qaçdı

     İraqın Daxili İşlər Nazirliyi Suriyanın iç hissəsində terror təşkilatı İŞİD-a qarşı gizli əməliyyat keçirdiyini və təşkilat lideri Əbubəkr Bağdadinin əməliyyat əsnasında qaçdığını bəyan edib.
     
    İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat İdarəsinin baş direktoru Əbu Əli əs-Sabri ölkənin rəsmi qəzeti “Es-Sabah”-a verdiyi müsahibədə, kəşfiyyata bağlı “Şahin” birliyinin, ordu və Haşdi Şabinin dəstəyi ilə Suriyanın iç hissəsində terror təşkilatı İŞİD-a qarşı gizli bir əməliyyat həyata keçirdiyini bildirib.

    Muxalifet3 - 4-05-2019

  12. ABŞ-dan İrana toqquşmayacağıq mesajı

     ABŞ-ın İrana “səninlə toqquşmayacağıq” mesajı göndərdiyi iddia edilib.
     
    İran İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan İranlı siyasi analitik Sadullah Zarei ABŞ-ın İranla hərbi münaqişəyə girmə niyyətinin olmadığına dair İranlı yüksək səviyyəli rəsmilərə rəsmi mesaj göndərdiyini iddia edib.
     İranın yarı rəsmi agentliyi “Tesnim”-ə açıqlama verən Zarei, "ABŞ hökumətindən rəsmi şəxslər İranlı üst səviyyə məqamlara bir mesaj göndərərək heç bir şəraitdə İranla hərbi qarşıdurma planına malik olmadıqlarını bildirib" deyib.

    Muxalifet3 - 4-05-2019

  13. Koreya yarımadasında gərginlik: ABŞ izləyir...

    Şimali Koreya yeni qısa mənzilli raketini sınaqdan keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat yayıb. Baş Qərargah tərəfindən verilən açıqlamada Pxenyanın şənbə günü açıq dənizə bir neçə qısa mənzilli raket atdığı bildirilib. Məlumatda raketlərin səhər saatlarında Vonsan şəhərindən atıldığı qeyd edilib.
    Cənubi Koreya tərəfi vəziyyətdən narahat olduğunu bildirib, Pxenyana Koreya yarımadasında hərbi gərginliyi artıracaq hərəkətləri sonlandırmaq barədə çağırış edilib.

    Muxalifet3 - 4-05-2019

  14. Mətanətin elə videosu yayıldı ki... "Bunu yayan utanıb yerə girsin" - VİDEO

    Mətanət Əsədova canlı efirdə xoşagəlməz halla qarşılaşıb.
    Muxalifet.az redaktor.az-a istinadən xəbər verir ki, “5/5” verilişinin qonağı olan müğənninin Zaur yas yerindən görüntüsünü yayıb.  Bunu görən müğənni  çox əsəbləşib və görüntüləri yarımçıq saxlatdırıb.
    “Bu yaxınlarda dayımın yoldaşı rəhmətə getmişdi. Qızı əl çəkmədi. Ona görə bir ağız muğam oxudum. Orda olanlardan biri başıboşluq edib çəkib, qonşuya göndərib. O da bunu yayıb. İndi o adam utanıb yerə girsin”.
     

    Muxalifet3 - 4-05-2019

  15. Xəzər dənizi silkələndi

    Xəzər dənizində zəlzələ baş verib.
    Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:24-də qeydə alınıb.
    Zəlzələnin maqnitudası 3, dərinliyi 25 kilometr olub.
     

    Muxalifet3 - 4-05-2019

  16. ​Rassel Bakıdakı qəzasına görə nə vaxt təzminat alacaq?

    Aprelin 26-da Bakı şəhər trasında Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst praktikaları keçirilib. Onlardan birincisi dərhal pozulub. İnsidentin səbəbi isə “Villiams” komandasının pilotu Corc Rasselin iştirak etdiyi qəza olub. Yerindən çıxan kanalizasiya qapağı britaniyalının bolidinə ciddi zərər verib. Bunun nəticəsində pilot ikinci məşqi də buraxmalı olub.

    Muxalifet3 - 4-05-2019

  17. Erdoğandan ŞOK AÇIQLAMA: “Artıq bəsdir. Seçki yenidən keçirilsin...”

    Vətəndaşım bu seçkinin yenidən keçirilməsini istəyir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul seçkilərinin nəticəsinin ləğv edilməsi barədə danışarkən deyib. O, seçkidə saxtakarlıqlara yol verilməyəcəyini bildirib:

    Muxalifet3 - 4-05-2019

  18. Azərbaycanda bələdiyyə sədri qəzada öldü

    Samux rayonunun Tatlı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az-ın report-a istinadən məlumatına görə, idarəetmədən çıxan "Mersedes" markalı avtomobil öncə ağaca dəyib, ardınca isə yol kənarındakı su kanalına düşüb.
    Nəticədə avtomobilin sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb.
    Ölən şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 4-05-2019

  19. İŞİD böhran yaşayır - Tiflis

    Gürcüstan ərazisində İŞİD tərəfdarı ehtimal olunan insanların sayı 2018-ci ildə əsaslı şəkildə azalıb.
    Muxalifet.az xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Vaxtanq Qomelauri parlamentdəki çıxışında deyib.
    DTX rəisi bildirib ki, terrorçu təşkilatlar zəbt etdikləri əraziləri itirdikdən sonra yeni strategiya əsasında fəaliyyət göstərirlər. Onlar indi də internet vasitəsilə radikalizmi təbliğ edir, münaqişə olmayan bölgələrdə terror aktları həyata keçirirlər.

    Muxalifet3 - 4-05-2019

  20. Bakının bu yolunda hərəkət məhdudlaşdırılır

    Sabahdan Xocahəsən-Lökbatan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır.
    "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun "Meyvəli" ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
    Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.
     

    Muxalifet3 - 4-05-2019

Pages