Axtarış
The search found 105772 results in 0.094 seconds.
Search results
Türkiyəyə qarşı XAİN İTTİFAQ: Bu ərəb ölkələri Ermənistanla birləşir
Axar.az rus hərbi ekspert, şərqşünas və politoloq İqor Pankratenko ilə müsahibəni təqdim edir:
– Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Armen Sərkisyan və Müdafiə naziri David Tonoyanın BƏƏ müdafiə naziri ilə danışıqları zamanı iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi qərara alındı. Məlumdur ki, Ankara ilə bəzi ərəb ölkələri arasında problem var. Gələcəkdə Türkiyəyə qarşı bir savaşa Ermənistanın da cəlb edilməsi mümkündürmü?Muxalifet - 4-05-2019
Nazir Ceyhun Osmanlının anasının yerinə onu gətirdi
Təhsil naziri Ceyhun Bayramov Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanovanı əvəz etmək üçün nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri Vidadi Bağırovu müvəqqəti təyin edib.
Unikal.org-a daxil olan məlumata görə, nazir bununla bağlı əmr imzalayıb. Belə ki, Vidadi Bağırov hazırda Gimnaziyanın direktor əvəzi vəzifəsini icra edir və Gimnaziyada bəzi nöqsanlarla bağlı araşdırma aparır.
Əgər nöqsanlar təsdiqini taparsa, Xuraman Osmanova rəsmi olaraq vəzifəsindən azad ediləcək.Muxalifet - 4-05-2019
ABŞ terrorçuların maaşını artırdı: PKK-ya 30 milyon dollarlıq vəsait
Suriyada PKK-lılara havadan və qurudan silah-sursat daşımağı davam etdirən ABŞ, aprel ayında PKK-ya 30 milyon dollarlıq yeni vəsait əlavə olunduğunu bəyan edib. May ayından etibarən 110 min Suriya lirəsi olan PKK-lı terrorçuların maaşlarına da 40 min lirə artırılmışdır. ABŞ PKK rəhbərlərindən terrorçu sayının da 2019 sonuna qədər 110 minə çatmasını istəyib.
Muxalifet3 - 4-05-2019
Xələf Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində də qalacaqmı? - RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub. Bundan əvvəl isə X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb. X.Xələfov nazir müavini vəzifəsi ilə bərabər, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini də daşıyacaqmı?
Muxalifet - 4-05-2019
Həbs edilən meyxanaçı AZADLIQDA - FOTO
Narkotik vasitələrin istifadəsində ittiham edilən “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev azadlığa çıxıb.
Oxu.Az xəbər verir ki, meyxanaçıya Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilən 30 sutkalıq inzibati həbs müddəti başa çatıb.
O, Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerindən azadlığa buraxılıb.
Qeyd ki, bir müddət əvvəl sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılmışdı.Muxalifet - 4-05-2019
Türkiyədə Zakir Həsənova maraqlı jest
Hərbi ekspert: “Azərbaycan Ordusu öz əlində artıq milli silahını tutur...”
İstanbulda keçirilən “IDEF-2019" sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev nazirliyin stendində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Görüşdə Y.Musayev nazirlik adından Azərbaycan Ordusuna 50 ədəd revolver tipli əl qumbaraatanı hədiyyə edildiyini bildirib. Hədiyyə olunan əl qumbaraatanlarının nümunəsi general-polkovnik Zakir Həsənova təqdim olunub.Muxalifet - 4-05-2019
Gürcülər Gəncə qapılarını niyə gizlədirlər? - Alimdən SENSASİON AÇIQLAMA
Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılan qapının qədim Gəncə şəhərinin giriş qapısı olmasına heç bir şübhə yoxdur. Bu sözləri Axar.az-a AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözügedən qapının, əslində, Gəncənin giriş qapısı olmaması iddiasına cavab olaraq deyib.
Muxalifet - 4-05-2019
Bədbəxt hadisə - Qadın 4-cü mərtəbədən yıxılaraq öldü
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Muxalifet.az-ın məlumatına görə, məcburi köçkünlərin məskunlaşdığı 147 nömrəli Abşeron-Ceyranbatan peşə məktəbinin 4-cü mərtəbəsindən 1954-cü il təvəllüdlü Ağamaliyeva Gülaba Əbduləli qızı yıxılaraq ölüb.
65 yaşlı qadının psixi problemərinin olduğu və hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi bildirilib.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./onaMuxalifet - 4-05-2019
Xaftarın hərbi düşərgəsinə hücum oldu
Xəlifə Xaftarın başçılıq etdiyi Liviya Milli Ordusuna məxsus hərbi düşərgə hücuma məruz qalıb.
Bu haqda “RİA-Novosti” agentliyinə Sabxa şəhərindəki mənbə bildirib.
“Sabxa hərbi rayonunda Liviya Milli Ordusuna aid düşərgələrdən biri silahlı hücuma məruz qalıb”, - mənbə deyib.Muxalifet - 4-05-2019
“Hər bir vətəndaş müsbət dəyişikliklərin şahidi olacaq” - Fuad Ələsgərov
“Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən məhkəmə-hüquq islahatları sonrakı dövrlərdə daha da genişləndirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının təşkil edilməsi kimi sahələri əhatə edib”.
Muxalifet - 4-05-2019
"Mən piano ilə sevişirəm, onu doğuzdururam" - Elza Seyidcahan
Əslində seks pis şey deyil ki. Sevgidi də seks. Mahnının əmələ gəlməsi də bir seksdi belə baxanda. Mən piano ilə sevişirəm. Onu doğuzdururam. Və bir mahnı yaranır, əsər yaranır.
Mualifet.az-ın məlumatına görə, bunu əməkdar artist Elza Seyidcahan Axsam.az-a müsahibəsində deyib.
E. Seyidcahan qeyd edib ki, o seksual şeirlər yazmır:
"O əsərlə mən yaşayıram. Kim yozursa özü elə başa düşür deyə elə yozur. Yox əgər şeirimdə eşq tapırlarsa, mən onlara da hörmətlə yanaşıram. Amma hər şeydə məhəbbət olmalıdı, eşq olmalıdı".Muxalifet - 4-05-2019
ABŞ Patriot və F-16 satışına icazə verdi
ABŞ Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə təxminən 6 milyard dollarlıq silah satışına razılıq verib. Üç ayrı paket halında qəbul olunan satışlar, BƏƏ ilə Bəhreynin Patriot raket sistemləri almasını nəzərdə tutur. Bəhreyn həmçinin F-16 təyyarələrinə əlavə silah sistemləri də satın alır.
Pentaqona bağlı ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi (DSCA) ABŞ Xarici İşlər Nazirliyinin sözügedən mümkün silah satışlarına razılıq verdiyi barədə Konqresi məlumatlandırıb.Muxalifet3 - 4-05-2019
Ziya Məmmədovun qardaşının əmlakları da SATIŞA ÇIXARILDI
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun mərhum qardaşı Nəriman Məmmədova məxsus əmlakların bir qismi satışa çıxarılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Unikal" qəzetinə məlumatlı mənbələrdən xəbər daxil olub.Muxalifet - 4-05-2019
Qiymətlər bir ildə 52 faizə yaxın artıb, özəl sektor can verir... - ƏN ÇOX BAHALAŞAN ƏRZAQDIR
İranda ABŞ-ın tətbiq etdiyi ölkəni neft gəlirlərinin yarısından məhrum edən sanksiyaların təsiri altında inflyasiya tempi kəskin artıb.
Virtualaz.org xəbər verir ki, “TradingEconomics”in məlumatlarına əsasən aprel ayında bu ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 51.4 faiz artıb. Habelə mart ayı ilə müqayisədə inflyasiya 3.9 faiz artıb ki, bu da 1995-ci ilin dekabr ayından bəri qeydə alınan rekord göstəricidir.
Muxalifet - 4-05-2019
Azərbaycan sərhədini pozan 6 Nepal vətəndaşı saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) 6 Nepal vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısını alıb.
Bu barədə Muxalifet.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.Muxalifet - 4-05-2019
Bakıda azyaşlı faciəvi şəkildə həlak oldu
Mayın 3-də Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Muxalifet.az-a Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, üç yaşlı Bayramov Tağı Nəbi oğlu İbrahim Dadaşov küçəsi, ev 50 ünvanında yerləşən yaşayış binasının səkkizinci mərtəbəsindən yıxılaraq ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır. Uşağın valideynlərin səhlənkarlığı nəticəsində həlak olduğu güman edilir.Muxalifet - 4-05-2019
SON DƏQİQƏ: Qahirədə ticarət mərkəzində DƏHŞƏTLİ YANĞIN - 51 YARALI
Misirin paytaxtı Qahirədə ticarət mərkəzlərinin yerləşdiyi Muski bölgəsində bir obyektdə yanğın baş verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, qısa zamanda böyüyən yanğın digər iş yerlərinə də yayılıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını gəlib. Yanğın zamanı 51 nəfər yaralandı, 8 obyekt isə yanaraq istifadəyə yararsız hala düşüb. Yanğın 10 saat ərzində söndürülüb.
Hadisənin baş vermə səbəbi araşdırılır.Muxalifet - 4-05-2019
Quaydonun qiyamı uğursuz oldu, bəs Venesuelanın aqibəti necə olacaq? - Hərbçilərin saqqızı oğurlanmayınca vəziyyət dəyişməyəcək
Maykl Şifter, Bruno Binetti
“The New York Times”, 03.05.2019
Venesuela müxalifətinin lideri və Milli Məclisin sədri Juan Quaydo aprelin 30-u, səhər saatlarında diktator Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılması üçün bu il üçüncü cəhdini həyata keçirib. Bu dəfə onu bəzi aşağı rütbəli əsgərlər və ən əhəmiyyətlisi, rejimin kəşfiyyat qurumunun rəhbəri dəstəkləyib. Onun yanında ev həbsindən azad olunan müəllimi Leopoldo Lopes də dayanmışdı.
Muxalifet - 4-05-2019
Azərbaycanda narkoşəbəkə TUTULDU: Biləsuvardan Şəkiyə kimi...
Mayın 3-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 fakt üzrə çəkisi 11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunan Aqşin Bədəlovdan 8 kiloqram 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülüb.Muxalifet - 4-05-2019
MTN-in sabiq idarə rəisi azadlığa buraxıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev azadlığa buraxılıb.
Muxalifet.az-ın Trend-a istinadən verdiyi məlumata görə, ötən ay Ali Məhkəmənin qərarı ilə A.Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.
Bu gün isə onun cəzası başa çatıb və 3 saylı İstintaq Təcridxanasından azadlığa çıxıb.Muxalifet - 4-05-2019