Axtarış

The search found 105772 results in 0.098 seconds.

Search results

  1. Narkotikə görə saxanılan baş redaktor məhkəməyə belə aparıldı - FOTO

    Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılır.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, xanım jurnalist Xətai Rayon Məhkəməsinə gətirilib. Birazdan hakim Cavid Hüseynin sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılacaq.

    Muxalifet - 3-05-2019

  2. "Məmur övladlarına vəzifə verilməsi ənənəyə çevrilib" - Deputatdan ETİRAZ

    Azərbaycanda məmurların, nazirlərin övladlarının adətən yüksək posta təyin olunduğu hər kəsə məlumdur. Hətta bu ənənə halını alıb desək, yanılmarıq. Zaman-zaman yüksək vəzifə tutan məmurların yüksək vəzifəyə təyin olunan övladları ilə bağlı siyahılar da hazırlanıb. Əslində, bu artıq bir norma kimi də qəbul olunmağa başlayıb. 
    Muxalifet.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Sabah”a danışarkən qeyd edib ki, bu cəmiyyətdə kadr seçimi ilə bağlı olan məsələdir:

    Muxalifet - 3-05-2019

  3. Gürcüstanın xarici işlər naziri yenə Azərbaycanla sərhəd mübahisəsindən danışdı

    Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının işi bərpa ediləcək, iki ölkənin sərhədində yerləşən David Qareci (Keşikçidağ) monastır kompleksi üzrə hərəkət isə məhdudiyyətsiz olacaq.
    Muxalifet.az “Rustavi 2” teılekanalına istinadən xəbər verir ki. bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

    Muxalifet - 3-05-2019

  4. "Bizim işimiz əyləndirməkdir, soyuna da bilərik" - Nura Suri

    Müğənni Nura Suri "Show News" verilişinin qonağı olub.
    İfaçı verilişdə müğənniləri örnək götürən şəxsləri qınayıb.
    O, müğənnilərin yox, alimlərin, millət vəkillərinin örnək olmalı olduğunu dilə gətirib: “Təzə söhbət çıxıb. İnsan örnəyi atasından, anasından götürər. Bir də internetdə hamı soyunub. Beyons elə lüm-lüt klip çəkdirir. Kimsə örnək götürürsə də, ondan götürür. Biz alim deyilik, millət vəkili deyilik ki, örnək olaq. Bizim işimiz əyləndirməkdir. Soyuna da bilərik, şou da göstərə bilərik. Bunu müğənni etsə normaldır, müəllim etsə anormal”. 
     

    Muxalifet - 3-05-2019

  5. ​Qarbağda ŞOK SSENARİ: 4 müsəlman ölkəsi İrəvanı... - Türkiyəli siyasi ekspert HƏR ŞEYİ AÇDI

    Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir artıq bir neçə ildir Türkiyə və Rusiyaya qarşı hibrid müharibə aparır. İndi bu qarşıdurmaya Cənubi Qafqaz ölkələrini də aktiv şəkildə daxil etməyə çalışırlar. Muxalifet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında türkiyəli siyasi ekspert Engin Özər deyib. “Hazırkı mərhələdə BƏƏ kürdləri aktiv şəkildə silahlandıraraq onlarla əməkdaşlığı gücləndirir. Bunların hamısı Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin Türkiyəyə qarşı alovlandırdıqları hibrid müharibəsinin formasıdır. İndi bu müharibə formalarından biri də Qarabağ olacaq.

    Muxalifet - 3-05-2019

  6. Hizbullah lideri: “İŞİD-i ABŞ ilə Səudiyyə Ərəbistanı yaradıb” - “Salmanı sevməsəm də... qəlbim parçalandı”

    Hizbullah təkilatının lideri Həsən Nəsrullah dünən gecə video vasitəsi ilə çıxışı zamanı İŞİD terror təşkilatını ABŞ ilə Səudiyyə Ərəbistanının yaratdığını bildirib. Nəsrullah bildirib ki, bütün bunlara rəğmən, ABŞ prezidenti Donald Trampın Səudiyyə kralı Salmanı ələ saldığını eşidərkən onun üçün təəssüflənib. "Salmanı sevməsəm də...'' Hizbullah lideri, Trampın bir telefon zəngi ilə Salmanın 500 milyon dollardan çox pulu çıxarıb verməsini tənqid edərək deyib: “Səudiyyə ailəsi Trampa bu məbləğdə pul ödəmək haqqına necə sahib ola bilər ki? Bu, Ərəb yarımadası xalqlarının malıdır”.

    Muxalifet - 3-05-2019

  7. Yeni həftəyə dollar belə başlayacaq

    Mayın 6-na manatın məzənnəsi açıqlanıb.
    Mərkəzi Bankdan verilən məlumata görə, 06.05.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2019-cu il mayın 3-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 3-05-2019

  8. Metroda DƏHŞƏTLİ HADİSƏ: Gənc oğlan relslərin üzərinə düşdü və...

    Gürcüstanda oğlan metroda dünyasını dəyişib.
    Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə metronun “Saracişvili” stansiyasında baş verib.
    20 yaşlı oğlan relslərin üzərinə düşüb.
    Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerinə hüquq mühafizə orqanının əməkdaşları cəlb olunublar və müvafiq istintaq işləri aparılır.

    Muxalifet - 3-05-2019

  9. Narkotik satmaqda günahlandırılan baş redaktorla bağlı məhkəmə QƏRAR VERDİ - YENİLƏNİB

    Bu gün narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
    Muxalifet.az-ın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib. Ş. Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
     

    Muxalifet - 3-05-2019

  10. Hamilə Natavan xəstəxanaya yerləşdirildi

    Hamiləliyinin son günlərini yaşayan müğənni Natavan Həbibi xəstəxanaya yerləşdirilib.
    Bu barədə onun həyat yoldaşı, reper Dado məlumat verib.
    Xəstəxanadan fotosunu paylaşan reper “inşallah” şərhini yazaraq, övladının dünyaya gəlməyə hazırlaşdığına işarə edib.
    İzləyicilər isə Dadoya “Sağ-salamat dünyaya gəlsin” deyə, arzularını bildiriblər.
    Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların oğlu dünyaya gələcək./big.az

    Muxalifet - 3-05-2019

  11. NATO toplantısında böyük böhran! Türkiyə etiraz etdi

     NATO-nun Avropa qərargahına Cənubi Kiprin (GKRY) dəvət edilməsindən sonra Türk heyəti təhvil-təslim mərasiminə qatılmayıb. Türkiyə XİN bu vəziyyətə sərt təpki göstərib.
     
    Təhvil-təslim mərasimində Amerikalı general Wolters Avropa Müttəfiq Qüvvələri Ali Komandanlığını Scaparrotti-dən təhvil alıb.
    Diplomatik mənbələrdən verilən məlumata görə, mərasimə Türk heyəti qatılmayıb.

    Muxalifet3 - 3-05-2019

  12. Çavuşoğlu kritik ABŞ açıqlaması!

     ABŞ prezidenti Donald Trampın Türkiyəyə gəlmək istədiyini deyən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, "Türkiyə-Amerika münasibətləri yalnız S-400, ya da F-35-ə bağlı deyil. Bunlar təbii ki, əhəmiyyətlidir. Suriyadan Amerikan əsgərlərinin çəkilməsi də daxil, bir çox regional və ikitərəfli məsələlərimiz var. Yəni bir məsələdə razılaşmamışıq deyə bir ölkəylə digər məsələlərdə əlaqələrimizi kəsmək məcburiyyətində deyilik" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 3-05-2019

  13. NAZİR MÜAVİNİ STATİSTİKANI AÇIQLADI - “70 faizi ödənişli əsaslarla təhsil alır”

    “Azərbaycanda hər il sistemə daxil olan sağlamlıq imkanları məhdud uşaqların sayı artır”. “Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.
    Onun sözlərinə görə, 2015-ci ildə orta və ali ixtisas təhsili müəssisələrinə sağlamlıq imkanları məhdud olan 660 uşaq qəbul olmuşdusa, 2016-cı ildə bu göstərici 1019 olub: “Yəni burada 54 faiz artım müşahidə olunub. 2017-ci ildə bu göstərici 24 faiz artaraq 1258 nəfər, 2018-ci ildə isə 20 faiz artaraq 1500-ə qədər çatıb. Bu artım onu göstərir ki, təhsil əlçatandır”.

    Muxalifet - 3-05-2019

  14. Türkiyədən ABŞ-a “sillə” kimi cavab

    Türkiyə Prezident Sarayının ictimai əlaqələr üzrə şöbəsinin müdiri Fəxrəddin Altun, ABŞ-dan Dünya Mətbuat Azadlığı günündə Türkiyəni hədəf alan qalmaqal açıqlamasına sərt cavab verib.
     
    Fəxrəddin Altun ABŞ-ın qalmaqal açıqlamasına Twitter-dən cavab verib. Altun "ABŞ-ı mətbuat azadlığının arxasında gizlənməyə son verməyə çağırmağa davam edəcəyik. Vaşinqton barmağını digər ölkələrə işarə etmək yerinə, uzun müddətdir mövcud olan ifrat yoxsulluq və irqi ayrı-seçkilik kimi problemləri düzəltməyə yönəltməlidir" deyib.

    Muxalifet3 - 3-05-2019

  15. ​Çəyirtkələr şəhərləri işğal etdi - VİDEO

    Səudiyyə Ərəbistanda bir neçə şəhər çəyirtkələrin işğalına məruz qalıb.
    Bundan əvvəl Eritreya, Sudan və Misiri işğal edən çəyirtkələr Qırmızı dəniz üzərindən Səudiyyə Ərəbistan şəhərlərini işğal edib.
    Artıq mütəxəssislər çəyirtkə işğalına məruz qalan bölgələrə müdaxiləyə hazır vəziyyətdədir. Həmçinin təsərrüfat sahiblərinə kənd təsərrüfatı məhsullarının zərər görəcəyi ilə bağlı xəbərdarlıq edilib.

    Muxalifet - 3-05-2019

  16. ​Sumqayıtda 28 tondan çox yararsız qida məhsulu MƏHV EDİLDİ

    Sumqayıt şəhərində 28,62 ton istifadəyə yararsız qida məhsulu məhv edilib.
    Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 28,62 ton qida məhsulunun məhv edilməsi üçün Agentliyə müraciət olunub.
    AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 28,62 ton olan müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.

    Muxalifet - 3-05-2019

  17. Misir Mərdanov Əli İnsanov haqda elə şeylər dedi ki... - VİDEO

    Sabiq təhsil naziri Misir Mərdanov keçmiş səhiyyə naziri Əli İnsaovla bağlı video çıxış yayıb. M.Mərdanov Ə.İnsanovun son müsahibəsində söylədiyi fikirlərə olduqca sərt formada münasibət bildirib. 
    Xatırladaq ki, 2005-ci ilin oktyabrında Ə.İnsanov həbs edildikdən az sonra Misir Mərdanovun da iştirakı ilə Qərbi Azərbaycandan olan bir qrup tanınmış şəxs mətbuat konfransı keçirərək, sabiq səhiyyə nazirini ağır şəkildə ittiham etmişdilər.
    Muxalifet.az musavat.com-a istinadən Misir Mərdanovun video-çıxışını təqdim edir.

    Muxalifet - 3-05-2019

  18. Əhalinin NƏZƏRİNƏ: Bulvarda 3 gün hər şey PULSUZ OLACAQ

    Bakı bulvarında 3 gün, iyun ayının 21-dən 23-nə qədər möhtəşəm şənlik keçiriləcək.
    Muxalifet.az baku.ws-yə istinadən xəbər verir ki, bu barədə "Proaktiv” şirkətinin direktoru Şahənə Sarı bildirib. Onun sözlərinə görə, 3 gün ərzində Dənizkənarı Milli Parkda uşaq və böyüklər üçün möhtəşəm tədbirlər keçiriləcək. Əyləncələr, musiqilər təşkil olunacaq. Hər kəs bu tədbirlərdə pulsuz iştirak edə bilər.
    Yay həyəcanı yaşamaq istəyən uşaqlar və valideynlər dəvətlidir”, - deyə şirkət rəsmisi bildirib.
     

    Muxalifet3 - 3-05-2019

  19. Başqasının əvəzinə imtahan vermək istəyənlərin başı dərddə

    Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan birgə araşdırmalar nəticəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. 
    Bu barədə Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.  

    Muxalifet3 - 3-05-2019

  20. Kral 10 minlərlə məhbusu əfv etdi

    Tailand kralı Maxa Vaçiralonqhorn (X Rama) mayın 4-6-da keçiriləcək tacqoyma mərasimi ilə əlaqədar 10 minlərlə məhbusu əfv edib.
    Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, müvafiq fərman aprelin 21-də verilib.

    Muxalifet3 - 3-05-2019

Pages