Axtarış
The search found 105772 results in 0.083 seconds.
Search results
Şəmkirdə başından güllələnən "nadzor" kimdir? - FOTOLAR
Şəmkirdə güllələnmə olub.
Rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.Muxalifet - 3-05-2019
ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” - “Bank Avrasiya” “aradan çıxır”?
Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının bankı kimi tanınan “Bank Avrasiya” nın maliyyə göstəriciləri getdikcə pisləşir. İlk baxışdan hətta elə gəlir ki, bank yavaş-yavaş “aradan çıxır”. Hazırda bu bankı ölkənin bank sektorundakı ən zəif həlqələrdən biri də hesab etmək olar. Belə ki, ötən il R.Aslanlı vəzifəsindən uzaqlaşdırılan kimi, bankın ilin sonuna olan maliyyə göstəricilərində zəifləmə müşahidə olunmağa başladi. Bəlkə də bunu təsadüfi hal hesab etmək olardı.
Muxalifet - 3-05-2019
Yeni qanun qəbul ediləcək? - TƏCAVÜZ EDƏN ŞƏXSİ ÖLDÜRMƏK
Qadınların cinsi zorakılığa məruz qalması dünyanın yüz illərdir mübarizə apardığı problemlərdən biridir.
Bir sıra dövlətlərdə bu problemin həllinə qarşı bir sıra sərt addımlar atılır. Məsələn, Rusiyada qəbul olunan yeni qanuna görə, təcavüzə məruz qalan xanımlar müdafiə olunmaq üçün güc tətbiq edə və hətta təcavüzçünü öldürə bilər.
Maraqlıdır ki, Azərbaycanda təcavüzə məruz qalan xanımlarla bağlı xüsusi qanun qəbul edilə bilərmi?Muxalifet - 3-05-2019
“Qırmızı Körpü”də yaranmış problem aradan qaldırılıb - RƏSMİ
Hazırda “Qırmızı Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.
Muxalifet - 3-05-2019
Azərbaycanda cəza evində MƏHBUS ÖLDÜ
Bakıda həbs cəzası çəkən məhbus vəfat edib.
Muxalifet.az report-a istinadla xəbər verir ki, Qaradağ rayonunda, 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 63 yaşlı Məmmədov Taleh Abdulla oğlu ölüb.
Onun ölümünün səbəbləri araşdırılır.Muxalifet - 3-05-2019
Məmmədyarov təyyarədə ermənilərlə söhbəti, sosial şəbəkələr və təzyiqlər haqda
"Sülh naminə təsisatlar yaradılanda çoxtərəflilik prinsipindən istifadə etmək çox vacibdir. Dünya sürətlə dəyişir. Ötən əsrin 90-ci illərinin əvvəllərində BMT-də gənc diplomat kimi fəaliyyət göstərmişəm. BMT hər zaman sülh naminə fəaliyyətə üstünlük verib".
Bu sözləri Azərbaycannın Xarici İşlər naziri Elmar Məmmədyarov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.Muxalifet - 3-05-2019
Stilist Samiraldo deputat olmaq İSTƏYİR
Ekstravaqant stilist Samiraldo deputat olmaq istəyir.
Stilist bu barədə instaqramda məlumat verib.
"Çox istəyirəm ki, bu seçkilərdə deputat olum. Əgər nə vaxtsa deputat olsam, insanlara xidmət edəcəm, onların qayğısına qalacam. Camaat görər ki, əsl deputat necə işləməlidir"- deyə qeyd edib.
Xatırladaq ki, öz qeyri-adi görünüşü ilə gündəmdə olan stilist Samiroldanun əsl adı Samir Əliyevdir./ölkə.azMuxalifet - 3-05-2019
Baş nazir nişanlandı
Yeni Zelandiyanın baş naziri Jacinda Ardern qızının atası Klarke Gayford ilə nişanlanıb.
Publika.az xəbər verir ki, hökumətə istinadən yayılan xəbərdə Ardernin Paskalya tətili zamanı sevgilisi ilə nişanlandığı bildirilir.
Ardern və Gayfordun münasibətləri 2013-cü ildə başlayıb və ötən il iyunun 21-də Nede te Aroha adını verdikləri qızları dünyaya gəlib.
Nişan barəsində cütlük hər hansı açıqlama verməsə də, təbrik mesajları gəlməyə başlayıb. Ana müxalifətdəki Milli Partiyanın lideri Simon Bridges sosial media hesabında təbrik mesajını paylaşıb:Muxalifet - 3-05-2019
“Range Rover"lə piyadanı öldürən sürücü sərbəst buraxıldı
Bakıda bir neçə gün öncə dəhşətli qəza törədən “Range Rover”in sürücüsü azadlığa buraxılıb.
Muxaləfet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 30-u saat 22 radələrində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və S.Məmmədov hadisə yerindən qaçıb.Muxalifet - 3-05-2019
Xruşov dövrünün amansız qırğını - Novoçerkassk fəhlələrinin qətliamı və edamı
1 iyun 1962-ci il, Rostov vilayətinin Novoçerkassk şəhəri... Elektrovoz zavodunun fəhlələri işi dayandıraraq tətil edirlər. Digər zavodların işçiləri və şəhər sakinləri də etirazçılara dəstək olaraq nümayişlərə, mitinqlərə qatılırlar. Şəhər dövlət orqanlarının və milisin nəzarətindən çıxır.
Muxalifet - 3-05-2019
AZƏRBAYCAN MÜXALİFƏTİ BİRLƏŞİR: "Qısa müddətdə yeni siyasi blok təsis olunacaq"
"Qlobal siyasətdə və geopolitik məkanda ciddi dəyişilmələr baş verir ki, bütün bunlar da Azərbaycanda hakimiyyətin dəyişməsini zəruri edir"
Muxalifet4 - 3-05-2019
Dövlət bu şəxslərə 11 min AZN PUL VERƏCƏK
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.Muxalifet - 3-05-2019
ƏHALİYƏ ŞAD XƏBƏR: “Azəriqaz” borclarla bağlı...
"Azəriqaz” təbii qazdan qanunsuz istifadə ilə bağlı dəymiş ziyanın hesablanması üçün Energetika Nazirliyi ilə birlikdə təkliflər hazırlayacaq.
Bu barədə "Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.
O bildirib ki, mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Energetika Nazirliyi ilə birgə təkliflər hazırlayıb aiddiyyəti üzrə təqdim edəcəklər.Muxalifet - 3-05-2019
Hicablı qadınları təhqir edən aktrisa hakim qarşısına çıxacaq
Hicablı qadınları təhqir etdiyi üçün məhkəməlik olan aktrisa Deniz Çakırdan xəbər var.
Aktrisa oktyabr ayında hakim qarşısına çıxacaq.
Qeyd edək ki, Deniz Çakırın bu səbəbdən həbs olunacağı ehtimal olunur.
Xatırladaq ki, Deniz getdiyi kafedə yan masada oturan hicablı qızları təhqir edərək, "Sizin yeriniz bura yox, Ərəbistandır" demişdi.Muxalifet - 3-05-2019
Vilayət Eyvazov Milli Məclisdə hesabat verdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı dinlənilib.
Hesabatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib.
V.Eyvazov deyib ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri cinayəti qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub.Muxalifet - 3-05-2019
“Azərbaycanda seks turizmini inkişaf etdirməyi bacarmayacağıq…” – DEPUTATDAN ŞOK AÇIQLAMA
“Azərbaycanda seks turizmi inkişaf edir. Biz onsuz da bunu bacarmayacağıq. Ölkəmizə gəlirlər, pulla qızlarımızı yoldan çıxarırlar. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”.
Muxalifet4 - 3-05-2019
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən SƏRƏNCAM
Prezident İlham Əliyev "I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında" sərəncam imzalayıb.
Muxalifet - 3-05-2019
Böyük Britaniyanın yeni müdafiə naziri “sehrbaz” olacaq
İngiltərə Müdafiə Nazirliyindəki sızıntı qalmaqalı ilə bağlı vəzifə dəyişikliyindən sonra yeni nazirin kreslosuna oturacaq adam bəlli olub. Yeni Müdafiə naziri Penny Mordaunt olacaq.
Penny Mordaunt İngilitərənin Müdafiə naziri postunda ilk qadın nazir olacaq.
Penny Mordaunt Müdafiə naziri postunda birinci qadın nazir olmasına baxmayaraq keçmişdə onun maraqlı fəaliyyəti ilə tanınır.Muxalifet3 - 3-05-2019
Hərbi-Dəniz Qüvvələri 1 milyon insana görə HƏRƏKƏTƏ KEÇDİ - Təhlükə addım-addım yaxınlaşır
Hindistanda günlərdir böyük narahatlıqla gözlənən Fani qasırğası quruya çatıb.
“Hindistan Times”ın xəbərinə görə, meteorologiya idarəsi qasırğanın Orissa əyalətinin Puri bölgəsindən saatda 180 km sürətlə irəliləyib.
Orissa əyaləti rəsmiləri bölgədə təhlükəsizlik məqsədilə bir gün ərzində bir milyondan çox insanın təxliyə edildiyini açıqlayıb. Ganjamda 300 min, Puridə 130 min insan təhlükəsiz sığınacaqlara yerləşdirilib. Sığınacaqlarda qalanlar üçün 5 min nöqtədə yemək hazırlanır.Muxalifet - 3-05-2019
İmtahan nəticələri açıqlandı
Martın 31-də keçirilən imtahanların nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlərMuxalifet - 3-05-2019