Axtarış

The search found 105772 results in 0.102 seconds.

Search results

  1. Haftarın ordusu bu əraziləri ələ keçirdi

    Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) bölmələri Tripolinin cənubunda bəzi əraziləri ələ keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə LMO-nun generallarından Munzer Hartuş mediaya açıqlamasında deyib.
    O bildirib ki, 4 strateji əhəmiyyətli nöqtə artıq nəzarətdədir:
    “LMO bu gün əl-Sabia bölgəsini ələ keçirdi. Həmçinin Suk əs Sabt, əl Karasat və Əl Əziziyədə də yenidən nəzarət bərpa edilib”.
     

    Muxalifet3 - 3-05-2019

  2. Türkiyə - Azərbaycan təlimlərinin son mərhələsi

    Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.

    Muxalifet3 - 3-05-2019

  3. "Türkiyə qanadlanıb uçacaq..." - Ərdoğan AB-ni TƏHDİD ETDİ

    Türkiyə iynə ilə quyu qazmaq dönəmini geridə qoydu və indi qanadlanıb uçmaq ərəfəsindədir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnnovasiya həftəsi ilə bağlı təşkil edilən mərasimlərdən birində çıxışı zamanı deyib.
    “Biriləri bizi öz daxilimizdə qapanmağa təhrik edir. Amma biz bu tələyə düşməyəcəyik. Hər sahədə ölkəmizi zirvələrə qaldıracağıq. Bu gün Avropa Birliyi (AB) ölkələri dinc şəraitdə yaşamalarını Türkiyənin 4 milyon miqrantı öz ərazisində qonaq etməsinə borcludur”, - deyə dövlət başçısı bildirib.
     

    Muxalifet3 - 3-05-2019

  4. Bakının Baş planı ilə bağlı - Yeni xəbər

    Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev mayın 3-də keçirilən 2019-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında bildirib.

    Muxalifet3 - 3-05-2019

  5. Naxçıvan stadionunun sahibi “Qəbələ” sayılacaq - FOTO

    Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib. 
    Muxalifet.az xəbər verir ki, Peşəkar Futbol Liqasında reallaşan püşkatmadan sonra “Qəbələ” klubu meydan sahibi elan olunub.
    Qeyd edək ki, Azərbaycan Kubokunun finalı 19 may tarixində Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq.
     

    Muxalifet3 - 3-05-2019

  6. Putin və Tramp nələri müzakirə etdi?

    Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
    O bildirib ki, liderlərin söhbəti bir saat yarım davam edib.
    Öz növbəsində Ağ Ev sözçüsü Sara Sanders isə dövlət başçılarının KXDR və Venesueladakı situasiyanı, Rusiya, Çin və ABŞ arasında yeni nüvə razılaşmasının mümkünlüyünü, habelə Müllerin hesabatını müzakirə etdiyini bildirib.

    Muxalifet3 - 3-05-2019

  7. "27 ildi Musanı əlimdən ala bilmirlər" - Təranədən ŞOK AÇIQLAMA - FOTO

    Təranə Qumral Musanı onun əlindən almaq istədiklərini bildirib.
    Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, xanım ifaçı bu barədə "Hər şey daxil"də danışıb.

    Muxalifet3 - 3-05-2019

  8. Xələf Xələfov nazir müavini təyin edildi

    Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.
    Muxalifet.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.
    Qeyd edək ki, bundan əvvəl X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.
     

    Muxalifet3 - 3-05-2019

  9. Poroşenko gedər ayaq onu işdən çıxardı

    Ukrayna Prezidenti Pyotr Poroşenko Yuriya Federovu Prezidentin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsindən azad edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
    Qeyd edək ki, Federov 2014-cü ildən bəri sözügedən vəzifədə çalışırdı.
     

    Muxalifet3 - 3-05-2019

  10. ​"Cavid Mall"da dəhşət: kişi əvvəlcə arvadını, sonra isə... - VİDEO

    Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
    Report-un məlumatına görə, "Cavid Mall" ticarət mərkəzinin qarşısında həyat yoldaşı ilə mübahisə edən kişi ona bir neçə bıçaq zərbəsi vurub, ardınca isə özünü bıçaqlayıb.
    Hadisənin nə üstündə törədildiyi məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda zərərçəkmişlərin şəxsiyyəti müəyyənləşdirilir.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 3-05-2019

  11. İngilislər Bakının zibillərilə bağlı konsepsiya hazırlayır

    Dövlətimizin başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq şirkət tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasının hazırlanması işləri sürətlə davam edir.

    Muxalifet3 - 3-05-2019

  12. ​Məmmədyarov Moratinos ilə görüşdü

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.
    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Migel Anxel Moratinos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasından və tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

    Muxalifet3 - 3-05-2019

  13. ​İsrail PUA-larla fələstinliləri öldürdü

    İsrailin pilotsuz uçuş aparatlarının (PUA) Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində 2 fələstinli ölüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
    Ölənlər HƏMAS hərəkatının üzvləridir.
    Hücumda HƏMAS-ın daha isə 3 üzvü yaralanıb.
     

    Muxalifet3 - 3-05-2019

  14. Alimlərdən ŞOK: Okeanların yarısı kosmos mənşəlidir

    Su planetimizin təxminən dörddəüçünü təşkil edir, lakin alimlər indiyədək onun mənşəyini və nədən bu qədər çox olduğunu dəqiq söyləyə bilmirlər.

    Muxalifet3 - 3-05-2019

  15. ​Canavarların vurulmasına görə vətəndaşı cərimə gözləyirmi?

    Özünümüdafiə və təsərrüfatını qorumaq məqsədilə canavarların vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir.
    Muxalifet.az xəbər verir ki, bu barədə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə mayın 3-də keçirilən mətbuat konfransında məlumat verib.

    Muxalifet3 - 3-05-2019

  16. Prezidentin qayğısından sui-istifadə edirlər – Paşayeva

    Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik hesabatını dəstəklədiyini deyib, bir sıra təkliflərlə çıxış edib və müvafiq qurumlara çağırış səsləndirib.

    Muxalifet3 - 3-05-2019

  17. Putin bu işlərə qarışmaq istəmir - Tramp

    Venesuela ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə olduqca müsbət tonda söhbət apardım.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
    Ağ Ev rəhbəri bildirib ki, Rusiya və ABŞ Venesueladakı hadisələrin müsbət inkişafını görmək istəyir:
    “O, (Putin) Venesuelanın daxili işlərinə qarışmaq niyyətində deyil. O, sadəcə Venesuela üçün müsbət nələrisə görmək istəyir. Mən də bunu hiss edirəm. İnsanlar aclıq çəkir, biz humanitar yardım göndərmək istəyirik”.
     

    Muxalifet3 - 3-05-2019

  18. ​“Başakşəhər” Sivasda büdrəyib

    Türkiyə Super Liqasında XXXI tur başlayıb.
    ONA-nın məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.
    Çempionatın lideri “Başakşəhər” “Sivasspor”un qonağı olub. Meydan sahibləri istanbullulara layiqli müqavimət göstərərək onlardan bir xal alıb – 0:0. Sivasdakı xal itkisi liderin ən yaxın izləyicisi “Qalatasaray”a liderə çatmaq üçün növbəti şans yaradıb. “Sarı-qırmızılar” bu turda “Beşiktaş”la derbi matçına çıxacaq.
    Qeyd edək ki, turun digər oyunları mayın 4-6-da keçiriləcək.

    Muxalifet - 4-05-2019

  19. ABŞ-ın İran xofu: Paralel hücumlar ola bilər

     İran neftinə sanksiyalardan bəzi ölkələrə verilən sərbəstliklərə son qoyan Vaşinqton rəhbərliyi, İran üzərində tətbiq etdiyi təzyiq siyasətinə qarşılıq Orta Şərqdəki hərbi və mülki varlığına Tehranın paralel hücumlarla cavab verməsindən narahatlıq duyur.
     
    CNN televiziyasına danışan, amma adını açıqlamayan Amerikalı hökumət rəsmisi, Vaşinqton rəhbərliyinin Tehranın təzyiqlərə qarşı ABŞ-ın Orta Şərqdəki maraqlarını hücumlarla hədəf almasından narahat olduğunu bildirib.

    Muxalifet3 - 4-05-2019

  20. İsrail Qəzzaya hava zərbələri endirdi - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

    İsrail qüvvələri cümə günü blokadada olan Qəzzanın mərkəzi rayonuna hava zərbələri endiriblər.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

    O bildirib ki, 3 nəfər fələstinli ölüb, 50-dək insan yaralanıb.

    Yaralılar arasında 10 uşaq və 2 qadın var.

    Muxalifet - 4-05-2019

Pages