Axtarış
The search found 105772 results in 0.048 seconds.
Search results
“Yaşadığım bina əxlaqsızlıq yuvasına çevrilib, olan-qalan abrımızı itiririk” – TAHİR KƏRİMLİ
Millət vəkili Tahir Kərimli yaşadığı binanın əxlaqsızlıq yuvasına çevrilməsindən şikayətlənib.
Muxalifet4 - 3-05-2019
Deputat polislərin maaşının artırılmasını təklif etdi
Polis ölkənin sabitliyi üçün ictimai asayişi təmin edir. Eyni zamanda təhlükə olanda polis əməkdaşları əsgər kimi vətəni qoruyur. Mənim iki qardaşım da polis əməkdaşı olub.
Bu sözləri Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışan BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.Muxalifet - 3-05-2019
Fransada polis zorakılığının nəticələri – Rəqəmlərlə
Beş aydır davam edən “Sarı Jiletli” etirazları polis tərəfindən qeyri adekvat zorakılıqla qarşılanıb.
Fransanın prezidenti Emmanuel Makron administrasiyasının siyasətinə etiraz etmək üçün aylardır küçələrdə olan “Sarı Jiletli” etiraz aksiyalarında yaralananların sayı “Mediapart” veb saytında açıqlanıb.
Fransız polisinin qeyri-insani zorakılığı məlumatlarla ortaya çıxıb.Muxalifet3 - 3-05-2019
Aqil Abbas: Nəvələrimin çantalarına gücüm çatmır, onlar necə götürsün?
Parlamentin bu gün keçirilən plenar iclasında kitab satışı məsələsi müzakirə edilib.
Deputat Fazil Mustafa metrolarda kitab satışının yenidən bərpa olunmasını təklif edib:
“Axı, metrolarda kitab satışı kimə mane olur ki? Axı, bu siqaret, ya içki deyil?!”.
Deputat cavabında birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, bu gün Bakıda çoxlu sayda kitab evi var:
“Təki oxumaq istəyən olsun. Mən şəxsən şəxsi kitabxanamdan 200-300 kitab verməyə hazıram ki, oxusunlar. Özü də pulsuz-parasız”.Muxalifet - 3-05-2019
Azərbaycanlı məşhura Hindistandan elçi gəldi - VİDEO
Xanəndə Zabit Nəbizadə ARB Tv də yaımlanan "Səhər-Səhər" verilişində maraqlı bir açıqlama verib.
Muxalifet.az sonxeber.az-a istinadən xəbər verir ki, xanəndə illər əvvəl müğənni Elmira Rəhimovaya gələn hindistanlı elçi haqqında danışıb.
Verilişdən olan kadrları təqdim edirik:Muxalifet - 3-05-2019
“Mənim oğlum oliqarx deyil, 420 manat maaşa işləyirdi...” - Bakıda “Range Rover"lə piyadanı vuran sürücünün anası
Bakının Nizami rayonunda, aprelin 30-da axşam baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında yaranmış ajiotaj nəhayət aydınlaşıb. Hadisəni törətmiş sürücünün anası bu gün redaksiyamızla əlaqə saxlayıb və oğlunun oliqarx-filan olmadığını, avtomobillərin alqı-satqısı üzrə ixtisaslaşmış avto.az saytında 420 manat maaşa işlədiyini, hazırda isə işləmədiyini deyib.
Muxalifet - 3-05-2019
“İsrail bunu etsə, məhv olacaq” - Nasrallah
Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nasrallah dünən axşam saatlarında Hizbullah komandirlərindən Mustafa Bədrəddinin şəhadətinin ildönümü münasibətilə çıxış edib.
Ənnsariyə əməliyyatının uğurla keçirilməsi üçün şəhid Bədrəddinin gecə- gündüz səy göstərdiyini qeyd edən Seyid Həsən Nasrallah, bu əməliyyatın nəhayət uğurla sona çatdığını və sionistlərə ağır zərbə endirildiyini ifadə edib.Muxalifet3 - 3-05-2019
Yevlax RPŞ-yə yeni rəis müavini təyin edilib
Yevlax rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib.
ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Daşqın Məhər oğlu Quliyev Yevlax rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
D.Quliyev buna kimi Balakənin rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi olub.Muxalifet - 3-05-2019
İran-Türkiyə sərhədində 6 kişi cəsədi tapıldı
Türkiyənin Van şəhərinin Başkale rayonunun İranla sərhədində 6 kişi cəsədi tapılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, çöllük ərazidəki meyitləri çobanlar taparaq polisə xəbər veriblər.
Həmin şəxslərin qış aylarında sərhəddən keçmək istəyərkən donaraq ölən qeyri-qanuni miqrantlar olduğu müəyyənləşib.Muxalifet - 3-05-2019
Təranə Qumraldan ŞOK AÇIQLAMA: "27 ildi cırmaq-cırmaqdı, Musanı..."
Təranə Qumral Musanı onun əlindən almaq istədiklərini bildirib.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, xanım ifaçı bu barədə "Hər şey daxil"də danışıb.
Təranə 27 il keçsə də, bu gün də Musanı onun əlindən almağa çalışanların olduğunu qeyd edib:
"İnsan harada xoşbəxtdirsə yeri oradır. 27 ildir cırmaq-cırmaqdı, Musanı dartıb əlimdən ala bilmirlər".Muxalifet - 3-05-2019
"Nəvələrimin çantalarını götürə bilmirəm" - Deputat
“Bu gedişlə məktəbə gedən uşaqların bel sütunu əyiləcək. Deyirik, xeyri yoxdur. Uşaqların çantalarını götürəndə, hətta atalarının beli əyilir. Bu nə məcburiyyətdir. Biz də oxumuşuq... Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun. Uşaqları bu qədər yükləmək olmaz”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.
“Fikirləşmək lazımdır. Təhsil Nazirliyi uşaqları qorumalıdır. Nəvələrim məktəbə gedir, onların çantalarını götürə bilmirəm, uşaq necə aparsın?! Yeni tədris ilindən bu məsələ həllini tapmalıdır”, - deputat əlavə edib.Muxalifet - 3-05-2019
Anjey Kaspşik David Tonoyanla görüşüb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Ermənistana yollanıb.
Muxalifet.az erməni KİV-nə istinadən xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
O, Yerevanda Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.
Onlar Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər.Muxalifet - 3-05-2019
“Akula Akif” azadlığa çıxır?
Sabiq MTN-çilərdən biri hakim qarşısına çıxarılıb.
Muxalifet.az Yeni Sabah-a istinadən xəbər verir ki, ləğv edilniş MTN-nin Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş "Akula” ləqəbli Akif Əliyevin cəzası azaldılıb.
Ali Məhkəmənin qərarı ilə onun cəzası 5 ildən 4 ilə endirilib. Bu qərarla sabiq MTN-çinin yaxın aylarda azadlığa buraxılacağı gözlənilir.Muxalifet - 3-05-2019
Məşhur aktrisanın makiyajsız FOTOSU
Məşhur aktrisa Hazar Ergüçlünün makiyajsız fotosu pərəstişkarlarını məyus edib.
27 yaşlı aktrisa instaqramda makiyajsız fotosunu “Gerçək” şərhi ilə paylaşıb. Serial ulduzunun effektsiz və fotoşopsuz halı çoxlarını təəccübləndirib.
İzləyicilər ulduzun təbii və makiyajlı halının çox fərqləndiyini yazıb./publikaMuxalifet - 3-05-2019
ABŞ öz əlləri ilə Rusiyanı arxa bağçasına yerləşdirdi - Venesuelada baş tutmayan çevriliş cəhdinin nəticəsi
Venesueladakı çevriliş cəhdini ABŞ planlaşdırdı və oradan idarə elədi.
Çünki, evinin arxa bağçası hesab elədiyi Latın Amerikasında “sosialist” iqtidar istəmir.
Latın Amerikasının tarixi məhz buna görə “çevrilişlər tarixi”dir.
“Ağ əlcəkli çevriliş” deyimini internetdən də olsa araşdırın, sizə çox tanış gələcək bir tarixlə qarşılaşacaqsınız.
Braziliya, Argentina kimi bəzi böyük ölkələrdə son illərdə baş verən çalxantılarda müəyyən qədər “uğur” da qazanılıb.
Muxalifet - 3-05-2019
Sabaha yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24,Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək.Muxalifet - 3-05-2019
PA-nın məsul işçilərinin vətəndaşlarla növbəti görüşü - Cədvəl
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçilərinin 2019-cu ilin may ayında respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Muxalifet.az həmin cədvəli təqdim edir:14 may 2019-cu il
1. Qax rayonu
2. Salyan rayonu
3. Şabran rayonu
4. Tovuz rayonu
5. Xocalı rayonuMuxalifet - 3-05-2019
Anar Mədətovla evliliyə hazırlaşan Samirənin FOTOLARI YAYILDI
Xəbər verdiyimiz kimi, ilk evliliyindən qalmaqallı şəkildə ayrılan Anar Mədətov vizajist Samirə xanımla evlənməyə hazırlaşır.
Vizajist səhifəsində əl işləri ilə bərabər şəxsi fotolarını da paylaşır. Onun fotoları böyük maraqla qarşılanıb.
Qeyd edək ki, cütlüyün artıq xına mərasimi də baş tutub.
Fotoları təqdim edirik:Muxalifet - 3-05-2019
Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.
Muxalifet - 3-05-2019
Ermənistanda hərbçi qardaşlar həlak olub - FOTO
Ermənistanın Sünik vilayətində baş verən avtomobil qəzasında iki erməni hərbçi həlak olub.
Bu haqda “Shamshyan.com” məlumat yayıb.
İnformasiyaya görə, mayın 2-də 23:40 radələrində Yerevandan İran sərhədinə qədər uzanan avtomagistralın 380-ci kilometrində “Toyota Vitz” avtomobili “KamAZ”markalı yük maşını ilə toqquşub.
Toqquşmadan sonra hər iki avtomobil yolun kənarındakı yarğana düşüb. Avtomobildə olan Armen Aqaronyan hadisə yerində keçinib. Qardaşı L.Aqaronyan isə Mehri xəstəxanasına çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.Muxalifet - 3-05-2019