Axtarış

The search found 105772 results in 0.084 seconds.

Search results

  1. ​Məşhur model tualetdə ÖZÜNÜ ASDI: Son mesajı ÜZƏ ÇIXDI - VİDEO

    Uruqvayın keçmiş gözəllik kraliçalarından Fatimih Davila Sosa, Meksikada qaldığı otel otağında asılı vəziyyətdə tapılıb. 
    Muxalifet.az Haberler-ə istinadən xəbər verir ki, Meksikaya iş və tətil üçün gedən gənc model qaldığı otelin tualetində ölü tapılıb.
    Ölkəsini 2006-cı ildə "Kainat gözəli" və 2008-ci ildə da "Dünya gözəllik" müsabiqəsində təmsil edən Davilanın ölümü ilə bağlı istintaq tədbiri gücləndirilib.

    Muxalifet - 4-05-2019

  2. Что понимается под «изнасилованием» на Ближнем Востоке?

    Raseef22

    Muxalifet4 - 4-05-2019

  3. ​Natiq Məmmədova yeni vəzifə həvalə olundu

    Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub.
    Bu barədə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədovun özü məlumat verib.
    O bildirib ki, hazırda Aparat rəhbəri vəzifəsinə təyinat olmayıb: “Əsasnaməyə görə, Aparat rəhbəri vəzifəsini icrası isə mənə həvalə edilib”.
    Qeyd edək ki, mayın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub./ona

    Muxalifet - 4-05-2019

  4. ​QAZ LİMİTİ ARTIRILDI – bəs keyfiyyət aşağı düşdü?

    Əhaliyə verilən təbii qazın limitinin qaldırılmasından sonra bəzi abonentlərdə etiraz yaranıb. Bu isə qazın keyfiyyəti ilə bağlıdır.
    Sosial şəbəkədə yazan abonentlər bildirirlər ki, qazın keyfiyyətində problemlər var. 
    “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev modern.az-a açıqlamasında bildirib ki, təbii qazın verilməsində hər hansı məhdudiyyət yoxdur.

    Muxalifet - 4-05-2019

  5. ​Kimya zavodunda partlayış - yaralılar var

    ABŞ-ın İllinoys ştatında kimya zavodunda partlayış baş verib.
    Unikal.org-un məlumatına görə, hadisə nəticəsində azı dörd nəfər xəsarət alıb.
    Hazırda partlayış anında zavodda nə qədər işçinin olduğu müəyyənləşdirilir.
    Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
    Polis partlayışın səbəbləri ilə bağlı araşdırma aparır.

    Muxalifet - 4-05-2019

  6. ​Cənubi Qafqazda sülh yalnız bu halda mümkün olacaq. Əgər ermənilər... - Gürcü politoloq

    "Cənubi Qafqazda sülh yalnız erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür".
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Azernews-a müsahibəsində Gürcüstan politoloqu Quram Marxuliya deyib.
    O qeyd edib ki, Ermənistan düzgün qərar qəbul edib Azərbaycanın işğal olunmuş torpaqlarından çıxacaq və Cənubi Qafqazda sülh bərqərar olacaq.

    Muxalifet - 4-05-2019

  7. Həbsxana rəisi işdən çıxarıldı

    Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin rəisi vəzifəsindən azad olunub.
    Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev vəzifədən çıxarılıb.
    Məlumata görə, onun yerinə 16 saylı CÇM-in rəisi gətirilib./Qafqazinfo

    Muxalifet - 4-05-2019

  8. Soçi məktəbində 12 yaşlı adamyeyən: valideynlər qorxu içində - "UŞAQLARA DANIŞIR KI, İNSAN BƏDƏNİNİN HANSI HİSSƏLƏRİ DAHA DADLIDIR..."

    Rusiyanın Krasnodar diyarının Medvedovskaya qəsəbəsində yerləşən 2 saylı məktəbdə təhsil alan şagirdlərin valideynləri uşaqlarını 12 yaşlı Valeriyadan təcrid etmək tələbi ilə çıxış ediblər. Onlar bildirirlər ki, 12 yaşlı qızcığazın adı qətl hadisəsində, ola bilsin ki, adamyeyənlikdə hallanır.

    Virtualaz.org “Kubanskiye novosti” nəşrinə istinadən xəbər verir ki, valideynlər məktəb direktoru ilə görüşüblər. Direktorun sözlərinə görə, yeniyetmə qızın sənədləri qaydasındadır və onun təhsil almaq hüququnun məhdudlaşdırılmasına bir səbəb görmür.

    Muxalifet - 4-05-2019

  9. Bu olay tüklərinizi BİZ-BİZ EDƏCƏK: maşının baqajına salıb diri-diri yandırdılar

    Türkiyənin Hatay şəhərində dəhşətli bir cinayət hadisəsi baş verib.
    Muxalifet.az bu ölkənin mediasına istinadən xəbər verir ki, yanaraq külə dönən maşının baqajından kişi meyiti aşkarlanıb.
    Polis maşının məqsədli şəkildə yandırıldığını müəyyən edib.
    Aparılan araşdırma nəticəsində yanan şəxsin 32 yaşlı Mehmet Kıssa adlı şəxs olduğu aşkarlanıb.
    Polisin araşdırması nəticəsində bir nəfər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-05-2019

  10. İran prezidentinin qardaşı və xüsusi köməkçisi Hüseyn Firudin haqqında həbs qərarı çıxarılıb

    İran prezidenti Həsən Ruhaninin qardaşı və prezidentin xüsusi köməkçisi Hüseyn Firudin haqqında həbs qərarı çıxarılıb.

    ONA-nın Tehran bürosunun məlumatına görə, bunu dövlət işçilərinin məhkəmə idarəsinin başçısı seyid Həmidrza Hüsreyni deyib.

    Onun sözlərinə görə, məhkəmə H. Firudin haqqında olan ittihamların bəzisi haqqında bəraət qərarı çıxarıb, bəzi ittihamlarla əlaqədar isə həbs qərarı qəbul edib.

    H. Hüseyni deyib ki, qərardan apelyasiya şikayəti verilə bilər. Bu baxımdan həbs qərarı ilə bağlı detalları açıqlaya bilmərəm.

    Muxalifet - 4-05-2019

  11. ​İki oğlan yeniyetmə qızı zorladı - Bakıda rüsvayçılıq

    Bakıda yeniyetmə qızı zorlamaqda təqsirləndirilən Eltac Qasımzadə və Rövşən İsanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
    Muxalifet.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyun ayının 4-nə təyin olunub.

    Muxalifet - 4-05-2019

  12. ​"Tarqovıy"da BİABIRÇILIQ: Ərəbə yaxınlaşan qıza görün nə etdilər - VİDEO

    Sosial şəbəkələrdə Bakınını mərkəzi küçəsi olan "Tarqovıy" kimi tanınan Nizami küçəsində biabırçı görüntülər yayılıb.
    Sosial şəbəkə istifadəçiləri iddia edib ki, bir nəfər Azərbaycanlı qız ərəb turistlərə yaxınlaşmaq və onlarla münasibət qurmaq istəyib. Buna baxmayaraq ərəblər qıza müsbət cavab verməyiblər və ona tərəf belə baxmayıblar. Qeyd olunan video günorta saatlarında çəkilib./oxu24
     

    Muxalifet - 4-05-2019

  13. 15 yaşlı məktəbli qızı maşın vurdu - Göyçayda

    Göyçayda məktəbli qızı maşın vurub.
    Muxalifet.az-ın məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib.
    Göyçay şəhəri, M. Hüseynzadə küçəsi 29, ev 35-də yaşayan, 2004-cü il təvəllüdlü Abışova Mələk Elm qızı yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
    Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Muxalifet - 4-05-2019

  14. Rusiyada oğlu ölən ata özünü asdı - Azərbaycanda FİLM KİMİ OLAY

    Gəncə şəhərində intihar hadisəsi baş verib.
    Şəhərin Təbriz küçəsi, ev 234-də yaşayan 83 yaşlı Əhməd adlı kişi özünü asaraq intihar edib.
    Qonşuların dediyinə görə, onun Rusiyada yaşayan oğlu bir il əvvəl vəfat edib. Oğlunun ölüm xəbərini eşidəndən sonra Əhməd kişi depressiyaya düşüb.
    Oğlunun nədən öldüyünə dair məlumat yoxdur.
    Faktla bağlı araşdırma aparılır./oxu.az

    Muxalifet - 4-05-2019

  15. ABŞ-dan Türkiyəyə yeni təhdid

     Türkiyə ilə Rusiya arasındakı S-400 hava müdafiə sistemi sazişi ABŞ-ı narahat etməyə davam edir. ABŞ Müdafiə Nazirliyindən məsələyə dair yeni açıqlama verilib.
     
    S-400 müdafiə sistemlərinin təhvil verilmə tarixinin yaxınlaşması ABŞ-ın hədələrini artırmasına səbəb olur. Xüsusilə Müdafiə Nazirliyi davamlı olaraq Türkiyəyə qarşı F-35-lər üzərindən dəyənək göstərməyə çalışır.

    Muxalifet3 - 4-05-2019

  16. ​DƏHŞƏTLİ HADİSƏ: Şou zamanı piton həmin şəxsi bir anda boğaraq öldürdü - ANBAAN VİDEO

    Rusiyada pitonla şou göstərən gənc oğlan izləyicilərin gözü qarşısında ölüb.
    Publika.az xəbər verir ki, şou zamanı piton həmin şəxsi bir anda boğaraq öldürüb.
    Ətrafdakılar əvvəlcə bunu şounun bir hissəsi olaraq qəbul edib. Lakin dəhşətli hadisə adam öləndən sonra aydın olub.
    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 4-05-2019

  17. ​ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR - İranla əməkdaşlıq edən ölkələr...

    ABŞ hakimiyyəti İran ilə dinc nüvə əməkdaşlığı edən bəzi ölkələrin sanksiyalardan azad edilməsi möhlətini 90 gün uzadıb.
    ABŞ XİN-in yazılı açıqlamasında deyilir ki, 2015-ci ildə imzalanmış İranla nüvə müqaviləsi çərçivəsində İran ilə dinc nüvə əməkdaşlığı eləməsinə icazə verilən 4 ölkənin sanksiyalardan azad edilmə möhləti 90 günlüyə uzadılıb.

    Muxalifet - 4-05-2019

  18. “Roma Papası Frensis kafirdir, sürgün edin” - Bir qrup Yepiskop

    Bir qrup Katolik Yepiskop Vatikana 20 səhifəlik bir məktub yazaraq təcavüz, zorakılıq, abort və homoseksualizmə qarşı durmayan Papanın sürgün elan edilməsini istəyib.
     
    Katolik dünyası bir qrup Yepiskopun Papa Frensisin sürgün olunmasını tələb edilməsi ilə çalxalanır.

    Muxalifet3 - 4-05-2019

  19. ​Messi, Suares, Pike oynamayacaq

    "Barselona"nın futbolçuları Mark-Andre Ter Ştegen, Serxi Roberto, Jerar Pike, Jordi Alba, Lionel Messi və Luis Saures La Liqanın 36-cı turunda "Selta" ilə oyunu buraxacaqlar.
    Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular matç üçün heyətə daxil edilməyib. Ötən turda çempionluğu rəsmiləşdirən komandanın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinalında "Liverpul"la cavab oyunu öncəsi onlara istirahət vermək qərarına gəlib.
    Qeyd edək ki, "Selta" - "Barselona" görüşü bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.

    Muxalifet - 4-05-2019

  20. DƏHŞƏT: Saatda 200 km sürətlə gəldi və 9 nəfəri... - FOTO

    Hindistanın Orissa əyalətində baş verən Fani qasırğası nəticəsində 8 nəfər ölüb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Banqladeş istiqamətində 200 km sürətlə hərəkət edən qasırğa orada da 1 nəfərin ölümünə səbəb olub.
    Hindistanda qasırğa səbəbindən qoz ağacları kökündən çıxıb, bazarlarda dağıntılara səbəb olub, enerji və suyun verilişində də problemlər yaranıb. Qasırğa Puri şəhərindən quruya doğru irəliləyib. Onun son illər Hind okeanında yaranmış ən güclü qasırğa olduğu bildirilir.

    Muxalifet - 4-05-2019

Pages