Axtarış

The search found 105777 results in 0.027 seconds.

Search results

  1. ABŞ-ın İranla müharibə etmək planı... - Zarei

    ABŞ hökumətinin yüksək səviyyəli rəsmiləri Tehrana mesaj göndərərək heç bir şəraitdə İranla hərbi qarşıdurma planları olmadıqlarını bildirib.
    Muxalifet.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan analitik Sadullah Zarei Tasnimə açıqlamasında deyib. Zarei mesajın nə vaxt göndərilməsinə dair heç bir məlumat verməyib.
    Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “İndependent” qəzetinə müsahibəsində İranla ABŞ arasında müharibənin qaçılmaz olduğunu demişdi.
     

    Muxalifet3 - 4-05-2019

  2. Venesuelada hərbi helikopter yerə çırpıldı

    Bu gün səhər saatlarında Venesuelanın şimalında hərbi helikopter qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə şənbə günü El-Atilo bələdiyyəsinin (Miranda ştatı) meri Elias Saye Tvitter hesabında məlumat verib.
    “Göyərtəsində yeddi nəfər olan hərbi helikopter bu gün səhər Oripotoda yaşıl zonada yerə çırpılıb. Bizim El-Atilo mülki müdafiə qüvvələrinin komandası axtarış işlərinə kömək edir”, - mer qeyd edib.
    Hələlik ekipajın və sərnişinlərin taleyi barədə informasiya yoxdur. İlkin məlumata görə, söhbət "Bell 412" helikopterindən gedir.
     

    Muxalifet3 - 4-05-2019

  3. ​SON DƏQİQƏ: Türk ordusuna AĞIR İTKİ: Toplarla HÜCUM EDİLDİ

    Suriya hökumət qüvvələri İdlibdəki təhlükəsizlik bölgəsində Türkiyə Silahlı Qüvvələrinin atəşkəsə nəzarət məntəqəsinə toplarla hücum edib.
    Bu barədə Anadolu agentliyi məlumat yayıb. Xəbərdə Zaviyə bölgəsində yerləşən 10 saylı nəzarət məntəqəsini əhatə edən divarın hədəf alındığı bildirilib.
    “CNN Türk” isə 4 Türkiyə əsgərinin yaralandığını yazıb.
     

    Muxalifet3 - 4-05-2019

  4. ​Pxenyanın raket sınağının əsl məqsədi budur - Kosaçev

    Şimali Koreyanın yeni qısa mənzilli raketlərini sınaqdan keçirməsi açıq bir siqnaldır.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev Feysbuk səhifəsində yazıb. O, Pxenyanın raket sınaqları keçirməsinin hərbidən çox siyasi xarakterli olduğunu bildirib:
    “Pxenyan onunla birbaşa uzlaşma yolları axtarılmasını, təzyiq və təhdidin seçim variantı olmadığını göstərir”.

    Muxalifet3 - 4-05-2019

  5. ASO Maranezi ələ keçirdi, Türkiyə ordusu hərəkətə keçdi

    Suriyada Azad Suriya Ordusu (ASO) Tel-Rıfat əməliyyatına başlayıb.
    Muxalifet.az xəbər verir ki, ASO bölgəni mühasirəyə alaraq Maranezə doğru hərəkətə keçib.
    Əməliyyat nəticəsində Maranez kəndi YPG/PKK terrorçularından təmizlənib. Bu əməliyyatdan dərhal sonra Türkiyə Silahlı Qüvvələri həm "Fərat qalxanı" bölgəsində, həm də "Zeytun budağı"nda terrorçuların yerləşdiyi bir çox mövqeni eyni anda vurmağa başlayıb.
     

    Muxalifet3 - 4-05-2019

  6. Bakı bunu dəfələrlə sübut etdi - PA rəsmisi

    Azərbaycan tərəfdaşlarının da maraqlarını nəzərə alaraq, qarşılıqlı faydalı əməkdaşlıq modelini müəyyən etməyə qadir olduğunu dəfələrlə sübut edib.
    Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) şöbə müdiri Hikmət Hacıyev  trend-in "Sahil Kərimli ilə müsahibə zamanı" müəllif layihəsində ölkəmizin xarici siyasətinin uğur formulundan danışarkən deyib.

    Muxalifet3 - 4-05-2019

  7. ​ŞOK: 83 milyon il əvvəl nəsli kəsilmiş donozavr ANBAAN KAMERAYA DÜŞDÜ - VİDEO

    Dünya internet şəbəkəsində yayılan bir video çarx böyük marağa səbəb olub. Muxalifet.az xəbər verir ki, kadrlar Gürcüstanın paytaxtındakı bir şirkətin müşahidə kamerasına düşüb. Gecə vaxtı qeyri-adi məxluq binaya soxulmağa çalışır. Velosiraptorlar ikiayaqlı yırtıcı dinozavrdır və 83 milyon il əvvəl yaşayıb. Quyruğunu yelləyən canlı yük maşınına yaxınlaşır, ətrafı müşahidə edir və yoxa çıxır. Məlum olub ki, gecə vaxtı mühafizədə olan işçilər bu kadrları görüblər və təhlükəsizlik kamerası tərəfindən qeydə alıblar.

    Muxalifet3 - 4-05-2019

  8. İsrail ordusu "Anadolu"nun olduğu binanı vurdu

    İsrail ordusu mühasirə altındakı Qəzza zolağına hücum edib.
    Muxalifet.az xəbər verir ki, hücum zamanı içərisində Türkiyənin “Anadolu” xəbər agentliyinin ofisinin yerləşdiyi binanın vurulduğu bildirilib.
     

    Muxalifet3 - 4-05-2019

  9. ​Baş nazir Keşikçidağdan danışdı: Həll edəcəyik

    Azərbaycanla sərhədin müəyyən olunması üçün yaradılacaq komissiyaya Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq və delimitasiya və demarkasiya prosesinə başlanılacaq.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze bildirib.
    Baş nazir sərhədin müəyyən olunması üzrə prosesin çətin və çox zəhmət tələb edən olduğunu qeyd edib:

    Muxalifet3 - 4-05-2019

  10. ​Sürücülərin diqqətinə: Bu gün Bakıda sürət həddi endirildi

    Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib.
    Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
    Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
    Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyyatlı olmağı tövsiyyə edirik.
     

    Muxalifet3 - 4-05-2019

  11. ​Türkiyədən gələn avtobus Gürcüstanda yandı

    Türkiyənin Antalya şəhərindən Tiflisə gələn sərnişin avtobusu Gürcüstanın Rikoti avtomagistralının dağlıq ərazisində yanıb.
    Muxalifet.az xəbər verir ki, avtobus yanaraq yararsız hala düşüb.
    Hadisə nəticəsində Rikoti tuneli və Tiflis-Senaki-Leselidze avtomobil magistralı tam bağlanıb.
    Avtobusda olan sərnişinlər vaxtında təxliyə olunublar və heç kim xəsarət almayıb.
    Yanğın söndürülüb, magistral yolun açılması istiqamətində işlər davam etdirilir.
    Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
     

    Muxalifet3 - 4-05-2019

  12. Rusiya nümayəndəsi BMT-də qızlarla mahnı oxudu

    Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT-də mahnı oxuyub.
    RİA Novosti xəbər verir ki, diplomat “Qələbə mahnıları” layihəsi haqqında filmin təqdimatı zamanı ifaçılıq bacarığını nümayiş etdirmək qərarına gəlib.
    Bildirilir ki, Nebenzya mahnını “Soprano” art-qrupunun qadın solistləri ilə birlikdə oxuyub və rəqs edib.
    Nebenzya “Qələbə mahnıları” layihəsini sərhədsiz mədəni diplomatiya adlandırıb.
     

    Muxalifet3 - 4-05-2019

  13. ​İŞİD-in başçısı məhv edildi

    Əfqanıstan xüsusi qüvvələri ölkənin şimalında və Mərkəzi Asiyada terrorçuların fəaliyyətinə rəhbərlik edən İŞİD silahli qruplaşmasının başçısını məhv ediblər.
    Trend-in məlumatına görə, əməliyyat aprelin 3-ü gecə baş tutub. Dəqiqləşdirilir ki, silahlıların lideri olan Müfti Özbək terrorçuların Əfqanıstanın şimal hissələrində fəaliyyətlərinə görə cavabdeh olub, terror aktlarının təşkilində və planlaşdırılmasında iştirak edib. Həmçinin o, Mərkəzi Asiyada terror əməliyyatlarının maliyyələşdirməsi ilə məşğul idi.

    Muxalifet - 5-05-2019

  14. Bu gün paytaxtda hansı yollar bağlı olacaq? - SİYAHI

    Bu gün paytaxtın bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
    Trend-in məlumatına görə, məhdudlaşdırma Bakıda "Küləyə qalib gəl" şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Bakı Marafonu-2019" ilə əlaqədardır.

    Muxalifet - 5-05-2019

  15. ​ABŞ-da DƏHŞƏTLİ MƏNZƏRƏ: Şəhər suyun altında qaldı - Video

    ABŞ-ın Ayova ştatında yerləşən Devenport şəhərinin bir hissəsi su altında qalıb.
    Şəhərin su altında qalmasına səbəb Missisipi çayının məcrasından çıxmasıdır.
    Sakinlərin bir qismi özləri şəhəri tərk edə bilib, digərləri isə müvafiq qurumların köməyi ilə təxliyə edilib./Musavat

    Muxalifet - 5-05-2019

  16. “Xruşşovka”ların bazarı bağlandı: kirayələr isə... - Ekspert

    Mayın 15-dən sonra kirayə mənzil bazarında ucuzlaşma müşahidə ediləcək.
    Bu sözləri Axar.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nazim Kəlbəliyev deyib. O bildirib ki, mayın ortasından avqustun ortalarına kimi kirayə mənzil istəyən müştərilər üçün seçim şansı da çox olacaq:

    Muxalifet - 5-05-2019

  17. ​SON DƏQİQƏ: Biləsuvarda DƏHŞƏTLİ YOL QƏZASI - Ölənlər var

    Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
    Hadisə yeni Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində Biləsuvar rayonu ərazisində baş verib.
    "Hyundai" markalı minik avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hər iki meyit Salyandakı morqa gətirilib. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
    Faktla bağlı araşdırma aparılır./report

    Muxalifet - 5-05-2019

  18. Milyonlarla insan bu günü gözləyirdi…

    Sabah Azərbaycanda Ramazan ayı başlayır.
     
    “Report” xəbər verir ki, Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir.
     
    Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.
     
    Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
     

    Muxalifet4 - 5-05-2019

  19. ​Quaido çevrilişin baş tutmasının səbəblərini açıqladı

    Venesuela Milli Assambleyasının lideri Xuan Quaido respublikanın qanuni prezidenti Nikolas Maduronun devrilməsi üçün göstərdikləri cəhdlərin uğursuzluqla nəticələndiyini bildirib.
     
    O, bunu “The Washington Post” nəşrinə müsahibəsində deyib.
     
    Quaidonun sözlərinə görə, qanuni hakimiyyət ilə mübarizədə müxalifətin məğlubiyyətinin əsas səbəbi ölkə hərbçilərinin hazırkı lideri dəstəkləmələri olub.
     

    Muxalifet4 - 5-05-2019

  20. Azərbaycanlı milyonçunun nəvəsinin kitabı Tiflisdə təqdim olundu

    Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış azərbaycanlı milyonçu, ictimai xadim və xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş tədbir keçirilib.
     
    “Azərtac” xəbər verir ki, tədbirdə Azərbaycan “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyevanın müəllifi olduğu “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabı təqdim olunub.
     
    Bildirilib ki, kitab Ağa Musa Nağıyevin vəfatının 100 illiyinə həsr edilib.
     

    Muxalifet4 - 5-05-2019

Pages