Axtarış
The search found 105777 results in 0.025 seconds.
Search results
“Paşinyan Ermənistanın mövcudluğunu təhdid edən zəmin hazırlayır”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə müxalifətin parlament seçkilərinə hazırlığı, düşərgə daxilində yeni siyasi blokun yaranma ehtimalı, liderlərin bölgələrə səfər etməmə səbəbləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarında sərgilədiyi mövqe və digər mövzularla bağlı söhbətləşdik.
Muxalifet4 - 5-05-2019
ORUC TUTMAĞIN İNANILMAZ FAYDALARI - Cəmi 3 gün ərzində... / YAPON ALİMİN SENSASİON KƏŞFİ
Ramazan ayı bu dəfə yaz fəslinə təsadüf edir. Orqanizm bu ərəfədə uzun müddət ac qalır. Bu zaman ərzində insanın bədəni yenilənir, bərpa olunur. Nobel mükafatı laureatı, yaponiyalı alim Yoşinori Oşumi isə oruc barədə sensasion açıqlama verib.
Muxalifet4 - 5-05-2019
Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü? – Hacı Şahin aydınlıq gətirdi
Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-da başlayacağı bildirilir. Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir. Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır.
“Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü” sualı əksəriyyəti düşündürən mövzulardan biri hesab edilir.
Bu sualı ilahiyyatçı Hacı Şahin Həsənli cavanlandırıb:Muxalifet4 - 5-05-2019
Daşkənddə gəlinlərin paradı keçirildi - FOTOLAR
Daşkənddə birinci beynəlxalq landşaft sənəti festivalı çərçivəsində gəlinlərin paradı keçirilib.
Muxalifet4 - 5-05-2019
Bakıdakı dəhşətli qəzanın görüntüləri – VİDEO
Dünən gecə Bakının Səbail rayonunda piyada yol-nəqliyyat hadisəsi zamanı ölüb.
News24.az-ın məlumatına görə, Bayraq Meydanının qarşısındakı yolda Məmmədov Cəmil Məlik oğlu yeraltı piyada keçidindən istifadə etməyərək yolun üstü ilə əks tərəfə keçmək istəyib. Bu zaman onu Gürcüstanda qeydiyyatda olan “Chevrolet” markalı avtomobil vuraraq “Hyundai” markalı digər maşının altına atıb. Piyada hadisə yerindəcə keçinib.
Muxalifet4 - 5-05-2019
Bu gün “Qarabağ” Azərbaycan çempionu ola bilər - 6-cı dəfə
Bu gün futbol üzrə Topaz Premyer Liqasının XXVII turuna start veriləcək.
Baş tutacaq matçlardan sonra çempion, gümüş və bürünc medalın sahibi, eləcə də sonuncu yeri tutacaq komandalar müəyyənləşə bilər. Bunun üçün bir sıra uyğun nəticələr qeydə alınmalıdır.
Muxalifet4 - 5-05-2019
SAVAŞ BAŞLADI: İsraillə Fələstin qarşılıqlı raket zərbələri endirməkdədir
Sutka ərzində Qəzza zolağından İsrail istiqamətində 450-dən çox raket buraxılıb. Buna cavab olaraq İsrail ordusu fələstinlilərin 220 hərbi obyektinə zərbə endirib.
TASS xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus deyib.
O bildirib ki, Qəzza zolağından atılan raketlərdən 150-si “Dəmir gümbəz” hava hücumundan müdafiə sistemi vasitəsi ilə məhv edilib, raketlərin 70 faizi yaşayış olmayan ərazilərə düşüb. Konrikus əlavə edib ki, raket hücumu nəticəsində bir yaşlı kişi ölüb.
Muxalifet4 - 5-05-2019
İslam ölkələri çevrilişlərlə çalxalanır - Bu ölkələrdə eyni anda MÜHARİBƏ ALOVU
Dünyanın bir çox bölgəsində fərqli səbəblərdən dolayı ortaya çıxsa da, eyni məqsədə xidmət edən silahlı qarşıdurmalar hökm sürür.
Hazırda 69 ölkədə 822 qrup tərəfindən müharibə aparılır.
Bu müharibələr nəticəsində aclıq, xəstəlik, iqtisadi böhran, sürgün və miqrasiya problemləri durmadan artır.
Qlobal güclərin öz maraqları üçün qurduqları savaş planları dünyanın müxtəlif bölgələrərində müxtəlif qruplar vasitəsilə gerçəkləşdirilir. Bu planın qurbanı da ən çox İslam dininin geniş yayıldığı bölgələrdir.
FƏLƏSTİN
Muxalifet4 - 5-05-2019
Bu axşam "Qalatasaray" - "Beşiktaş" derbisi var
Bu gün Türkiyə Superliqasının ən kritik qarşılaşması baş tutacaq.
Belə ki, 31-ci həftədə iki liderlik iddiaçısı “Qalatasaray” və “Beşiktaş” görüşəcək.
Matç Bakı vaxtilə saat 20:00-da “Türk Telekom” stadionunda start götürəcək.
“Qalatasaray” ilə “Beşiktaş” “Türk Telekom” stadionunda bu günə qədər 9 matç keçirib. Bu matçlarda sarı-qırmızılılar 5, ağ-qaralar isə 2 dəfə qalib gəlib. Bir qarşılaşma isə bərabərliklə başa çatıb.
Muxalifet4 - 5-05-2019
Zelenskidən andiçmə ilə bağlı təklif
Ukraynanın yeni Prezidenti Vladimir Zelenski inauqurasiya mərasiminin mayın 19-da keçirilməsi təklifi ilə çıxış edib.
Vladimir Zelenski özünün Feysbuk səhifəsində bu barədə parlament fraksiyasının rəhbərinə bildirdiyini və parlamentin sədri Andrey Parubiyə məktub yazdığını da vurğulayıb.
"Ümid edirəm ki, deputatlar parlamentin mayın 19-da keçiriləcək iclasında bu təklifi dəstəkləyəcəklər. Çünki işləməliyik. Bu sıraya parlamentlə işləmək də daxildir”.
Muxalifet4 - 5-05-2019
Fələstinli döyüşçülər İsraili “Eurovision”la hədələdilər
Fələstinli döyüşçülər “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsinin qarşısını alacaqlarını bəyan ediblər.
Bu barədə The Times of Israel nəşri məlumat yayıb.
Fələstinli döyüşçülərin bəyanatında bildirilir ki, məqsəd düşmənə mane olmaqdır. Onlar Fələstinə ziyan vermək məqsədi daşıyan tədbirlərin keçirilməsinə mane olmağı planlaşdırdıqlarını bildiriblər.
Mahnı müsabiqəsi 10 gün sonra İsraildə start götürəcək.
Muxalifet4 - 5-05-2019
İranda azərbaycanlılara Qarabağ haqda danışmaq yasağı – “...Həbs olunacaqlar”
Bir müddət əvvəl Marağa şəhərində ermənilərə etiraz əlaməti olaraq Ermənistan və paniranistlərin bayrağını yandıran fəallardan bir neçəsi İran İslam Respublikasının Kəşfiyyat İşləri üzrə Nazirliyinə (ETTELAAT) çağırılıb. Muxalifet.az-ın məlumatına görə, virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, marağalı fəallardan Davud Əzimzadə, Həmid Yeganəpur, Əli Yəzdani və Muxtar İbrahimi bölmədə dindirildikdən və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. İran Kəşfiyyat Nazirliyi fəallara xəbərdarlıq edib ki, bir də Qarabağ haqqında çağırış və bu tip fəallıq etsələr, həbs olunacaqlar.
Muxalifet4 - 5-05-2019
Azərbaycanda bir gündə 5 nəfər bu səbəbdən öldü - DAHA 17 YARALI VAR
Şənbə günü Azərbaycanda avtomobil yollarında baş vermiş ağır yol qəzaları nəticəsində 5 nəfər həyatını itirib.
Mayın 4-də Respublika yollarında ümumilikdə 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən şəxslərdən başqa daha 17 nəfər də xəstəxanalara çatdırılıb.Muxalifet - 5-05-2019
Tanınmış ekstrasens vəfat etdi - FOTO
Türkiyədə məşhur ekstrasenslərdən olan və “Medyum Keto” ləqəbi ilə tanınan öncəgörücü Hacı Aydoğan vəfat edib.
Daha əvvəl beynindən 3 dəfə əməliyyat olunan ekstrasens müalicə olunduğu xəstəxanada keçinib.
Qeyd edək ki, uzun illər Almaniyada yaşamış “Medyum Keto” 90-cı illərdə Türkiyəyə köçüb və vətənində ekstrasens kimi şöhrət qazanıb. Onun müştəriləri arasında tanınmış şou-biznes nümayəndələri və siyasətçilər də olub./publikaMuxalifet - 5-05-2019
Ata qızına sataşan 57 yaşlı kişini döyərək öldürdü - DƏHŞƏTLİ HADİSƏ
İstanbulda ata qızına sataşan 57 yaşlı kişini döyərək öldürüb. Muxalifet.az türk mətbuatına istinadən xəbər verir ki, özəl klinikalardan birində çalışan 19 yaşlı tələbə qız işdən evə qayıdarkən avtobusda 57 yaşlı kişi tərəfindən təcavüzə məruz qalıb. Şinasi B. adlı kişi qızı yaşadığı evə qədər təqib edib. Qız mənzilə daxil olandan sonra evin qarşısında onu gözləməyə başlayıb. Gənc qız başına gələn hadisəni anasına danışıb. Nəticədə onun atasına da məlumat çatıb. 44 yaşlı Yılmaz Y. dərhal evə gələrək evin qarşısında dayanan 57 yaşlı kişini döyməyə başlayıb.
Muxalifet - 5-05-2019
Türkiyədən on minlərlə erməninin deportasiyası gözlənilir
Ermənistan hakimiyyəti Türkiyədən on minlərlə qeyri-leqal erməni miqrantın mümkün deportasiyasına hazır olmalıdır. Çünki Ərdoğanın siyasəti dəyişib.
Muxalifet - 5-05-2019
ABŞ mənasız müharibəyə doğru gedir - Zərif
Bəzi dövlətlər ABŞ-ı və Prezident Donald Trampı faciə ilə nəticələnəcək müharibəyə sürükləyir.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib.
Nazir bildirib ki, istər Konqresdə, istərsə də ictimaiyyətdə ABŞ prezident Trampın siyasətinin əleyhinə çıxanların çoxalması təsadüfi xarakter daşımır. Onlar başa düşürlər ki, ABŞ mənasız silahlı münaqişəyə doğru gedir.Muxalifet3 - 5-05-2019
Azərbaycanda məmur yol qəzasında öldü
Bu gün səhərə yaxın Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 90-cı km-də iki nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Cəlilabad rayon sakini Məmməd Vəkil oğlu Məmmədovun idarə etdiyi 15 BP 933 dövlət nömrə nişanlı "Hunday Tukson” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü və sərnişin hadisə yerində dünyasını dəyişib.Muxalifet3 - 5-05-2019
Əhaliyə ŞAD XƏBƏR: Prezident sərəncam imzalayacaq - VİDEO
“2019-cu ilin əvvəllərindən etibarən dərinləşən struktur və sosial islahatlardan danışan baş nazirin müavini qeyd etdi ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar davamlı olacaq, həmçinin müvafiq sərəncamların əhatə dairəsindən kənarda qalan vətəndaşlar da mütəmadi olaraq öz həyatlarının yaxşılaşdırılması yönündə atılacaq addımların şahidi olacaq”.
Muxalifet3 - 5-05-2019
Bakıda polis uşağın həyatını xilas etdi
Bakıda Yol Patrul Xidmətinin əməkdaşı 12 yaşlı qızı ölümdən xilas edib.
Bu barədə REPORT -a onun babası Əliyev Asif məlumat verib.
O, bir neçə gün əvvəl saat 20 radələrində yaşadıqları evdə 2007-ci il təvəllüdlü nəvəsi Əliyeva Səkinə Rasif qızının qəfildən yıxılaraq koma vəziyyətinə düşdüyünü bildirib:Muxalifet3 - 5-05-2019