Axtarış
The search found 105777 results in 0.027 seconds.
Search results
"Whatsapp"da yeni qadağa
“Whatsapp” messencerində növbəti yenilik tətbiq edilib.
“Qafqazinfo” xəbər verir ki, messencerin son versiyasında istifadəçinin icazəsi olmadan onu müxtəlif qruplara daxil etmək mümkün olmayacaq.
Belə ki, istifadəçilər “Whatsapp”ın “ayarlar”ına daxil olaraq, nömrələrini müxtəlif qruplara əlavə etməyə dair qadağa tətbiq edə biləcək. Yeni funskiya artıq bəzi istifadəçilər üçün aktivdir. Bir neçə həftə ərzində sözügedən yenilik digərləri üçün də əlçatan olacaq.Muxalifet - 6-05-2019
Uşaq kökdürsə, sevinməməliyik – səbəbləri bu yazıda
Dünyada uşaqlar arasında şişmanlıq yayılıb - bunu necə aradan qaldırmalı? Son qırx ildə dünyada köklükdən əziyyət çəkən uşaqların (5-19 yaş arası) sayı on dəfə artıb. Dünya Səhiyyə Təşkilatı bildirir ki, 2018-cı ildə dünyada köklükdən əziyyət çəkən uşaqların sayı 124 milyon nəfər olub. Bu göstərici 1975-ci ildə 11 milyon nəfərə bərabər olub. Beynəlxalq təşkilatın açıqladığı hesabatda 213 milyon uşağın çəkisinin isə norma göstəricilərindən yuxarı olduğu qeyd edilib. Dünya əhalisinin sayının artması müvafiq olaraq köklükdən əziyyət çəkən uşaqların sayının da artmasına gətirib çıxarıb.
Muxalifet - 6-05-2019
BAKIDA 6 QAÇQIN YATAQXANASI QƏSDƏN YANDIRILIB? - Rövşən Rzayev: " Bir neçəsi ilə bağlı rəy var..."
Muxalifet.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsinin sədri Rövşən Rzayevin ONA-ya müsahibəsini təqdim edir:
Muxalifet4 - 6-05-2019
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - Ramazan ayının başlanma ilə bağlı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Muxalifet.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Əziz həmvətənlər. Sizi Ramazan ayının – orucluq və mənəvi yenilənmə, düşünmək və dua etmək, bağışlamaq və mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür.Muxalifet - 6-05-2019
"Bu mənim şəxsi və sərbəst fikirimdir” – NAZİR İRADLARA CAVAB VERDİ
Kənd təsərrüfatı naziri İnam Kərimov ictimai fəal Bəxtiyar Hacıyevin onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.
Muxalifet.az demokrat.az-a istinadən nazirin fikirlərini ixtisarsız təqdim edir:
"Bəxtiyar, Bu mənim şəxsi və sərbəst fikirimdir. Nə demişəmsə, hamisini yenə də təsdiq edirəm.
"Sədaqətli kadr" özünü ilk növbədə keyfiyyətli işi ilə, həm də ictimai sözüylə təsdiq etməlidir. Harvardda bunu sizə öyrətmiş olmalıdırlar.
PS. səndən incimiş olsaydim, reaksiya verməzdim".Muxalifet4 - 6-05-2019
Nazirlikdən məktəbli ölümü ilə nəticələnən qəza barədə açıqlama
Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.
Nazirlikdən Muxalifet.az-a verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.
Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib: “Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.Muxalifet - 6-05-2019
Polisdən sərt XƏBƏRDARLIQ - Oruc tutmayanlar cəzalandırılacaq
Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.
Bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib.
H.Rəhimi bildirib: “Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik”.
Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.
Onun sözlərinə görə, yemək sifarişi həyata keçirmək istəyən hər hansı iaşə mərkəzi polisdən lazımi icazəni almalıdır.Muxalifet - 6-05-2019
"Tapança Adil" tutuldu - FOTO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Muxalifet - 6-05-2019
"Həkimlər qızımı əziyyətlə öldürüblər" – Burun əməliyyatında ölən qızın atası - FOTO
"Əməliyyatda iştirak edən qadın deyir ki, vəziyyəti pisləşən qızımı görəndə pis olub və otağı tərk edib" İndi gənc qızlar arasında yeni zərərli adətlər ortaya çıxıb. Hər cəhətdən sağlam həyat sürmək əvəzinə, bir-biri ilə bəhsə girərək, estetik əməliyyat eşqinə düşürlər. Bunun üçün özlərində qüsur axtarır, hansısa aktrisaya, müğənniyə bənzəməyə çalışırlar. Belə olanda ailəni yola gətirib əməliyyat stoluna asanlıqla uzanırlar. Halbuki rinoplastika-burun estetik əməliyyatları heç də asan tibbi müdaxilə deyil. Hər halda mütəxəssislər belə deyirlər.
Muxalifet - 6-05-2019
Azərbaycan Avropaya elektrik enerjisinin ixracına başladı
"Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Report -a qurumun Mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.
Onun sözlərinə görə, prosesə bu ayın əvvəlindən start verilib.Muxalifet - 6-05-2019
Alimlər: "okean sularının çoxu “kosmosdan gəlib”"
Su Yer səthinin təxminən dörddə üçünü təşkil edir, amma alimlər hələ də dəqiq bilmirlər ki, o hardan peyda olub və niyə bu qədər çoxdur.
Versiyalardan birinə görə, Yer yeni formalaşmağa başlayan ərəfədə suyu minerallar ifraz edib. Digər versiyaya görə isə onun bir hissəsini planetimizə kometa və astereoidlər gətirib.
rizona Universitetinin kimyaçıları, deyəsən, ikinci nəzəriyyəni təsdiq edən faktlar aşkar ediblər.
Onlar indiyə qədər "quru" hesab olunan İtokava asteroidindən götürülmüş nümunədə çoxlu su tapıblar.Muxalifet - 6-05-2019
Ermənilər 3 gün sonra Qarabağla bağlı ŞOK addım atacaq - Mixaylov SENSASİON PLANI AÇDI
Ermənistan 9 may faşizm üzərində qələbə günü münasibətilə keçiriləcək aksiyada Dağlıq Qarabağla bağlı şüarlar səsləndirməyə hazırlaşır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, 9 may tarixi hər il faşizm üzərində qələbə günü kimi qeyd olunur.
Postsovet məkanında bütün respublikalar bu tarixdə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olanları yad edir və həmrəylik olaraq “Ölməz alay” yürüşünü keçirir.Muxalifet - 6-05-2019
Şimali Makedoniya prezidentini seçdi
Şimali Makedoniya Respublikasında keçirilən prezident seçkilərində hakim Sosial-demokratlar Partiyasından olan namizəd Stevo Pendarovski qələbə qazanıb.
“Radio Svaboda”nın məlumatına görə, səslərin 90 faizinin hesablanmasından sonra onun ümumi səslərin 52 faizini topladığını məlum olub.
Onun rəqibi – millətçilərdən olan Qordana Silyanovska-Davkova isə səslərin 44 faizini toplayıb.
Seçici fəallığı 40 faizlik yetərsayı keçdiyindən təkrar seçkilər keçirilməyəcək.Muxalifet - 6-05-2019
Bakıda marketdə BİABIRÇILIQ: Qız qısa şortda rəqs edə-edə... - VİDEO
Onun bu hərəkəti marketdəki digər müştərilərin diqqətini çəkib
Bakıda marketdə çəkilmiş görüntülər sosial mediada müzakirə obyektinə çevirilib.
Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, kadrlarda qısa şortda mağazada rəqs edə-edə alış-veriş edən gənc qız yer alıb. Onun bu hərəkəti marketdəki digər müştərilərin diqqətini çəkib.
Məlum olub ki, bu qız azərbaycanlı rəqqasə Simona Amirdir.
Sözügedən görüntüləri sizə təqdim edirik:Muxalifet - 6-05-2019
Rusiyada daha bir partlayış: Ölən və yaralananlar var
Rusiyanın Perm vilayətində "Azot” kimya zavodunda güclü partlayış baş verib.
Bakupost "İnterfaks” agentliyinə istinadən bildirir ki, bədbəxt hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qəza mayın 6-da Berezniki şəhərində baş verib.
Regonun Səhiyyə İdarəsindən verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.
Partlayışın səbəbi barədə məlumat verilməyib.Muxalifet - 6-05-2019
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
AZƏRTAC-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".Muxalifet - 6-05-2019
Dollar kəskin BAHALAŞDI
İran birjalarında ABŞ dollar yenidən kəskin bahalaşıb.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, İran Mərkəzi Bankının yaydığı məlumata görə, dolların məzənnəsi 14 min 900 tümənə qədər yüksəlib.
Avronun məzənnəsi də yüksələrək 16 min 600 tümənə çatıb.Muxalifet - 6-05-2019
SON DƏQİQƏ: Tanınmış azərbaycanlı şair vəfat etdi - FOTO
Tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli vəfat edib.
Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Dəmir Gədəbəyli Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bəzi mahnılarının söz müəllifidir. (Modern.az)Muxalifet - 6-05-2019
Nazirlikdən Xətaidəki "yaşıl soyqırım"la bağlı AÇIQLAMA
Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı ETSN-nin rəsmisi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət təkrarən Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Muxalifet - 6-05-2019
Bunu edən anaların övladları daha AĞILLI OLUR - Psixoloji araşdırma
Övladlarınızı tez-tez qucaqlayan valideynlərdənsiniz? Onda bunu etməyə davam edin.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, övladlarını tez-tez qucaqlayan anaların övladlarının beyni daha yaxşı inkişaf edir.
Yeni tədqiqatlar göstərir ki, uşaqların inkişafı dövründə onlarla fiziki təmasın siz düşündüyünüzdən daha böyük əhəmiyyəti var.
Ohayo Milli Uşaq Xəstəxanasında aparılan bir araşdırma göstərib ki, uşaqlarınızı nə qədər çox qucaqlasanız, onların əqli bir o qədər güclü inkişaf edir.Muxalifet - 6-05-2019