Axtarış
The search found 105777 results in 0.04 seconds.
Search results
Liviyanın hökumət qərargahı məhv edildi
Feldmarşal Xəlifə Həftarın başçılıq etdiyi Liviya Milli Ordusuna aid silahlı birləşmələr Milli Razılaşma Hökumətinin əməliyyat qərargahını məhv edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Liviya hərbi hava qüvvələrinin zərbələri bir sıra mövqelərə, o cümlədən, diplomatik kluba, məscidə aparan yola tuş gəlib”, - deyə məlumat da qeyd edilir.
Məlumatda qeyd olunur ki, yüksək dəqiqlikli zərbələr nəticəsində Usama əl-Cüvalinin komandanlıq etdiyi əməliyyat qərargahı tamamilə məhv edilib.Muxalifet - 6-05-2019
MÜĞƏNNİ ETİRAF ETDİ - “Sevdiyim xanım tərəfindən aldanmışam”
ARB TV-nin “Boş anlar” proqramının budəfəki qonağı müğənni Orxan Babazadə olub.
“Ölkə.Az” xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən Orxan, sevgi barəsində bəxtinin gətirmədiyini deyib:Muxalifet - 6-05-2019
Ermənilər saxta azərbaycanlı soyadı ilə Almaniyadan qaçqın statusu almağa çalışırlar
“Son bir ildə Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarının sayı artıb”.
“Report” “RUSARMİNFO”ya istinadən xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Karitas” Fondunun rəhbəri Armine Yepremyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2019-cu ilin aprelində 50 Ermənistan vətəndaşı Almaniyadan deportasiya edilib və ölkələrinə geri qaytarılıb.
A.Yepremyan bildirib ki, son bir ildə sığınacaq üçün Almaniyaya getmiş 218 erməni ailəsindən 148-i geri qaytarılıb.
Muxalifet - 6-05-2019
Ermənistan Bakıda keçiriləcək yarışa qatılmayacaq - RƏSMİ
İyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 2 ölkə iştirak etməyəcək.
Bunu ONA-ya Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, qeyri-müəyyən səbəblərdən Ermənistan və Lüksemburq yığmaları Bakı-2019-a qatılmayacaqlar. Nəticədə Azərbaycanda baş tutacaq yarışda 50 deyil, 48 ölkə mübarizə aparacaq.Muxalifet - 6-05-2019
Azərbaycanda vəzifəli şəxsin oğlunun güllələnməsi barədə YENİ XƏBƏR
5 gün əvvəl Şəmkir rayonunda yaşadığı mənzildə müəmmalı şəraitdə naməlum şəxs tərəfindən güllələnərək öldürülən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncədəki 2 saylı İstintaq Təcridxanasının əməkdaşı – 1990-cı il təvəllüdlü Məmmədov Kəramət Şükür oğlunun qatili hələ də tapılmayıb.
3 gün əvvəl məlum cinayətlə bağlı K.Məmmədovun sonuncu dəfə telefon əlaqəsi yaratdığı bir neçə nəfər saxlanılaraq Şəmkir rayon Polis Şöbəsinə aparılıb. 1 gün davam edən dindirmələrdən sonra həmin şəxslərin hamısı dünən axşam sərbəst buraxılıb.Muxalifet - 6-05-2019
Azərbaycan hakimiyyəti “Meydan TV” işini bağladı
Bu gün, mayın 6-sı, dörd jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunublar və burada onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb.
Muxalifet.az “Turan”a istinadən xəbər verir ki, həmin qadağa dörd il ərzində - 2015-ci ildən qüvvədə idi.
“Bizi idarə rəisi Eldar Əhmədov qəbul etdi və özünün imzaladığı bildirişi təqdim edərək bildirdi ki, ölkədən çıxışa qoyulmuş qadağa zərurətin aradan qaldırılması səbəbindən götürülüb”, - jurnalist Natiq Cavadlı agentliyə deyib.Muxalifet - 6-05-2019
RUSİYA İDLİBİ VURDU - Həlak olanlardan 3-ü uşaqdır
Muxalifet.az xəbər verir ki, Rusiya hərbi təyyarələrinin Suriyada, “İdlib Gərginliyi Azaltma Bölgəsi” sərhədləri içərisindəki məntəqələrdə həyata keçirdikləri hava hücumu nəticəsində 3 nəfəri uşaq olmaqla, 8 nəfər dinc sakinin həlak olduğu, yaralılarının sayının çox olduğu bildirilir.
Muxalifet - 6-05-2019
Mahir Mədətovdan atasına qarşı ŞOK HƏRƏKƏT - FOTO
Atasının boşanması və yenidən evlənməsi xəbərləri ilə gündəmdən düşməyən "Qarabağ”ın futbolçusu Mahir Mədətov son paylaşımı ilə diqqət çəkib.
Mahir sosial şəbəkə hesabında "Səbail" ilə matçda qol vurduqdan sonra çəkilən fotosunu paylaşıb. Məşhur futbolçunun formasının üzərində "Madatov” yazısının "Mahir” sözü ilə əvəz edilməsi diqqət çəkib.
Mahir Mədətov bu paylaşımı ilə ona eyham vurub ki, atasının yenidən evlənməsini qəbul etməyib. Bu səbəbdən də "Mədətov” soyadından imtina etməyə qərar verib.Muxalifet - 6-05-2019
Mirzə Babayevin nəvəsi tutuldu - Səbəb maraqlıdır
"Respublikaçı Alternetiv” partiyasının üzvü olan Emin Babayev mayın 4-də saxlanılıb
Küçədə telefonla danışarkən söyüş söyməkdə və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılan E.Babayev Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.
Bölmədə onun haqqaında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub, o, Səbail rayon Məhkəməsinə aparılıb.Muxalifet - 6-05-2019
Bakıda "Təndir" restoranında vətəndaşlara viza satan xarici ölkə? - ŞOK SƏS YAZISI
Polşa səfirliyinin pulla viza satması barədə sensasiya doğuracaq səs yazısı yayılıb.
Muxalifet - 6-05-2019
İstanbul seçkisində FETÖ izi
İstanbul Baş Prokurorluğunda, İstanbulda keçirilən bələdiyyə seçkilərində qanunsuzluq və saxtakarlıq iddiası ilə Məntəqə Seçki Komissiyasının sədr və üzvləri haqqında başlanan istintaqda 43 şübhəlinin FETÖ ilə əlaqəsi müəyyənləşdirilib.
İstintaq çərçivəsində aparılan araşdırmada, bu ana qədər təsbit edilən 43 şübhəlinin 2-sinin şifrəli əlaqə proqramı “Bylock” istifadəçisi olduğu müəyyən edilib. Şübhəlilərdən 41-inin FETÖ başçısı Fətullah Gülənin təlimatı ilə “Bank Asiya”-dakı hesabına pul qoyduğu müəyyənləşdirilib.Muxalifet3 - 6-05-2019
İranın neft embarqosundan kimlər qazanır: Neft qara bazarını kimlər idarə edir?
Türkiyə Enerji Strategiya Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) başçısı Oğuzhan Akyener, ABŞ-ın İrana tətbiq etdiyi neft embarqosunun İran və İrandan ucuz neft alan ölkələr başda olmaqla, bir çox ölkəyə zərər verərkən, neft qara birjasını idarə edən Amerikan əsilli Yəhudi iş adamlarının və onların əməkdaşlıq etdiyi terror təşkilatlarının qazanacağını deyib.
Muxalifet3 - 6-05-2019
İsrailə xəbərdarlıq: “Türkiyəni hədəf alan bunun altında qalar”
Türkiyədə Vətən Partiyasının sədri Doğu Perinçek İsrail ordusunun, mühasirə altındakı Qəzza Zolağında Anadolu Agentliyinin ofisinin də yerləşdiyi binanı vurmasını pisləyib.
Muxalifet3 - 6-05-2019
Təhlükəli olan obyektlərdə məskunlaşan məcburi köçkünlərin sayı açıqlandı
Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayon ərazisində qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdəki obyektlərdə 8485 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.
"Report" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında bildirilib.Muxalifet - 6-05-2019
ANS açılır? - SENSASİON QƏRAR
Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq.
Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.Muxalifet - 6-05-2019
Yüksək Seçki Komissiyası İstanbul uğrunda çəkişməyə nöqtə qoymaq üçün toplanır - DOLLAR DA SIÇRAYIŞA HAZIRDIR...
Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) İstanbulda təkrar bələdiyyə seçkisinin keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərarını vermək üçün yaxın saatlarda toplantıya başlayacaq.
Muxalifet - 6-05-2019
Məktəblərə işə qəbulun ikinci mərhələsi başlayıb
Mayın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinə start verilib.
Muxalifet - 6-05-2019
Bakıda dəhşət: arvadının üstünə benzin töküb od vurdu
Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub.
Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun deyib ki, Rəna Aslanovanın yanığları 1,2 ci dərəcəlidir. Həyatı üçün təhlükə yoxdur.Muxalifet - 6-05-2019
Azərbaycan əhalisi daha az mənfi emosiyalıdır - REYTİNQ
Dünya əhalisinin 22 faizi daim əsəb, 24 faizi daim kədər hiss edir, 39 faiz isə daim narahatdır.
Bu barədə ABŞ-ın “Gallup” ictimai rəy təşkilatının hesabatında deyilir.
Hesabatda müxtəlif emosiyalar üzrə ölkələrin siyahısı tərtib olunub.
Əhalisi daha az mənfi emosiyalı olan ölkələr arasında Azərbaycan ön sırada yer alıb.
Ölkə Qırğızıstan, Latviya və İsveçlə yanaşı 19 bal toplayıb.
Ən çox mənfi emosiyalı əhalisi olan ölkələr arasında birinci yerdə 54 xalla Çad qərarlaşıb./trendMuxalifet - 6-05-2019
Çimərliklər yeni mövsümə hazırlaşır - VİDEO
Çimərlik mövsümü rəsmi olaraq başlamasa da, istirahət üçün indidən çimərliklərə gedənlər var. İctimai çimərliklərlə yanaşı, özəl çimərliklərə gedənlər də az deyil. Bu isə özəl çimərliklərdə göstərilən xidmətlərin qiymətini aktuallaşdırır. Əməkdaşlarımız həm Bakı, həm də Sumqayıtdakı çimərliklərdə olub və qiymətlərlə maraqlanıblar.
Muxalifet - 6-05-2019